Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4289/2025 05.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən TM0001/39/D-5 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 310.95 (üç yüz on manat doxsan beş qəpik) manat əsas borc, 24.70 (iyirmi dörd manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 335.65 (üç yüz otuz beş manat altmış beş qəpik) manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-02535LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5nda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Eyni zamanda tərəflər arasında X5 çərçivəsində xx.xx.2020-ci il tarixli TM0001/39 saylı invoysların diskontlaşdırılması limiti üzrə maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 11% olmaqla xx.xx.2021-ci il tarixədək "xxxx" ASC ilə imzalanmış xx.xx.2016-cı il tarixli TM0001 nömrəli maliyyələşdirmə üçün ərizədə müəyyən edilmiş məbləğ çərçivəsində dövriyyə vəsaitinin artırılması məqsədi ilə limit müqaviləsi imzalanmışdır. Bundan əlavə TM0001/39 saylı limit müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı, xx.xx.2021-ci il tarixli 2 saylı, xx.xx.2022-ci il tarixli 3 saylı, xx.xx.2023-cü il tarixli 4 saylı, xx.xx.2024-cü il tarixli 5 saylı əlavələr imzalanmaqla kredit limitinin müddəti xx.xx.2025-ci il tarixinədək uzadılmış və limit çərçivəsində son maliyyələşdirmə əməliyyatının xx.xx.2025-ci il tarixinə kimi həyata keçirilə bilməsi razılaşdırılmışdır. Qeyd olunan X5 və TM0001/39 saylı invoysların diskontlaşdırılması limiti üzrə maliyyələşdirmə üçün ərizə çərçivəsində tərəflər arasında xx.xx.2024-cü il tarixli TM0001/39/D-5 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixinədək, illik faiz dərəcəsi 11%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 20%, günlük cərimə faizi 0,0556% olmaqla, 8,035.13 (səkkiz min otuz beş manat on üç qəpik) manat məbləğində vəsait ayrılmışdır. Lakin Borcalan TM0001/39/D-5 saylı maliyyələşdirmə üçün ərizə üzrə 143 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2025-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri TM0001/39/D-5 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 310.95 (üç yüz on manat doxsan beş qəpik) manat əsas borc, 24.70 (iyirmi dörd manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 335.65 (üç yüz otuz beş manat altmış beş qəpik) manat təşkil edir. Gecikmə günü 143 X2 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X2 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı ASC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-02535LE/2019 saylı razılaşma imzalanmışdır. Razılaşma müştərinin elektron imzası ilə təsdiq edilmişdir
5. Bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının: - 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən həmin müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. - 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur. - İV-cü bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya /akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s.kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası , qevvədə olma müddət , cərimə, məqsəd, Müştəriyə verilməsi qaydasıvə bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. - Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan İV-cü bəndinin 1.4-cü yarımbəndinə əsasən kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır. - İV-cü bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. - İV-cü bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir.
6. X5 çərçivəsində xx.xx.2020-ci il tarixli TM0001/39 saylı invoysların diskontlaşdırılması limiti üzrə maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 11% olmaqla xx.xx.2021-ci il tarixədək "xxxx" ASC ilə imzalanmış xx.xx.2016-cı il tarixli TM0001 nömrəli maliyyələşdirmə üçün ərizədə müəyyən edilmiş məbləğ çərçivəsində dövriyyə vəsaitinin artırılması məqsədi ilə limit müqaviləsi imzalanmışdır.
7. TM0001/39 saylı limit müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı, xx.xx.2021-ci il tarixli 2 saylı, xx.xx.2022-ci il tarixli 3 saylı, xx.xx.2023-cü il tarixli 4 saylı, xx.xx.2024-cü il tarixli 5 saylı əlavələr imzalanmaqla kredit limitinin müddəti xx.xx.2025-ci il tarixinədək uzadılmış və limit çərçivəsində son maliyyələşdirmə əməliyyatının xx.xx.2025-ci il tarixinə kimi həyata keçirilə bilməsi razılaşdırılmışdır.
8. PB/BPŞ-OUT-00375-2025 nömrəli, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən TM0001/39/D-5 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 310.95 manat əsas borc, 24.70 manat cərimə borcu olmaqla, cəmi 335.65 manat təşkil edir. Gecikmə günü: 189;
9. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış OnGTC-02535LE/2019 nömrəli kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 310.95 manat məbləğində əsas borc, 24.70 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.
14. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən bağlanmış OnGTC-02535LE/2019 saylı tarixli kredit müqaviləsi üzrə olduğu 310.95 manat məbləğində əsas borc, 24.70 manat məbləğində faiz borcu olmaqla, cəmi 1527.83 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 110 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.
IV. Nəticə:
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 310.95 məbləğində əsas borc, 24.70 manat məbləğində faiz borcu, 335.65 (üç yüz otuz beş manat altmış beş qəpik) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu, İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
X6