Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4153/2025 15.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı satqı müqaviləsi üzrə əsas borc, dövlət rüsumu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh-dən 1985,87 manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumu pul vəsaitinin tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 41524 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 1985,87 manat məbləğində qalıq borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir.
3. Məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4153/2025 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
4. İş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 11:20-yə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışlar.
5. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Bir tərəfdən satıcı İddiaçı MMC, digər tərəfdən alıcı Cavabdeh arasında bağlanan 05 may 2016-cı il tarixli 41524 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən tərəflər arasında razılaşdırılmış digər şərtlər bu müqaviləyə 1 nömrəli əlavədə göstərilib. 1.3-cü bəndinə əsasən malın qiyməti satıcı tərəfindən müəyyən edilir və müxtəlif vasitələr ilə alıcıya bildirilir. Malın qiymətinin dəyişdirilməsi satıcının müstəsna səlahiyyətidir. 2.1-ci bəndinə əsasən satışının aşağıdakıları öz öhdəsinə götürür: 2.1.6-cı bəndinə əsasən zərurət yarandıqda alıcı ilə qalıq borcun üzləşdirilməsini aparmaq. 2.2-ci bəndinə əsasən alıcı aşağıdakıları öz öhdəsinə götürür: 2.2.1-ci bəndinə əsasən satıcıdan aldığı malın dəyərini bu müqavilənin 3.1-ci vəndində göstərilən müddətdə ödəmək. 3.1-ci bəndinə əsasən alıcıya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın təhvil verildiyi vaxtdan etibarən --- gündən artıq ola bilməz. Ödəniş həmin müddət ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 4.5-ci bəndində göstərilən qaydada hesablanmaqla satıcıya ödənilir. 10.xx.xx.2021-ci il tarixli malların təhvil-qəbul aktına əsasən Cavabdeh 643,61 manat dəyərində, xx.xx.2021-ci il tarixli akta əsasən 536,94 manat məbləğində, xx.xx.2021-ci il tarixli akta əsasən 907,86 manat dəyərində, xx.xx.2022-ci il tarixli akta əsasən 27,10 manat dəyərində, xx.xx.2022-ci il tarixli akta əsasən 57,70 manat dəyərində, xx.xx.2022-ci il tarixli akta əsasən 37,61 manat dəyərində, xx.xx.2022-ci il tarixli akta əsasən 36,51 manat dəyərində və xx.xx.2022-ci il tarixli akta əsasən 51,39 manat dəyərində mallar təhvil verilmiş və akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
11. İddiaçı MMC tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2016-cı il tarixli 41524 saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə borcu 1985,87 manat təşkil etmişdir.
12. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilən EBAX seriyalı, 678703 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ (ƏDV daxil) 759,44 manat EBAZ seriyalı, 777606 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ (ƏDV daxil) 633,60 manat EBBB seriyalı, 355129 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ (ƏDV daxil) 332,27 manat EBBC seriyalı, 930324 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ (ƏDV daxil) 417,88 manat, EBBF seriyalı, 528834 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ (ƏDV daxil) 1071,29 manat, EBBJ seriyalı, 651200 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ (ƏDV daxil) 595,29 manat, EBBN seriyalı, 474948 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ (ƏDV daxil) 247,26 manat, EBBN seriyalı, ******* nömrəli elektron qaiməyə əsasən yekun məbləğ (ƏDV daxil) 260,79 manat, EBBO seriyalı 137267 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ (ƏDV daxil) 435,65 manat təşkil etmişdir.
13. İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2016-cı il tarixli 41524 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2016xx.xx.2022-ci illər ərzində satılan məhsulların ümumi dəyəri 45505,542 manat, alıcıdan geri qaytarılan məhsulların ümumi dəyəri 180,184 manat, endirim məbləği 9,85 manat, alıcının aldığı məhsullara görə ödəniş məbləği 4339,64 manat və xx.xx.2025-ci il tarixinə ümumi borcu 1985,87 manat təşkil etmişdir.
14. ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının cavabdeh qarşısında müqavilə üzrə təhvil verilmiş malların ödənişinin ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinə əsasəb qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
17. Məhkəmə ilkin olaraq qeyd edir ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 05 may 2016-ci il tarixli 41524 nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək müqavilə üzrə malları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmiş və təhvil verilmiş malların bir qisminin dəyərini ödəməmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən müxtəlif tarixlərdə cavabdehə müqavilə üzrə nəzərdə tutulmuş mallar təhvil verilmişdir. Cavabdeh isə təhvil verilmiş mallar üzrə bütün ödənişləri etməmiş, 1985,87 manat ödənilməmiş borcu qalmışdır.
19. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
20. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin lazımı qaydada icra edilməyərək təhvil aldığı malların bir qismi üzrə ödənişlərin edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 1985,87 manat borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
21. İddiaçı tələbində eyni zamanda ödənilmiş 40 manat məbləğindədövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. İş materiallarına əlavə edilmiş qəbzdən iddiaçı tərəfindən dövlət rüsumunun ödənildiyini təsdiq olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 40 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə:
24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1985.87 (min doqquz yüz səksən beş manat səksən yeddi qəpik) manat əsas borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 40 manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov