Məhkəmə qərarları › İş №e-2-2(113)-426/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-426/2025

23.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-426/2025 23.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Bakı Avrasiya Universitetinin cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı “xidmət müqaviləsinin ləğv edilməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Avrasiya Universiteti cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “XXXX” layihəsi üçün proqram təminatının yaradılması üzrə xidmətlərin göstərilməsi haqqında” M2289-01/28 nömrəli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə 134 900 manat məbləğində pulun və ödənilmiş 430 manat dövlət rüsumunun, 300 manat hüquqi xidmət xərcinin cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə 14 noyabr 2024-cü il tarixli barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izah verərək, sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə məhkəmənin baxış iclasının yeri və vaxtı barədə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə 26 dekabr 2024-cü il tarixli məhkəmə bildirişləri yerləşdirilməklə məlumat verilmiş, həmin bildirişlərdə iddiaçı tərəfin “Elektron kabinet” vasitəsi ilə xx.xx.2024-cü il tarixdə (əsli xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təqdim olunmuş) məhkəməyə təqdim etdiyi tərəflər arasında bağlanmış 14 noyabr 2024-cü il tarixli barışıq sazişinin təsdiqi məsələsinə münasibət bildirilməsi, barışıq sazişinin təsdiq olunmasına etiraz varsa, məhkəməyə bildirilməsi cavabdehlərin diqqətinə çatdırılmış, sonuncular tərəfindən hər hansı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş 14 noyabr 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə, Bakı Avrasiya Universiteti ilə Cavabdeh1 MMC arasında “XXXX layihəsi üçün proqram təminatının” yaradılması üzrə xidmətlərin göstərilməsi haqqında” bağlanmış xx.xx.2022-cü il tarixli M2289-01/28 №-li Xidmət Müqaviləsi (bundan sonra “xx.xx.2022-cü il tarixli Xidmət Müqaviləsi”) və xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Əlavə Razılaşmalar üzrə bu Sazişin 1.1-ci bəndində göstərilən bütün “qalan işləri, bu Sazişin 1.1-ci bəndində göstərilən tarixlərdə icra edib, “XXXX layihəsi üçün proqram təminatını” mənbə kodları ilə birlikdə (bu Sazişinin 1.3-cü bəndində göstərilən kodlar da daxil olmaqla) iddiaçı Bakı Avrasiya Universitetinə təhvil verməyi öhdəsinə götürürlər. 1.1. Qalan işlər və onların icra olunmalı olduğu tarixlər: Cavabdeh1 və digər cavabdeh Qanuni nümayəndə, iddiaçı Bakı Avrasiya Universiteti ilə Cavabdeh1 arasında bağlanmış “xx.xx.2022-cü il tarixli Xidmət Müqaviləsi” və xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Əlavə Razılaşmalar üzrə aşağıdakı işlərin hələ də icra olunmadan qaldığını (yəni qalan işlər olduğunu) və həmin “qalan işləri” bu aşağıda göstərilən xx.xx.2024-cü il tarixdən başlayarq 75 iş günü müddətində icra edib iddiaçı Bakı Avrasiya Universitetinə təhvil verəcəyini qəbul edirlər: a) Kitabxana Modulu üzrə qalan işlər: Modulun istifadə hazırlığının test edilməsi işi qalıb. İcraçı tərəfindən təqdim edilmiş Kitabxana moduluna Sifarişçi tərəfindən dəyişikliklər təklif edilmişdir. Həmin dəyişikliklər və modul üzrə hesabatlar daxil modulun tətbiq vəziyyəti yoxlanmalıdır. b) Tədris modulu üzrə qalan işlər: Tələbələrin Fərdi tədris planı ilə bağlı aşağıdakı işlər görülməlidir: Tələbə-akademik məsləhətçi-dekan əks-əlaqə nəzərə alınmaqla Fərdi tədris planı yaradılmalı və Fənn qrupuna çıxışı təmin edilməlidir. Hesabatlar formalaşdırılmalıdır. Tələbə profili, Müəllim profili hazırlanmalıdır. Dərs cədvəli üzrə: Cədvəl üzrə tələbələrə, auditoriyalara görə kəsişmə (toqquşmaların) izlənilməsi, həmin parametrlər üzrə artıq məşğul edilmiş günlər və saatlar üzrə yenidən daxil etmənin blok edilməsi və alternativlərin göstərilməsi kimi məsələlər həyata keçirilməlidir. Müəllimlərin istək günlərində yalnız günlərin deyil, həm də saatların əks edilməsi, cədvəl hazırlanarkən istək günlərinin mütləq nəzərə alınması təmin edilməlidir; Cədvəl modulunun bakalavriat qiyabi və magistratura üzrə işləkliyi təmin edilməlidir; Cədvəl işləyəndə fənn qruplarının tərkibinə baxış mümkünlüyünün yaradılması təmin edilməlidir; Cədvəl exportu (fakültə və kafedralar üzrə), Cədvəlin müəllim və tələbə şəxsi kabinetinə çıxışı hazırlanmlıdır; Fənn qruplarının yaradılması modulu üzrə aşağıdakı işlər görülməlidir: Proqnoz və real fənn qruplarının yaradılması işi tamamlanmalıdır, Magistratura üzrə fənn qrupları formalaşdırılmalıdır; Fənn qruplarının tərkibində əməliyyat apardıqda (yerdəyişmə və başqa qrupa keçirmə) dəyişikliyində fənn qrupunun tələbə sayında nəzərə alınması təmin edilməlidir. Dərs yükünə çıxış təmin edilməli və Hesabatlar formalaşdırılmalıdır. Dərs yükü bölgüsü: Müəllimin aid olduğu kafedra sütunu (sahə) olmalıdır (hazırda mövcud olan fənnin aid olduğu kafedra sütunudur). Bu exportda da çıxmalıdır, expoıt zamanı boş xanalarda “0” çıxmamalıdır. Dərs yükünün təsdiqi mümkün olmalıdır. “Təsdiq et” xanası olmalıdır (ilkin təsdiq, yekun təsdiq). Tədrisin təşkili departamenti sistemdə dərs yükünü formalaşdırıb təsdiq etdikdən sonra hər kafedra öz yükü üzrə bölgü apara bilməlidir. Dərs yükü bölgüsünü edərkən, müəllimin müvafiq məlumatlarına baxış etmək mümkün olmalıdır, hazırda təqdim edilmiş ekranda müəllimin elmi dərəcə, elmi ad, aid olduğu kafedra, hazırkı kafedra üzrə təklif olunan vəzifə, müqavilə şərti və ştat vahidi əlavə edilməldir, ekrana çıxan dərs yükü dərs əlavə olunduqca hesablanmam əks etdirilməlidir, ştat vahidi ilə dərs yükü norması arasında nisbət izlənilməlidir, müəyyən edilmiş limitlər (təqdim edilmişdir) gözlənilməlidir. Hazırda müəllimin yükünə baxış 2 əlavə ekrandadır, bunlar birləşdirilməldir. Dərs cədvəlinə çıxış və Hesabatlar təmin edilməlidir. Arxiv məlumatları (akademik transkriptlə birgə) ilə bağlı aşağıdakı işlər görülməlidir: Arxiv məlumatların daxil etmək üçün ekran əlavə edilməli, axtarışda texniki xətalar aradan qaldırılmalıdır (əvvəl təqdim edilib), axtarış (mövcuddur, lakin texniki xətalar var) və export mümkün olmalıdır; İmtahan Mərkəzi ilə bağlı aşağıdakı işlər görülməlidir: Bu mərkəz aktivləşdirilməldir, imtahan prosesinin təşkili və keçirilməsi üçün lazım olan sənədlər və məlumatlar (imtahan vərəqləri, biletləri, cari qiymətləndirmə nəticələrinin hesablanması və aralıq qiymətlərin daxil edilməsi və s.) hasil etmək mümkün olmalıdır. İmtahan modulu üzrə Hesabatlar formalaşmalıdır. Akademik kontingent ilə bağlı aşağıdakı işlər görülməlidir: Kontingentin formalaşdırılması funksionallığınm təyinatı dəyişməlidir. Yeni qəbul olan tələbələrdən birinci tədris ilində qrup formalaşdırmalı, sonradan burada hər hansı xaric edilmə, köçürülmə, bərpa, soyad dəyişikliyi və s, ilə bağlı əməliyyatları aparmamalıdır. Sonradan baş verən dəyişiklikləri Tələbələrin akademik durum qeydiyyatı (Tələbə əmrlərinin daxil edilməsi) bölməsindən götürməklə hər tədris ilində formalaşdırma əməliyyatı aparılmalıdır. Ekrana tədris ili əlavə edilməli. Export mümkün olmalıdır. Burada olan dəyişikliklər Fənn qrupunun tərkibində nəzərə alınmalıdır. Hesabatlar formalaşdırılmalıdır. Tələbə akademik durum qeydiyyatı ilə bağlı aşağıdakı işlər görülməlidir: Qəbul bölməsindən Tələbələrin köçürülməsi də çıxarılıb buraya əlavə edilməklə, tələbələrə aid əmrləri daxil etmə əsasında (ekran üçün istifadə oluna biləcək formalar təqdim edilib) məlumatların avtomatik formalaşdırılıb ötürülməsi təmin edilməlidir. Hesabatlar: Akademik transkript daxil bütün tədris hesabatlarının tamamlanması (təsdiqedici şəxslər daxil) təmin edilməlidir. Tədris qrafikləri bölməsi ilə bağlı aşağıdakı işlər görülməlidir: Artıq tədris qrafıklərini aydınlaşdırıb silinməsi təmin edilməlidir. Bölmə hissəsində seçmə fənlərdə və ali təhsil müəsissisələri tərəfindən müəyyənləşdirilən fənlərdə alternativlərdən birini seçəndə, qrafikin Tədris illəri üzrə hissəsində bütün alternativlər olduğu qalmalı, fənn qruplarının formalaşdırılması və bununla da dərs yükünə isə yalnız seçilmiş fənnin çıxması təmin edilməlidir. Tədris planları ilə bağlı aşağıdakı işlər görülməlidir: Bakalavriat. Dövlət və bələdiyyə idarəetməsi. Semestr ardıcıllığını və təcrübənin yerləşməsi düzəldilməldir. Magistratura. MBA proqramında hər semestrdə 24 kreditin olması təmin edilməlidir. c) Mühasibatlıq modulu üzrə qalan işlər: Tələbələrin təhsil haqqının onların fərdi tədris planı əsasında avtomatik formalaşması, Bankdan gələn ödənişlərin avtomatik olaraq təhsil haqqı bazasına import ediməsi təmin edilməlidir. Dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbələrin təhsil xərclərinin müəyyən edilməsi və icrası üzrə əməliyyatlar və hesabatlar hazırlanmalıdır. Təhsil haqqından güzəşt və möhlət üzrə əməliyyatların aparılması, tələbələrə təhsil haqqının geri qaytarılması üzrə əməliyyatların aparılması təmin edilməlidir. Təkrar imtahan üçün müraciət edənlərin ödəniş məbləğinin müəyyən edilməsi, Tələbə şəxsi kabinetinə təhsil haqqı məlumatlarının ötürülməsi (formalaşmış təhsil haqqı məbləği, ödəniş, qalıq borc) təmin edilməlidir. Təhsil haqqı ödənişi üzrə Hesabatlar hazırlanmalıdır. Təqaüd təyinatının avtomatik olaraq aparılması təmin edilməlidir. Təqaüd təyinatı üzrə Hesabatlar hazırlanmalıdır. d) Elm Modulu üzrə qalan işlər: Bu modul üzrə struktur, müvafiq təsnifat və formalar təqdim eilmişdir. Onların əsasında elmi- tədqiqat işlərinin (ETİ) planının yaradılması, ETİ planı üzrə hesabatın yaradılması, Nəşr olunmuş elmi işlər üzrə hesabatlar (struktur bölmələr Universitet üzrə), Elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin yerinə yetirilməsi və tətbiqi (Struktur bölmələr üzrə), Universitet əməkdaşlarının dərc olunmuş elmi işləri üzrə hesabat (İşçi şəxsi kabineti vasitəsilə onların özləri tərəfindən məlumatın daxil edilməsi) kimi işlər yerinə yetirilməlidir. e) Kadr Modulu üzrə qalan işlər: İşə qəbul: vakansiya, vəzifə öhdəlikləri və tələblər, işə qəbul üçün müraciət edənlərin bazası, İşçilərin şəxsi kabinetinin formalaşdırılması, İşçilərə dair əmrlərin qeydiyyat bazasının yaradılması və əmrlərin aidiyyəti üzrə işçilərin şəxsi kabinetinə ötürülməsi, Universitetin tumiket giriş-çıxış məlumatı əsasında İş vaxtının uçotu tabelinin avtomatik formalaşdırılması, İşçilərin iş stajının avtomatik hesablanması, İşçi heyətə dair Statistik və digər Hesabatların formalaşdırılması kimi işlər yerinə yetirilməlidir. f) Kargüzarlıq və sənəd dövriyyəsi sistemi Modulu üzrə qalan işlər: Daxil olan, göndərilən və daxili sənədlərin qeydiyyatı, əməliyyat növlərinin təyini (viza, imza, yoxlama, təsdiqləmə), Sənədlərin razılaşdırma və dərkənar üçün təqdim olunması, Sənədlərin skan nüsxənin yaradılması, icraçılarının, icra müddətinin təyin edilməsi və icraya yönəldilməsi, Sənədlərin icrasına nəzarət (icra tarixçəsinə nəzarət, icra prosesindən yayınmanın izlənməsi, icraçıdan icra nəticəsinin avtomatik olaraq əldə edilməsi,xəbərdarlıq və bildirişlər), Elektron imza tətbiqi ilə sənədlərin imazalanması, Arxivləşdirmə, Sənədlərin icrası üzrə Hesabatlar kimi işlər. Kargüzarlıq və sənəd dövriyyəsi modulu üzrə qalıq işlərin cavabdehlər tərəfindən icrasının mümkünlüyü barədə cavabdehlər xx.xx.2025-ci il tarixindən 1 (bir) həftə müddətində onların özü tərəfindən iddiaçıya rəsmi qaydada məlumat veriləcək. Cavabdehlər tərəfindən modulun icrası mümkün olmadığı halda, Bakı Avrasiya Universiteti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “XXXX” layihəsi üçün proqram təminatının yaradılması üzrə Xidmətlərin göstərilməsi haqqında” M2289-01/28 №-li Müqavilənin 4.1-ci bəndi əsasında modulun dəyərinin qiymətləndirilməsi aparılmaqla. iddiaçı tərəfindən Cavabdeh1nə ödənilmiş xidmət haqqıdan həmin modulun dəyəri məbləği haqq-hesab edilərək cavabdehlər tərəfindən iddiaçının bank hesabına geri qaytarılacaqdır. 1.2. Cavabdeh1 və digər cavabdeh Qanuni nümayəndə, bu Sazişinin 1.1-ci bəndində göstərilən “qalan işləri” 75 iş günü müddətində icra edib iddiaçı Bakı Avrasiya Universitetinə təhvil verəcəyini qəbul edirlər. 1.3. Bu Sazişin 1-ci bəndinin vaxtında icra olunmasından həm Cavabdeh1, həm də digər cavabdeh Qanuni nümayəndə şəxsən məsuliyyət daşıyırlar. Təhvil verilmə tərəflər arasında imzalanacaq Təhvil Aktı ilə təsdiq olunacaq. Cavabdeh1 və digər cavabdeh Qanuni nümayəndə, XXXX layihəsi üçün proqram təminatını” mənbə kodları ilə birlikdə iddiaçı - Bakı Avrasiya Universitetinə təhvil verməyi öhdəsinə götürürlər. Bu zaman cavabdehlər aşağıda göstərilən kodları da iddiaçı Bakı Avrasiya Universitetinə təhvil verməyə borcludurlar: - Logical Design (Arxitektura) - User Manual (Admin ilə birlikdə) - (YouTube və video təlimatlar) - Security Test results. Nəticələrinə əsasən aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması , ASecurity Guidelines - lnstallation Guide - Source Code (Mənbə Kodları)

2. İddiaçı Bakı Avrasiya Universiteti, cavabdehlər bu Sazişinin 1-ci bəndində nəzərdə tutulan qalan işləri icra edib proqram təminatını kodları ilə birlikdə təhvil verdikdən sonra 1 həftə ərzində xx.xx.2022-cü il tarixli Xidmət Müqaviləsi və xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Əlavə Razılaşmalar üzrə qalan bütün xidmət haqqını Cavabdeh1nə ödəməyi öhdəsinə götürür. Bu bəndin vaxtında icra olunmasından Bakı Avrasiya Universiteti məsuliyyət daşıyır.

3. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə bu Sazişin 1-ci bəndində nəzərdə tutulan qalan işləri icra edib proqram təminatını mənbə kodları ilə birlikdə bu Sazişdə göstərilən vaxt ərzində iddiaçı Bakı Avrasiya Universitetinə təhvil vermədiyi təqdirdə Bakı Kommersiya Məhkəməsində baxılan e-2-2(113)-6495/2024 saylı məhkəmə işi üzrə iddiaçı Bakı Avrasiya Universitetinin, cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı olan iddia tələblərini tam olaraq qəbul etdiklərini və 134 900 (bir yüz otuz dörd min doqquz yüz) manat pulu iddiaçı Bakı Avrasiya Universitetinə qeydsiz və şərtsiz birgə borclu kimi ödəyəcəklərini bildirirlər.

4. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə bu Sazişin 1-ci bəndində nəzərdə tutulan qalan işləri icra edib proqram təminatını kodları ilə birlikdə bu Saziş imzalandıqdan sonra bu Sazişdə göstərilən vaxtda iddiaçı Bakı Avrasiya Universitetinə təhvil vermədiyi təqdirdə bu Sazişin 3-cü bəndində nəzərdə tutulan 134 900 manatdan əlavə olaraq 10 000 (on min manat) manat məbləğində dəbbə pulunu da iddiaçı Bakı Avrasiya Universitetinə qeydsiz və şərtsiz birgə borclu kimi ödəyəcəklərini bildirirlər.

5. İddiaçı Bakı Avrasiya Universiteti, cavabdehlərə bu Sazişinin 2-ci bəndində nəzərdə tutulan öhdəliyini vaxtında icra etmədiyi təqdirdə, iddiaçı Bakı Avrasiya Universiteti, həmin qalan məbləği və ondan əlavə olaraq 10 000 (on min) manat məbləğində dəbbə pulunu cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qeydsiz və şərtsiz ödəyəcəyini bildirir.

6. Müqavilə üzrə öhdəliklərin icrasi gedişində konkret vaxt hüdudunda meydana gələn qarşısıalınmaz fövqəladə hallar səbəbindən baş verən hallar (Fors Major): təbii fəlakətlər: zəlzələ, sel, yanğın, qasırğa, fırtına və digər təbii fəlakətlər, nəticədə iş fəaliyyətinin dayanması; pandemiva və ya epidemiya: sağlamlıq böhranları, infeksion xəstəliklər, karantin tədbirləri, hökumət tərəfindən tətbiq olunan məhdudiyyətlər; hökumət və ya hüquqi Məhdudiyyətlər: yeni qanunların və ya qaydaların tətbiqi, hökumət sanksiyaları, fövqəladə vəziyyət elan edilməsi, karantin və ya qadağa qərarları; xəstəlik və ya sağlamlıq problemləri: şirkətin layihəni tamamlamaqda məsuliyyət daşıyan əsas işçisi xəstə olması (müvafiq təsdiqedici sənəd (arayış) təqdim edilir). 6.1. Fors-major hallarının təsiri altına düşən Tərəf bu barədə digər Tərəfi belə halların başlandığı andan 3 (üç) gün müddətindən gec olmayaraq xəbərdar etməlidir. Bu halda müqavilə öhdəliklərinin icrasında maksimum 10 (on) təqvim günü gecikmə konkret vaxt hüdudunda meydana gələn qarşısıalınmaz fövqəladə halların baş verməsi səbəbindən olduğu qəbul edilməklə nəzərə almır.

7. Bu Saziş imzalanması ilə qüvvəyə minir və icra olunur.

8. Bu Saziş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiqlənir və bu Sazişin tərəfləri ondan irəli gələn öhdəliklərini könüllü qaydada vaxtında icra etmədiyi təqdirdə həmin öhdəliklər bu Sazişin və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin əsasında məcburi qaydada icra olunur.

Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi – qanuni təmsilçisi X1 və Cavabdeh1 MMC-nin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə və cavabdeh Qanuni nümayəndə imzalamış, saziş hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, adıçəkilən barışıq sazişində iddiaçının ödədiyi məhkəmə xərcinin – 430 manat məbləğində dövlət rüsumunun cavabdeh tərəfdən ödənilməsi razılaşdırıldığından həmin razılığa uyğun olaraq da qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Bakı Avrasiya Universiteti ilə cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə arasında bağlanmış aşağıdakı məzmunda olan xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin:

1. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə, Bakı Avrasiya Universiteti ilə Cavabdeh1 MMC arasında “XXXX layihəsi üçün proqram təminatının” yaradılması üzrə xidmətlərin göstərilməsi haqqında” bağlanmış xx.xx.2022-cü il tarixli M2289-01/28 №-li Xidmət Müqaviləsi (bundan sonra “xx.xx.2022-cü il tarixli Xidmət Müqaviləsi”) və xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Əlavə Razılaşmalar üzrə bu Sazişin 1.1-ci bəndində göstərilən bütün “qalan işləri, bu Sazişin 1.1-ci bəndində göstərilən tarixlərdə icra edib, “XXXX layihəsi üçün proqram təminatını” mənbə kodları ilə birlikdə (bu Sazişinin 1.3-cü bəndində göstərilən kodlar da daxil olmaqla) iddiaçı Bakı Avrasiya Universitetinə təhvil verməyi öhdəsinə götürürlər. 1.1. Qalan işlər və onların icra olunmalı olduğu tarixlər: Cavabdeh1 və digər cavabdeh Qanuni nümayəndə, iddiaçı Bakı Avrasiya Universiteti ilə Cavabdeh1 arasında bağlanmış “xx.xx.2022-cü il tarixli Xidmət Müqaviləsi” və xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Əlavə Razılaşmalar üzrə aşağıdakı işlərin hələ də icra olunmadan qaldığını (yəni qalan işlər olduğunu) və həmin “qalan işləri” bu aşağıda göstərilən xx.xx.2024-cü il tarixdən başlayarq 75 iş günü müddətində icra edib iddiaçı Bakı Avrasiya Universitetinə təhvil verəcəyini qəbul edirlər: a) Kitabxana Modulu üzrə qalan işlər: Modulun istifadə hazırlığının test edilməsi işi qalıb. İcraçı tərəfindən təqdim edilmiş Kitabxana moduluna Sifarişçi tərəfindən dəyişikliklər təklif edilmişdir. Həmin dəyişikliklər və modul üzrə hesabatlar daxil modulun tətbiq vəziyyəti yoxlanmalıdır. b) Tədris modulu üzrə qalan işlər: Tələbələrin Fərdi tədris planı ilə bağlı aşağıdakı işlər görülməlidir: Tələbə-akademik məsləhətçi-dekan əks-əlaqə nəzərə alınmaqla Fərdi tədris planı yaradılmalı və Fənn qrupuna çıxışı təmin edilməlidir. Hesabatlar formalaşdırılmalıdır. Tələbə profili, Müəllim profili hazırlanmalıdır. Dərs cədvəli üzrə: Cədvəl üzrə tələbələrə, auditoriyalara görə kəsişmə (toqquşmaların) izlənilməsi, həmin parametrlər üzrə artıq məşğul edilmiş günlər və saatlar üzrə yenidən daxil etmənin blok edilməsi və alternativlərin göstərilməsi kimi məsələlər həyata keçirilməlidir. Müəllimlərin istək günlərində yalnız günlərin deyil, həm də saatların əks edilməsi, cədvəl hazırlanarkən istək günlərinin mütləq nəzərə alınması təmin edilməlidir; Cədvəl modulunun bakalavriat qiyabi və magistratura üzrə işləkliyi təmin edilməlidir; Cədvəl işləyəndə fənn qruplarının tərkibinə baxış mümkünlüyünün yaradılması təmin edilməlidir; Cədvəl exportu (fakültə və kafedralar üzrə), Cədvəlin müəllim və tələbə şəxsi kabinetinə çıxışı hazırlanmlıdır; Fənn qruplarının yaradılması modulu üzrə aşağıdakı işlər görülməlidir: Proqnoz və real fənn qruplarının yaradılması işi tamamlanmalıdır, Magistratura üzrə fənn qrupları formalaşdırılmalıdır; Fənn qruplarının tərkibində əməliyyat apardıqda (yerdəyişmə və başqa qrupa keçirmə) dəyişikliyində fənn qrupunun tələbə sayında nəzərə alınması təmin edilməlidir. Dərs yükünə çıxış təmin edilməli və Hesabatlar formalaşdırılmalıdır. Dərs yükü bölgüsü: Müəllimin aid olduğu kafedra sütunu (sahə) olmalıdır (hazırda mövcud olan fənnin aid olduğu kafedra sütunudur). Bu exportda da çıxmalıdır, expoıt zamanı boş xanalarda “0” çıxmamalıdır. Dərs yükünün təsdiqi mümkün olmalıdır. “Təsdiq et” xanası olmalıdır (ilkin təsdiq, yekun təsdiq). Tədrisin təşkili departamenti sistemdə dərs yükünü formalaşdırıb təsdiq etdikdən sonra hər kafedra öz yükü üzrə bölgü apara bilməlidir. Dərs yükü bölgüsünü edərkən, müəllimin müvafiq məlumatlarına baxış etmək mümkün olmalıdır, hazırda təqdim edilmiş ekranda müəllimin elmi dərəcə, elmi ad, aid olduğu kafedra, hazırkı kafedra üzrə təklif olunan vəzifə, müqavilə şərti və ştat vahidi əlavə edilməldir, ekrana çıxan dərs yükü dərs əlavə olunduqca hesablanmam əks etdirilməlidir, ştat vahidi ilə dərs yükü norması arasında nisbət izlənilməlidir, müəyyən edilmiş limitlər (təqdim edilmişdir) gözlənilməlidir. Hazırda müəllimin yükünə baxış 2 əlavə ekrandadır, bunlar birləşdirilməldir. Dərs cədvəlinə çıxış və Hesabatlar təmin edilməlidir. Arxiv məlumatları (akademik transkriptlə birgə) ilə bağlı aşağıdakı işlər görülməlidir: Arxiv məlumatların daxil etmək üçün ekran əlavə edilməli, axtarışda texniki xətalar aradan qaldırılmalıdır (əvvəl təqdim edilib), axtarış (mövcuddur, lakin texniki xətalar var) və export mümkün olmalıdır; İmtahan Mərkəzi ilə bağlı aşağıdakı işlər görülməlidir: Bu mərkəz aktivləşdirilməldir, imtahan prosesinin təşkili və keçirilməsi üçün lazım olan sənədlər və məlumatlar (imtahan vərəqləri, biletləri, cari qiymətləndirmə nəticələrinin hesablanması və aralıq qiymətlərin daxil edilməsi və s.) hasil etmək mümkün olmalıdır. İmtahan modulu üzrə Hesabatlar formalaşmalıdır. Akademik kontingent ilə bağlı aşağıdakı işlər görülməlidir: Kontingentin formalaşdırılması funksionallığınm təyinatı dəyişməlidir. Yeni qəbul olan tələbələrdən birinci tədris ilində qrup formalaşdırmalı, sonradan burada hər hansı xaric edilmə, köçürülmə, bərpa, soyad dəyişikliyi və s, ilə bağlı əməliyyatları aparmamalıdır. Sonradan baş verən dəyişiklikləri Tələbələrin akademik durum qeydiyyatı (Tələbə əmrlərinin daxil edilməsi) bölməsindən götürməklə hər tədris ilində formalaşdırma əməliyyatı aparılmalıdır. Ekrana tədris ili əlavə edilməli. Export mümkün olmalıdır. Burada olan dəyişikliklər Fənn qrupunun tərkibində nəzərə alınmalıdır. Hesabatlar formalaşdırılmalıdır. Tələbə akademik durum qeydiyyatı ilə bağlı aşağıdakı işlər görülməlidir: Qəbul bölməsindən Tələbələrin köçürülməsi də çıxarılıb buraya əlavə edilməklə, tələbələrə aid əmrləri daxil etmə əsasında (ekran üçün istifadə oluna biləcək formalar təqdim edilib) məlumatların avtomatik formalaşdırılıb ötürülməsi təmin edilməlidir. Hesabatlar: Akademik transkript daxil bütün tədris hesabatlarının tamamlanması (təsdiqedici şəxslər daxil) təmin edilməlidir. Tədris qrafikləri bölməsi ilə bağlı aşağıdakı işlər görülməlidir: Artıq tədris qrafıklərini aydınlaşdırıb silinməsi təmin edilməlidir. Bölmə hissəsində seçmə fənlərdə və ali təhsil müəsissisələri tərəfindən müəyyənləşdirilən fənlərdə alternativlərdən birini seçəndə, qrafikin Tədris illəri üzrə hissəsində bütün alternativlər olduğu qalmalı, fənn qruplarının formalaşdırılması və bununla da dərs yükünə isə yalnız seçilmiş fənnin çıxması təmin edilməlidir. Tədris planları ilə bağlı aşağıdakı işlər görülməlidir: Bakalavriat. Dövlət və bələdiyyə idarəetməsi. Semestr ardıcıllığını və təcrübənin yerləşməsi düzəldilməldir. Magistratura. MBA proqramında hər semestrdə 24 kreditin olması təmin edilməlidir. c) Mühasibatlıq modulu üzrə qalan işlər: Tələbələrin təhsil haqqının onların fərdi tədris planı əsasında avtomatik formalaşması, Bankdan gələn ödənişlərin avtomatik olaraq təhsil haqqı bazasına import ediməsi təmin edilməlidir. Dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbələrin təhsil xərclərinin müəyyən edilməsi və icrası üzrə əməliyyatlar və hesabatlar hazırlanmalıdır. Təhsil haqqından güzəşt və möhlət üzrə əməliyyatların aparılması, tələbələrə təhsil haqqının geri qaytarılması üzrə əməliyyatların aparılması təmin edilməlidir. Təkrar imtahan üçün müraciət edənlərin ödəniş məbləğinin müəyyən edilməsi, Tələbə şəxsi kabinetinə təhsil haqqı məlumatlarının ötürülməsi (formalaşmış təhsil haqqı məbləği, ödəniş, qalıq borc) təmin edilməlidir. Təhsil haqqı ödənişi üzrə Hesabatlar hazırlanmalıdır. Təqaüd təyinatının avtomatik olaraq aparılması təmin edilməlidir. Təqaüd təyinatı üzrə Hesabatlar hazırlanmalıdır. d) Elm Modulu üzrə qalan işlər: Bu modul üzrə struktur, müvafiq təsnifat və formalar təqdim eilmişdir. Onların əsasında elmi- tədqiqat işlərinin (ETİ) planının yaradılması, ETİ planı üzrə hesabatın yaradılması, Nəşr olunmuş elmi işlər üzrə hesabatlar (struktur bölmələr Universitet üzrə), Elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin yerinə yetirilməsi və tətbiqi (Struktur bölmələr üzrə), Universitet əməkdaşlarının dərc olunmuş elmi işləri üzrə hesabat (İşçi şəxsi kabineti vasitəsilə onların özləri tərəfindən məlumatın daxil edilməsi) kimi işlər yerinə yetirilməlidir. e) Kadr Modulu üzrə qalan işlər: İşə qəbul: vakansiya, vəzifə öhdəlikləri və tələblər, işə qəbul üçün müraciət edənlərin bazası, İşçilərin şəxsi kabinetinin formalaşdırılması, İşçilərə dair əmrlərin qeydiyyat bazasının yaradılması və əmrlərin aidiyyəti üzrə işçilərin şəxsi kabinetinə ötürülməsi, Universitetin tumiket giriş-çıxış məlumatı əsasında İş vaxtının uçotu tabelinin avtomatik formalaşdırılması, İşçilərin iş stajının avtomatik hesablanması, İşçi heyətə dair Statistik və digər Hesabatların formalaşdırılması kimi işlər yerinə yetirilməlidir. f) Kargüzarlıq və sənəd dövriyyəsi sistemi Modulu üzrə qalan işlər: Daxil olan, göndərilən və daxili sənədlərin qeydiyyatı, əməliyyat növlərinin təyini (viza, imza, yoxlama, təsdiqləmə), Sənədlərin razılaşdırma və dərkənar üçün təqdim olunması, Sənədlərin skan nüsxənin yaradılması, icraçılarının, icra müddətinin təyin edilməsi və icraya yönəldilməsi, Sənədlərin icrasına nəzarət (icra tarixçəsinə nəzarət, icra prosesindən yayınmanın izlənməsi, icraçıdan icra nəticəsinin avtomatik olaraq əldə edilməsi,xəbərdarlıq və bildirişlər), Elektron imza tətbiqi ilə sənədlərin imazalanması, Arxivləşdirmə, Sənədlərin icrası üzrə Hesabatlar kimi işlər. Kargüzarlıq və sənəd dövriyyəsi modulu üzrə qalıq işlərin cavabdehlər tərəfindən icrasının mümkünlüyü barədə cavabdehlər xx.xx.2025-ci il tarixindən 1 (bir) həftə müddətində onların özü tərəfindən iddiaçıya rəsmi qaydada məlumat veriləcək. Cavabdehlər tərəfindən modulun icrası mümkün olmadığı halda, Bakı Avrasiya Universiteti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “XXXX” layihəsi üçün proqram təminatının yaradılması üzrə Xidmətlərin göstərilməsi haqqında” M2289-01/28 №-li Müqavilənin 4.1-ci bəndi əsasında modulun dəyərinin qiymətləndirilməsi aparılmaqla. iddiaçı tərəfindən Cavabdeh1nə ödənilmiş xidmət haqqıdan həmin modulun dəyəri məbləği haqq-hesab edilərək cavabdehlər tərəfindən iddiaçının bank hesabına geri qaytarılacaqdır. 1.2. Cavabdeh1 və digər cavabdeh Qanuni nümayəndə, bu Sazişinin 1.1-ci bəndində göstərilən “qalan işləri” 75 iş günü müddətində icra edib iddiaçı Bakı Avrasiya Universitetinə təhvil verəcəyini qəbul edirlər. 1.3. Bu Sazişin 1-ci bəndinin vaxtında icra olunmasından həm Cavabdeh1, həm də digər cavabdeh Qanuni nümayəndə şəxsən məsuliyyət daşıyırlar. Təhvil verilmə tərəflər arasında imzalanacaq Təhvil Aktı ilə təsdiq olunacaq. Cavabdeh1 və digər cavabdeh Qanuni nümayəndə, XXXX layihəsi üçün proqram təminatını” mənbə kodları ilə birlikdə iddiaçı - Bakı Avrasiya Universitetinə təhvil verməyi öhdəsinə götürürlər. Bu zaman cavabdehlər aşağıda göstərilən kodları da iddiaçı Bakı Avrasiya Universitetinə təhvil verməyə borcludurlar: - Logical Design (Arxitektura) - User Manual (Admin ilə birlikdə) - (YouTube və video təlimatlar) - Security Test results. Nəticələrinə əsasən aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması , ASecurity Guidelines - lnstallation Guide - Source Code (Mənbə Kodları)

2. İddiaçı Bakı Avrasiya Universiteti, cavabdehlər bu Sazişinin 1-ci bəndində nəzərdə tutulan qalan işləri icra edib proqram təminatını kodları ilə birlikdə təhvil verdikdən sonra 1 həftə ərzində xx.xx.2022-cü il tarixli Xidmət Müqaviləsi və xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Əlavə Razılaşmalar üzrə qalan bütün xidmət haqqını Cavabdeh1nə ödəməyi öhdəsinə götürür. Bu bəndin vaxtında icra olunmasından Bakı Avrasiya Universiteti məsuliyyət daşıyır.

3. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə bu Sazişin 1-ci bəndində nəzərdə tutulan qalan işləri icra edib proqram təminatını mənbə kodları ilə birlikdə bu Sazişdə göstərilən vaxt ərzində iddiaçı Bakı Avrasiya Universitetinə təhvil vermədiyi təqdirdə Bakı Kommersiya Məhkəməsində baxılan e-2-2(113)-6495/2024 saylı məhkəmə işi üzrə iddiaçı Bakı Avrasiya Universitetinin, cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı olan iddia tələblərini tam olaraq qəbul etdiklərini və 134 900 (bir yüz otuz dörd min doqquz yüz) manat pulu iddiaçı Bakı Avrasiya Universitetinə qeydsiz və şərtsiz birgə borclu kimi ödəyəcəklərini bildirirlər.

4. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə bu Sazişin 1-ci bəndində nəzərdə tutulan qalan işləri icra edib proqram təminatını kodları ilə birlikdə bu Saziş imzalandıqdan sonra bu Sazişdə göstərilən vaxtda iddiaçı Bakı Avrasiya Universitetinə təhvil vermədiyi təqdirdə bu Sazişin 3-cü bəndində nəzərdə tutulan 134 900 manatdan əlavə olaraq 10 000 (on min manat) manat məbləğində dəbbə pulunu da iddiaçı Bakı Avrasiya Universitetinə qeydsiz və şərtsiz birgə borclu kimi ödəyəcəklərini bildirirlər.

5. İddiaçı Bakı Avrasiya Universiteti, cavabdehlərə bu Sazişinin 2-ci bəndində nəzərdə tutulan öhdəliyini vaxtında icra etmədiyi təqdirdə, iddiaçı Bakı Avrasiya Universiteti, həmin qalan məbləği və ondan əlavə olaraq 10 000 (on min) manat məbləğində dəbbə pulunu cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qeydsiz və şərtsiz ödəyəcəyini bildirir.

6. Müqavilə üzrə öhdəliklərin icrasi gedişində konkret vaxt hüdudunda meydana gələn qarşısıalınmaz fövqəladə hallar səbəbindən baş verən hallar (Fors Major): təbii fəlakətlər: zəlzələ, sel, yanğın, qasırğa, fırtına və digər təbii fəlakətlər, nəticədə iş fəaliyyətinin dayanması; pandemiva və ya epidemiya: sağlamlıq böhranları, infeksion xəstəliklər, karantin tədbirləri, hökumət tərəfindən tətbiq olunan məhdudiyyətlər; hökumət və ya hüquqi Məhdudiyyətlər: yeni qanunların və ya qaydaların tətbiqi, hökumət sanksiyaları, fövqəladə vəziyyət elan edilməsi, karantin və ya qadağa qərarları; xəstəlik və ya sağlamlıq problemləri: şirkətin layihəni tamamlamaqda məsuliyyət daşıyan əsas işçisi xəstə olması (müvafiq təsdiqedici sənəd (arayış) təqdim edilir). 6.1. Fors-major hallarının təsiri altına düşən Tərəf bu barədə digər Tərəfi belə halların başlandığı andan 3 (üç) gün müddətindən gec olmayaraq xəbərdar etməlidir. Bu halda müqavilə öhdəliklərinin icrasında maksimum 10 (on) təqvim günü gecikmə konkret vaxt hüdudunda meydana gələn qarşısıalınmaz fövqəladə halların baş verməsi səbəbindən olduğu qəbul edilməklə nəzərə almır.

7. Bu Saziş imzalanması ilə qüvvəyə minir və icra olunur.

8. Bu Saziş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiqlənir və bu Sazişin tərəfləri ondan irəli gələn öhdəliklərini könüllü qaydada vaxtında icra etmədiyi təqdirdə həmin öhdəliklər bu Sazişin və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin əsasında məcburi qaydada icra olunur.

İddiaçı Bakı Avrasiya Universitetinin cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı “xidmət müqaviləsinin ləğv edilməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar