Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4170/2021 10.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı qətnamənin ləğvi, hərracın yenidən keçirilməsi tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı qətnamənin ləğvi, hərracın yenidən keçirilməsi tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı ərizəsində Bakı Kommersiya Məhkəməsinin 2-2(013)-2557/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və hərracın yenidən keçirilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının məhkəmə təqdim etdiyi ərizə “iddia ərizəsi” adlandırılsa da, məzmununa görə Bakı Kommersiya Məhkəməsinin 2-2(013)-2557/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-3.1-ci maddəsinə görə kiçik iddialara dair işlərdə ərizə məhkəməyə ümumi qaydada verilir. 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə MPM-də kiçik iddialara dair iddia ərizələrinin qaytarılması əsasları ilə bağlı xüsusi normanın yer almadığını nəzərə alaraq hesab edir ki, prosessual hüquq münasibətinə analogiya üzrə MPM-in 152.1.1-ci maddəsi tətbiq edilməlidir. MPM-in 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə olan halda hazırkı iddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmun tələblərinə cavab vermədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı qətnamənin ləğvi, hərracın yenidən keçirilməsi tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4170/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4170/2021
10.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver