Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-423/2021 11.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 Cavabdehnə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, yeni qaz sayğacının quraşdırılması və qaz təchizatının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı X5 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsində yeni qaz sayğacının quraşdırılması və qaz təchizatının bərpa edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması və 1000 manat maddi, 1000 manat mənəvi ziyan və 510 manat hüquqi yardım xərci olmaqla, cəmi 2510 manat pulun cavabdehdən tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx xxxxxxx 2019-cu il tarixli, AXM-7002/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən **********00168 abonent kodu ilə Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. xx xxxxxxx 2019-cu ildə istifadəsində olan məişət tipli G-4 markalı 1302AZ**********70 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanışından keçirilməsi üçün çıxarılmış və G-4 markalı digər qaz sayğacı ilə əvəz edilmişdir. 2019-cu ilin sonlarında təqdim olunmuş Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamentinin tarixsiz və imzasız 001652 saylı bildirişinə əsasən yoxlanışdan keçirilmiş qaz sayğacı istismara yararsız olduğundan 15 gün ərzində yeni qaz sayğacının alınması və quraşdırılması tələb olunmuşdur. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X6” nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Cavabdehin qanunsuz tələblərinə etiraz edərək, aidiyyəti orqanlara dəfələrlə müraciətlər ünvanlamış, qanunun tələbinə müvafiq olaraq qaz sayğacının qaz paylayıcısının vəsaiti hesabına dəyişdirilməsini xahiş etmişdir. Lakin cavabdehin nümayəndələri qaz sayğacının dəyişdirilməsini təmin etmək yerinə, quraşdırılmış qaz sayğacının müvəqqəti xarakterli olduğunu bildirmiş və xx xxxx 2020-ci ildə qəflətən qaz sayğacını çıxararaq qaz təchizatını dayandırmışlar. Müraciətə baxılması haqqında Azərbaycan Respublikası Enerji Məsələrinin tənzimləmə Agentliyinin Bakı Filialına xx xxxxxxxx 2020-ci il tarixli, AERA-18-1584/20 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh İB-nin Bakı Regional Satışı Departamentinin cavab məktubunda qeyd olunanlar Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X6”nın 4.2-ci bəndinin tələblərinə ziddir. Yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə Cavabdeh İB-yə qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yeni qaz sayğacının qaz paylayıcısının vəsaiti hesabına quraşdırılması, qaz təchizatının bərpa olunması, həmçinin qanun pozuntusuna yol vermiş cavabdeh şəxslərin müəyənləşdirilərək onlar barəsində müvafiq intizam tədbirlərinin görülməsi barədə göstəriş verilmişdir. Buna baxmayaraq, cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli, SOCAR**********30560046X05035 nömrəli məktubu ilə öz qanunsuz mövqeyini bir daha nümayiş etdirmiş, “X6”na dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2016-cı il tarixli, 180 nömrəli qərarını təhrif etmiş, yeni sayğacın dəyəri ödənilmədiyi üçün xx xxxx 2020-ci ildə çıxarıldığı qeyd olunmuşdur. Cavabdeh adı çəkilən qeyri-yaşayış sahəsində quraşdırılan qaz sayğacının təyinatının məişət qaz qurğusunun istifadəsindən ibarət olmasını ciddi cəhdlə ört-basdır etməyə çalışmış, qanunsuz tələblərinin “X6”nın məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacının qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməsini, quraşdırılmasını və dəyişdirilməsini nəzərdə tutan 4.2-ci maddəsinə tamamilə zidd olmasının fərqinə varmamışdır. Habelə məktubda Metrologiya Departamentinin MSK-29/1640-02335-26 nömrəli aktına əsasən qaz sayğacının yararsız olması qeyd edildiyi göstərilmişdir. Lakin həmin akt mənə təqdim edilməmişdir. Cavabdeh məsələ ilə bağlı əvvəlki müraciətimə Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx xxxxxx 2020-ci il tarixli məktubu ilə cavab verildiyini iddia edərək, məsuliyyətdən yayınmağa çalışmışdır. Halbuki həmin xx xxxxxx 2020-ci il tarixli məktubda ümumiyyətlə mənə və müraciətimə aidiyyatı olmayan İ.Verdiyev adlı abonentin müraciətinə cavab verilmişdir. Cavabdehin bu cür qeyri-ciddi, hər vəchlə mülkiyyət və istehlakçı hüquqlarıma qəsd edilməsinə yönəlmiş davranışları müəmmalı və vəzifə səlahiyyətlərindən sui-istifadə xarakteri daşıyır. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində yeni qaz sayğacının quraşdırılması və qaz təchizatının bərpa edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması və məişət tipli İtron G-4 markalı, 1302AZ**********70 nömrəli qaz sayğacının quraşdırılması üçün tərəfindən ödənilmiş 245 manat və 9 ay müddətində qeyri-yaşayış sahəsində qaz təchizatının qanunsuz dayandırılmasına görə 1800 manat maddi, 2000 manat mənəvi ziyan və 510 manat hüquqi yardım xərci olmaqla, cəmi 4555 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, iddia əsassızdır, ona görə də iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - X5 ilə Cavabdeh İB arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AMX-7002/19 nömrəli müqavilədən müəyyən olunur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür . - Cavabdeh Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamenti tərəfindən X4 xx.xx.2020-ci il tarixli, 001652 nömrəli texniki baxışın nəticəsinə uyğun olaraq yeni qaz sayğacının alınması haqqında bildiriş ünvanlanaraq bildirilmişdir ki, quraşdırılmış qaz sayğacı istismara yararsızdır və qaz təchizatının təmin edilməsi üçün 15 gün müddətində yeni qaz sayğacının alınması və onun müvafiq qaydada quraşdırılması tələb olunur. Əks təqdirdə qazın verilişi əlavə məlumat verilmədən dayandırılacaq. - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, X4 məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış müvəqqəti sayğac çıxarılmışdır. - Cavabdeh tərəfindən X4 xx.xx.2020-ci il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, istismara yararsız hesab edilən qaz sayğacının yenisi ilə əvəz edilməsi istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. - Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələrini Tənzimləmə Agentliyinin Bakı Filialının xx xxxxxxxx 2020-ci il tarixli, AERA-18-1584/20 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiiyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Enerji Məsələlərini Tənzimləmə Agentliyinə daxil olmuş ünvan 1 ünvanında yerləşən sizə məxsus qeyriyaşayış sahəsinin (kafe) qaz xətti üzərindən çıxarılmış qaz sayğacının yerinə quraşdırılması və ya yeni qaz sayğacı ilə əvəz olunması, həmçinin qaz təchizatının qanunsuz olaraq dayandırılması barədə müraciətiniz Agentliyinin Bakı filialında araşdırılmışdır. Bununla əlaqədar bildiririk ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011 -ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X6”nın 4.2-ci bəndinin “Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir” tələblərinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə müvafiq qaydada qaz sayğacının qaz paylayıcının vəsaiti hesabına quraşdırılması, qaz təchizatının bərpa olunması və nəticəsi barədə Agentliyin Bakı filialına məlumat verilməsi ilə bağlı Cavabdeh İB-yə xx.xx.2020-ci il tarixli AERA-18- 1433/20 nömrəli məktub ünvanlnmışdır. "Cavabdeh” İB-nin Bakı Regional Satışı Departamentinin xx.xx.2020-ci il tarixli SOCAR**********30560046X01043 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarfnda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2016-cı il tarixli 180 nömrəli qərarının tələbinə uyğun olaraq istismara yararsız hesab edilən qaz sayğacının yenisi ilə əvəz edilməsinin (əhali sektoru istisna olmaqla) istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirildiyi bildirilmişdir. Göründüyü kimi, Cavabdeh İB-nin Bakı Regional Satışı Departamentinin cavab məktubunda qeyd olunanlar Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X6”nın 4.2-ci bəndinin tələblərinə ziddir. Yuxarıda göstərilən nöqsanların aradan qaldırılması məqsədilə Agentliyin Bakı filialı tərəfindən “Cavabdeh" İB-yə qeyd olunan ünvanında yerləşən qeyriyaşayış sahəsinə yeni qaz sayğacının qaz paylayıcının vəsaiti hesabına quraşdırılması, qaz təchizatının bərpa olunması, həmçinin qanun pozuntusuna yol vermiş cavabdeh şəxslərin müəyyənləşdirilərək onlar barəsində müvafiq intizam tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyin Bakı filialına məlumat verilməsi üçün xx.xx.2020-ci il tarixli 18/20Q-016 nömrəli “Göstəriş” verilmişdir. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-cı il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "X6’’na 3 nömrəli Əlavənin “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı” müqaviləsinin 5.2-ci bəndinə əsasən bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, istehlakçı məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qazın alqısatqısına dair müqavilə bağlanmış və cavabdeh tərəfindən iddiaçıya məxsus obyekt təbii qazla təmin edilmiş və həmin ünvana G-4 tipli qaz sayğacı quraşdırılmışdır. Həmin sayğac çıxarılaraq yerində müvəqqəti qaz sayğacı quraşdırılmışdır. İlkin olaraq quraşdırılmış qaz sayğacının istismara yararsız olduğu müəyyən edilmiş və bundan sonra cavabdeh tərəfindən iddiaçıya bildiriş ünvanlanaraq bildirilmişdir ki, quraşdırılmış qaz sayğacı istismara yararsızdır və qaz təchizatının təmin edilməsi üçün 15 gün müddətində yeni qaz sayğacının alınması və onun müvafiq qaydada quraşdırılması tələb olunur. xx.xx.2020-ci il tarixdə X4 məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış müvəqqəti sayğac da çıxarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X6”nın 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.2-ci bəndinə görə isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin maddələrin məzmunundan göründüyü kimi istehlakçılar qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə yalnız hüquqi şəxs olduqları halda, sayğacların təchiz edilməsinə, quraşdırılmasına və dəyişdirilməsinə görə isə yalnız sənaye qaz qurğularından istifadə etdikləri halda məsuliyyət daşıyırlar. İddiaçı X1 fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Eyni zamanda iddiaçı ilə qaz paylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqaviləyə əsasən iddiaçının istifadə etdiyi qaz qurğularının ümumi sərfiyyatı saatda 10 m3 az olduğundan həmin qurğular “Qaz təchizatı” haqqında qanunun tələblərinə əsasən məişət qaz qurğularına aiddir. Digər tərəfdən sayğacın yararsız vəziyyətə düşməsinin iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi müəyyən edilməmişdir. “X6”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının istifadəsində olmuş və çıxarılmış qaz sayğacının yararsız olmasının iddiaçının təqsiri üzündən baş verməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından məişət qaz qurğusu istifadəçisi olan A.Atakişiyevin istifadəsində olan qaz sayğacının dəyişdirilməsi “X6”nın 4.2-ci maddəsinə əsasən qaz paylayıcısının vəsaiti hesabına təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilərək, ünvan 1 ünvanında yerləşən X4 məxsus qeyriyaşayış sahəsində yeni qaz sayğacının quraşdırılması və qaz təchizatının bərpa edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə iddia tələbini məişət tipli İtron G-4 markalı, 1302AZ**********70 nömrəli qaz sayğacının quraşdırılması üçün tərəfindən 2014-cü ildə ödənilmiş 245 manat pulun və 9 ay müddətində qeyri-yaşayış sahəsində qaz təchizatının qanunsuz dayandırılmasına görə 1800 manat maddi, 2000 manat mənəvi ziyan və 510 manat hüquqi yardım xərci olmaqla, cəmi 4555 manat pulun cavabdehdən onun xeyrinə tutulması hissəsində əsassız sayaraq hesab edir ki, həmin hissələrdə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ona məxsus qeyri-yaşayış sahəsinə qaz verilişinin dayandırılması nəticəsində iddiaçı tərəfindən elektrik enerjisindən istifadə edildiyini və nəticədə ona 1800 manat məbləğində maddi ziyan dəydiyinə istinad etmişdir. Məhkəmə iddiaçı tərəfindən istifadə edilmiş elektrik enerjisinin sərfiyyatının artmasına səbəbin məhz həmin qeyriyaşayış sahəsinə qaz verilişinin dayandırılması səbəbindən baş verməsi ilə bağlı sübutların məhkəməyə təqdim edilmədiyini nəzərə alıaraq belə nəticəyə gəlir ki, iddia 1800 manat maddi ziyanın cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Bundan başqa, məhkəmə iddianın mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun və 510 manat hüquqi yardım xərcinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı dəymiş mənəvi zərərə, həmin zərərin məbləğinin hesablanmasına və 510 manat hüquqi yardım xərcinin ödənilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh hərəkətləri qanunsuz hesab edilərək ünvan 1 ünvanında yerləşən X4 məxsus qeyri-yaşayış sahəsində yeni qaz sayğacının quraşdırılması və qaz təchizatının bərpa edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh hərəkətləri qanunsuz hesab edilərək, ünvan 1 ünvanında yerləşən X4 məxsus qeyri-yaşayış sahəsində yeni qaz sayğacının quraşdırılması və qaz təchizatının bərpa edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-423/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-423/2021
11.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver