Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-417/2021 03.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və İddiaçı istifadəsində olan mağazaya verilən elektrik enerjisi üçün əsassız olaraq hesablanmış 3.940,74 manat (üç min doqquz yüz qırx manat, 74 qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən və İddiaçı istifadəsində olan mağazada xx xxxxxxx 2020-ci il tarixdə iddiaçının xəbəri və iştirakı olmadan cavabdeh qurumun nümayəndələri tərəfindən yoxlama keçirilmiş, aparılmış yoxlama zamanı “xxxx” ASC-nin nümayəndələri tərəfindən obyektdəki A081185359M396077 nömrəli sayğacda guya nasazlıq aşkar edilmiş, sayğacın alt örtük qapağının möhürünün olmadığı müəyyən edilərək cavabdehin nümayəndələri tərəfindən axın yükünün düzgün qeydə alınmadığı səbəbilə iddiaçıya ƏDV daxil 3940,74 manat borc hesablanmışdır. Bununla bağlı xx xxxxxxx 2020-ci il tarixli, NDQ№008076 nömrəli akt tərtib edilmişdir. Daha sonra isə bununla bağlı sözügedən akta əsasən iddiaçıya xx xxxxxxx 2020-ci il tarixdə cavabdeh qurum tərəfindən hesab ödəniş vərəqi göndərilmişdir. Bir müddət sonra isə yuxarıda göstərilən səbəblə əlaqədar olaraq obtektə elektrik enerjisinin verilməsi dayandırılmışdır və hal-hazırda da mağazada işıq yoxdur. İddiaçıdan belə bir ödənişin tələb edilməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, sözügedən obyektdəki sayğaca iddiaçı tərəfindən heç bir müdaxilə edilməmişdir. Yalnız cavabdeh qurumun əməkdaşları sayğacda dırnaqarası müayinə apardıqdan sonra orada uyğunsuzluq aşkar etmişlər. Sayğaca baxış iddiaçının iştirakı olmadan keçirildiyi və həmin baxışın kimlər tərəfindən, hansı şərtlər daxilində keçirildiyi bəlli olmadığı üçün yaranmış uyğunsuzluğun da məhz onlar və ya iddiaçıya məlum olmayan digər şəxslər tərəfindən baş verdiyi hesab edilir. Bundan başqa, cavabdeh qurum qanunsuz olaraq obyektdə faktiki olaraq yoxlama aparmış və həmin bu qanunsuz yoxlama nəticəsində nasazlıq aşkar etdiyini iddia edərək akt tərtib etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, ünvan 1 ünvanında yerləşən mağazanın X1 məxsus olduğunu, buna görə İddiaçı iddia tələbi irəli sürmək üçün səlahiyyətli şəxs olmadığını və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında xx.xx.2020-ci il tarixli 008076 nömrəli akta əsasən ünvan 1 ünvanında yerləşən “Ledi” mağazasına aid sayğacda aparılmış yoxlama zamanı elektrik sayğacının alt örtük qapağının möhürü olmadığı aşkar edilmiş və bu barədə akt tərtib olunmuşdur. İş materiallarında olan ********* nömrəli xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqəsinə əsasən ünvan 2 saylı ünvanda yerləşən “Ledi” mağazasından (qızıl mağazası) 3.941,11 manat borcun ödənilməsi tələb edilmiş, əks halda AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”nın tələblərinə əsasən elektrik enerjisinin verilişi heç bir xəbərdarlıq edilmədən dayandırılması qeyd olunmuşdur. İş materiallarında olan müqavilədən görünür ki, X4 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Məhkəmə tədqiqatı zamanı İddiaçı ilə “xxxx” ASC arasında müqavilə bağlanması, **********30005 abonent üzrə qeydiyyata alınması, xx xxxxxxx 2020-ci il tarixli elektrik sayğacına baxış zamanı tərtib edilmiş 008076 saylı aktın onun barəsindəolması öz təsdiqini tapmadığına, iddiaçının cavabdehdən borcun silinməsini tələb etmək hüququnun olması müəyyən edilmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçının akt üzrə hesablanmış borcun siliməsi tələbi əsasızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı ünvan 1 ünvanında yerləşən və İddiaçı istifadəsində olan mağazaya verilən elektrik enerjisi üçün əsassız olaraq hesablanmış 3.940,74 manat (üç min doqquz yüz qırx manat, 74 qəpik) borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-417/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-417/2021
03.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver