Məhkəmə qərarları › İş №e-2-2(113)-425/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-425/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-425/2020 30.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdehnə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iqtisadi mübahisəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə xx xxxxxxxx 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 28.493 (iyirmi səkkiz min dörd yüz doxsan üç) avro məbləğində əsas borc, 6.307 (altı min üç yüz yeddi) avro faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 3.659,04 avro faiz borcu olmaqla, cəmi 38.459,04 (otuz səkkzi min dörd yüz əlli doqquz avro dörd sent) avro məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 156/15 saylı kredit müqaviləsinə əsasən, cavabdehə avadanlıq alınması məqsədi ilə 12 (on iki) ay müddətinə, illik 12 % (on iki) dərəcəsi olmaqla 388.279 (üç yüz səksən səkkiz min iki yüz yetmiş doqquz sent) avro məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq cavabdeh “Cavabdeh" MMC kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun xx.xx.2019-cu il tarixə hesablanmış banka ödənilməmiş pul borcu 28.493 EUR (iyirmi səkkiz min dörd yüz doxsan üç avro) əsas borc, müddət sonuna hesablanan 6.307 EUR (altı min üç yüz yeddi avro) faiz, Konstitusiya Məhkəməsinin Plenumum qərarına əsasən hesablanan 3.659,04 EUR (üç min altı yüz əlli doqquz avro, 04 sent) borc olmaqla, cəmi 38.459,04 EUR (otuz səkkiz min dörd yüz əlli doqquz avro, 04 sent) təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş arayışda möhür olmadığını bildirərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə baxışında iştirak etmiş cavabdehin nümayəndəsi X1 şirkətin borcu olmadığını, bunu onlara təqdim edilmiş 04\K-2575 saylı arayışın təsdiq etdiyini, iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: xx xxxxxx 2015-ci il tarixli, 156/15 saylı İddiaçı ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndində əsasən borc verən borc alana 388.279,00 avro məbləğində xx xxxxxx 2016-cı il tarixinədək illik 12% ödənilmək şərtilə avadanlıq alınması məqsədilə kredit verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc verən tərəfindən xəzinədən kredit nağd və ya köçürülmə yolu ilə verilir. Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini həmin müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (1 nömrəli Əlavə) uyğun olaraq həyata keçirilir. Borcalan kredit və ya ona hesablanamış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 24% faizi ödəyir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 30427 saylı ekspert rəyindən görünür ki, Cavabdeh MMC-nin xx xxxxxx 2015-cı il tarixli, 156/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə İddiaçı ASC-yə olan əsas borcu 328.230.24 avro, faiz borcu 9.190,45 avrodur. Həmin kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə isə əsas borcu 16.297,71 avro, faiz borcu 1.665,99 avrodur. Ekspertiza xərci 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/3254 saylı ekspert rəyindən görünür ki, Cavabdeh MMC-nin xx xxxxxx 2015-cı il tarixli, 156/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə İddiaçı ASC-yə olan əsas borcu 328.230.24 avro, faiz borcu 9.190,45 avrodur. Həmin kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixə isə əsas borcu 16.297,71 avro, faiz borcu 1591,29 avrodur. Ekspertiza xərci 100 manat təşkil edir. xx xxxxxx 2019-cu il tarixli, **********308 saylı maliyyə araışından görünür ki, Cavabdeh MMC-nin kredit müqaviləsinə əsasən kredit öhdəliyi üzrə əsas borcu 28.493 avro, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 6307 avro, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 0 manat, kredit üzrə müddət bitəndən sora Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasə hesablanan 5% faiz borcu 3.659,04 avro müqavilənin tələbləri əsasında yaranan ümumi borc 38.459,04 avro təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx xxxxxxx 2017-ci il tarixli xəbərdarlıqdan görünür ki, sonuncuya xx.xx.2017-ci il tarixədək hesablanmış 388.279,00 manat əsas, 54.166,69 manat faiz borcunun 5 gün müddətində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən 16297,71 avro əsas borc, faiz borcu 9.190,45 avro hesablanmasına baxmayaraq iddiaçı 6.307 avro faiz borcu tələb etdiyindən 6.703 avro faiz borcu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin öhdəliyin gecikdirməsi nəticəsində yaranmış 3.659,04 avro məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, məhkəmə ekspertiza mərkəzinin xx.xx.2020-ci il tarixli rəyinə əsasən, iddia tələbi bu hissədə də qismən təmin edilməklə faiz borcu 1591,29 avro məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından isə görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının ümumi dəyəri 200 manat təşkil edir. Məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul məbləğinin 25 manat hissəsi iddiaçıdan, 175 manat hissəsi isə cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, tərəflər arasında hesablar avro ilə aparılmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də, cavabdehdən tutulmalı olan cəmi 24,196 avro ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 16297 (on altı min iki yüz doxsan yeddi) avro, 71 (yetmiş bir) sent əsas borc, 6307 (altı min üç yüz yeddi) manat məbləğində faiz borcu, kredit müddəti bitdikdən sonrakı vaxt üçün 1591 (min beş yüz doxsan bir) avro 29 (iyirmi doqquz) sent faiz borcu olmaqla, cəmi 24196 (iyirmi dörd min yaz doxsan altı) avro (ödəniş gününə olan manat məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul məbləğinin 175 (bir yüz yetmiş beş) manat hissəsi cavabdehdən, 25 (iyirmi beş) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar