Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-42/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, ipoteka predmetinə tutmanın yönəldilməsi, dəbbə pulunun azaldılması, qanuni faiz, qeyri-yaşayış sahəsinin boşaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh Qanuni Nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh4nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh4nə (bundan sonra Cavabdeh4 MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək: – cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə və 759 nömrəli kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən 1-ci tranş üzrə 180 783, 09 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 9861,48 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 19 986,57 ABŞ dolları, cərimə borcu 24 173,41 ABŞ dolları olmaqla cəmi 234 804,56 ABŞ dolları, 2-ci tranş üzrə 349 218,28 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 8226,63 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 39 820,58 ABŞ dolları, cərimə borcu 49 378,65 ABŞ dolları olmaqla cəmi 446 644,14 ABŞ dolları, 3-cü tranş üzrə 369 926,80 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 18 805,66 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 41 462,63 ABŞ dolları, cərimə borcu 55 533, 71 ABŞ dolları olmaqla cəmi 485 728,80 ABŞ dolları, ümumilikdə 3 tranş üzrə 1 167 177,5 ABŞ dolları məbləğinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1702,10 manat dövlət rüsumu və 3,10 manat bank xidmət haqqının, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 273,96 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutulması; – Tələbin xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi və ona əlavə və dəyişiklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş müqaviləsinə əsasən X2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197,2 kv.m olan qeyri-yaşayış sahəsinə vo xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi və ona əlavə və dəyişiklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1338,7 kv.m olan qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onların satışından əldə olunmuş vəsaitin xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş üzrə cəmi borcunun 1 167 177,50 ABŞ dolları, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1782,10 manat dövlət rüsumunun və 3,10 manat bank xidmət haqqının, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 273,96 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin ödənilməsinə yönəldilməsi; – İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197,2 kv.m olan qeyri-yaşayış sahəsinə və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1338,7 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdən sonra həmin sahələrin cavabdehlər X5 və Cavabdeh1 tərəfindən boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış 759 nömrəli xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsinə əsasən illik 6 faiz olmaqla 48 ay müddətinə 1 000 000 ABŞ dolları məbləğində dövriyyə vəsaitlərinin artırılması məqsədilə bərpa olunmayan kredit xətti açılmışdır. Həmin müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən cavabdeh kredit xətti üzrə 956 567,33 ABŞ dolları məbləğində pulu istifadə etmiş, kredit xətti çərçivəsində verilmiş hər tranş üzrə əsas borcun qaytarılması və hesablanmış faizlərin ödəniməsi müqavilənin əlavələri hesab edilən hər tranş üzrə tərtib edilən ödəniş cədvəllərinə müvafiq həyata keçirməyi öhdəsinə götürmüşdür. 2.2. Kredit xətt müqaviləsinin təminatı kimi Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 arasında bağlanmış 759/3, 759/4 və 759/5 nömrəli xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri və qeyd olunan zaminlik müqavilələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş imzalanmışdır. Həmçinin kredit xətt müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi və ona əlavə və dəyişiklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş müqaviləsinə əsasən X2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197.2 kv.m olan qeyri-yaşayış sahəsi (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019, yüklü edilən əmlakın reyestr nömrəsi: **********91-05101-083002) ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda Cavabdeh1 ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi və ona əlavə və dəyişiklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1338.7 kv.m olan qeyri-yaşayış sahəsi (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019, yüklü edilən əmlakın reyestr nömrəsi: **********40-06301) ipoteka ilə yüklü edilmişdir. Hər iki ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 2.3. 759 nömrəli xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsinə və 759 nömrəli kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı Əlavə sazişə üzrə 1-ci tranş üzrə 200 000 ABŞ dolları, 2-ci tranş üzrə 400 000 ABŞ dolları, 3- cü tranş üzrə isə 400 000 ABŞ dolları məbləğində vəsaitlər Cavabdeh4 MMCnin hesabına köçürülmüşdür. Belə ki, xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən cavabdehlərin borcu aşağıdakı kimidir: 1-ci tranş (193 804 ABŞ dolları) üzrə 180 783, 09 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə (xx.xx.2022-ci il tarixinə) 9861,48 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 19 986,57 ABŞ dolları (180 783,09 x 5% / 360 = 25,108; 25,108 x 796 (müqavilə müddəti bitdikdən sonrakı dövr) = 19 986,57), cərimə borcu 24 173,41 ABŞ dolları olmaqla cəmi 234 804,56 ABŞ dolları, 2-ci tranş (375 154,90 ABŞ dolları) üzrə 349 218,28 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə (xx.xx.2022-ci il tarixinə) 8226,63 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 39 820,58 ABŞ dolları (349 218.28 x 5% / 360 = 48.502; 48,502 x 821 = 39 820,58), cərimə borcu 49 378,65 ABŞ dolları olmaqla cəmi 446 644,14 ABŞ dolları, 3-cü tranş (387 608,43 ABŞ dolları) üzrə 369 926,80 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə (xx.xx.2022-ci il tarixinə) 18 805,66 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 41 462,63 ABŞ dolları (369 926,80 x 5% / 360 = 51,378; 51,378 x 807 (müqavilə müddəti bitdikdən sonrakı dövr) = 41 462,63), cərimə borcu 55 533,71 ABŞ dolları olmaqla cəmi 485 728,80 ABŞ dolları, ümumilikdə 3 tranş üzrə cəmi borc 1 167 177,50 ABŞ dolları təşkil edir. 2.4. Cavabdeh4 MMC kredit müqaviləsi üzrə vəsaitindən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Cavabdehlərə 759 nömrəli xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsinə və 759 nömrəli kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş üzrə borcun qaytarılması haqqında xx.xx.2022-ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait iddiaçıya geri qaytarılmamışdır. Bundan əlavə, 759 nömrəli xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsinə və 759 nömrəli kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişə dair təminat qismində olan əmlaklara X2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197.2 kv.m olan qeyri-yaşayış sahəsinə və Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1338.7 kv.m olan qeyri-yaşayış sahəsinə ipoteka predmeti üzrə tutmanın yönəldilməsi barədə bildiriş xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Həmin bildirişin dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair 273,96 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş və bildiriş qeydə alınaraq cavab məktubu verilmişdir. Bundan başqa, cavabdehə kredit vəsaiti sahibkarlıq məqsədi üçün verildiyinə görə ilkin mediasiya sessiyasında iştirak edilmiş, razılıq əldə edilmədiyi üçün məhkəməyə müraciət edilmişdir. İlkin mediasiya sessiyası üçün də 400 manat ödəniş edilmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Hazırkı mübahisə üzrə iddia qiymətinə uyğun olaraq 3,1 manat bank xidməti haqqı da ödənilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 319, 385, 442, 448-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə2 və X4 iddianın məzmununa uyğun izahatlar verdi və təmin olunmasını xahiş etdilər.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi Nümayəndə2 04 aprel 2024-cü il tarixli komission məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə razı olmadıqlarını, həmin rəydə qiymətlərin yüksək göstərildiyini, 12 iyun 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə razı olduqlarını bildirdi.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi X4 göstərdi ki, 19 sentyabr 2024-cü il tarixli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı deyildirlər. Belə ki, iddiaçı cərimə hesablamaq hüququndan istifadə edərək edilən ödənişlərin bir qismini cərimədən silmiş, ekspert isə həmin ödənişləri borcalanın faiz borcundan silmişdir. Nəticədə rəydəki faiz borcu ilə iddia tələbi arasındakı faiz borcu arasında kəskin fərq yaranmışdır.
8. Cavabdeh1 məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edərək pandemiya ilə əlaqədar maddi çətinliklər yarandığını və bu səbəbdən borcları ödəyə bilmədiyini bildirdi.
9. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Qanuni nümayəndə və nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh4 MMC-nin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə və nümayəndəsi X3 pandemiya ilə bağlı ödənişlərin edilməsində çətinlik yarandığını bildirdilər.
10. Məhkəmənin suallarına cavab olaraq Qanuni nümayəndə 04 aprel 2024-cü il tarixli komission məhkəmə tikinti-texniki ekspertizası və 19 sentyabr tarixli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı olduqlarını göstərdi.
11. Cavabdeh1 növbəti məhkəmə iclaslarının, Cavabdeh2 isə bütün məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəmə məlumat verməmişlər. Məhkəmə həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
15. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Borc verən qismində) ilə Cavabdeh4 MMC (Borc alan qismində) arasında bağlanmış 28 iyun 2019-cu il tarixli 759 nömrəli kredit xətti müqaviləsinin şərtlərindən görünür ki, Borc verən Borc alana 48 (qırx səkkiz) ay müddətində (xx.xx.2023-cü il tarixədək) 1 000 000.00 (bir milyon) ABŞ dolları məbləğində, kredit xəttindən istifadəyə görə illik 6 (altı) % ödəmək şərtilə bərpa olunmayan kredit xətti açmağı, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür (1.1). Kredit xəttinin təyinatı: Dövriyyə vəsaitinin artırılması (1.2). Borc alanın bu Müqavilə üzrə Borc verən qarşısında öhdəliklərinin təminatı qismində 759/1 saylı, 759/2 saylı ipoteka müqavilələri üzrə ipoteka predmeti olan əmlak obyektləri və 759/3, 759/4 və 759/5 saylı Zaminlik müqavilələri çıxış edir (1.3). Kredit xətti üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 6 (altı) faiz təşkil edir (1.4). Kredit xətti Borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və Borc verənin daxili qaydalarında nəzərdə tutullmuş sənədlərin Borc verənə təqdim edilməsindən sonra 10 (on) iş günü ərzində Borc verən tərəfindən açılır. Kredit xətti üzrə krediti bütünlüklə və ya tranşlarla almaq üçün Borc alan Borc verənə tələb olunan məbləğ göstərilməklə yazılı müraciət təqdim edir. Bu Müqaviləyə əsasən verilən kredit üzrə əsas borcun ümumi məbləği 1.1-ci bənddə müəyyənləşdirən kredit xəttinin məbləğini aşa bilməz. Bu bənddə nəzərdə tutulan müraciətdə göstərilən məbləği Borc verən Borc alan üçün Borc verəndə açılan AZ88İBAZ******************** №-li cari hesaba köçürməklə verir. Borc alan kredit xəttindən bu Müqavilənin bağlandığı tarixdən 10 (on) ay ərzində istifadə edə bilər. Kredit xətti çərçivəsində istifadə edilən hər tranşın maksimal müddəti 36 (otuz altı) ay müəyyən olunur (3.1). Kredit xətti çərçivəsində hər tranşın təqdim olunduğu tarixdən ilk 6 (altı) aylıq dövr ərzində Borc alana güzəşt müddəti müəyyən edilir, bu müddət ərzində kredit üzrə əsas borcun qaytarılması ilə bağlı hər hansı ödəniş həyata keçirilmir. Güzəşt müddəti bitdikdən sonra kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu Müqaviləyə əlavələrdə əks olunan Annuitet ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir (3.2).
16. Həmin müqaviləyə 01 nömrəli xx.xx.2019-cu il tarixli əlavə olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2019-cu il, sonuncu ödəniş tarixi xx.xx.2022ci il tarixi olmaqla ümumilikdə 400 000 ABŞ dolları əsas borc, 43747,03 ABŞ dolları faiz borcunun ödənilməsi razılaşdırılmışdır.
17. Həmin müqaviləyə 02 nömrəli xx.xx.2019-cu il tarixli əlavə olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2019-cu il, sonuncu ödəniş tarixi xx.xx.2022ci il tarixi olmaqla ümumilikdə 400 000 ABŞ dolları əsas borc, 43747,03 ABŞ dolları faiz borcunun ödənilməsi razılaşdırılmışdır.
18. Həmin müqaviləyə 03 nömrəli xx.xx.2019-cu il tarixli əlavə olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2019-cu il, sonuncu ödəniş tarixi xx.xx.2022ci il tarixi olmaqla ümumilikdə 200 000 ABŞ dolları əsas borc, 21873,53 ABŞ dolları faiz borcunun ödənilməsi razılaşdırılmışdır.
19. Həmin müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişə əsasən, tərəflər təsdiq edir ki, bu Sazişin bağlandığı tarixə Borc alanın Borc verən qarşısında Müqavilə üzrə əsas borcunun məbləği 956 567,33 (doqquz yüz əlli altı min beş yüz altımış yeddi ABŞ dolları, otuz üç cent) ABŞ dolları təşkil edir (2-ci bənd). Müqavilənin 3.2-ci bəndi aşağıdakı redaksiyada verilsin: “3.2. Kredit xətti çərçivəsində verilmiş hər tranş üzrə əsas borcun qaytarılması və hesablanmış faizlərin ödənilməsi Müqavilənin əlavələri hesab edilən hər tranş üzrə tərtib edilən Ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir”.
20. 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişə 01 nömrəli əlavə olan ödəniş cədvəlinə əsasən, ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 193 804 ABŞ dolları əsas borc, 18530,06 ABŞ dolları faiz borcunun ödənilməsi razılaşdırılmışdır (1-ci tranş).
21. 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişə 01 nömrəli əlavə olan ödəniş cədvəlinə əsasən, ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 375 154,9 ABŞ dolları əsas borc, 34876,49 ABŞ dolları faiz borcunun ödənilməsi razılaşdırılmışdır (2-ci tranş).
22. 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişə 01 nömrəli əlavə olan ödəniş cədvəlinə əsasən, ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 387 608,43 ABŞ dolları əsas borc, 36778,39 ABŞ dolları faiz borcunun ödənilməsi razılaşdırılmışdır (3-cü tranş).
23. Məhkəməyə təqdim edilən iddiaçı (Bank qismində) ilə cavabdeh Qanuni nümayəndə (Zamin qismində) arasında bağlanmış 28 iyun 2019-cu il tarixli 759/3 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, bu müqaviləyə müvafiq olaraq Zamin 1.2ci bənddə qeyd olunmuş Kredit xətti müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür (1.1). Bu Müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh4 MMC ilə Bank arasında bağlanmış 28 iyun 2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir (1.2). Zamin təsdiq edir ki, Kredit müqaviləsinin aşağıdakılar da daxil olmaqla bütün mühüm şərtləri ilə tanışdır (1.3): kreditin məbləği – 1 000 000 (bir milyon) ABŞ dolları; kreditin müddəti - 48 (qırx səkkiz) ay; kredit üzrə illik faiz dərəcəsi - 6 (altı) %; kredit üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 1.3.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Zaminin Bank qarşısında məsuliyyətinin əsaslarını aşağıdakılar üzrə Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öz öhdəliklərini lazımınca icra etməməsi təşkil edir (1.4): kreditin və ya onun bir hissəsinin Kredit müqaviləsində nəzədə tutulmuş müddətdə qaytarılmaması; faizlərin, penyanın və digər maliyyə sanksiyalarının Kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə ödənilməməsi; Kredit müqaviləsi üzrə kreditin vaxtından əvvəl qaytarılması və hesablanmış faizlərin ödənilməsi ilə bağlı Bankın tələblərinin Borc alan tərəfindən icra edilməməsi. Zamin Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərini tam həcmdə icra etməlidir (1.6).
24. Həmin müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişin şərtlərindən görünür ki, bu Sazişin predmetini Müqavilə ilə təmin edilmiş kredit xətti üzrə ödənişlərə güzəştin tətbiq edilməsi ilə bağlı Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi təşkil edir (1-ci bənd). Tərəflər təsdiq edir ki, bu Sazişin bağlandığı tarixə Borc alanın Bank qarşısında zaminliklə təmin edilmiş kredit xətti müqaviləsi üzrə əsas borcunun məbləği 956 567,33 ABŞ dolları təşkil edir (2-ci bənd). Tərəflər bu Sazişin 1-ci bəndinə müvafiq olaraq razılığa gəldilər ki (3-cü bənd): müqavilənin 1.2-ci bəndində “28 iyun 2019-cu tarixli 759 saylı Kredit xətti müqaviləsindən” sözlərindən sonra “21 iyul 2020-ci il tarixli, _1_ saylı Əlavə sazişlə edilmiş dəyişikliklər redaksiyasında)” sözləri əlavə edilsin. Müqavilə ilə təmin edilmiş kredit xətti üzrə ödənişlər yuxarıda qeyd edilmiş Əlavə sazişlə təsdiq edilən yeni Ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilsin.
25. Məhkəməyə təqdim edilən iddiaçı (Bank qismində) ilə Cavabdeh2 (Zamin qismində) arasında bağlanmış 01 iyul 2019-cu il tarixli 759/5 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, bu müqaviləyə müvafiq olaraq Zamin 1.2-ci bənddə qeyd olunmuş Kredit xətti müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür (1.1). Bu Müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh4 MMC ilə Bank arasında bağlanmış 28 iyun 2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir (1.2). Zamin təsdiq edir ki, Kredit müqaviləsinin aşağıdakılar da daxil olmaqla bütün mühüm şərtləri ilə tanışdır (1.3): kreditin məbləği – 1 000 000 (bir milyon) ABŞ dolları; kreditin müddəti - 48 (qırx səkkiz) ay; kredit üzrə illik faiz dərəcəsi - 6 (altı) %; kredit üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 1.3.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Zaminin Bank qarşısında məsuliyyətinin əsaslarını aşağıdakılar üzrə Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öz öhdəliklərini lazımınca icra etməməsi təşkil edir (1.4): kreditin və ya onun bir hissəsinin Kredit müqaviləsində nəzədə tutulmuş müddətdə qaytarılmaması; faizlərin, penyanın və digər maliyyə sanksiyalarının Kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə ödənilməməsi; Kredit müqaviləsi üzrə kreditin vaxtından əvvəl qaytarılması və hesablanmış faizlərin ödənilməsi ilə bağlı Bankın tələblərinin Borc alan tərəfindən icra edilməməsi. Zamin Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərini tam həcmdə icra etməlidir (1.6).
26. Həmin müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişin şərtlərindən görünür ki, bu Sazişin predmetini Müqavilə ilə təmin edilmiş kredit xətti üzrə ödənişlərə güzəştin tətbiq edilməsi ilə bağlı Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi təşkil edir (1-ci bənd). Tərəflər təsdiq edir ki, bu Sazişin bağlandığı tarixə Borc alanın Bank qarşısında zaminliklə təmin edilmiş kredit xətti müqaviləsi üzrə əsas borcunun məbləği 956 567,33 ABŞ dolları təşkil edir (2-ci bənd). Tərəflər bu Sazişin 1-ci bəndinə müvafiq olaraq razılığa gəldilər ki (3-cü bənd): müqavilənin 1.2-ci bəndində “28 iyun 2019-cu tarixli 759 saylı Kredit xətti müqaviləsindən” sözlərindən sonra “21 iyul 2020-ci il tarixli, _1_ saylı Əlavə sazişlə edilmiş dəyişikliklər redaksiyasında)” sözləri əlavə edilsin. Müqavilə ilə təmin edilmiş kredit xətti üzrə ödənişlər yuxarıda qeyd edilmiş Əlavə sazişlə təsdiq edilən yeni Ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilsin.
27. Məhkəməyə təqdim edilən iddiaçı (Bank qismində) ilə Cavabdeh1 (Zamin qismində) arasında bağlanmış 01 iyul 2019-cu il tarixli 759/4 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, bu müqaviləyə müvafiq olaraq Zamin 1.2-ci bənddə qeyd olunmuş Kredit xətti müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür (1.1). Bu Müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh4 MMC ilə Bank arasında bağlanmış 28 iyun 2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir (1.2). Zamin təsdiq edir ki, Kredit müqaviləsinin aşağıdakılar da daxil olmaqla bütün mühüm şərtləri ilə tanışdır (1.3): kreditin məbləği – 1 000 000 (bir milyon) ABŞ dolları; kreditin müddəti - 48 (qırx səkkiz) ay; kredit üzrə illik faiz dərəcəsi - 6 (altı) %; kredit üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 1.3.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Zaminin Bank qarşısında məsuliyyətinin əsaslarını aşağıdakılar üzrə Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öz öhdəliklərini lazımınca icra etməməsi təşkil edir (1.4): kreditin və ya onun bir hissəsinin Kredit müqaviləsində nəzədə tutulmuş müddətdə qaytarılmaması; faizlərin, penyanın və digər maliyyə sanksiyalarının Kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə ödənilməməsi; Kredit müqaviləsi üzrə kreditin vaxtından əvvəl qaytarılması və hesablanmış faizlərin ödənilməsi ilə bağlı Bankın tələblərinin Borc alan tərəfindən icra edilməməsi. Zamin Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərini tam həcmdə icra etməlidir (1.6).
28. Həmin müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişin şərtlərindən görünür ki, bu Sazişin predmetini Müqavilə ilə təmin edilmiş kredit xətti üzrə ödənişlərə güzəştin tətbiq edilməsi ilə bağlı Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi təşkil edir (1-ci bənd). Tərəflər təsdiq edir ki, bu Sazişin bağlandığı tarixə Borc alanın Bank qarşısında zaminliklə təmin edilmiş kredit xətti müqaviləsi üzrə əsas borcunun məbləği 956 567,33 ABŞ dolları təşkil edir (2-ci bənd). Tərəflər bu Sazişin 1-ci bəndinə müvafiq olaraq razılığa gəldilər ki (3-cü bənd): müqavilənin 1.2-ci bəndində “28 iyun 2019-cu tarixli 759 saylı Kredit xətti müqaviləsindən” sözlərindən sonra “21 iyul 2020-ci il tarixli, _1_ saylı Əlavə sazişlə edilmiş dəyişikliklər redaksiyasında)” sözləri əlavə edilsin. Müqavilə ilə təmin edilmiş kredit xətti üzrə ödənişlər yuxarıda qeyd edilmiş Əlavə sazişlə təsdiq edilən yeni Ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilsin.
29. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2024-cü il tarixə 1-ci tranş (193 804 ABŞ dolları) üzrə 180 783, 09 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 9861,48 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 19 986,57 ABŞ dolları, cərimə borcu 24 173,41 ABŞ dolları, 2-ci tranş (375 154,90 ABŞ dolları) üzrə 349 218,28 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 8226,63 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 39 820,58 ABŞ dolları, cərimə borcu 49 378,65 ABŞ dolları, 3-cü tranş (387 608,43 ABŞ dolları) üzrə 369 926,80 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 18 805,66 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 41 462,63 ABŞ dolları, cərimə borcu 55 533,71 ABŞ dolları təşkil edir.
30. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki: - iddiaçı ilə Cavabdeh4 MMC arasında 28 iyun 2019-cu il tarixli 759 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 48 ay müddətində (28 iyun 2023-cü il tarixədək) 1 000 000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 6% ödəmək şərtilə bərpa olunmayan kredit xətti açmağı, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri iddiaçıya ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə kreditin 3 tranşda verilməsi razılaşdırılmışdır; - 28 iyun 2019-cu il tarixli 759 nömrəli kredit xətti müqaviləsinə 21 iyul 2020-ci il tarixli əlavə saziş bağlanaraq kredit restrukturizasiya edilmiş, 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişə 01 nömrəli əlavə olan ödəniş cədvəllərinə əsasən, ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 193 804 ABŞ dolları əsas borc, 18530,06 ABŞ dolları faiz borcunun (1-ci tranş), ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 375 154,9 ABŞ dolları əsas borc, 34876,49 ABŞ dolları faiz borcunun (2-ci tranş), ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 387 608,43 ABŞ dolları əsas borc, 36778,39 ABŞ dolları faiz borcunun (3-cü tranş) ödənilməsi razılaşdırılmışdır; - adıçəkilən kredit xətti və əlavə saziş üzrə üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 ilə müvafiq olaraq 28 iyun 2019-cu il və 01 iyul 2019-cu il tarixli zaminlik müqavilələri və 21 iyul 2020-ci il tarixdə 01 nömrəli əlavə sazişlər bağlanmış, sonuncular borcalanın iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit məbləğini təşkil edən pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir.
31. İddiaçı 8.06 2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə və 759 nömrəli kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən 1-ci tranş üzrə 180 783, 09 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 9861,48 ABŞ dolları faiz borcu, 2-ci tranş üzrə 349 218,28 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 8226,63 ABŞ dolları faiz borcu, 3-cü tranş üzrə 369 926,80 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 18 805,66 ABŞ dolları faiz borcunun cavabdehlərdən tutulmasını tələb edir.
32. Cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh4 MMC maddi çətinliklərlər əlaqədar borcu ödəyə bilmədiklərini bildirir.
33. Digər Cavabdeh2 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
34. Məhkəmə mübahisənin həllində tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edilməsini zəruri hesab edir. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
35. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
36. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
37. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
38. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
39. Məhkəmə qeyd edir ki, kreditlərin müddəti 1-ci tranş üzrə xx.xx.2022- ci il tarixədək, 2 və 3-cü tranş üzrə müvafiq olaraq xx.xx.2022 və xx.xx.2022-ci il tarixədək olmuşdur. İş materiallarından görünür ki, 28 iyul 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iddiaçı və cavabdehlər Cavabdeh4 MMC və Qanuni nümayəndə iştirak etmiş, qeyd olunan tarixdə 2 və 3-cü tranş üzrə kreditlərin müddəti başa çatmış, 1-ci tranş üzrə isə başa çatmamışdır. Beləcə iddiaçı kredit müqaviləsi üzrə əsas borcun tələb edilməsi ilə 1-ci tranş üzrə də müqavilənin ləğvi ilə bağlı iradəsini ifadə etmişdir.
40. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
41. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
42. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
43. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Belə olan halda, iddiaçının xx.xx.2022-ci il tarixdə borcalan Cavabdeh4 MMC-yə bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və 1-ci tranş üzrə xx.xx.2022-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir.
44. Odur ki, 2-ci tranş üzrə kreditin müddəti xx.xx.2022-ci il və 3-cü tranş üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən, iddiaçı 2 və 3-cü tranş üzrə müvafiq olaraq xx.xx.2022 və xx.xx.2022-ci il tarixədək, 1-ci tranş üzrə isə xx.xx.2022-ci il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.
45. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun (əsas və müqavilə müddətinə faiz) məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər, iddiaçı isə 19 sentyabr 2024-cü il tarixli ekspert rəyindən ekspertin silinmələri düzgün aparmadığına istinad edərək ekspert rəyi ilə razılaşmamışdır. Halbuki iddiaçının nümayəndəsi (xx.xx.2024-cü il tarixli məhkəmə iclası) məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra iddia tələblərini ekspert rəyi ilə sistemlərində uyğunlaşdırma aparmaqla dəqiqləşdirmişlər. Belə olan halda, məhkəmə bildirir ki, iddiaçının bir tərəfdən ekspert rəyinə uyğunlaşdırma aparmaqla tələbini dəqiqləşdirdiyi halda, digər tərəfdən ekspertin rəyini mübahisələndirməsi ilə bağlı mövqeyi ziddiyyətli olmaqla əsassızdır.
46. Cavabdeh4 MMC-yə məxsus ******************** nömrəli bank hesabından xx.xx.2020 – xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan 19 sentyabr 2024-cü il tarixli 9/5343 nömrəli ekspert rəyinin verilmə tarixindən sonra hər hansı ödəniş olmadığı görünür.
47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli 9/5343 nömrəli ekspert rəyinə əsasən, 21 iyul 2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən 1-ci tranş üzrə xx.xx.2022-ci il tarixə əsas borc 181 359,38 ABŞ dolları, faiz borcu 5319,9 ABŞ dolları, 2-ci tranş üzrə əsas borc 345 470,28 ABŞ dolları, faiz borcu 5207,86 ABŞ dolları, 3-cü tranş üzrə əsas borc 369 724,23 ABŞ dolları, faiz borcu 17111,28 ABŞ dolları təşkil edir.
48. İddiaçının 1-ci tranş üzrə xx.xx.2022-ci il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə biləcəyini nəzərə alan məhkəmə qeyd edir ki, ekspert tərəfindən faiz borcu üzrə hesablamaya (rəyin təsviri hissəsində 1-ci tranş üzrə hesablama cədvəli) əsasən, xx.xx.2022-ci il tarixə faiz borcu 4987,41 ABŞ dolları təşkil edir, iyul və avqust ayı üçün hər günə düşən faiz borcu isə 30,23 ABŞ dollarıdır. Belə olan halda aydın olur ki, 2 günün (26.07.və xx.xx.2022) faiz məbləği 60,46 ABŞ (2*30,23) dolları təşkil edir. Beləliklə, müəyyən olunur ki, 1-ci kredit tranşı üzrə müqavilədən imtina edilən xx.xx.2024-cü il tarixə faiz borcu 5047,87 (xx.xx.2022-ci il tarixə 4987,41 ABŞ dolları + 2 gün üçün faiz borcu 2*30,23) ABŞ dollarıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və iddia tələbindən kənara çıxmamaq şərtilə (iddiaçının bəzi borcları ekspertin müəyyən etdiyi məbləğdən az tələb etdiyi nəzərə alınaraq) məhkəmə bu qənaətə gəlir ki, 28.06 2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsi və 759 nömrəli kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən 1-ci kredit tranşı (193 804 ABŞ dolları) üzrə əsas borc 180 783,09 ABŞ dolları, faiz borcu 5047,87 ABŞ dolları, 2-ci kredit tranşı üzrə (375 154,90 ABŞ dolları) əsas borc 345 470,28 ABŞ dolları, faiz borcu 5207,86 ABŞ dolları, 3-cü kredit tranşı üzrə (387 608,43 ABŞ dolları) əsas borc 369 724,23 ABŞ dolları, faiz borcu 17111,28 ABŞ dolları təşkil edir.
50. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
51. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
52. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
53. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
54. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixdə bağlanmış 759 nömrəli kredit xətti müqaviləsi üzrə 1-ci tranş üzrə 180 783,09 ABŞ dolları əsas borc, 5047,87 ABŞ dolları faiz borcu, 2-ci tranş üzrə 345 470,28 ABŞ dolları əsas borc, 5207,86 ABŞ dolları faiz borcu, 3-cü tranş üzrə 369 724,23 ABŞ dolları əsas borc, 17 111,28 ABŞ dolları faiz borcu cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir. b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
56. İddiaçı xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinin 1-ci tranşı üzrə 24173,41 ABŞ dolları, 2-ci kredit tranşı üzrə 49378,65 ABŞ dolları, 3-cü tranş üzrə 55533,71 ABŞ dolları cərimə məbləğlərinin də cavabdehlərdən tutulmasını xahiş edir.
57. xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsi müqaviləsinin 6.2-ci bəndlərinə əsasən, Borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün Müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə Borc verən tərəfindən Borc alan penya hesablana bilər.
58. 28 iyun 2019-cu il tarixli 759/3 nömrəli, 01 iyul 2019-cu il tarixli 759/4 nömrəli və 759/5 nömrəli zaminlik müqavilələrinin 1.3-cü bəndləri ilə zaminlər təsdiq etmişlər ki, kredit üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 1.3.3cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Həmin müqavilələrin 1.4-cü bəndləri ilə zaminlərin iddiaçı qarşısında məsuliyyətinin əsaslarını o cümlədən faizlərin, penyanın və digər maliyyə sanksiyalarının kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə ödənilməməsi üzrə borcalanın kredit müqaviləsi üzrə iddiaçı qarşısında öz öhdəliklərini lazımınca icra etməməsi təşkil edir.
59. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
60. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
61. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
62. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, borcalan müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinin 1-ci tranşı üzrə sonuncu ödəniş xx.xx.2022-ci il, 2-ci tranşı üzrə sonuncu ödəniş xx.xx.2022-ci il, 3-cü tranşı üzrə sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
63. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, müvafiq olaraq cavabdehlərdən tutulmalı cərimə məbləğinin xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə 5430 ABŞ dolları, 2-ci kredit tranşı üzrə 10400 ABŞ dolları, 3-cü kredit tranşı üzrə 11000 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
64. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə 5430 ABŞ dolları, 2-ci kredit tranşı üzrə 10400 ABŞ dolları, 3-cü kredit tranşı üzrə 11000 ABŞ dolları məbləğində pul cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
c) Kredit müqaviləsi üzrə əsas borca illik 5 faizin tutulması tələbi ilə bağlı
65. İddiaçı eyni zamanda illik 5 faizlə hesablanmış xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinin 1-ci tranşı üzrə 19986,57 ABŞ dolları, 2-ci kredit tranşı üzrə 39820,58 ABŞ dolları, 3-cü tranş üzrə 41462,63 ABŞ dolları pulun cavabdehlərdən tutulmasını xahiş edir.
66. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (Mülki Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyası).
67. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
68. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinin 2-ci tranşı üzrə xx.xx.2022-ci il, 3-cü tranş üzrə xx.xx.2022ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ iddiaçı tərəfindən hesablamanın aparıldığı xx.xx.2024-cü il tarixədək tutulmalıdır.
69. 1-ci tranşı üzrə əsas borca illik beş faizlə hesablanmış məbləğ üzrə hesablama ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı 1-ci tranşı üzrə kreditdən istifadəyə görə faiz borcunu xx.xx.2022-ci il tarixə, əsas borca illik beş faizlə ilə hesablanmış məbləği xx.xx.2022-ci il tarixdən hesablanmaqla tələb edir. Lakin məhkəmə müəyyən etmişdir ki, 1-ci tranş üzrə kredit xx.xx.2022-ci il tarixdən xitam edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan 10 gün üçün faiz borcu tələb edildiyindən, lakin həmin müddət üçün kreditdən istifadəyə görə faiz hesablana bilmədiyindən, iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən həmin müddət üzrə də əsas borca illik beş faizlə məbləğ hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, 1-ci tranşı üzrə əsas borca illik beş faizlə hesablanmış məbləğ xx.xx.2022-ci il tarixdən iddiaçı tərəfindən hesablamanın aparıldığı xx.xx.2024-cü il tarixədək tutulmalıdır.
70. 19 sentyabr 2024-cü il tarixli 9/5343 nömrəli ekspert rəyinə əsasən, 1-ci tranş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə illik 5 faizlə hesablanan məbləğ 19219,06 ABŞ dolları, 1 günə düşən məbləğ isə 25,19 ABŞ dolları, 2-ci tranş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə illik 5 faizlə hesablanan məbləğ 37809,80 ABŞ dolları, 1 günə düşən məbləğ isə 47,98 ABŞ dolları, 3-cü tranş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə illik 5 faizlə hesablanan məbləğ 39745,35 ABŞ dolları, 1 günə düşən məbləğ isə 51,35 ABŞ dolları təşkil edir.
71. Belə olan halda, xx.xx.2024-cü il tarixə illik 5 faizlə hesablanan məbləğ 1-ci tranş üzrə 20303,14 (1 günə düşən məbləğ 25,19*806 gün (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan 10 gün + xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə olan 796 gün) ABŞ dolları, 2-ci tranş üzrə 39393,14 (xx.xx.2024-cü il tarixə 37809,8 + xx.xx.2024-cü il tarixədək 33 gün üçün 33*47,98) ABŞ dolları, 3-cü tranş üzrə 41439,9 (xx.xx.2024-cü il tarixə 39745,35 + xx.xx.2024-cü il tarixədək 33 gün üçün 33*51,35) ABŞ dolları təşkil edir.
72. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir.
73. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, əsas borca illik 5 faizlə hesablanmaqla xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə 19986,57 ABŞ dolları, 2-ci kredit tranşı üzrə 39393,14 ABŞ dolları, 3-cü kredit tranşı üzrə 41439,9 ABŞ dolları məbləğində pul cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
d) İddia tələbinin xarici valyutada göstərilməsi ilə bağlı
74. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
75. Qeyd edilən qərara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulu məbləği qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır.
e) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı
76. İddiaçı eyni zamanda: – Tələbin xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi və ona əlavə və dəyişiklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş müqaviləsinə əsasən X2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197,2 kv.m olan qeyri-yaşayış sahəsinə vo xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi və ona əlavə və dəyişiklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1338,7 kv.m olan qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onların satışından əldə olunmuş vəsaitin xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş üzrə cəmi borcunun 1 167 177,50 ABŞ dolları, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1782,10 manat dövlət rüsumunun və 3,10 manat bank xidmət haqqının, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 273,96 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin ödənilməsinə yönəldilməsi; – İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197,2 kv.m olan qeyri-yaşayış sahəsinə və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1338,7 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdən sonra həmin sahələrin cavabdehlər X5 və Cavabdeh1 tərəfindən boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi tələbini də irəli sürmüşdür.
77. Məhkəmə ipoteka predmetlərinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
78. Mülki Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
79. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
80. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
81. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
82. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
83. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
84. İddiaçı (İpoteka saxlayan qismində) ilə Cavabdeh4 MMC (Borc alan qismində) və Cavabdeh1 (İpoteka qoyan qismində) arasında bağlanmış, ipoteka predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008ci il tarixli, MH seriyalı, ******* №-li çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan (reyestr nömrəsi - **********40-06301) Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Mir Cəlal küçəsində istifadədə olan 0,06225 ha torpaq sahəsində yerləşən 51C nömrəli 1338,7 kv.m ümumi, 1193,8 kv.m əsas, 144,9 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binası olan olan xx.xx.2019-cu il tarixli 759/1 nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilənin predmetini Müqavilənin 1.2-ci bəndində göstərilən kredit xətti müqaviləsinə əsasən Borc alanın İpoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan Müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın İpoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi təşkil edir (1.1). Bu Müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik Borc alanla İpoteka saxlayan arasında bağlanmış xx.xx.2019-cu il tarixli 759 saylı Kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir. İpoteka predmeti olan əmlak İpoteka saxlayanın tələblərini faktiki təminat məqamında, əsas borc, faizlər, penya, İpoteka saxlayana dəymiş zərər və bu Müqavilə üzrə ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi ilə bağlı xərclər də daxil olmaqla, tam həcmdə təmin edir (1.2). Kredit xətti müqaviləsinə əsasən İpoteka saxlayan tərəfindən kredit Borc alana aşağıdakı mühüm şərtlərlə verilir (2.1): kreditin xəttinin limiti - 1.000.000,00 (bir milyon) manat; kreditin xəttinin müddəti - 48 (qırx səkkiz) ay; kredit xətti üzrə illik faiz dərəcəsi - 6 (altı) % (2.1.3); kredit xətti üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 2.1.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası: Kredit xətti çərçivəsində hər tranşın təqdim olunduğu tarixdən ilk 6 (altı) aylıq dövr ərzində Borc alana güzəşt müddəti müəyyən edilir, bu müddət ərzində kredit üzrə əsas borcun qaytarılması ilə bağlı hər hansı ödəniş həyata keçirilmir. Güzəşt müddəti bitdikdən sonra kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi Annuitet ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir (2.1.5).
85. Həmin müqavilələrə 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişlərdən görünür ki, bu Sazişin bağlandığı tarixə Borc alanın İpoteka saxlayan qarşısında ipoteka ilə təmin edilmiş kredit xətti müqaviləsi üzrə əsas borcunun məbləği 956 567,33 ABŞ dolları təşkil edir. Tərəflər bu Sazişin 1-ci maddəsinə müvafiq olaraq razılığa gəldilər ki: Müqavilənin 2.1.5-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin: “2.1.5. kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası: kredit xətti üzrə borcun restrukturizasiya edildiyi tarixindən etibarən 6 (altı) aylıq dövr ərzində kredit xətti çərçivəsində verilmiş hər bir tranş üzrə Borc alana güzəşt müddəti təyin edilir. Qeyd edilən müddət ərzində əsas borc üzrə hər hansı ödəniş aparılmır. Güzəşt müddəti ərzində faizlərin ödənilməsi və güzəşt müddəti bitdikdən sonra əsas borcun qaytarılması və hesablanmış faizlərin ödənilməsi hər tranş üzrə tərtib olunan ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir”.
86. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsi üzrə 48 ay müddətinə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Mir Cəlal küçəsi, 51 C / Qeyri-yaşayış binası, müalicə mərkəzinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.
87. İddiaçı (İpoteka saxlayan qismində) ilə Cavabdeh4 MMC (Borc alan qismində) və Cavabdeh2 (İpoteka qoyan qismində) arasında bağlanmış, ipoteka predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014cü il tarixli, RX seriyalı, ******* №-li çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan (reyestr nömrəsi - **********91-05101-083002) ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində 197,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan xx.xx.2019-cu il tarixli 759/2 nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilənin predmetini Müqavilənin 1.2-ci bəndində göstərilən kredit xətti müqaviləsinə əsasən Borc alanın İpoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan Müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın İpoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi təşkil edir (1.1). Bu Müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik Borc alanla İpoteka saxlayan arasında bağlanmış xx.xx.2019-cu il tarixli 759 saylı Kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir. İpoteka predmeti olan əmlak İpoteka saxlayanın tələblərini faktiki təminat məqamında, əsas borc, faizlər, penya, İpoteka saxlayana dəymiş zərər və bu Müqavilə üzrə ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi ilə bağlı xərclər də daxil olmaqla, tam həcmdə təmin edir (1.2). Kredit xətti müqaviləsinə əsasən İpoteka saxlayan tərəfindən kredit Borc alana aşağıdakı mühüm şərtlərlə verilir (2.1): kreditin xəttinin limiti - 1.000.000,00 (bir milyon) manat; kreditin xəttinin müddəti - 48 (qırx səkkiz) ay; kredit xətti üzrə illik faiz dərəcəsi - 6 (altı) % (2.1.3); kredit xətti üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 2.1.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası: Kredit xətti çərçivəsində hər tranşın təqdim olunduğu tarixdən ilk 6 (altı) aylıq dövr ərzində Borc alana güzəşt müddəti müəyyən edilir, bu müddət ərzində kredit üzrə əsas borcun qaytarılması ilə bağlı hər hansı ödəniş həyata keçirilmir. Güzəşt müddəti bitdikdən sonra kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi Annuitet ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir (2.1.5).
88. Həmin müqavilələrə 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişlərdən görünür ki, bu Sazişin bağlandığı tarixə Borc alanın İpoteka saxlayan qarşısında ipoteka ilə təmin edilmiş kredit xətti müqaviləsi üzrə əsas borcunun məbləği 956 567,33 ABŞ dolları təşkil edir. Tərəflər bu Sazişin 1-ci maddəsinə müvafiq olaraq razılığa gəldilər ki: Müqavilənin 2.1.5-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin: “2.1.5. kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası: kredit xətti üzrə borcun restrukturizasiya edildiyi tarixindən etibarən 6 (altı) aylıq dövr ərzində kredit xətti çərçivəsində verilmiş hər bir tranş üzrə Borc alana güzəşt müddəti təyin edilir. Qeyd edilən müddət ərzində əsas borc üzrə hər hansı ödəniş aparılmır. Güzəşt müddəti ərzində faizlərin ödənilməsi və güzəşt müddəti bitdikdən sonra əsas borcun qaytarılması və hesablanmış faizlərin ödənilməsi hər tranş üzrə tərtib olunan ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir”.
89. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsi üzrə 48 ay müddətinə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 64 (qys) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.
90. Məhkəməyə təqdim edilən İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan və sonuncu tərəfindən iddiaçıya ünvanlanan məktublardan yuxarıda qeyd edilən 2 ipoteka predmetinə münasibətdə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatın alındığı təsdiqlənir.
91. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
92. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
93. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir
94. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
95. Məhkəmə ipoteka müqavilələrin bağlanmasının üzərindən xeyli müddət keçdiyini nəzərə alaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 289/2023 nömrəli qərardadı yuxarıda qeyd edilən 2 əmlakın likvid və real bazar dəyərinin müəyyən edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Sonuncu tərəfindən aparılmış qiymətləndirmələr ilə məhkəmə əsassızlığına görə razılaşmamış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-289/2023 nömrəli komission məhkəmə tikinti-texniki ekspertizası haqqında qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/252- 9/183 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki: – Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 4647000.0 manat məbləğində, likvid dəyəri isə təqribən 4182000.0 manat; – ünvan 6 ünvanında yerləşən qeyri- yaşayış sahəsi sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 462000.0 manat məbləğində, likvid dəyəri isə təqribən 416000.0 manat məbləğində təşkil edir.
96. Məhkəmə 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/252-9/183 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının komission qaydada aparıldığını və tədqiqatın aparılmasında 4 ekspertin iştirak etdiyini nəzərə alaraq hesab edir ki, adıçəkilən ipoteka predmetlərinin 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/252-9/183 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilən likvid qiyməti həmin əmlakların ilkin satış qiyməti kimi müəyyən edilməlidir.
97. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
98. Göstərilənlərə əsasən məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliklərin lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 416 000 manat müəyyən edilməklə ünvan 1ys ünvanında yerləşən 197,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 4 182 000 manat müəyyən edilməklə Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən 1338,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək əmlaklar açıq hərracda satılmalı, əmlakların satışından əldə olunan vəsait "xxxx" ASC ilə Cavabdeh4 MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 759 nömrəli kredit xətti üzrə 1 050 994,22 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1171 manat, ödənilmiş xidmət haqqının əvəzi olaraq 3,10 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 240 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və 400 manat mediasiya xərcinin ödənilməsinə yönəldilməli, ipoteka predmetlərinin satışından əldə olunan vəsait "xxxx" ASC ilə Cavabdeh4 MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 759 nömrəli kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
99. Məhkəmə ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
100. Əvvəla məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan tələbinin qanuni əsasını iddia ərizəsində göstərməmişdir. “İpoteka haqqında” Qanunda ipoteka predmetinə tutmanın yönəldilməsi halında əmlakın boşaldılması ilə bağlı tənzimləmə 59-cu maddədə yalnız yaşayış evinə və mənzilə münasibətdə həyata keçirilmişdir. Hazırkı halda isə boşaldılaraq təhvil verilməsi və ipoteka qoyanların ipoteka predmetindən istifadə hüququna xitam verilməsi tələbi irəli sürülən ipoteka müqavilələrinin predmeti qeyriyaşayış sahələri olmaqla yaşayış evi və ya mənzil kateqoriyasına aid əmlaklar deyildir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13.5-ci maddəsinə əsasən ... hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Təsadüfi deyildir ki, “İpoteka haqqında” Qanunun 56.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, mehmanxanalar, istirahət evləri, bağ evləri və bu kimi başqa tikililər və binalar ümumi əsaslarla ipoteka predmeti ola bilər. Yaşayış evlərinin (mənzillərinin) ipotekası üçün müəyyən edilən qaydalar onlara şamil edilmir.
101. Məhz bu səbəbdən “İpoteka haqqında” Qanunun yaşayış evinə və ya mənzilə tutmanın yönəldilməsi nəticəsində həyata keçirilməli olan hərəkətlər ilə bağlı tənzimləməsi həmin kateqoriyaya aid olmayan əmlaklara münasibətdə analogiya qaydasında tətbiq oluna bilməz. Həmçinin qeyri-yaşayış sahəsinə münasibətdə ipoteka predmetinə tutma yönəldikdə əmlakın boşaldılaraq təhvil verilməsi birbaşa ipoteka predmetinə tutma yönəlməsinin tərkib elementidir, həmin boşaldılmanın müddəti isə alınmış əmlakın keçdiyi şəxslə əldə ediləcək razılıqdan asılıdır.
102. Beləliklə, qeyd olunan hissədə tələbin qanuni əsası müəyyən olunmadığından və göstərilən səbəblərdən məhkəmə hesab edir ki, ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi hissəsində iddia tələbi rədd edilməlidir.
f) İddiaçı tərəfindən çəkilən xərclər ilə bağlı
103. İddiaçı eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1782,1 manat dövlət rüsumunun, 3,1 manat bank xidmət haqqının, 400 manat ödənilmiş mediasiya xərcinin, 273,96 manat ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının cavabdehlərdən tutulmasını xahiş etmişdir.
104. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına və mədaxil qəbzinə əsasən məhkəmə müəyyən edir ki, ********* nömrəli mədaxil qəbzi ilə iddia ərizəsinin verilməsi üçün 1208,96 manat məbləğində dövlət rüsumu və 1,81 manat xidmət haqqı iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
105. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia tələbinin həcminin artırılması üçün 17,34 manat məbləğində dövlət rüsumu, 0,4 manat xidmət haqqı iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
106. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia tələbinin həcminin artırılması üçün 4,3 manat məbləğində dövlət rüsumu, 0,4 manat xidmət haqqı iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
107. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia tələbinin həcminin artırılması üçün 35,64 manat məbləğində dövlət rüsumu, 0,4 manat xidmət haqqı iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
108. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia tələbinin həcminin artırılması üçün 78,48 manat məbləğində dövlət rüsumu, 0,4 manat xidmət haqqı iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
109. İddia ərizəsinə əlavə edilmiş 28 iyul 2022-ci il tarixli MŞB/4-01506 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 400 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
110. İş materiallarında olan ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə təsdiqetmə bildirişlərindən və hesabdan çıxarışdan görünür ki, ümumilikdə 240 manat və 30 manat məbləğində xidmət haqqı və dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
111. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, xx.xx.2023-cü il tarixli 9/657 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100 manat, 04 aprel 2024-cü il tarixli 3-16- 16/2-10/252-9/183 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100 manat, 19 sentyabr 2024-cü il tarixli 9/5343 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 50 manat, 12 iyun 2023-cü il tarixli 10/533-9/657 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100 manat, 04 noyabr 2023-cü il tarixli 3-16-6/2-10/7288-9/7315 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
112. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
113. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
114. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
115. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
116. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
117. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1171 manat, ödənilmiş xidmət haqqının əvəzi olaraq 3,10 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 240 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə, ekspertiza xərci olaraq cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada 405 manat, iddiaçı "xxxx" ASC-dən 45 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilməlidir.
V. Nəticə:
118. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh4 MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 759 nömrəli kredit xətti müqaviləsi üzrə 1-ci tranş üzrə 180 783,09 ABŞ dolları əsas borc, 5047,87 ABŞ dolları faiz borcu, 5430 ABŞ dolları cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 19 986,57 ABŞ dolları, 2-ci tranş üzrə 345 470,28 ABŞ dolları əsas borc, 5207,86 ABŞ dolları faiz borcu, 10400 ABŞ dolları cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 39 393,14 ABŞ dolları, 3-cü tranş üzrə 369 724,23 ABŞ dolları əsas borc, 17 111,28 ABŞ dolları faiz borcu, 11000 ABŞ dolları cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 41439,9 ABŞ dolları olmaqla ümumilikdə 1 050 994,22 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1171 manat, ödənilmiş xidmət haqqının əvəzi olaraq 3,10 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 240 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Tutma Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 416 000 manat müəyyən edilməklə ünvan 1ys ünvanında yerləşən 197,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 4 182 000 manat müəyyən edilməklə Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən 1338,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək əmlaklar açıq hərracda satılsın. Əmlakların satışından əldə olunan vəsait "xxxx" ASC ilə Cavabdeh4 MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 759 nömrəli kredit xətti üzrə 1 050 994,22 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1171 manat, ödənilmiş xidmət haqqının əvəzi olaraq 3,10 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 240 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və 400 manat mediasiya xərcinin ödənilməsinə yönəldilsin. İpoteka predmetlərinin satışından əldə olunan vəsait "xxxx" ASC ilə Cavabdeh4 MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 759 nömrəli kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Ekspertiza xərci olaraq cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada 405 manat, iddiaçı "xxxx" ASC-dən 45 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərmin Əhmədova