Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-416/2023 28.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi (qardaşı) X1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun müştərək qaydada tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 14551,94 manat əsas borc, 6727,49 manat faiz borcu, 4219,09 manat cərimə borcu və əldən çıxmış fayda olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 325,6 manat olmaqla, ümumilikdə 25824,12 manat kredit borcunun və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli baxış iclasında iddiaçının nümayəndəsi və cavabdehlər tərəfindən barışıq sazişi imzalanaraq məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda iddiaçı tərəf barışıq sazişini elektron kabinet vasitəsi ilə elektron iş materiallarına əlavə etmişdir. Məhkəmə barışıq sazişini mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının nümayəndəsi və cavabdehlər tərəfindən imzalanmış barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Borclu Cavabdeh2 İddiaçı ASC-yə 25 oktyabr 2019-cu il tarixli kredit razılaşması üzrə 14551.94 AZN əsas və 6727.49 AZN faiz borcu, 4219.09 manat cərimə borcu və 325.6 manat məbləğində əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 25824.12 AZN məbləğində borcun olmasını qəbul edərək, xx.xx.2023-cü il tarixədək faiz borcu üzrə 6727.49 manat, 22 fevral 2023-cü il tarixdə əsas borc üzrə 400 manat ödəniş etmişdir.
2. Borclular 14151.94 AZN qalıq borc məbləğini (ilk ödəniş 27 mart 2023-cü il tarixdən başlanmaqla 27 yanvar 2025-ci il tarixə kimi) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürür. Ödənişin Əsas borcdan Aylıq cəmi Ödəniş günləri Borc qalığı Faiz ödənişi sayı ödəniş ödəniş 1 27 mart 2023 13,751.94 0.00 400.00 400.00 2 25 aprel 2023 13,351.94 0.00 400.00 400.00 3 25 may 2023 12,951.94 0.00 400.00 400.00 4 26 iyun 2023 12,551.94 0.00 400.00 400.00 5 25 iyul 2023 12,151.94 0.00 400.00 400.00 6 25 avgust 2023 11,751.94 0.00 400.00 400.00 7 25 sentyabr 2023 11,351.94 0.00 400.00 400.00 8 25 oktyabr 2023 10,951.94 0.00 400.00 400.00 9 27 noyabr 2023 10,551.94 0.00 400.00 400.00 10 25 dekabr 2023 10,151.94 0.00 400.00 400.00 11 25 yanvar 2024 9,751.94 0.00 400.00 400.00 12 26 fevral 2024 9,351.94 0.00 400.00 400.00 13 25 mart 2024 8,951.94 0.00 400.00 400.00 14 25 aprel 2024 8,551.94 0.00 400.00 400.00 15 27 may 2024 8,151.94 0.00 400.00 400.00 16 25 iyun 2024 7,751.94 0.00 400.00 400.00 17 25 iyul 2024 7,351.94 0.00 400.00 400.00 18 26 avgust 2024 6,951.94 0.00 400.00 400.00 19 25 sentyabr 2024 6,551.94 0.00 400.00 400.00 20 25 oktyabr 2024 6,151.94 0.00 400.00 400.00 21 25 noyabr 2024 5,751.94 0.00 400.00 400.00 22 25 dekabr 2024 5,351.94 0.00 400.00 400.00 23 27 yanvar 2025 0.00 0.00 5,351.94 5,351.94 Cəmi: 14151.94
3. Borclular bu sazişin 2-ci bəndində nəzərdə tutulan öhdəliklərini müddətin sonuna qədər vaxtında və lazımi qaydada icra etdiyi halda kredit öhdəliyi tam icra olunmuş hesab olunsun. Bank qeyd olunan ödənişlər tam icra edildikdən sonra hesablanmış və ödənilməmiş 4219.09 AZN cərimə borcunu və kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 325.6 manat məbləğində əldən çıxmış fayda borcunu güzəşt etməyi öhdəsinə götürür.
4. Məhkəmədə qeyd olunan şərtlərlə barışıq sazişi bağlanılsın. Kredit öhdəliyi tam icra olunduqdan sonra borcun olmamağı haqqında arayış verilsin və müvafiq icra orqanına xitam məktubu təqdim olunsun. Rüsumlar bağışlanılsın. Bütün məktub və güzəştlər ödəniş ödənildikdən sonra icra edilsin.
5. Ödənişlərin bu sazişin 2-ci bəndində müəyyən edilmiş ödəniş tarixlərinə münasibətdə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 2-ci bəndinin tələbləri pozulmuş hesab edilsin, 18696.63 AZN məbləğində borc vəsaiti borclulardan ümumi qaydada tutulsun.
6. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.
7. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Borclu Cavabdeh2 İddiaçı ASC-yə 25 oktyabr 2019-cu il tarixli kredit razılaşması üzrə 14551.94 AZN əsas və 6727.49 AZN faiz borcu, 4219.09 manat cərimə borcu və 325.6 manat məbləğində əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 25824.12 AZN məbləğində borcun olmasını qəbul edərək, xx.xx.2023-cü il tarixədək faiz borcu üzrə 6727.49 manat, 22 fevral 2023-cü il tarixdə əsas borc üzrə 400 manat ödəniş etmişdir.
2. Borclular 14151.94 AZN qalıq borc məbləğini (ilk ödəniş 27 mart 2023-cü il tarixdən başlanmaqla 27 yanvar 2025-ci il tarixə kimi) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürür.
Ödənişin Əsas borcdan Aylıq cəmi Ödəniş günləri Borc qalığı Faiz ödənişi sayı ödəniş ödəniş 1 27 mart 2023 13,751.94 0.00 400.00 400.00 2 25 aprel 2023 13,351.94 0.00 400.00 400.00 3 25 may 2023 12,951.94 0.00 400.00 400.00 4 26 iyun 2023 12,551.94 0.00 400.00 400.00 5 25 iyul 2023 12,151.94 0.00 400.00 400.00 6 25 avgust 2023 11,751.94 0.00 400.00 400.00 7 25 sentyabr 2023 11,351.94 0.00 400.00 400.00 8 25 oktyabr 2023 10,951.94 0.00 400.00 400.00 9 27 noyabr 2023 10,551.94 0.00 400.00 400.00 10 25 dekabr 2023 10,151.94 0.00 400.00 400.00 11 25 yanvar 2024 9,751.94 0.00 400.00 400.00 12 26 fevral 2024 9,351.94 0.00 400.00 400.00 13 25 mart 2024 8,951.94 0.00 400.00 400.00 14 25 aprel 2024 8,551.94 0.00 400.00 400.00 15 27 may 2024 8,151.94 0.00 400.00 400.00 16 25 iyun 2024 7,751.94 0.00 400.00 400.00 17 25 iyul 2024 7,351.94 0.00 400.00 400.00 18 26 avgust 2024 6,951.94 0.00 400.00 400.00 19 25 sentyabr 2024 6,551.94 0.00 400.00 400.00 20 25 oktyabr 2024 6,151.94 0.00 400.00 400.00 21 25 noyabr 2024 5,751.94 0.00 400.00 400.00 22 25 dekabr 2024 5,351.94 0.00 400.00 400.00 23 27 yanvar 2025 0.00 0.00 5,351.94 5,351.94 Cəmi: 14151.94
3. Borclular bu sazişin 2-ci bəndində nəzərdə tutulan öhdəliklərini müddətin sonuna qədər vaxtında və lazımi qaydada icra etdiyi halda kredit öhdəliyi tam icra olunmuş hesab olunsun. Bank qeyd olunan ödənişlər tam icra edildikdən sonra hesablanmış və ödənilməmiş 4219.09 AZN cərimə borcunu və kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 325.6 manat məbləğində əldən çıxmış fayda borcunu güzəşt etməyi öhdəsinə götürür.
4. Məhkəmədə qeyd olunan şərtlərlə barışıq sazişi bağlanılsın. Kredit öhdəliyi tam icra olunduqdan sonra borcun olmamağı haqqında arayış verilsin və müvafiq icra orqanına xitam məktubu təqdim olunsun. Rüsumlar bağışlanılsın. Bütün məktub və güzəştlər ödəniş ödənildikdən sonra icra edilsin.
5. Ödənişlərin bu sazişin 2-ci bəndində müəyyən edilmiş ödəniş tarixlərinə münasibətdə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 2-ci bəndinin tələbləri pozulmuş hesab edilsin, 18696.63 AZN məbləğində borc vəsaiti borclulardan ümumi qaydada tutulsun.
6. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.
7. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun müştərək qaydada tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Nərmin Əhmədova