Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-426/2022 17.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1” MMC-dən 06 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 90748,70 manat malların dəyəri, 16334,77 manat isə ƏDV borcu olmaqla cəmi 107084,04 manat borc və ilkin mediasiyaya dəvət olunması iştirak olunmamasına görə ödənilmiş 400 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X1” MMC arasında bağlanmış 06 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC müqavilənin ayrılmaz hissəsi olan Razılaşmaya protokollarında müəyyən olunmuş malları alıcı “X1” MMC-yə təhvil verməyi, alıcı isə müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş malın dəyəri, miqdarı, qiyməti və ümumi dəyəri müqaviləyə əlavə eidlən və onun ayrılmaz hissəsini təşkiledən Razılaşma protokolları ilə təsdiq edilir. Müqaviləyə uyğun olaraq İddiaçı MMC 107084,04 manat dəyərində malları “X1” MMC-yə təhvil vermiş və bunu təsdiq edən elektron qaimələr mövcuddur. Həmin məbləğ 90748,70 manat malların dəyəri, 16334,77 manat isə ƏDV borcu təşkil edir. Məhkəməyə müraciət edilənədək, cavabdehə yenidən pretenziya göndərilmiş, ilkin mediasiyaya dəvət olunmuş, lakin mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 06 aprel 2020-ci il tarixli müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC ilə alıcı “X1” MMC arasında malların alqı-satqısı ilə bağlı razılaşma əldə edilmişdir. 16.05.2020-ci il tarixli EBAJ seriyalı 972131 nömrəli elektron qaimədən görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı “X1” MMC-yə ƏDV daxil 107083,47 manat məbləğində mallar satılmışdır. 09.12.2021-ci il tarixli cavabdeh tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 400 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. 01.08.2020-ci il tarixli üzləşmə aktına əsasən alıcı “X1” MMC-yə satıcı İddiaçı MMCyə ƏDV daxil 107084,04 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə yaranmış ƏDV daxil 107083,47 manat məbləğində borcu ödəməmişdir. Məhkəmə hesab edir ki, iddia ƏDV daxil əsas borc tələbi hissəsində qismən, yəni 107083,47 manat həcmində təmin edilməlidir, belə ki, iddiaçı əsas borcu 90748,70 manat, ƏDV-ni isə 16334,77 manat kimi göstərsə də, həmin rəqəmləri toplayarkən səhvə yol verərək cəmi 107084,04 manat kimi göstərmişdir. Həmçinin məhkəmə iddiaçının 400 manat mediasiya xərci ilə bağlı tələbini əsaslı hesab edir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən ƏDV daxil 107083,47 manat əsas borc və 400 manat mediasiya xərci cəmi 107483,47 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 107083,47 manat əsas borc və 400 manat mediasiya xərci cəmi 107483,47 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-426/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-426/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver