Məhkəmə qərarları › İş №e-2-2(113)-4237/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4237/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4237/2023 01.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ = Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin(ləğv prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əmlak satıldıqdan sonra əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin(ləğv prosesindədir) cavabdehlər X4, Cavabdeh2, Cavabdeh1, X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 68.010,96 manat – bundan 30.093,26 manat məbləğində əsas borc, 11.962,48 manat məbləğində faiz borcu, 21.562,04 manat məbləğində cərimə borcu, 4.393,18 manat məbləğində Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiyaya dair xərcin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun cavabdehlər Cavabdeh2, X1 və X3 müştərək qaydada tutulmasına; - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsinə; - yuxarıdakı əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasına; - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2, X1 və X3 tutulmasına; - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılaraq, ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsinə dair çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cəmi 68.010,96 manat – bundan 30.093,26 manat məbləğində əsas borc, 11.962,48 manat məbləğində faiz borcu, 21.562,04 manat məbləğində cərimə borcu, 4.393,18 manat məbləğində Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiyaya dair xərcin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun tutulmasına; - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsinə; - yuxarıdakı əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasına; - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulmasına; - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılaraq, ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsinə dair çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə məhkəməyə yazılı ərizələr təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. İddiaçı isə məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 06 sentyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Maddə 1. Sazişin mövzusu İddiaçı ləğv prosesində olan “Dəmirbank" ASC ilə Cavabdeh2 arasında bağlanmış 120/15-AZN saylı, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə dair xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə saziş üzrə yaranmış borc məbləğinin Cavabdeh2 tutulması, tutmanın Cavabdeh və ipoteka qoyan Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayı evinə yönəldilməsi tələbinə dair mübahisə Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdehin 120/15-AZN saylı, 21 07.2015-ci il tarixli Kredit müqaviləsinə dair xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 30093.26 manat əsas, 11962 48 manat faiz, 21562.04 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 4393.18 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 68.010,96 manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, 120/15-AZN saylı, 21 07.2015-ci il tarixli Kredit müqaviləsinə dair xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 5500 manat məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 30.000 manat məbləğində borcun 24 (iyirmi dörd) ay müddətinə, yəni 2023-cü ilin sentyabr ayından başlayaraq, hər ay 1.250 manat ödənilməsi öhdəliyini Cavabdehlər öz üzərinə götürürlər. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilərin borc məbləğinin Cavabdeh tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərində götürür. 2.4. Hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5 Cavabdeh və ipoteka qoyan Cavabdeh1 ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayı evinin bu Sazişin 2.1-ci bəndində qeyd edilən öhdəlik üzrə borcun təminatı olaraq ipotekada saxlanılmasına etiraz etmir. 2.6. Tərəflər razılaşır ki, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduqda və icra edilmədikdə tutmanın kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (21 iyul 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında (qeydiyyat tarixi: xx.xx.2015; qeydiyyat nömrəsi: **********; reyestr nömrəsi **********34-10301)) yönəldilməsinə və açıq hərracdan satılmasına, əmlak satıldıqdan sonra ipoteka qoyan ipoteka predmeti olan əmlakın ən geci bir ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin İddiaçıya ödənilməsinə etiraz etmirlər. 2.7. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndində göstərilən öhdəliklər Cavabdeh tərəfindən tam icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayı evi Cavabdeh və İpoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır. 2.8. Bu Sazişi üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bədində göstərilən borcların tam şəkildə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehlərə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.9. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh tərəfindən tam icra edildikdən sonra X5 hesablanmış faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. Maddə 3. Digər şərtlər 3.1. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1-2.9-cu bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.2. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmldikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.3. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.4. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.5. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.6. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.6.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.6.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.6.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.6.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.6.5. yaxın qohumlara; 3.6.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.7. Bu Sazişin məzmununun Sazişin 3.6.1. və 3.6 5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.

4. Yekun müddəalar Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ASC-nin(ləğv prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əmlak satıldıqdan sonra əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 06 sentyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. Maddə 1. Sazişin mövzusu İddiaçı ləğv prosesində olan “Dəmirbank" ASC ilə Cavabdeh2 arasında bağlanmış 120/15-AZN saylı, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə dair xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə saziş üzrə yaranmış borc məbləğinin Cavabdeh2 tutulması, tutmanın Cavabdeh və ipoteka qoyan Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayı evinə yönəldilməsi tələbinə dair mübahisə Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdehin 120/15-AZN saylı, 21 07.2015-ci il tarixli Kredit müqaviləsinə dair xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 30093.26 manat əsas, 11962 48 manat faiz, 21562.04 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 4393.18 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 68.010,96 manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, 120/15-AZN saylı, 21 07.2015-ci il tarixli Kredit müqaviləsinə dair xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 5500 manat məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 30.000 manat məbləğində borcun 24 (iyirmi dörd) ay müddətinə, yəni 2023-cü ilin sentyabr ayından başlayaraq, hər ay 1.250 manat ödənilməsi öhdəliyini Cavabdehlər öz üzərinə götürürlər. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilərin borc məbləğinin Cavabdeh tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərində götürür. 2.4. Hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5 Cavabdeh və ipoteka qoyan Cavabdeh1 ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayı evinin bu Sazişin 2.1-ci bəndində qeyd edilən öhdəlik üzrə borcun təminatı olaraq ipotekada saxlanılmasına etiraz etmir. 2.6. Tərəflər razılaşır ki, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduqda və icra edilmədikdə tutmanın kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (21 iyul 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında (qeydiyyat tarixi: xx.xx.2015; qeydiyyat nömrəsi: **********; reyestr nömrəsi **********34-10301)) yönəldilməsinə və açıq hərracdan satılmasına, əmlak satıldıqdan sonra ipoteka qoyan ipoteka predmeti olan əmlakın ən geci bir ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin İddiaçıya ödənilməsinə etiraz etmirlər. 2.7. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndində göstərilən öhdəliklər Cavabdeh tərəfindən tam icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayı evi Cavabdeh və İpoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır. 2.8. Bu Sazişi üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bədində göstərilən borcların tam şəkildə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehlərə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.9. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh tərəfindən tam icra edildikdən sonra X5 hesablanmış faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. Maddə 3. Digər şərtlər 3.1. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1-2.9-cu bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.2. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmldikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.3. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.4. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.5. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.6. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.6.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.6.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.6.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.6.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.6.5. yaxın qohumlara; 3.6.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.7. Bu Sazişin məzmununun Sazişin 3.6.1. və 3.6 5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.

4. Yekun müddəalar Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar