Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4157/2024 29.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar X12 və İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçılar X12 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar X12 və İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçılar X12 və İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən 10a nömrəli qeyri-yaşayış sahəsinə aid 020031 nömrəli abonent kodu üzrə hesablanmış 4.104 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən 10a nömrəli qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə X1 məxsus olsa da, həmin obyektin su ilə təchiz edilməsi barədə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə” "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı2 arasında bağlanmış və həmin müqaviləyə əsasən həmin qeyri yaşayış sahəsinə 020031 nömrəli abonent kodu verilərək həmin obyekt su ilə təchiz edilmişdir. Sonradan isə həmin obyekt X4 tərəfindən X9 icarəyə verilmiş və X4 ilə X12 arasında 25 oktyabr 2023-cü il tarixli İcarə müqaviləsi bağlanmışdır. Göründüyü kimi, qeyriyaşayış sahəsi X1 məxsus olsa da, həmin sahəyə dair sudan istifadə barədə müqavilə İddiaçı2 ilə arasında bağlanmış, lakin həmin sudan sahibkarlıq məqsədi ilə nəticədə X12 istifadə etsə də "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sudan qanunsuz istifadə edilməsi barədə akt İddiaçı2 barəsində tərtib edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (o zaman "xxxx" ASC-nin) əməkdaşları həmin məxsus obyektə gələrək sudan qanunsuz istifadə edilməsi ilə əlaqədar 27 fevral 2024-cü il tarixli akt tərtib etmiş, həmin aktda obyektə baxış keçirilən zaman su sayğacından keçməyən d20mm olan boru vasitəsi ilə sudan qanunsuz istifadə edilməsi göstərilmişdir. Həmin akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün İddiaçı2 4.104 manat borc hesablanmışdır. Baxmayaraq ki, həmin sudan İddiaçı2 deyil, X12 istifadə etmiş, qanunsuz olaraq debitor borcun tələb edilməsi və İddiaçı2 ilə birlikdə X6 da hüquqlarını pozmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçılar X12 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 nümayəndəsi X7 iddiaya etiraz edərək rədd edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
7. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
8. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
9. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.
11. İşdən görünür ki, X5 ilə X12 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 354.1 kv.m olan qeyri-yaşayış binasına dair 25 oktyabr 2023-cü il tarixli icarə müqaviləsi imzalanmış, həmin qeyri-yaşayış sahəsi xx.xx.2024-cü il tarixədək, aylıq 5.000 manat olmaqla X9 icarəyə verilmişdir.
12. İcarə müqaviləsinin 2-ci bəndinə əsasən icarəyə verilən əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X3 verilmiş **********79-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən qeyri-yaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə 354.1 kv.m sahəsi icarəyə verənə məxsusdur.
13. İş materiallarına əlavə olunmuş 27 fevral 2024-cü il tarixli akta əsasən "xxxx" ASC-nin Suraxanı Rayon Sukanal İdarəsinin nümayəndələri tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən, abunə kodu 020031 olan qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman su sayğacından keçməyən d=20 mm olan boru vasitəsi ilə sudan qanunsuz istifadə edilməsi aşkar olunmuşdur.
14. Göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən 10a nömrəli qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə X1 məxsus olsa da, həmin qeyri yaşayış sahəsinə İddiaçı2 məxsus 020031 nömrəli abonent kodu verilərək həmin obyekt su ilə təchiz edilmiş, sonradan həmin obyekt X4 tərəfindən X9 icarəyə verilmiş, həmin sudan sahibkarlıq məqsədi ilə nəticədə X12 istifadə etsə də, akt İddiaçı2 barəsində tərtib edilmişdir.
15. İş materiallarında olan 020031 saylı abonent kodu üzrə İddiaçı2 məxsus olan Abonent Saldosundan görünür ki, akta əsasən 4.104 manat məbləğində borc hesablanmış və akt üzrə hesablanmış borcdan 21,92 manat məbləğində ödəniş edilmiş nəicədə cari tarixə qalıq borcu 4.082,08 manat təşkil edir.
16. Məhkəmə ilk növbdədə qeyd edir ki, hər iki iddiaçının iddia qaldırmağa subyektiv hüququ vardır. Belə ki, iddiaçılardan biri abonent kimi qeydə alınmış, digəri isə hal-hazırda həmin qeyri-yaşayış sahəsinin icarəçisidir.
17. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıları silinməsini tələb etdiyi borc abonent saldosundan da görünür ki, akta əsasən hesablanmış olan borc məbləğdir. Ona görə də, qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınıb-alınmaması barədə sualına cavab olaraq yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığını bildirmişdir.
19. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.
20. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
21. Məhkəmə bu xüsusda qeyd edir ki, akta əsasən hesablanmış 4.104 manat borcun silinməsini xahiş etsə də, hazırda onun qalıq borcu 4.082,08 manat təşkil edir.
22. Ona görə də, 4.082,08 manat məbləğində borc silinməlidir.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən 10a nömrəli qeyri-yaşayış sahəsinə 020031 saylı abunə kodu üzrə hesablanmış 4.082 (dörd min səksən iki) manat, 08 (səkkiz) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov