Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-421/2025 09.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “müqavilə üzrə borcun ödənilməsi və s” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik və ipoteka müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “müqavilə üzrə borcun ödənilməsi və s” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASCnin“Sumqayıt” filialı ilə Cavabdeh2arasında bağlanmış xx.xx.2023-ci il tarixli № L004120/0001 saylı kredit müqaviləsi üzrə banka olan 49,091.71 AZN əsas, 1,604.15 AZN faiz, 5,647.66 AZN cərimə borcu olmaqla, cəmi borcu 56,343.52 AZN (əlli altı min üç yüz qırx üç manat əlli iki qəpik) borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəfimizdən ödənilən 51 AZN (əlli bir manat) məbləğində rüsumun, 259.03 AZN (iki yüz əlli doqquz manat üç qəpik) məbləğində dövlət rüsumunun cavabdehlərdən (borcalan - Cavabdeh2, zamin – Cavabdeh1, zamin və ipotekaqoyan – Cavabdeh3) tutularaq TuranBank ASC-yə ödənilməsi; 2. Həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh3məxsus Bakı şəhəri, Yasamal ray., Zərgərpalan küç., ev 100, mənzil 36, Yeni qaydalarla: AZ1009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.mibarət olan 3 saylı mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi; xx.xx.2023-ci il tarixli № L004120/0001 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən (borcalan - Cavabdeh2, zamin – Cavabdeh1, zamin və ipotekaqoyan – Cavabdeh3) tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2arasında xx.xx.2023-cü il tarixində bağlanmış № L004120 saylı kredit limiti müqaviləsinə əsasən bağlanmış xx.xx.2023-ci il tarixli № L004120/0001 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16.5 %olmaqla 36 aymüddətinə 60 000 AZN (altmış min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, TuranBank ASC, Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2023-ci il tarixli, № L004120 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi BanklaCavabdeh3 (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2023- ci il tarixli № L004120 saylı ipotekamüqaviləsinə əsasən Cavabdeh3məxsus olan Bakı şəhəri, Yasamal ray., Zərgərpalan küç., ev 100, mənzil 36, Yeni qaydalarla:AZ1009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.mibarət olan 3 saylı mənzil ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 3.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 240 000 AZN (iki yüz qırx min manat) məbləğində qiymətləndirilmişdir. Belə ki, xx.xx.2023-ci il tarixli № L004120/0001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. Cavabdeh2 Banka 49,091.71AZN (qırx doqquz min doxsan bir manat yetmiş bir qəpik) əsas, 1,604.15AZN (bir min altı yüz dörd manat on beş qəpik) faiz, 5,647.66 AZN (beş min altı yüz qırx yeddi manat altmış altı qəpik) cərimə borcu olmaqla, cəmi borcu 56,343.52AZN (əlli altı min üç yüz qırx üç manat əlli iki qəpik) ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli № L004120/0001 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 16.5 % olmaqla cərimə faizi ödəyir. 3.1.7-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı/qətnaməsi (və ya icra sənədi) tam icra olunub başa çatanadək hesablanan faizləri və/və ya vurulmuş zərərin ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 10.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında ipoteka predmetinə tutma yönəldə bilər. İpoteka saxlayan ipoteka predmetinə məhkəmə qaydasında və ya notarisun icra qeydi əsasında tutma yönəldilməsi üsulunu seçməkdə sərbəstdir.
3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixində bağlanmış № L004120 saylı kredit limiti müqaviləsinə əsasən bağlanmış xx.xx.2023-cü il tarixli № L004120/0001 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka olan 48211,71 əsas, 954,15 AZN faiz, 5 647.66 AZN cərimə borcu olmaqla, cəmi borcu 54813,52 borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəfimizdən ödənilən 51 AZN (əlli bir manat) məbləğində rüsumun, 259.03 AZN (iki yüz əlli doqquz manat üç qəpik) məbləğində dövlət rğsumunun cavabdehlərdən (borcalan - Cavabdeh2, zamin və ipoteka qoyan - Cavabdeh3, zamin-Cavabdeh1) tutularaq TuranBank ASC-yə ödənilməsi, Həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36, Yeni qaydalarla: AZ1009, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m. ibarət olan 3 saylı mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASCyə olan borcun ödənilməsi, xx.xx.2023-cü il tarixli Ns L004120/Q001 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə (borcalan - Cavabdeh2, zamin və ipoteka zamin-Cavabdeh1) tutularaq TuranBank-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. “TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixində bağlanmış № L004120 saylı kredit limiti müqaviləsinə əsasən bağlanmış xx.xx.2023-ci il tarixli № L004120/0001 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16.5 %olmaqla 36 ay müddətinə 60.000 manat məbləğində kredit verilmişdir.
9. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi “TuranBank ASC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2023-ci il tarixli, № L004120 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müavilələrin 2.1-ci maddələrinə əsasən X4 ilə bağladığı xx.xx.2023-cü il tarixli L004120 saylı kredit limiti müqaviləsi üzrə borcalanın Bank qarşısındakı öhdəliklərinin icrasını öz üzərinə götürür.
10. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2023-ci il tarixli № L004120/0001 saylı krеdit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas məbləğ üzrə borcu 49091,71 manat, faiz üzrə borcu 1604,15 manat, cərimə borcu 5647,66 manat olmaqla, cəmi borc 56343,52 manat müəyyən edilmişdir.
11. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2023-ci il tarixli № L004120/0001 saylı krеdit razılaşması üzrə xx.xx.2025-ci il tarixə əsas məbləğ üzrə borcu 48211,71 manat, faiz üzrə borcu 954,15 manat, cərimə borcu 5647,66 manat olmaqla, cəmi borc 54813,52 manat müəyyən edilmişdir.
12. “TuranBank ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023- ci il tarixli № L004120 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36, Yeni qaydalarla:AZ1009, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzil kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiqlənmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/2707 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 20 aprel 2023-cü il tarixli, L004120/0001 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 49.091,71 manat; faiz borcu üzrə 1.972,33 manat, xx.xx.2024-cü il tarixə, əsas borc üzrə 49.091,71 manat; faiz borcu üzrə 2.737,35 manat müəyyən edilmişdir. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdən sonrakı dövrdə (xx.xx.2024-cü il tarixdə) 1.530,00 manat məbləğində ödəniş aparılmışdır. Lakin borc məbləğinin hesablanma tarixi xx.xx.2024-cü il tarixə və xx.xx.2024-cü il tarixə göstərildiyindən 1.530,00 manat məbləğində ödəniş hazırki tədqiqatla nəzərə alınmamışdır (iddiaçı məhkəmə gedişatı zamanı rəydə göstərilən 1530 manat ödənişə mütənasib olaraq iddia tələbini azaltmışdır).
14. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli LP-162/2024 nömrəli mütəxəsis rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36, Yeni qaydalarla: AZ1009, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilin bazar qiyməti 278000 manat, likvid qiyməti 250000 manat müəyyən edilmişdir.
15. Məhkəmə, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
21. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
22. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
23. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
24. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrdən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
26. Məhkəmə hesab edir ki, xx.xx.2023-ci il tarixli № L004120/0001 saylı kredit müqaviləsi üzrə iddiaçının müqavilə üzrə tələb etdiyi əsas və faiz borcu ekspert rəyində iddia ərizəsində (dəqiqləşdirilmişdir) müəyyən edilən məbləğlərdən daha çox olduğu üçün, əsas və faiz borcu iddia tələbində göstərilən məbləğlərdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli № L004120/0001 saylı kredit razılaşmasına əsasən hesablanmış 5647,66 manat məbləğində cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulları tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq, tutulacaq dəbbə pulu 2411 manat məbləğində müəyyən edilməklə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri vaxtında icra etmədiklərini nəzərə alaraq hesab edir ki, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-ci il tarixli № L004120/0001 saylı krеdit razılaşması üzrə 48211,71 manat əsas borc, 954,15 manat faiz borcu, 2411 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
33. Bundan əlavə iddiaçı borc məbləği üzrə tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36, Yeni qaydalarla: AZ1009, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına “TuranBank ASC-yə ödənilməsini iddiaçı məhkəmədə mübahisələndirmiş və buna dair Cavabdeh3 ilə aralarında bağlanmış ipoteka müqaviləsini sübut qismində iş materiallarına əlavə etmişdir.
34. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
35. “İpoteka haqqında” Qanunun:
36. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
37. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:
38. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
39. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
40. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
41. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
42. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
43. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
44. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36, Yeni qaydalarla: AZ1009, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, mənzilin satışından əldə olunmuş vəsait hesabına iddiaçı “TuranBank ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır.
45. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
46. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.
47. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli LP-162/2024 nömrəli mütəxəsis rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36, Yeni qaydalarla: AZ1009, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilin bazar qiyməti 278000 manat, likvid qiyməti 250000 manat müəyyən edilmişdir.
48. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəyində müəyyən edilmiş müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36, Yeni qaydalarla: AZ1009, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilin likvid qiymətinin 250.000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.
49. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 259,03 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirşinin qeydə alınması üçün 51 manat dövlət rüsumu üçün ödənişlər edilmişdir.
50. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 245 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirşinin qeydə alınmasına görə 51 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. V. Nəticə:
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023cü il tarixli №L004120/0001 saylı kredit müqaviləsi üzrə 48211,71 manat əsas borc, 954,15 manat faiz borcu, 2411 manat dəbbə pulu olmaqla cəmi 51576,86 manat borc məbləği, ipotekaya tutmanın yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün xərcin əvəzi olaraq 51 manat və dövlət rüsumunun əvəzi olaraq 245 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, 36 mənzilə (Yeni qaydalarla: AZ1009, ünvan 3, mənzil 3) yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 250.000 manat məbləğində müəyyən edilsin; Əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı "xxxx" ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova