Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-418/2024 01.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin (üçüncü şəxslər X13, X14 və Bakı şəhəri Abşeron rayon İcra Şöbəsi olmaqla) cavabdeh “X4” MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin qoyulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: hərrac protokolunun və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin qoyulması) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X16 iştirakı ilə, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 iştirakı ilə, Cavabdehin və digər 3-cü şəxslərin iştirakı olmadan, İddiaçı ASC-nin (üçüncü şəxslər X13, X14 və Bakı şəhəri Abşeron rayon İcra Şöbəsi olmaqla) cavabdeh “X4” MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin qoyulması” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3 Mərkəzin MMC -nin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti X11 və X9 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kvm yardımçı sahədən ibarət fərdi yaşayış evinin keçirilmiş hərracın yekunları üzrə protokol və alqısatqı müqaviləsinin bağlanması vəzifəsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (hazırkı İddiaçı ASC ) X11 və ƏlizadəSəxavət Qaşdar oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evindən çıxarılma və evin boşaldılması” tələbi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)- 4852/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixində qəbul etdiyi qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cəmi 35305 manat əsas kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 18 manat hissəsi, alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı ödənilmiş 20 manat məbləğində pul vəsaitinin əvəzi tutularaq iddiaçı "xxxx" İKB- (hazırkı İddiaçı ASC) yə ödənilməsi, tələbin X11 və X9 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kvm yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 221000 manat ilkin satış qiyməyi ilə açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdeh X10 Nikoil İKB-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satışından sonra əldə edilmiş vəsait hesabına cavabdeh Ofelya Əlizadənin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin X1 qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi iddiaçı və cavabdehlərin apellyasiya şikayətlərini 2(105)- 866/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixdə qəbul etdiyi qərarla qismən təmin etmiş, 35.305 manat əsas kredit borcun tutulması hissəsində dəyişdirilməsi, əsas kredit borcunun 27.779 manat olmasını müəyyən etmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3940/2020 saylı iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti xx.xx.2020-ci il tarixli Qərarla təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılmış və “İcra Haqqında” AR Qanununun 61.2-ci maddəsinin tələblərinə əsasən hərracın təşkili və keçirilməsi üçün X3 Mərkəzinə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatçısı olan X3 Mərkəzinin təşkilatçılığı ilə “açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli 478 №-li bildirişlə kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti 07 aprel 2021-ci il tarixdə hərraca çıxarılması iddiaçıya bildirilmişdir. İlkin hərrac baş tutmadığından növbəti hərrac xx.xx.2021-ci il tarixli 513 №-li bildirişlə təkrar hərracın xx.xx.2021-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. Lakin, təkrar hərrac da baş tutmadığından hərrac təşkilatçısının xx.xx.2021-ci il tarixli 27№ li bildiriş məktubuna əsasən “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti 140888 manata İddiaçı ASC-nə təklif olunmuşdur. İddiaçı cavabdehin ipoteka predmetini əldə etmək təklifinə cavab olaraq ipoteka predmetini balansa qəbul etməyə razı olduğunu xx.xx.2021-ci il tarixli məktubla qeyd edərək, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin bağlanmasını Hərrac Mərkəzindən xahiş etmişdir. Cavabdeh tərəfindən təşkilata hərracın keçirilməsi ilə bağlı qeyd olunan mənzilin balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması ilə bağlı razılıq məktubunda qeyd olunsa da, cavabdeh tərəfindən həmin sənədlər hazırlanmamış, buna görə də həmin mənzilin balansa götürülməsi mümkün olmamışdır. Əlavə olaraq təkliflə bağlı xx.xx.2021-ci il tarixli № 17/75 2100087C saylı cavab məktubu, həmin əmlakın İddiaçı ASC tərəfindən qəbul edilməsini təsdiq edir. Qeyd olunanları nəzərə alaraq, cavabdehin hərrac sənədlərini icra məmuruna qaytarılması əsassız hesab edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti X11 və X9 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0, 03 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kvm yardımçı sahədən ibarət fərdi yaşayış evinin keçirilmiş hərracın yekunları üzrə protokol və alqı-satqı müqaviləsinin bağlanması “X3 Mərkəzinin üzərinə vəzifə kimi qoyulmalıdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməkdən boyun qaçırır. İddiaçı ASC ilə cavabdeh “X3 Mərkəzi MMC arasında olan kommersiya mübahisəsini xx.xx.2023-cü il tarixdə mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh “X3 Mərkəzin MMC-nin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 866/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti X11 və X9 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kvm yardımçı sahədən ibarət fərdi yaşayış evinin keçirilmiş hərracın yekunları üzrə protokol və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsi öhdəliyinin qoyulması və 210 manat ödənilmiş mediasiya ödənişinin tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir.
4. İş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, 11 iyun 2014-cü il tarixli, 11-G-1-0- 263-14 nömrəli ipoteka müqaviləsinə əsasən 11 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi ondan iddiaçının xeyrinə 35.305 manat əsas kredit borcunun tutulması, tələbin X9 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evə yönəldilməsi, evin ilkin satış qiymətinin 221000 manat müəyyən olunması, evin açıq hərracda satılması, satışda əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcumun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına iddiaçıya olan borcum tam ödənildikdən sonra qalan vəsaitin qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi “iddiaçının xeyrinə 35.305 manat əsas kredit borcunun tutulsun” hissəsində dəyişdirilmiş, əsas kredit borcu üzrə 27.779,27 manat müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı "Yelo Bank” ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi iddiaçı "Yelo Bank” ASC-nin şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddiası qismən təmin edilərək, borcun tutulması və ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla, əldə olunan vəsaitdən borcun ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir və icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə ipoteka predmetinin satılması üçün iki dəfə hərrac keçirilsə də, əmlak satılmamış, tələbkar da onu əldə etməmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinə icra məmuru 2023-cu ilin 06 fevral ayında qərarı ilə icra vərəqəsini "İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra "İcra haqqında” Qanun) 53.3-cü və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra "İpoteka haqqında” Qanun) 43-cü maddələrinə əsasən icra olunmadığından geri qaytarmışdır. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin qanunun 43.5-ci maddəsinə əsasən Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin qanunun 43.7-ci maddəsinə əsasən bu Bu Qanunun 43.1.1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Göründüyü kimi, "İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan maddədən göründüyü kimi, ipoteka saxlayanın hərəkətsizliyi ipotekaya xitam verilməsinin əsas şərti kimi göstərilmişdir. Lakin ipoteka saxlayanın müəyyən olunan müddətdən sonra ipoteka predmetini əldə etmək istəyi olduğu halda, ipotekaya xitam verilməsinə səbəb olubolmaması həmin Qanunda tənzimlənməmişdir. İpoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək hüququ olduğu kimi, ipoteka qoyanın da ipoteka saxlayanın sözügedən hüququndan istifadə etmədiyi və ya vaxtında istifadə etmədiyi halda ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürmək hüququ vardır. Hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümkünsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına gətirib çıxara bilər. Bu səbəbdən hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən ipoteka saxlayan tərəfindən ipoteka predmetinin təkrar hərracın baş tutmamış elan olunmasından sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi və ya həmin müddətdən sonra əldə etdiyi halda mülkiyyətçi kimi ipotekaya xitam verilməsini tələb etmək imkanının mövcudluğundan əmin olmalıdır. Sonuncu xüsusat qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edən hüquqi müəyyənlik prinsipindən irəli gəlir. "İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsaslanan ipotekaya xitam verilməsi tələbinin təmin edilməsi üçün bu şərtlərin məcmu halda mövcudluğunun müəyyən edilir. "İcra haqqında” Qanunun ipoteka saxlayana əmlakı qəbul etməsi ilə bağlı təklifin göndərilməsinə dair 53.3-cü maddəsinə əsaslanması maddi hüquq normalarının düzgün tətbiq olunmaması kimi qiymətləndirilməlidir. Beləliklə, ipoteka saxlayan protokolun imzalanmış hesab edilməsi tələbinə dair müstəqil iddia ilə məhkəməyə müraciət etmədiyi halda, ipoteka qoyanın "İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam vermə tələbi, bu Qərardadın 24-cü bəndində qeyd edildiyi kimi, yəni həmin maddənin dispozisiya şərtlərinin mövcud olması əsası ilə təmin edilir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4637/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "Yelo Bank” ASC ("Nikoyl” İKB ASC) ilə X15 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı kredit müqaviləsinin təminatı kimi 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı ipoteka müqaviləsinə əsasən "Yelo Bank” ASC-nin ("Nikoyl” İKB ASC-nin) xeyrinə yüklü edilmiş, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196.4 kv.m olan fərdi yaşayış evinin daşınmaz əmlakın ipotekasına xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit və bunun əsasında ipoteka müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən borc ödənilmədiyindən məhkəmə qətnaməsi ilə borcun X5 tutulması və tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. İcra şöbəsi tərəfindən hərracın təşkil edilməsi X3 Mərkəzi MMC-yə sifariş edilmişdir. MMC tərəfindən iddiaçı X12 ünvanlanmış məktubdan görünür ki, təşkil edilmiş hərracla baş tutmadığından ipoteka predmetinin alqı- satqısı üçün müqavilə bağlanması barədə №27 saylı, xx.xx.2021-ci il tarixli bildiriş məktubu ipoteka saxlayan "Yelo Bank” ASC-yə 140888 manata təklif edilmişdir. xx.xx.2021-ci il tarixli №KbD-8420 saylı məktubla "İpoteka haqında” AR Qanununa müvafiq olaraq bank tərəfindən qəbul edilməsinə razılığını bildirmişdir, lakin müddət başa çatana kimi heç bir hüquqi hərəkət bank tərəfindən olunmamışdır. Odur ki, №051 saylı, xx.xx.2021-ci il tarixli məktubla iş icra şöbəsinə geri qaytarılmışdır. Bundan sonra icra şöbəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etirazda bildirmişdir ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin 17/752100091 İT nömrəli, xx.xx.2021 -ci il tarixli sifarişinə əsasən X14 və X9 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən iki mərtəbəli, beş otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hərracda satılmasına dair Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)- 866/2020 saylı icra vərəqəsi "X3 Mərkəzi” MMC-yə göndərilmişdir. X14 və onun ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən iki mərtəbəli, beş otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiymətilə 221000 manata açıq hərraca çıxarılmışdır. İştirakçı olmadığından hərrac baş tutmamışdır. Təkrar hərrac 28 aprel 2021 -ci il tarixdə keçirilmişdir. Qeyd olunanlar ona əsas verir ki, hər iki hərrac qanunla müəyyən olmuş qaydada həyata keçirilmişdir. X3 Mərkəzi MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 30 aprel 2021-ci il tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildirişdən görünür ki, Yelo Bank aSC-yə kredit borcu olan şəxsin əmlakının keçirilən hərraclar zamanı satılmadığı bildirilmiş, Yelo bank ASC-yə əmlakın alınması üçün müqavilə bağlanılması təklif edlmiş və xx.xx.2021-ci il tarixədək əmlakı almadığı halda işin sifarişçi icra şöbəsinə qaytarılacağı bildirilmişdir. Bundan "xxxx" ASC-nin "X3 Mərkəzi” MMC-yə ünvanladığı 20 may 2021-ci il tarixli məktundan görünür ki, ipoteka predmeti olan fərdi yaşayış evinin 140888 manata bank tərəfindən qəbul edilməsinə razılıq vermişdir. Göründüyü kimi, "xxxx" ASC-nin hərracın keçirilməsi barədə məlumatı olmuş və bu barədə X3 Mərkəzi” MMC-yə məktubda ünvanlanmışdır. 2 ildən artıq müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsi heç bir hüquqa əsaslanmır. "xxxx" ASC tərəfindən 20 may 2021-ci il tarixdən sonra heç bir hüquqi hərəkət olunmamışdır. xx.xx.2021-ci il tarixli məktubla iş icra şöbəsinə geri qaytarılmışdır. İddia ərizəsi formal mülahizələrə əsaslanmış, tam əsassızdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X13 məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərk iddianın rədd olunmasını xahiş etdi.
7. Cavabdehə və iş üzrə müstəqil tələb irəli sürməyən digər 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
8. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin və iş üzrə müstəqil tələb irəli sürməyən digər 3-cü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-4852/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X6 "xxxx" İKB-nin xeyrinə 35.305 manat əsas kredit borcunun tutulması, tələbin cavabdeh X7 və X9 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evə yönəldilməsi, evin ilkin satış qiymətinin 221000 manat müəyyən olunması, evin açıq hərracda satılması, satışda əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcumun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına iddiaçıya olan borcum tam ödənildikdən sonra qalan vəsaitin qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-866/2020 saylı qətnaməsi ilə iddiaçı bankın və borclulalın apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi “cavabdeh X6 iddiaçının xeyrinə 35.305 manat əsas kredit borcu tutulsun” hissəsində dəyişdirilmiş, əsas kredit borcu üzrə 27.779,27 manat müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)- 3940/2020 saylı qərarı ilə iddiçı İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməmiş və Sumqyaıt Apellyasiya Məhkəməsinin MK-nın 11-3.2020-ci il tarixli qətnaməsi iddiaçı bankın kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı iş üzrə 11 noyabr 2020-ci il tarixli icra sənədi icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir.
14. Abşeron rayon icra və probasiya bölməsinin xx.xx.2021-ci il tarixli 17/752100911T saylı hərracın keçirilməsi haqqında sifariş məktubu ilə əmlakın dəyəri 221000 manat müəyyən olunmaqla “X3 Mərkəzi” MMC-yə göndərilmiş və surəti tələbkar və borcluya təqdim olunmuşdur.
15. Açıq hərracın keçirilməsi barədə xx.xx.2021-ci il tarixli 478 saylı bildirişdə Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən 17/**********T saylı, xx.xx.2021-ci il tarixli məktubla Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verildiyi, əmlakın satış qiymətinin 221000 manat təşkil etdiyi, açıq hərracın xx.xx.2021-ci il tarixində saat 11:00-da ünvan 3 ünvanında keçiriləcəyi, hərracın keçirilməsi barədə elan “Market” qəzetində və www.tap.az/shops/xthm internet səhifəsində dərc ediləcəyi qeyd olunmuş və bildiriş tələbkar və borclulara və icra şöbəsinə göndərilmişdir.
16. Açıq hərracın keçirilməsi barədə xx.xx.2021-ci il tarixli 513 saylı bildirişdə Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən 17/**********T saylı, xx.xx.2021-ci il tarixli məktubla Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verildiyi, əmlakın satış qiymətinin 187850 manat təşkil etdiyi, açıq hərracın xx.xx.2021-ci il tarixində saat 11:00-da ünvan 3 ünvanında keçiriləcəyi, hərracın keçirilməsi barədə elan “Market” qəzetində və www.tap.az/shops/xthm internet səhifəsində dərc ediləcəyi qeyd olunmuş və bildiriş tələbkar və borclulara göndərilmişdir.
17. Cavabdeh MMC-nin İddiaçı ASC-yə ünvaladığı xx.xx.2021-ci il tarixli 027 saylı ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə bildirişində kredit borcu üzrə Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evin hərracda satılmadığı və Azərbaycan Respublikası MM 405.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən müqavilə bağlanılması banka təklif olunduğu və xx.xx.2021-ci il tarixinədək əmlak alınmadığı halda iş sifarişçi icra şöbəsinə geri qaytarılacağı qeyd olunmuşdur.
18. İddiaçı ASC-nin cavabdeh MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli KBD- 8420 saylı məktubda (xx.xx.2021-ci il tarixli, 027 saylı məktuba cavab olaraq) Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evinə dair təklifi 140888 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bank tərəfindən qəbul edilməsinə razılığqlarını bildirdikləri və mənizlin qısa müddət ərzində balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması xahiş edilmişdir.
19. “X3 Mərkəzi” MMC-nin Abşeron rayon icra şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda icra məmurunun sifarişi ilə əlaqədar hərrac mərkəzi tərəfindən keçirilən hərrac zamanı alıcı olmadığı üçün əmlak satılmadığı və qanunvericiliyə uyğun qərar qəbul edilməsi üçün geri qaytarıldığı qeyd olunmuşdur.
20. Cavabdeh MMC-nin X11 ünvanladığı xx.xx.2021-ci il tarixli, 162 saylı məktubunda Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evin hərracda satılmadığı üçün ipoteka predmetinə dair alqı-satqı müqaviləsinin bağlanması barədə xx.xx.2021-ci il tarixli, 027 saylı bildiriş məktubu ipoteka saxlayan İddiaçı ASC-nə 140.888 manata təklif olunduğu, xx.xx.2021-ci il tarixli KBD-8420 saylı məktubla bank tərəfindən qəbul edilməsinə dair razılıq bildirildiyi, lakin müddət başa çatan kimi heç bir hüquqi hərəkət bank tərəfindən olunmadığı üçün xx.xx.2021-ci il tarixli, 051 saylı məktubla icra şöbəsinə qaytarıldığı qeyd olunmuşdur.
21. X2 nümayəndəsi X9 Abşeron rayon icra və probasiya bölməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədə Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evinə dair keçirilmiş hərracda alıcı olmadığı üçün əmlakın tələbkara təklif olunduğu və qanunvericilikdə nəzərdə tutulmuş müddətdə bank tərəfindən əmlak qəbul edilmədiyi üçün icra sənədi icra məmuru tərəfindən məhkəməyə geri qaytarılmamışdır, buna görə də “İcra haqqında” AR Qanununun 55.3-cü maddəsinə əsasən icra sənədini məhkəməyə geri qaytarılması xahiş olunmuşdur.
22. Abşeron rayon icra və probasiya şöbəsinin icra sənədinin məhkəmyə qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-866/2020 saylı icra vərəqəsinin həmin məhkməyə qaytarılması və qərar və sənədlərin surətinin tələbkara göndərilməsi qərara alınmışdır.
23. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda Abşeron rayon İcra və Probasiya şöbəsinin 17/752100091 İT nömrəli, xx.xx.2021-ci il tarixli sifarişi ilə X14 və X9 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evinin hərracda satılmasına dair Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)- 866/2020 saylı icra vərəqəsi “X3 Mərkəzi” MMC-yə göndərildiyi, X14 və X9 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 221.000 manat olmaqla xx.xx.2021-ci il tarixdə açıq hərraca çıxarılmışdır, iştirakçı olmadığından hərrac baş tutmadığı, təkrar hərrac 28 aprel 2021-ci il tarixdə keçirildiyi, həmin vaxtda da iştirakıçı olmadığından hərrac baş tutmadığı, bununla bağlı “X3 Mərkəzi” MMC tərəfindən hərracın baş tutmaması elan edildiyi gündən etibarən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət bildirilməsi barədə 027 saylı, 30 aprel 2021-ci il tarixli məktubla İddiaçı (əvvəlki adı "xxxx" İKB) ASC-yə müraciət edildiyi, “X3 Mərkəzi” MMC-nin 027 saylı, 30 aprel 2021-ci il tarixli təklif məktubuna cavab olaraq, KBD-8420 saylı xx.xx.2021-ci il tarixli məktubla ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar razılıq bildirildiyi, X14 və X9 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evinin -140.888 manat olmaqla qısa müddət ərzində yuxarıda göstərilən əmlakın Bankın balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması bildirildiyi, bundan sonra “X3 Mərkəzi” MMC əmlakın balansa götürülməsi ilə bağlı sənədlərin hazırlanması barədə Bankın məktubuna cavab vermədiyi və adı keçən fərdi yaşayış evinə dair hərracın yekunları üzrə protokol və alqı-satqı müqaviləsnin bağlanması vəzifəsiin yerinə yetirilməsinin tələb olunduğu, tələb könüllü şəkildə yerinə yetirilədiyi təqdirdə məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur.
24. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 4637/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ("xxxx" İKB ASC) ilə X22 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı kredit müqaviləsinin təminatı kimi 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin ("xxxx" İKB ASC-nin) xeyrinə yüklü edilmiş, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196.4 kv.m olan fərdi yaşayış evinin daşınmaz əmlakın ipotekasına xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
25. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
26. İddia ərizəsindən görünür ki, iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti X11 və X9 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kvm yardımçı sahədən ibarət fərdi yaşayış evinin keçirilmiş hərracın yekunları üzrə protokol və alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh hərrac təşkilatının üzərinə qoyulması məhkəmədən xahiş edir və həmin tələbin əsası kimi iddiaçı cavabdehin ipoteka predmetini əldə etmək təklifinə cavab olaraq ipoteka predmetini balansa qəbul etməyə razı olma barədə xx.xx.2021-ci il tarixli məktubla qeyd edərək, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin bağlanmasını Hərrac Mərkəzindən xahiş etdiklərini, cavabdeh tərəfindən təşkilata hərracın keçirilməsi ilə bağlı qeyd olunan mənzilin balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması ilə bağlı razılıq məktubunda qeyd olunsa da, cavabdeh tərəfindən həmin sənədlər hazırlanmadığı, buna görə də həmin mənzilin balansa götürülməsi mümkün olmadığını, dəfələrlə MMC-yə şifahi qaydada müraciət edilməsi və nəticə əldə olunmaması dəlilinə istinad edilmişdir.
27. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iddiaçının tələbini əsassız hesab edərək bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4637/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "Yelo Bank” ASC ("Nikoyl” İKB ASC) ilə X15 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli, 11-G- 1-0-263-14 saylı kredit müqaviləsinin təminatı kimi 11 iyun 2014-cü il tarixli, 11-G-1-0- 263-14 saylı ipoteka müqaviləsinə əsasən "Yelo Bank” ASC-nin ("Nikoyl” İKB ASC-nin) xeyrinə yüklü edilmiş, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196.4 kv.m olan fərdi yaşayış evinin daşınmaz əmlakın ipotekasına xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit və bunun əsasında ipoteka müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən borc ödənilmədiyindən məhkəmə qətnaməsi ilə borcun X8 tutulması və tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. İcra şöbəsi tərəfindən hərracın təşkil edilməsi X3 Mərkəzi MMC-yə sifariş edilmişdir. MMC tərəfindən iddiaçı X12 ünvanlanmış məktubdan görünür ki, təşkil edilmiş hərraclar baş tutmadığından ipoteka predmetinin alqı- satqısı üçün müqavilə bağlanması barədə №27 saylı, xx.xx.2021-ci il tarixli bildiriş məktubu ipoteka saxlayan "Yelo Bank” ASC-yə 140888 manata təklif edilmişdir. xx.xx.2021-ci il tarixli №KbD-8420 saylı məktubla "İpoteka haqında” AR Qanununa müvafiq olaraq bank tərəfindən qəbul edilməsinə razılığını bildirmişdir, lakin müddət başa çatana kimi heç bir hüquqi hərəkət bank tərəfindən olunmamışdır. Odur ki, №051 saylı, xx.xx.2021-ci il tarixli məktubla iş icra şöbəsinə geri qaytarılmışdır. Bundan sonra icra şöbəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Göründüyü kimi, "xxxx" ASC-nin hərracın keçirilməsi barədə məlumatı olmuş və bu barədə X3 Mərkəzi” MMC-yə məktub da ünvanlanmışdır. 2 ildən artıq müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etməsi heç bir hüquqa əsaslanmır. "xxxx" ASC tərəfindən 20 may 2021-ci il tarixdən sonra heç bir hüquqi hərəkət olunmamışdır.
28. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfin irəli sürmüş olduğu dəlilləri əsassızdır və hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları çərçivəsində dəyərləndiriləlidir.
29. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
30. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
31. İşdə olan sənədlərdən və cavabdeh hərrac təşklatının həm iddiaçıya, həm də icra şöbəsinə göndərdiyi xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublar, o cümlədən mətbuatda dərc edilmiş məlumatdan göründüyü kimi təkrar hərracın baş tutmaması elan edilmişdir.
32. İddiaçı tərəf isə İpoteka haqqında Qanunun 43.8-ci maddəsinin tələbi əsasında xx.xx.2011-ci il tarixdə hərrac təşkilatına məktub ünvanladıqlarını və həmin məktubla ipoteka predmetini qəbul etməyə hazır olduqlarını bildirdiklərini və hazırkı tələbin irəli sürülməsinin əsası kimi də həmin məktubun surətinə istinad etmişlər.
33. Məhkəmə iddiaçı tərəfin bu mövqeyini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 04/2022 saylı qərardadının 33-cü bəndinə əsasən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilmənin təkrar hərracın baş tutmamış elan edilməsindən 30 təqvim günü ərzində əldə edilməməsi şərti ilə bağlı isə qeyd edilməlidir ki, bu şərt özü-özlüyündə 2 məsələyə aydınlıq gətirilməsini tələb edir: 30 günlük müddətin axımının başlanması anı və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası.
34. Həmin qərardadın 34-cü bəndinə əsasən bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
35. Həmin qərardadın 35-ci bəndinə əsasən “İpoteka haqqında” Qanunun 43.7-1-ci və 43.8-ci maddələrinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
36. Həmin qərardadın 37-ci bəndinə əsasən qanunverici hərrac təşkilatları tərəfindən hərracın yekunlarına dair elanların həm hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində), həm də özünün rəsmi internet saytında dərc edilməsini tələb edir.
37. Həmin qərardadın 38-ci bəndinə əsasən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, Maddə 368) hesablanmağa başlayır.
38. Həmin qərardadın 39-cü bəndinə əsasən - O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir.
39. Bundan əlavə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi ilə bağlı Ali Məhkəmənin həmin qərardadının 44-cü bəndində qeyd edilmişdir ki, İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı isə ilk növbədə qeyd edilməlidir ki, qanunverici hərracdan əmlakın əldə edilməsinin əsas qaydası kimi hərracın nəticələrinə dair müqavilə qüvvəli yekun protokolun imzalanmasını nəzərdə tutmuşdur.
40. Həmin qərardadın 45-ci bəndinə əsasən belə ki, Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
41. Həmin qərardadın 50-ci bəndinə əsasən qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir.
42. Həmin qərardadın 51-ci bəndinə əsasən əmlakın hərracdan əldə edilməsinin ipoteka saxlayanın bununla bağlı hərrac təşkilatçısına ünvanlanmış iradə ifadəsinin çatdırılması (təklifin göndərilməsi) ilə deyil, məhz yekun protokolun imzalanması ilə şərtləndirilməsi “İpoteka haqqında” Qanunun 46.1- ci maddəsi ilə də öz təsdiqini tapır. Belə ki, həmin maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
43. Həmin qərardadın 52-ci bəndinə əsasən qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir.
44. Həmin qərardadın 53-cü bəndinə əsasən “İpoteka haqqında” Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
45. Həmin qərardadın 54-cü bəndinə əsasən göründüyü kimi, istər “İpoteka haqqında” Qanun, istərsə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun ipotekaya xitam verilməsi, yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi, eləcə də daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası kimi ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun mövcudluğunu nəzərdə tutur.
46. Həmin qərardadın 59-cü bəndinə əsas protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.
47. Məhkəmə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadın ilkin olaraq 59-cü bəndində qeyd edilən ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığının müəyyən edilməsi məqsədilə keçirilmiş məhkəmə iclaslarında iddiaçı tərəfin mövqeyini aydınlaşdırmış, cavabında isə hərrac təşkilatına yalnız xx.xx.2021-ci il tarixində balansa qəbul edilmə barədə məktubu təqdim etdiklərini və bundan sonra yalnız şifahi müraciətlər etdiklərini bildirmişlər.
48. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf üzərinə düşən zəruri hərəkətləri 2 ildən artıq müddət ərzində yerinə yetirməmiş. Qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük kəsici müddəti ötürmüşdür (bilavasitə protokolun/müqavilənin imzalanması üçün səylər göstərməmiş, protokolun/müqavilənin imzalanmaması ilə bağlı nə İcra Şöbəsinə məlumat verilməmiş, nə hərrac təşkilatının hərəkəti/hərəkətsizliyindən şikayət etməmiş, nə də ki, “hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin imzalanması vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması” barədə iddia ilə hazırki iddiadan əvvəlki dövrlərdə məhkəməyə müraciət etməmiş).
49. Eyni zamanda, ipoteka qoyan tərəfindən təkrar hərracın baş tutmamasından 2 il sonra ipoteka yüklülüyün ləğv edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırılmış, həmin iş üzrə məhkəmə icraatı davam edən zaman iddiaçı tərəf yalnız xx.xx.2023-cü il (hərracın baş tutulmaması barədə xx.xx.2021-ci il tarixli bildirişdən 2 ildən çox müddət keçdikdən sonra) tarixində Bakı Kommersiya Məhkəməsinə hazırkı iddia ilə müraciət etmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixində protokolun və alqı-satqı müqaviləsinin imzalanmasına dair xəbərdalıq məktubu ilə cavabdeh hərrac təşkilatına müraciət olunmuşdur.
50. Göründüyü kimi iddiaçı 2021-ci ildən 2023-cü ilə kimi sadəcə bir razılıq məktubu yazmaqla kifayətlənmiş və həmin illər ərzində ipoteka predmeti ilə bağlı ipoteka qoyan tərəfindən qaldırılmış iddia əsasında məhkəmə çəkişməsindən xəbərdar olmuş, lakin məhkəmə çəkişməsi gedən instansiyasında yekun ak qəbul edilməsi ərəfəsində hərrac protokolunun və alqı-satqı müqaviləsinin bağlanması tələbi ilə harrac təşkilatına qarşı iddia qaldırmışdır.
51. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 04/2022 saylı qərardadının 56-cı bəndinə əsasən hərrac təşkilatçısının hərrac protokolunu imzalamaqdan imtinasının hüquqi nəticələri və hərracın qalibi elan olunmuş tərəfin hüquqi müdafiə vasitələri Mülki Məcəllənin 415.5 və 415.7-ci maddələrində nəzərdə tutulsa da, “İpoteka haqqında” Qanunda hərrac təşkilatçısının ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə dair protokolu imzalanmasından imtinasının və ya yayınmasının hüquqi nəticələri ilə bağlı xüsusi qayda müəyyən edilməmişdir.
52. Həmin qərardadın 57-ci bəndinə əsasən bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər.
53. Lakin, iddiaçı hərrac təşkilatının protokolun imzalanmasından imtina etməsini və yaxud yayınmasını məhkəmə araşdırılması zamanı sübuta yetirə bilməmişdir. İpoteka saxlayan tərəfindən qanunla müəyyən edilmiş vaxtda protokolun/müqavilənin imzalanması üçün məqsədli hərəkətlərin edildiyini sübuta yetirmədiyi üçün, məhkəmə tərəfindən hərrac təşkilatının imtina etməsi və ya yayınması istiqamətində qiymətləndirmə aparılmasının məntiqi və qanuni əsası ola bilməz.
54. Digər məqam isə ondan ibarətdir ki, Abşeron rayon icra və probasiya şöbəsinin icra sənədinin məhkəmyə qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarı ipoteka saxlayana ünvanlanmış və iddiaçı bundan da məlumatlı olduğu halda xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müaciət edilmişdir.
55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
56. Məhkəmə qeyd edir ki iddiaçı hüquqi şəxsin iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
57. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
V. Nəticə:
59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı ASC-nin cavabdeh “X4” MMC-yə qarşı cavabdeh “X3 Mərkəzi” MMC-nin (X4 MMC) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı iş üzrə 11 mart 2020ci il tarixli icra sənədi üzrə ipoteka predmeti X11 və X9 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 196,4 kv.m. ümumi, 100,6 kv.m. yaşayış, 95.8 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin keçirilmiş hərracın yekunları üzrə protokol və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsi öhdəliyinin qoyulması və 210 manat ödənilmiş mediasiya ödənişinin tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova