Məhkəmə qərarları › İş №e-2-2(113)-4197/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4197/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4197/2025 08.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh “X2 ve İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı tərəflər arasında bağlanmış 03 aprel 2024-cü il tarixli, № 03/0424P saylı icarə müqaviləsi əsasında icarə haqqından yaranmış 148658,44 manat icarə haqqı və 26758,51 manat ƏDV borcunun, 5000 manat cərimə borcunun; - cavabdehdə qalan ümumi dəyəri 69902,08 manat olan 211 ədəd Alt ayar mili 38, 30 ədəd Boru 0.2m, 50 ədəd Boru 0.5 m, 50 ədəd Boru 0.6m, 30 ədəd Boru 1.2m (sinkli), 100 ədəd Flanş Ayaq 3M Sinkli, 15 ədəd X4 1.5 M, 50 ədəd Flanş PeriAyaq 2M (Kəpənək), 1 ədəd Flanş diagonal qol 3.1m, 49 ədəd Flanş diaqonal qol 3.25 saypot (urtim), 63 ədəd Flanş peri qol 3m (kəpənək), 101 ədəd Flanş qol 1.1m, 75 ədəd Flanş qol 1.50m, 99 ədəd Flanş qol 2.45m, 46 ədəd Flanş qol 2.50 (urtim), 200 ədəd Flanş qol 2.5m, 2 ədəd Nərdivan Alüminium 3m, 4 ədəd NərdivanAlüminium 6m, 2 ədəd Qalas 2.45m Sinkli, 50 ədəd Qalas 2.5m, 25 ədəd Qalas 2.5m URT, 10 ədəd Qalas Peri 3m (kəpənək), 7 ədəd SÜPÜRGƏLİK (Toe board) 2.5, 36 ədəd Taxta 5X20 2.4M, 92 ədəd Xamut Single, 1 ədəd X9 (48 lik) 1.2m, 70 ədəd Ayna (Tie-Rod), 11 ədəd Kama badam, 8 ədəd Kama xəncər (nazik), 5 ədəd X5, 83 ədəd X1, 177 ədəd Kələbək (Tie-Rod), 23 ədəd Payanda baş pano üçün, 9 ədəd Payanda başlığı pano qalavniz 4.5 sm, 62 ədəd Payanda dabanı, 148 ədəd Pim, 30 ədəd Plywood parçası 2.5 x 1.25 işlənmiş, 3 ədəd X6, 5 ədəd SRZ daraq badam, 80 ədəd X7, 1 ədəd Srz Qurşaq 3M, 114 ədəd Tie-Rod 1.2m, 3 ədəd X3 Çəkic, 59 ədəd payanda başlığ üçün Çəkdirmə milinin; - həmçinin hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 596 manat dövlət rüsumunun (541 manat iddia tələbi və 55 manat Müvəqqəti təminat tədbiri üçün) cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmiş barışıq sazişi təqdim etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hsab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar həll edərək, xx.xx.2025-ci il tarix tarixdə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmiş barışıq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həlli barədə barışıq sazişi bağladıqlarından, bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261-262, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh “X2 ve İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Tərəflər bu sazişi bağlayırlar və etiraf edirlər ki, cavabdeh “X2 ve İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı”nın 03 aprel 2024-cü il tarixli, № 03/0424P saylı İcarə Müqaviləsi üzrə İddiaçı MMC-nə 118730,65 manat icarə haqqı, 21371,52 manat ƏDV borcu və 5000 manat cərimə borcu vardır və bundan başqa cavabdehdə qalan ümumi dəyəri 21055 manat olan 211 ədəd Alt ayar mili 38, 30 ədəd Boru 0.2m, 50 ədəd Boru 0.5 m, 50 ədəd Boru 0.6m, 30 ədəd Boru 1.2m (sinkli), 100 ədəd Flanş Ayaq 3M Sinkli, 15 ədəd X4 1.5 M, 50 ədəd X8 2M (Kəpənək), 1 ədəd Flanş diagonal qol 3.1 m, 49 ədəd Flanş diaqonal qol 3.25 saypot (urtim), 63 ədəd Flanş peri qol 3m (kəpənək), 101 ədəd Flanş qol 1.1 m, 75 ədəd Flanş qol 1.50m, 99 ədəd Flanş qol 2.45m, 46 ədəd Flanş qol 2.50 (urtim), 200 ədəd Flanş qol 2.5m, 2 ədəd Nərdivan Alüminium 3m, 4 ədəd Nərdivan Alüminium 6m, 2 ədəd Qalas 2.45m Sinkli, 50 ədəd Qalas 2.5m, 25 ədəd Qalas 2.5m URT, 10 ədəd Qalas Peri 3m (kəpənək), 7 ədəd süpürgəlik (Toe board) 2.5, 36 ədəd Taxta 5X20 2.4M, 92 ədəd Xamut Single, 1 ədəd X9 (48 lik) 1.2m, 70 ədəd Ayna (Tie-Rod), 11 ədəd Kama badam, 8 ədəd Kama xəncər (nazik), 5 ədəd X5, 83 ədəd Kanca Pano Unversal, 177 ədəd Kələbək (Tie-Rod), 23 ədəd Payanda baş pano üçün, 9 ədəd Payanda başlığı pano qalavniz 4.5 sm, 62 ədəd Payanda dabanı, 148 ədəd Pim, 30 ədəd Plywood parçası 2.5 x 1.25 işlənmiş, 3 ədəd X6, 5 ədəd SRZ daraq badam, 80 ədəd X7, 1 ədəd Srz Qurşaq 3M, 114 ədəd Tie-Rod 1.2m, 3 ədəd X3 Çəkic, 59 ədəd payanda başlığ üçün Çəkdirmə mili vardır. Tərəflər razılaşırlar ki, cavabdeh icarə haqqından yaranmış 118730,65 manat icarə haqqı borcu, 21371,52 manat ƏDV borcu, 5000 manat cərimə borcunun və məhkəmə xərcləri olan hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 596 manat dövlət rüsumunun (541 manat iddia tələbi və 55 manat Müvəqqəti təminat tədbiri üçün) cəmi olan 146337,85 (bir yüz qırx altı min üç yüz otuz yeddi, 85 manat) manat pulu və cavabdehdə qalan ümumi dəyəri 21055 manat olan 211 ədəd Alt ayar mili 38, 30 ədəd Boru 0.2m, 50 ədəd Boru 0.5 m, 50 ədəd Boru 0.6m, 30 ədəd Boru 1.2m (sinkli), 100 ədəd Flanş Ayaq 3M Sinkli, 15 ədəd X4 1.5 M, 50 ədəd Flanş Peri Ayaq 2M (Kəpənək), 1 ədəd Flanş diagonal qol 3.İm, 49 ədəd Flanş diaqonal qol 3.25 saypot (urtim), 63 ədəd Flanş peri qol 3m (kəpənək), 101 ədəd Flanş qol l.lm, 75 ədəd Flanş qol 1.50m, 99 ədəd Flanş qol 2.45m, 46 ədəd Flanş qol 2.50 (urtim), 200 ədəd Flanş qol 2.5m, 2 ədəd Nərdivan Alüminium 3m, 4 ədəd Nərdivan Alüminium 6m, 2 ədəd Qalas 2.45m Sinkli, 50 ədəd Qalas 2.5m, 25 ədəd Qalas 2.5m URT, 10 ədəd Qalas Peri 3m (kəpənək), 7 ədəd süpürgəlik (Toe board) 2.5,36 ədəd Taxta 5X20 2.4M, 92 ədəd Xamut Single, 1 ədəd X9 (48 lik) 1.2m, 70 ədəd Ayna (Tie-Rod), 11 ədəd Kama badam, 8 ədəd Kama xəncər (nazik), 5 ədəd X5, 83 ədəd Kanca Pano Unversal, 177 ədəd Kələbək (Tie-Rod), 23 ədəd Payanda baş pano üçün, 9 ədəd Payanda başlığı pano qalavniz 4.5 sm, 62 ədəd Payanda dabanı, 148 ədəd Pim, 30 ədəd Plywood parçası 2.5 x 1.25 işlənmiş, 3 ədəd X6, 5 ədəd SRZ daraq badam, 80 ədəd X7, 1 ədəd Srz Qurşaq 3M, 114 ədəd Tie-Rod 1.2m, 3 ədəd X3 Çəkic, 59 ədəd payanda başlığ üçün Çəkdirmə milini və ya onların dəyəri 21055 manat pulu və ona hesablanmış 3789,90 manat ƏDV borcunu 11 avqust 2025-ci il tarixdə iddiaçıya ödəyəcəkdir. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən kommersiya mübahisəsini barışıq sazişi yolu ilə yekunlaşdırmağa qərar verirlər.

2. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.

3. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. İddiaçı cavabdehə qarşı hazırki kommersiya mübahisəsi üzrə, habelə 03 aprel 2024-cü il tarixli, № 03/0424P saylı icarə müqaviləsindən irəli gələn digər tələblərindən tamamilə imtina edir.

4. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir.

5. Bu sazişi tərəflər imza və ya (və) möhürü ilə və məhkəmənin qərardadı ilə təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. İddiaçı MMC-nin cavabdeh “X2 ve İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar