Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4190/2021 31.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X1 qarşı cavabdehin 27.05.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 76503.06 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 82940 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehin 27.05.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 76503.06 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 82940 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X1 qarşı iddia ərizələrinə dair kommersiya işləri bir icraatda birləşdirilməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə icraatında iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X1 qarşı iddia ərizəsinə dair e-2-2(113)- 1380/2021 saylı kommersiya işi vardır və həmin iş ilkin olaraq məhkəmənin icraatına qəbul edilmişdir. İşlərin hər ikisində tərəflər eynidir, hər iki iş üzrə mübahəsinin predmetini siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə predmeti eyni olan hər iki kommersiya işi üzrə bir-birinə zidd olan məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və obyektiv araşdırılması üçün birgə baxılması məqsədilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X1 qarşı iddia ərizələrinə dair kommersiya işlərin bir icraatda birləşdirilmələri məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X1 qarşı cavabdehin 27.05.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 76503.06 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 82940 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə kommersiya işi, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X1 qarşı siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsinə dair e-2-2(113)-1380/2021 saylı kommersiya işinə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4190/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4190/2021
31.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver