Məhkəmə qərarları › İş №e-2-2(113)-4197/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4197/2021

12.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4197/2021 12.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd dünyamin oğlunun katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-ya qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsi ilə bağlı hazırlıq iclasında işə baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 27.05.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 10240,61 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 67000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-ya qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsi ilə bağlı hazırki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan eyni tərəflərin iştirak etdiyi eyni növlü e-2-2(113)-4137/2021 saylı kommersiya işi ilə bir icraatda birləşdirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə predmeti eyni olan hər iki kommersiya işinin obyektiv araşdırılması üçün birgə baxılması məqsədilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-ya qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair hazırki kommersiya işinin Bakı Kommersiya Məhkəməsinin icraatında olan eyni tərəflərin iştirak etdiyi eyni növlü olan e-2-2(113)-4137/2021 saylı kommersiya işi ilə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-ya qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə e-2-2(113)-4197/2021 nömrəli kommersiya mübahisəsi ilə bağlı iş, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-ya qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair e-2-2(113)-4137/2021 nömrəli kommersiya mübahisəsi ilə bağlı işə birləşdirilsin. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar