Məhkəmə qərarları › İş №e-2-2(113)-4160/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4160/2025

29.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4160/2025 29.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra Çeşmə-F MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 21080,66 manat məbləğində pul, geçikdirilmiş hər gün üçün ümumi məbləğin 0,1 faiz həcmində hesablanmış 7694 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 176 manat və 620 manat hüquqi yardım xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 16 may 2024-cü il tarixli 03 saylı alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən satıcı olaraq Çeşmə-F MMC Cavabdeh MMC-yə razılaşdırma protokoluna əsasən malı təqdim etməli, cavabdeh təşkilat isə aldığı malın dəyərini ödəməli idi. Alıcı tərəfindən ödəniş mallar təhvil alındıqdan sonra satıcı təqdim etdiyi hesab faktura əsasında 10 bank günü ərzində hesablaşma hesabına köçürmə yolu ilə edilməlidir. Tərəf öz öhdəliklərini yerinə yetirməsi müddətini gecikdirərsə, geçikdirilən hər bir gün üçün ümumi məbləğin 0,1 faizi həcmində cərimə ödəməlidir. Aralarında olan razılaşmaya əsasən cavabdeh təşkilata hesab faktura ilə göstərilən məbləğdə material göndərilsə də, hazırkı vaxta kimi ödəniş edilməmişdir. Nəticədə cavabdeh təşkilatın böyük məbləğdə borcu yaranmışdır. Cavabdehə xx.xx.2024-cü il tarixli qaimə əsasında 1727,52 manatlıq, xx.xx.2024-cü il tarixli qaimə əsasında 1727,73 manatlıq, xx.xx.2024-cü il tarixli qaimə əsasında 382,35 manatlıq, xx.xx.2024-cü il tarixli qaimə əsasında 388,35 manatlıq, xx.xx.2024-cü il tarixli qaimə əsasında 524,4 manatlıq, xx.xx.2024-cü il tarixli qaimə əsasında 2538 manatlıq, xx.xx.2024-cü il tarixli qaimə əsasında 1045,38 manatlıq, xx.xx.2024-cü il tarixli qaimə əsasında 3236,06 manatlıq, xx.xx.2024-cü il tarixli qaimə əsasında 755,7 manatlıq, xx.xx.2024-cü il tarixli qaimə əsasında 926,2 manatlıq, xx.xx.2024-cü il tarixli qaimə əsasında 412,5 manatlıq, xx.xx.2024-cü il tarixli qaimə əsasında 3161,84 manatlıq, xx.xx.2024-cü il tarixli qaimə əsasında 2479,59 manatlıq, xx.xx.2024-cü il tarixli qaimə əsasında 841,75 manatlıq, xx.xx.2024-cü il tarixli qaimə əsasında 934,85 manatlıq material verilmişdir. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə zidd olaraq uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borclu olduğu məbləği ödəməkdən yayınır. Nəticədə cavabdehin iddiaçıya 21080,66 manat məbləğində borcu yaranmış və həmin borcu könüllü surətdə ödəmək istəmir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.2, 445.7, 560.2, 627.1, 630.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Qanuni nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində Çeşmə-F MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə 03 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı qiymətin razılaşdırılma protokolunda göstərilən malları alıcıya təqdim edir, alıcı isə təchiz olunan malların dəyərini ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən ödəniş qiymətin razılaşdırma protokolunda göstərilən qiymətə uyğun olaraq hesablanır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı tərəfindən ödəniş mallar təhvil alındıqdan sonra satıcının təqdim edəcəyi hesab-faktura əsasında 10 (on gün) bank günü ərzində bu müqavilədə göstərilən hesablaşma-hesabına köçürmə yolu ilə ödənilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən tərəflər öz öhdəliklərini yerinə yetirililməsi müddətini geciktirərsə, gecikdirilən hər bir gün üçün ümumi məbləğin 0,1 %-i həcimində cərimə ödəməlidirlər. Lakin cərimənin məbləği ümumi məbləğin 5%-dən artıq ola bilməz.

9. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixdə 03 nömrəli alq-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 01 nömrəli qiymət əlavəsindən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adları qeyd olunmuş malların (şeben, qum, obset) qiymətləri barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10860757 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8065,4888 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11003768 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2149,25 manat (ƏDV daxil) təşkil edir.

12. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11400378 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 993,265 manat (ƏDV daxil) təşkil edir.

13. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11499219 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1103,12 manat (ƏDV daxil) təşkil edir.

14. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11560774 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2038,4736 manat (ƏDV daxil) təşkil edir.

15. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11660150 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2038,7214 manat (ƏDV daxil) təşkil edir.

16. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10126962 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 451,173 manat (ƏDV daxil) təşkil edir.

17. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10802438 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 458,253 manat (ƏDV daxil) təşkil edir.

18. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11412424 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 618,792 manat (ƏDV daxil) təşkil edir.

19. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11475441 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2995,7604 manat (ƏDV daxil) təşkil edir.

20. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11638764 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1233,5484 manat (ƏDV daxil) təşkil edir.

21. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11872836 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3818,5508 manat (ƏDV daxil) təşkil edir.

22. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11888369 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 891,726 manat (ƏDV daxil) təşkil edir.

23. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11917354 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1092,91 manat (ƏDV daxil) təşkil edir.

24. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 12120282 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 486,75 manat (ƏDV daxil) təşkil edir.

25. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10024213 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2925,91 manat (ƏDV daxil) təşkil edir.

26. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10046233 nömrəli elektron qaimədən müəyyən edilir ki, Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3730,971 manat (ƏDV daxil) təşkil edir.

27. İş materiallarına hesab-fakturalar, tərəzi qəbzi adlı sənədlər əlavə edilmişdir.

28. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən Çeşmə-F MMC-nin (VÖEN: **********) hesabına MT2405 seriyalı, 10860757 elektron qaimə üzrə 720 manat məbləğində ödəniş edilmişdir.

29. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən Çeşmə-F MMC-nin (VÖEN: **********) hesabına MT2405 seriyalı, 10860757 və MT2405 seriyalı, 11003768 nömrəli elektron qaimələr üzrə 864 manat məbləğində ödəniş edilmişdir.

30. İddiaçı tərəfindən təqdim olunan ödəniş sənədindən görünür ki, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına MT2405 seriyalı, 10860757 nömrəli elektron qaimə üzrə 4000 manat (qismən), xx.xx.2024-cü il tarixdə MT2405 seriyalı, 10860757 və MT2405 seriyalı, 11003768 nömrəli elektron qaimələr üzrə 4800 manat ödəniş edilmişdir.

31. "xxxx" QSC tərəfidən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 11549781 nömrəli ödəniş tapşırığından görünür ki, Çeşmə-F MMC tərəfindən Bakı şəhəri 10 saylı Vəkil Bürosunun AZ65AİİB******************** nömrəli hesabına 620 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

32. Çeşmə-F MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

35. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır.

36. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 21080,66 manat məbləğində borcun tutulması təşkil edir.

37. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, iddiaçının isə həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 21080,66 manat (iyirmi bir min səksən manat altmış altı qəpik) məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu işdə olan, yuxarıda sadalanan sübutlarla (müqavilə, qiymət razılaşdırma protokolu, elektron qaimələr, hesab-fakturalar, tərəzi qəbzi adlı sənədlər) öz təsdiqini tapır. Məhkəmə icladında iddiaçının nümayəndəsi bildirmişdir ki, təqdim olunan 17 elektron qaimədən ilkin ikisi üzrə ödəniş olunub, mübahisəsizdir. Digər elektron qaimələrdən ödənilməmiş qalan məbləğ 21080,66 manat təşkil edir. Eyni zamanda nəzərə alınmışdır ki, cavabdeh tərəfindən iddiaya münasibət bildirilməmiş (cavabdeh və qanuni nümayəndəsinin elektron kabineti var), göstərilən qalıq məbləğin ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

38. Bundan əlavə, iddiaçı cavabdehdən 7694 manat cərimənin tutulmasını xahiş etmişdir.

39. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 1054 (min əlli dörd) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

40. Eləcə də, iddiaçı ödənilmiş 176 manat dövlət rüsumu və vəkilə ödənilmiş 620 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

41. Məhkəmə hesab edir ki, 620 (altı yüz iyirmi) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumuna görə 135,60 manat (yüz otuz beş manat altmış qəpik) (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 21080,66 manat (iyirmi bir min səksən manat altmış altı qəpik) borc, 1054 (min əlli dörd) manat dəbbə pulu, 620 (altı yüz iyirmi) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumuna görə 135,60 manat (yüz otuz beş manat altmış qəpik) olmaqla, ümumilikdə 22890,26 manat (iyirmi iki min səkkiz yüz doxsan manat iyirmi altı qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar