Məhkəmə qərarları › İş №e-2-2(113)-416/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-416/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-416/2020 06.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, ləğv prosesində olan İddiaçı X4 (ASC) Cavabdehnə (MMC) qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən ******* manat əsas borc, 413753,01 manat faiz borcu olmaqla ümumilikdə 3413753,01 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 008/16 saylı kredit müqaviləsinə əsasən cavabdehə avadanlıq alınması məqsədilə 60 ay müddətinə, illik faiz dərəcəsi 5% ödənilmək şərtilə ******* manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun xx xxxx 2019-cu il tarixə hesablanmış banka ödənilməmiş pul borcu ******* manat əsas borc, 413753,01 manat faiz borcu olmaqla ümumilikdə 3413753,01 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - xx xxxx 2016-cı il tarixli, 008/16 №-li kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh MMC - yə 60 ay müddətinə, illik faiz dərəcəsi 5% ödənilmək şərtilə ******* manat məbləğində kredit verməyi, sonuncu isə həmin məbləği və faizləri miqdarında illik faizlər ödəməyi öhdəsinə götürmüşdür. - ləğv prosesində olan İddiaçı ASC-nin xx xxxxxxx 2019-cu il tarixli arayışında qeyd olunmuşdur ki, Cavabdeh MMC-nin xx xxxx 2019-cu il tarixə ******* manat əsas borc, 413753,01 manat faiz borcu olmaqla ümumilikdə 3413753,01 manat məbləğində vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh MMC kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. 2 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(82)- 943/2019 №-li qərardadına əsasən borc məbləğinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə – mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə - mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 30430 №-li rəyində qeyd olunmuşdur ki, Cavabdeh MMC-nin İddiaçı ASC-yə xx xxxxxxx 2019-cu il tarixə olan borcu əsas borc üzrə 2997466,32 manat, faiz borcu üzrə 452534,15 manat olmaqla ümumilikdə 3450000,47 manat təşkil edir. Məhkəmə hesab edir ki, əsas və faiz borcunun məbləği hesablanarkən məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 30430 №-li rəyində qeyd olunan məbləğlər əsas götürülməlidir. İşin hallarından görünür ki, iddia ərizəsində tələb olunan əsas borc ******* manat, faiz borcu 413753,01 manat göstərilsə də, ekspert rəyində əsas borc 2997466,32 manat, faiz borcu 452534,15 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ekspert rəyinə əsasən müəyyən olunmuş faiz borcun məbləği bank tərəfindən təqdim olunmuş maliyyə arayışında göstərilən faiz borcunun məbləğindən çox olduğuna görə məhkəmə hesab edir ki, iddia əsas borca münasibətdə ekspert rəyinə, faiz borcuna münasibətdə isə maliyyə arayışında göstərilən məbləğə uyğun olaraq təmin olunmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 2997466,32 manat məbləğində əsas borc, 413753,01 məbləğində faiz borcu olmaqla ümumilikdə 3411219,33 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı X4 Cavabdehnə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. xx xxxx 2016-cı il tarixli, 008/16 №-li kredit müqaviləsi üzrə 2997466,32 manat məbləğində əsas borc, 413753,01 məbləğində faiz borcu olmaqla ümumilikdə 3411219,33 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq ləğv prosesində olan İddiaçı X5 ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq ləğv prosesində olan İddiaçı X5 ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar