Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4200/2021 06.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə oğlunun, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrəkommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 36.520 (manat məbləğində pulun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı arasında notarial qaydada bağlanmış 12.10.2019-cu il tarixli icarə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan 4.1 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin bir hissəsini (7322 kv.m.) cavabdehin icarəsinə vermişdir. Həmin müqavilənin 12-ci bəndinə görə kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar icarəçi tərəfindən ödənilməlidir. Lakin cavabdeh tərəfindən müqavilənin həmin bəndi icra olunmamış, nəticədə “Azəriqaz” İB-yə cəmi 37.670,60 (otuz yeddi min altı yüz yetmiş manat, altmış qəpik) manat məbləğində təbii qazdan istifadəyə görə borc yaranmışdır. Borc səbəbindən qeyri-yaşayış sahəsinə verilmiş qazın nəqli uzun müddət dayandırılmışdır. Bundan sonra qarşılıqlı razılıq əsasında 12.10.2019-cu il tarixli icarə müqaviləsi 28.04.2021-ci il tarixdə notarial qaydada ləğv edilmişdir. Dəfələrlə qazın nəqlinin bərpa edilməsi üçün “Azəriqaz” İB-yə müraciət olunmuş, lakin hesablanmış borcun ödənilməməsi halında qazın bərpasının mümkünsüz olması bildirilmişdir. Bununla da qeyri-yaşayış sahəsindən təyinatına uyğun olaraq istifadə edilməsi mümkünsüz olmuşdur. Cavabdeh tərəfindən qeyd edilən borc məbləği ödənilməmiş, məcburiyyət qarşısında qalaraq 30.04.2021-ci il tarixdə “Azəriqaz” İB-nin hesabına tərəfindən 36.520,60 manat pul ödənilmiş və qazın verilişi bərpa olunmuşdur. Bundan sonra cavabdehə onun istifadə etdiyi və müqavilənin şərtlərinə görə ödəməli olduğu 36.520,60 manat pulun ona qaytarılması barədə bildiriş (pretenziya) göndərilmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı daha öncə Bakı Kommersiya Məhkəməsində “Azəriqaz” İB-yə qarşı iddia irəli sürərək, aktın ləğv edilməsini, əsassız borcun silinməsini və yenidən hesablanmasını xahiş etmişdir. Hətta həmin iş üzrə iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək “Azəriqaz” İB tərəfindən qeyri-yaşayayış sahəsinə qazın verilməsinin dayandırılmamasını xahiş edib və iddianın təmini tədbiri barədə qərardad qəbul edilib, lakin “Azəriqaz” İB qərardadın icrasını vaxtında təmin etməməsi ilə bağlı iddiaçı icarəçi və hazırda iş üzrə cavabdeh olan Cavabdeh aid borcun ödənişini həyata keçirib və bundan sonra məhkəmə qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılıb. İddiaçı borc məbləğini ödəyərək, borcu etiraf edib. Cavabdeh borcu ödəməməsinin səbəbi isə ondan ibrətdir ki, borcun bir hissəsi “Qazdan istifadə qaydaları”n pozulması barədə akta əssən hesablanıb və cavabdeh tərəf həmin hesbalama ilə razı deyil. Sonradan cavabdehin xahişi ilə əmlak sahibi olaraq, İddiaçı “Azəriqaz” İB-yə qarşı iddia irəli sürüb, lakin iddia baxılmamış saxlanılıb. Hesab edirlər ki, iddiaçı imkan yaratmalı idi ki, borc məbləği müəyyən edilsin və sonradan cavabdeh ödənişi həyata keçirsin. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın qismən təmin edilməsini, cavabdehdən yalnız sayğac göstəricilərinə əsasən hesablanmış qaz borcuna görə ödənilmiş pulun tutulmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (icarəyə verən) ilə X1 (icarəçi) arasında bağlanmış 12 oktyabr 2019-cu il tarixdə Abşeron rayonu, Zirə Tərəvəzçilik sovxozu ünvanında yerləşən ümumi sahəsi 4.1 kv/m olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin bir il müddətinə icarəyə verilməsinə dair 3M-2583 reyestrli icarə müqaviləsindən görünür ki, həmin müqavilənin: 3-cü bəndinə əsasən icarə müddəti 12/10/2020-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürülməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. 5-ci bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən icarəyə verənə aylıq 1000 manat 00 qəpik icarə haqqı ödəyir. 7-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. 9-cu bəndinə əsasən icarəçi(lər) icarəyə verən(lər)-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. 12-ci bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizatsiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi(lər) tərəfindən ödənilir. Müqavilə tərəflərin imzası ilə notarial qaydada təsdiq edilmişdir İddiaçı (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair 28 aprel 2021-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, həmin razılaşmanın imzalandığı tarixdən tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. **********00003 saylı abonent İddiaçı (kommersiya) abonent saldosundan görünür ki, abonentə məxsus obyektə xidmət edən Elster G-100 RVG EK-90 tipli 75019297 saylı qaz sayğacı 26.02.2020-ci il tarixdə quraşdırılmışdır. 2020-ci ilin fevral ayına abonenetin qazdan istifadəyə görə borcu olmamışdır. 2020-ci yanvar ayının əvvəlinə isə abonentin borcu 36.515,01 manat təşkil etmişdir. Həmin borcun 18.094 manat hissəsi akt əsasında hesablanmışdır. - “Azəriqaz” İB Bakı Regional Qazın satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış 26.11.2020-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacları ilə sərf olunmuş təbii qaza görə 19.576,4 manat olmaqla, ümumilikdə 24.11.2020-ci il tarixinə qeyri-yaşayış sahəsinin hesab kodunda 37670,60 manat borc mövcud olmuşdur. - “Azəriqaz” İB Bakı Regional Qazın satışı Departamenti tərəfindən iddiaçının vəkili Nümayəndə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, fiziki şəxs İddiaçı təbii qaz istehlakçısı kimi 09.01.2020-ci il tarixdn “Azəriqaz” İB-nin abonentlərinin uçotu bazasında qeydiyyatdadır, istifadə etdyi təbii qazın sərfiyyatına görə 58.832,99 maant ( o cümlədən 30.04.2021-ci il tarixinə 36.520 manat edilən ödəniş daxil olmaqla) ödəniş edilmişdir və 12.07.201-ci il tarixə borcu 5.425,81 manat təşkil edir. -İddiaçı tərəfindən təqdim edilmiş 30 aprel 2021-ci il tarixli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, İddiaçı Azəriqaz İB-nin hesabına 36.520 manat məbləğində ödəniş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (icarəyə verən) və Cavabdeh (icarəçi) arasında 12 oktyabr 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış, 28 aprel 2021-ci il tarixdə həmin müqavilə tərəflərin qarşılıqlı razılığa əsasən ləğv edilmişdir. Cavabdeh icarə obyektindən istifadə etdiyi müddət üçün yaranmış qazdan istifadəyə görə borcu tam ödəməmiş, nəticədə icarə müqaviləsinin ləğv edildiyi tarixə icarə obyektinə qazdan istifadəyə görə hesablanmış borc 36.520 manat təşkil etmişdir. 30.04.2021-ci il tarixdə həmin borc İddiaçı tərəfindən ödənilmişdir. Hazırda İddiaçı qazdan istifadəyə görə ödədiyi 36.520 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İş materiallarından isə görünür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 12-ci bəndinə əsasən kommunal xidmətlərdən istifadə edilməsinə görə haqların ödənilməsi icarəçinin (cavabdehin) öhdəliklərinə aid edildiyi halda icarəçi (cavabdeh) həmin öhdəliyi tam şəkildə icra etməmiş, nəticədə həmin borc icarəyə verən (iddiaçı) tərəfindən ödənilməklə icarəyə verənə (iddiaçıya) 36.520 manat məbləğində maddi zərər dəymişdir. Odur ki, İddiaçı cavabdehin müqavilədən irəli gələn öhdəliyi pozması nəticəsində ona dəymiş 36.520 manat məbləğində maddi zərərin tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehin iddiaya etirazına əsas kimi istinad etdiyi - iddiaçının qazdan istifadəyə görə ödədiyi pul vəsaitinin bir hissəsinin “Qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanması və cavabdehin həmin borc ilə razılaşmaması barədə - dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən akt əsasında hesablanmış borc da cavabdehin icarə obyektindən istifadə etdiyi müddət üçün hesablanmışdır. Odur ki, həmin borc da icarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh tərəfindən ödənilməli idi. Digər tərəfdən sözügedən akt üzrə hesablanmış borcun əsassız hesab edilməsi və silinməsi barədə qanuni qüvvədə olan məhkəmə aktı mövcud deyildir. Belə olan halda isə cavabdehin istinad etdiyi göstərilən dəlillər həmin akta əsasən hesablanmış borca görə iddiaçı tərəfindən ödənilmiş pulun cavabdehdən tutulması hissəsində iddianın rədd edilməsi üçün əsas vermir. İddianın ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbini əsaslandırmaq üçün hər hansı qanunvericilik normasına istinad etməmişdir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, mediasiya prosesi çərçivəsində çəkilən xərclər MPM-nin normalarına əsasən məhkəmə xərclərinə də aid edilməmişdir. Odur ki, mediasiya xərclərinin cavabdehdən tutulması üçün qanuni əsasın mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi iddia qiymətinin 99%-ə münasibətdə təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 36.520 (otuz altı min beş yüz iyirmi) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4200/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4200/2021
06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver