Məhkəmə qərarları › İş №e-2-2(113)-427/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-427/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-427/2024 06.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X2 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X2 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X2 Azərbaycan” QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək (birgə) qaydada 15 nömrəli 13 fevral 2023-cü il tarixli Kredit sazişi üzrə əsas məbləğ borcu 30.000.00 (otuz min) manat, əsas məbləğə hesablanmış faiz borcu 1.950.00 (bir min doqquz yüz əlli) manat, hər gеcikdirilmiş günə görə cərimə borcu 3.330.00 (üç min üç yüz ouz) manat, cəmi borc: 35.280.00 (otuz beş min iki yüz səksən) manat məbləğində 16 nömrəli 16 fevral 2023-cü il tarixli Kredit sazişi üzrə əsas məbləğ borcu 10.000.00 (on min) manat, əsas məbləğə hesablanmış faiz borcu 689.72 (altı yüz səksən doqquz manat yetmiş iki qəpik) manat, hər gеcikdirilmiş günə görə cərimə borcu 1.215.00 (bir min iki yüzz on beş) manat, cəmi borc: 11.904.72 (on bir min doqquz yüz dörd çamat yetmiş iki qəpik) manat məbləğində 17 nömrəli 15 mart 2023-cü il tarixli Kredit sazişi üzrə əsas məbləğ borcu 5.000.00 (beş min) manat, əsas məbləğə hesablanmış faiz borcu 323.20 (üç yüz iyirmi üç manat iyirmi qəpik) manat, hər gеcikdirilmiş günə görə cərimə borcu 438.75 (dörd yüz otuz səkkiz manat yetmiş beş qəpik) manat, cəmi borc: 5.761.95 (beş min yeddi yüz altmış bir manat doxsan beş qəpik) manat məbləğində 22286K nömrəli 06 oktyabr 2021-ci il tarixli Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi üzrə əsas məbləğ üzrə borc – 3,765.07 (üç min yeddi yüz altmış beş manat yeddi qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu – 360.25 (üç yüz altmış manat iyirmi beş qəpik) manat, cərimə borcu – 416.91 (dörd yüz on altı manat doxsan bir qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc – 4.00 (dörd) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri – 9.60 (doqquz manat altmış qəpik) mamat, cəmi borc – 4.555.83 (dörd min beş yüz əlli beş manat səksən üç qəpik) manat, ümumilikdə: 57.502.50 (əlli yeddi min beş yüz iki manat əlli qəpik) manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 410 (dörd yüz on) manat məbləğində xərcin "xxxx" QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28 sentyabr 2021-ci ildə «X2 Azərbaycan» QSC ilə Cavabdeh1 MMC arasında 22286 nömrəli Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh1 MMC-yə 28 sentyabr 2026-cı il tarixədək (5 il müddətində) və istifadəsinə görə yuxarı həddi illik 20 % (iyirmi) faiz dərəcəsi olmaqla 30.000.00 (otuz min) manat məbləğində kredit xətti ayrılmışdır. 20 oktyabr 2022-ci ildə «X2 Azərbaycan» QSC ilə Cavabdeh1 MMC arasında 1 saylı əlavə razılaşma bağlanmışdır. Razılaşmaya görə 28 sentyabr 2021-ci il tarixli 22286 nömrəli Kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilə) 1.2-ci bəndi redaktə olunaraq kredit xəttinin (limitin) məbləği 50.000.00 (əlli min) manat məbləğində müəyyən edilmişdir. 13 fevral 2023-cü il tarixdə "xxxx" QSC ilə Cavabdeh1 MMC arasında 22286 №-li Kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 15№-li Kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MMC-yə 3 ay (üç ay) müddətinə, kreditdən istifadəyə görə illik 13% (on üç faiz) olmaqla 30.000.00 (otuz min) manat məbləğində kredit verilmişdir. 16 fevral 2023-cü il tarixdə "xxxx" QSC ilə Cavabdeh1 MMC arasında 22286 №-li Kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 16№-li Kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MMC-yə 3 ay (üç ay) müddətinə, kreditdən istifadəyə görə illik 13% (on üç faiz) olmaqla 10.000.00 (on min) manat məbləğində kredit verilmişdir. 17 fevral 2023-cü il tarixdə "xxxx" QSC ilə Cavabdeh1 MMC arasında 22286 №-li Kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 17№-li Kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MMC-yə 3 ay (üç ay) müddətinə, kreditdən istifadəyə görə illik 13% (on üç faiz) olmaqla 5.000.00 (on min) manat məbləğində kredit verilmişdir. Bununla yanaşı bоrcalanın 28 sentyabr 2021-ci il tarixli, 22286 nömrəli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin cavabdeh Başgöl Dursun Ali ile 28 sentyabr 2021-ci il tarixli 22286/1 nömrəli zaminlik müqavilələri bağlanmışdır. 20 oktyabr 2022-ci il tarixdə "xxxx" QSC ilə Cavabdeh1 MMC arasında 1 saylı əlavə razılaşma bağlanmışdır. Razılaşmaya görə 28 sentyabr 2021-ci il tarixli 22286/1 nömrəli Zaminlik müqaviləsinin 1.1-ci bəndi redaktə olunaraq kredit xəttinin (limitin) məbləği 50.000.00 (əlli min) manat məbləğində müəyyən edilmişdir. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. 06 oktyabr 2021-ci ildə «X2 Azərbaycan» QSC ilə Cavabdeh1 MMC arasında 22286K nömrəli Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh1 MMCyə 06 oktyabr 2026-cı il tarixədək (5 il müddətində) 5.000.00 (beş min) manat məbləğində kredit kartı limiti (kredit xətti) açır. “Kart\əlavə kart sahibi” isə həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə edilmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu meqavilə ilə müəyyən edilmiş şərtlərlə “Banka” qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Bununla yanaşı bоrcalanın 28 sentyabr 2021-ci il tarixli, 22286 nömrəli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin cavabdeh Başgöl Dursun Ali ile 28 sentyabr 2021-ci il tarixli 22286K/1 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra еtsə də Cavabdeh1 MMC krеdit müqaviləsinin şərtlərini pоzaraq, krеdit müqaviləsi üzrə ödənişləri mütəmadi оlaraq gеcikdirmişdir. Cavabdеhlərə dəfələrlə bu barədə sifahi və yazılı qaydada хəbərdarlıq еdilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baхmayaraq, krеdit müqaviləsi üzrə öhdəliklərini icra еtməmişlər və bu günə kimi "xxxx" QSC-ə оlan bоrclarını ödəməmişlər.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdehlər tərəfindən ödəniş olmamışdır.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli N 22286 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə) müqaviləyə əsasən borcverən bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kreditlər üçün borcalana bərpa edilən kredit xəttini açır, borcalan isə kredit xətti üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcverənə qaytarmasını öhdəsinə götürür. Kredit xəttinin məbləği 30000 manat təşkil edir.

8. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 20 oktyabr 2022-ci il tarixli 28 sentyabr 2021-ci il tarixli 22286 N-li kredit müqaviləsinə 1 saylı Əlavə Razılaşmaya əsasən kredit xəttinin məbləği 50000 manat təşkil edir.

9. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 13 fevral 2023-cü il tarixli 28 setyabr 2021-ci il tarixli 22286 N-li kredit müqaviləsinə dair 15 N-li kredit sazişinə əsasən borcverən borcalana tərəflər arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli 22286 N-li kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə və bu Saizşin 2 maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 30000 manat məbləğində, 3 ay müddətinə kredit verir. Borcalana isə almış olduğu borc pul məbləğini müəyyən edilmiş şərtlərlə borcverənə qaytarmasını öhdəsinə götürür.

10. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 16 fevral 2023-cü il tarixli 28 setyabr 2021-ci il tarixli 22286 N-li kredit müqaviləsinə dair 16 N-li kredit sazişinə əsasən borcverən borcalana tərəflər arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli 22286 N-li kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə və bu Saizşin 2 maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 10000 manat məbləğində, 3 ay müddətinə kredit verir. Borcalana isə almış olduğu borc pul məbləğini müəyyən edilmiş şərtlərlə borcverənə qaytarmasını öhdəsinə götürür.

11. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 15 mart 2023-cü il tarixli 28 setyabr 2021-ci il tarixli 22286 N-li kredit müqaviləsinə dair 17 N-li kredit sazişinə əsasən borcverən borcalana tərəflər arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli 22286 N-li kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə və bu Saizşin 2 maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 5000 manat məbləğində, 3 ay müddətinə kredit verir. Borcalana isə almış olduğu borc pul məbləğini müəyyən edilmiş şərtlərlə borcverənə qaytarmasını öhdəsinə götürür.

12. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli N 22286K nömrəli Worldcard Business Kredit kartı müqaviləsi bağlanmışdır.

13. Müqavilənin 25-ci bəndinə əsasən bank 5 il müddətinə 5000 manat məbləğində kart sahibinə kredit kart limitini (kredit xətti) açır. Kart sahibi isə həmin krediti, ona hesablanmış faziləri, komisyonları, həmçinin nəzərdə tutulmuş digər borcları bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öhdəsinə götürür.

14. Müqavilənin 13.5.5-ci bəndinə əsasən limit aşma komisyonu: kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə alınacaq sabit bir komisyon haqqıdır. Limit aşma komisyonu aşılan məbləğin 1,5 faizi + 2,50 manat kimi olaraq tətbiq edilir.

15. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli 22286/1 nömrəli zaminlik müqaviləsinə əsasən 28 sentyabr 2021-ci il tarixində iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 22286 N-li kredit müqaviləsi üzrə borcalana 30000 manat məbləğində 28 sentyabr 2026-cı il tarixinədək, yuxarı həddi illik 20 % dərəcəsi ilə açılmış kredit xətti iləbağlı borcverən qarşısında öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirilənədək zamin borcalanla tam birgə məsuliyyət daşımağı öhdəsinə götürür.

16. İddiaçı və cavabdeh Dursun Ali Başgöl arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli 22286/1 nömrəli zaminlik müqaviləsinə əsasən 06 oktyabr 2021-ci il tarixində iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 22286K N-li Worldcard Business kredit kartı müqaviləsi üzrə müştəriyə 5000 manat məbləğində 5 il müddətinə və istifadəsinə görə yuxarı həddi illik 28 % dərəcəsi ödəmək şərti ilə açılmış kredit kartı limiti ilə bağlı müştərinin bank qarşısında bütün öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirilənədək zamin borcalanla tam birgə məsuliyyət daşımağı öhdəsinə götürür.

17. İddiaçı və cavabdeh Dursun Ali Başgöl arasında bağlanmış 20 oktyabr 2022-ci il tarixli 28 sentyabr 2021-ci il tarixli 22286/1 N-li zaminlik müqaviləsinə 1 saylı Əlavə razılaşmaya əsasən 28 sentyabr 2021-ci il tarixində iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 22286 nömrəli kredit müqaviləsi üzrə borcalana 50000 manat məbləğində 28 sentyabr 2026-cı il tarixinədək yuxarı həddi illik 20 % dərəcəsi ilə açılmış kredit xətti ilə bağlı borcverən qarşısında öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirilənədək zamin borcalanla tam birgə məsuliyyət daşımağını öhdəsinə götürür.

18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli 9/952 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, 13 fevral 2023-cü il tarixli 15 saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 30000 manat, faiz borcu 1917,50 manat, 16 fevral 2023-cü il tarixli 16 saylı kredit razılaşması üzrə əsas borcu 10000 manat, faiz borcu 678,90 manat, 15 mart 2023-cü il tarixli 17 saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas borc 5000 manat, faiz borcu 319,58 manat təşkil edir.

19. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

23. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

26. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

27. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

28. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

29. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

30. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

31. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun cavabdehlərdən tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

32. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərdən tutulacaq faiz borcu 02 aprel 2024-cü il tarixli ekspert rəyinə uyğun müəyyən edilməlidir.

33. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən hesablanmış dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

35. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

36. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

37. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 15 nömrəli 13 fevral 2023-cü il tarixli Kredit sazişi üzrə 1500 manat, 6 nömrəli 16 fevral 2023-cü il tarixli Kredit sazişi üzrə 500 manat, 17 nömrəli 15 mart 2023-cü il tarixli Kredit sazişi üzrə 250 manat, 22286K nömrəli 06 oktyabr 2021-ci il tarixli Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi üzrə 180 manat məbləğində müəyyən edilməlidir.

38. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqavilələri üzrə iddiaçıya 15 nömrəli 13 fevral 2023-cü il tarixli Kredit sazişi üzrə əsas məbləğ borcu 30.000.00 manat, faiz borcu 1917,50 manat, cərimə borcu 1500 manat, 16 nömrəli 16 fevral 2023-cü il tarixli Kredit sazişi üzrə əsas məbləğ borcu 10.000 manat, əsas məbləğə hesablanmış faiz borcu 678,90 manat, hər gеcikdirilmiş günə görə cərimə borcu 500 manat, 17 nömrəli 15 mart 2023-cü il tarixli Kredit sazişi üzrə əsas məbləğ borcu 5.000.00 manat, faiz borcu 319,58 manat, cərimə borcu 250 manat, 22286K nömrəli 06 oktyabr 2021-ci il tarixli Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi üzrə əsas məbləğ üzrə borc – 3,765.07 manat, faiz borcu – 360.25 manat, cərimə borcu 180 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 4 manat borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 410 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

41. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada 15 nömrəli 13 fevral 2023-cü il tarixli Kredit sazişi üzrə 30000 manat əsas borc, 1917,50 manat faiz borcu, 1500 manat cərimə borcu, 16 nömrəli 16 fevral 2023-cü il tarixli Kredit sazişi üzrə 10000 manat əsas borc, 678,90 manat faiz borcu, 500 manat cərimə borcu, 17 nömrəli 15 mart 2023-cü il tarixli Kredit sazişi üzrə 5000 manat əsas borc, 319,58 manat faiz borcu, 250 manat cərimə borcu, 22286K nömrəli 06 oktyabr 2021-ci il tarixli Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi üzrə 3765,07 manat əsas borc, 360,25 manat faiz borcu, 180 manat cərimə borcu, 22286K nömrəli 06 oktyabr 2021-ci il tarixli Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi üzrə 3765,07 manat əsas borc, 360,25 manat faiz borcu, 180 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 4 manat borc, ödənilmiş 410 manat dövlət rüsumu, ümumilikdə 59190,62 (əlli doqquz min bir yüz doxsan manat altmış iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X2 Azərbaycan” QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar