Məhkəmə qərarları › İş №e-2-2(113)-4279/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4279/2023

11.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4279/2023 11.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdeh Mənzil Tikinti Koorperativinə qarşı iddiaçının Bakı şəhəri, Səməd Vurğun ilə Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə, girişi Səməd Vurğun küçəsindən olan, yan vitrinləri Salatın Əsgərova küçəsinə baxan binanın birinci mərtəbəsində ev 71, blok 2 ünvanında yerləşən mağazasında elektrik enerji təchizatının və su təchizatının cavabdeh tərəfindən özbaşına dayandrılması nəticəsində 5000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddiaçının Bakı şəhəri, Səməd Vurğun ilə Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə, girişi Səməd Vurğun küçəsindən olan, yan vitrinləri Salatın Əsgərova küçəsinə baxan binanın birinci mərtəbəsində ev 71, blok 2 ünvanında yerləşən mağazasında elektrik enerji təchizatının və su təchizatının cavabdeh tərəfindən özbaşına dayandrılması nəticəsində 5000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X4 ilə Cavabdeh Mənzil Tikinti Koorperativi arasında bağlanmış xx.xx.2023cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Hazırki saziş X2 (VÖEN **********) nümayəndəsi Nümayəndə (bundan sonra “Əmlak mülkiyyətçisi” adlanacaq) və Cavabdeh Mənzil Tikinti Koorperativinin (VÖEN **********) (bundan sonra “Tikinti şirkəti” adlanacaq) sədri X1 arasında bağlanmışdır. Sazişin bağlanmasında məqsəd tərəflər arasında olan Bakı Kommersiya Məhkəməsində baxılan e-2-2(113)-4279/2023 saylı kommersiya işinin sülh yolu ilə həllidir. Bu məqsədə nail olmaq üçün tərəflər aşağıdakılar haqqında razılaşdılar: 1) Tərəflər arasında Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Cavabdeh MMC (“Tikinti şirkəti”) ilə X4 (“Əmlak mülkiyyətçisi”) 4 oktyabr 2017-ci il tarixli müqaviləyə və ona edilmiş xx.xx.2018-ci il tarixli əlavəyə əsasən “Tikinti şirkəti” Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin iştirakı ilə xx.xx.2023-cü il tarixdə “Əmlak mülkiyyətçisi”nə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, 128 ünvanda yerləşən yaşayış kompleksinin Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçəsinin kəsişdiyi yerdə yerləşən, yan vitrinləri Salatın Əsgərova küçəsinə baxan, girişi Səməd Vurğun küçəsindən olan çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsindəki qeyri-yaşayış sahəsini (bundan sonra “Sahə” adlanacaq) “Əmlak mülkiyyətçisi”nə təhvil vermişdir. 2) Sahənin ümumi hündürlüyü tərəflər arasında bağlanmış müqavilədə əks olunan 5,5 m hündürlükdən 1,5 metr artıqdır və cəmi 7 (yeddi) metr təşkil edir. “Tikinti şirkəti” Sahəni “Əmlak mülkiyyətçisi”nə təhvil verəndə ümumi hündürlük 3,5 metr hündürlükdə metal konstruksiyalarla iki hissəyə bölünmüşdür. “Əmlak mülkiyyətçisi” girişdən Sahənin içərisinə doğru 4,5 metr məsafədə quraşdırılmış metal konstruksiyaları ləğv etmişdi. Qalan hissədəki metal konstruksiyalar yerində qalmışdılar. “Əmlak mülkiyyətçisi”nin həmin metal konstruksiyaları saxlamasına, onların üzərinə dikt və laminat döşəyərək andresol mərtəbəsi kimi istifadə etməsinə, andresola qalxıb enmək üçün Sahənin giriş hissəsində fıstıq ağacından taxta pilləkənin quraşdırılmasına və bu şəkildə Sahə üzərində “Əmlak mülkiyyətçisi”nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına “Tikinti şirkəti” etiraz etmir və qeyd edilən şəkildə sahə üzərində “Əmlak mülkiyyətçisi”nin mülkiyyət hüququnun qeydiyyata alınması üçün yardım edəcəkdir. 3) Tərəflər təsdiq edirlər ki, onların biri birinə qarşı heç bir pul, əmlak tələbləri yoxdur. 4) Sahənin kommunal xidmətə görə “Tikinti şirkəti”nə ödəmələri təmir işləri tamamlandıqdan sonra xx.xx.2023-cü il tarixindən hesablanacaq. 5) “Əmlak mülkiyyətçisi” Bakı Kommersiya Məhkəməsində baxılan e-2-2(113)- 4279/2023 saylı iş üzrə iddia tələblərindən imtina edir. 6) Tərəflər gələcəkdə biri digərinə qarşı pis niyyətlə heç bir addım atmayacaqlarını, biri digərinin hüquqlarının və qanuni manafelərinin qorunması üçün tədbir görəcəklər. 7) Sahə üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alana kimi “Əmlak mülkiyyətçisi” sahəni başqa şəxsə satmaq haqqında müqavilə bağladıqda “Tikinti şirkəti” sahənin yeni mülkiyyətçinin adına rəsmiləşdirilməsi üçün əvəzsiz yardım edəcək və zəruri sənədləri (yeni müqaviləni, maliyyə arayışını) yeni mülkiyyətçiyə təqdim edəcək. 8) Saziş üç nüsxədə təsdiqlənmişdir. Hər tərəfdə bir nüsxə saxlanacaq və bir nüsxə Bakı Kommersiya Məhkəməsinə təsdiq edilməsi üçün təqdim edilir. Bütün nüsxələr eyni hüquqi qüvvəyə malikdilər. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar