Məhkəmə qərarları › İş №e-2-2(113)-4295/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4295/2024

18.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4295/2024 18.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: broker xidməti, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 2542,8 manat məbləğində əsas borcun, 30 manat hüquqi xidmət xərci və 45,72 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında gömrük təmsilçilik xidmətinin göstərilməsi barədə xx.xx.2022-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı tərəfindən sifarişçiyə broker xidmətini göstərilməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, sifarişçi müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Halbuki, müqavilənin 2.2.1-ci bəndinə əsasən təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını ödəmək sifarişçinin öhdəliyidir. Nəticədə, cavabdehin 2542,8 manat borcu yaranmışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi ödəməni gecikdirdiyi hər gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində dəbbə pulu ödəməlidir. Bundan başqa borc vaxtında ödənmədiyi üçün iddiaçı əlavə olaraq hüquqi xidmətin göstərilməsinə görə haqq ödəməli olmuşdur. Artıq uzun müddət keçsə, borcun ödənilməsi barədə cavabdeh heç bir hərəkət etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28 fevral 2023-cü il tarixli, 45 nömrəli Sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" MMC-nin bütün hüquq və öhdəlikləri onun hüquqi varisi olan Cavabdeh ASCyə keçmişdir. (https://ask-glass.com/about/) Hüquqi varis Cavabdeh ASC bu öhdəlik üzrə cavabdehdir. Gömrük təmsilçiliyinə dair xidməti müqaviləyə əsasən sifarişçi onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərinin göstərilməsini sifariş verib təmsilçiyə razılaşdırılmış xidmət haqqı ödəməyi, təmsilçi isə sifarişçinin tapşırığı ilə broker xidmətləri göstərməyi öz öhdəsinə götürür. Sifarişçinin tapşırığı ilə broker xidmətləri göstərməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolu № 01-də göstərilir; idxal bəyannaməsi, elektron qısa bəyannamə və X2 tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuş, qiymətlər müvafiq olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən Cavabdehə: cəmi 2542,8 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar: **********-E-GB tərtibi və **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün299,60 manat xx.xx.2022 tarixli Seriya: EBBT Nömrə: 824373; **********- E-GB tərtibi üçün - 47,20 manat xx.xx.2022-ci il tarixli Seriya: EBBU Nömrə: 706834; **********-E-GB tərtibi və **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün128 manat xx.xx.2022 tarixli Seriya: EBBY Nömrə: 577272; **********-E-GB tərtibi və **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün266 manat xx.xx.2022-ci il tarixli Seriya: EBBZ Nömrə: 466293; **********-E-GB tərtibi və **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün151,60 manat xx.xx.2022-ci il tarixli Seriya: EBCB Nömrə: 400029; **********-E-GB tərtibi, **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün 138 manat xx.xx.2022-ci il tarixli Seriya: EBCC Nömrə: 410998; **********-E-GB tərtibi, **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün 138 manat xx.xx.2022-ci il tarixli Seriya: EBCD Nömrə: 063693; **********-E-GB tərtibi, **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün279,60 manat xx.xx.2022-ci il tarixli Seriya: EBCE Nömrə: 114567; **********-CMR sənədinin tərtib olunması, **********-E-GB tərtibi, **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün158 manat xx.xx.2022-ci il tarixli Seriya: EBBV Nömrə: 710079; **********-E-GB tərtibi, **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün -151,60 manat xx.xx.2022-ci il tarixli, Seriya: EBCG Nömrə: 463922; **********- E-GB tərtibi üçün - 236 manat xx.xx.2022-ci il tarixli Seriya: EBCK Nömrə: 713085; **********-E-GB tərtibi və **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün175,20 manat xx.xx.2022-ci il tarixli Seriya: EBCİ Nömrə: 446856; **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün - 10 manat xx.xx.2023-cü il tarixli Seriya: EBDC Nömrə: 945507; **********-E- GB tərtibi, **********-E-GB tərtibi, **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün2-22,40 manat xx.xx.2023- cü il tarixli Seriya: EBCO Nömrə: 353701; **********-E-GB tərtibi üçün - 141,60 manat tarix xx.xx.2023-cü il tarixli Seriya: EBDB Nömrə: 001672; elektron qaimələr təqdim olunmuşdur. Cavabdehə mübahisənin məhkəmədən kənar həlli üçün pretenziya məktubu göndərilsə də, heç bir əməli tədbir görülməmiş, borcu ödəməmişdir. Həmçinin hüquqi xidmət alaraq, məhkəməyə müraciət üçün 20 ədəd ayrı-ayrı işlər üzrə 600 manat Bakı 20 saylı vəkil bürosuna ödəniş edilmişdir. Hər iş üçün 30 manat ödənilmişdir. Cavabdehdən 2542,8 manat əsas borcun məhkəmə qaydasında tutulması zəruridir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırki işin və bundan əlavə 9 işin hazırlanıb məhkəməyə təqdim edilməsi üçün hüquqşunasla müqavilə bağladıqları üçün ümumi 600 manatlıq ödəniş edilmişdir. Beləliklə, ödənilən hüquqi xidmət üçün 600 manatı 10 iş arasında bölərək, hər işə görə 30 manat hərc çəkildiyi müəyyən edilir. Bu iş üzrə də 30 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı MMC ilə “X5” MMC (əvvəlki adı "xxxx" MMC) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22/0357 saylı müqaviləyə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən təmsilçi öz nizamnaməsinə uyğun olaraq, Sifarişçinin tapşırığı ilə onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında brokerxidmətlərini göstərir. Müqavilənin dəyəri 4176 AZN (ƏDV daxil) məbləğindədir.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi Təmsilçi tərəfindən göstərilən xidmətlərin haqqını bu Müqaviləyəəlavə edilmiş 1 №-li protokolda(“Protokol №1”) göstərilən məbləği razılaşdırılmış müddətdə (gecikdirilmədən) köçürmə yolu ilə ödəməlidir.

11. Müqavilənin 1.3-cü bəndinə əsasən göstərilən xidmətlərin adlan, miqdan və qiyməti hazırki Müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması Protokol №l-də öz əksini tapır (əlavə olunur).

12. Müqavilənin 2.1-ci bəndinə əsasən təmsilçinin öhdəlikləri:

13. Müqavilənin 2.1.1-ci bəndinə əsasən elektron X2 gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis tərəfindən doldurulması və Sifarişçinin istəyinə uyğun olaraq Müqavilənin tərkib hissəsi sayılan Protokol №l-dəqeyd olunan digər xidmət növlərini göstərmək;

14. Müqavilənin 2.1.2-ci bəndinə əsasən sifarişçini gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti mexanizmi barədə məlumatlandırmaq və gömrük prosedurundan keçmək üçün lazım olan sənədlər siyahısı barədəSifarişçiyə məlumat vermək;

15. Müqavilənin 2.1.3-cü bəndinə əsasən sifarişçinin sənədlərini təhlil etmək və qəbul aktı üzrə icra olunmağa qəbul etmək;

16. Müqavilənin 2.1.4-cü bəndinə əsasn sifarişçiyə gömrük qanunvericiliyinintələbləri barədə məlumat vermək və məsləhət xarakterli xidmətlər göstərmək;

17. Müqavilənin 2.1.5-ci bəndinə əsasn sifarişçini onun kommersiya maraqları çərçivəsində gömrük qanunvericiliyində baş vermişson dəyişikliklər haqqında məlumatlandırmaq;

18. Müqavilənin 2.1.6-cı bəndinə əsasən mallların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları üçün tələb olunansənədlərin tərtib olunmasında köməklik göstərmək;

19. Müqavilənin 2.1.7-ci bəndinə əsasən mallara və nəqliyyat vasitələrinə aid olan sənədləri gömrük rəsmiləşdirilməsi məqsədilə gömrük orqanlarına təqdim etmək üçün sənədləri tam şəkildə komplekləşdirmək;

20. Müqavilənin 2.1.8-ci bəndinə əsasn sifarişçi tərəfindən təqdim edilən məlumatlarda və sənədlərdə olan kommersiya sirrinin konfidensiallığını qorumaq.

21. Müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçinin öhdəlikləri:

22. Müqavilənin 2.2.1-ci bəndinə əsasən təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını bu Müqavilə ilə müəyyən edilmiş müddətdəbank köçürməsi yolu ilə ödəmək.

23. Müqavilənin 3.1-ci bəndinə əsasən təmsilçi Sifarişçiyə Müqaviləyə əlavə Protokol №l-də göstərdiyi xidmət növünə əsasən hesab- faktura təqdim edir. Ödəniş növü bank köçürmə əməliyyatı zamanı hesab fakturada göstərilən məbləğ 3 (üç) iş günü ərzində köçürmə yolu ilə Təmsilçinin hesabına ödənilməlidir.

24. Müqavilənin 3.2-ci bəndinə əsasn sifarişçi hesab-faktura ona təqdim edildikdən sonra hesab-faktura üzrə tam məbləği 3 (üç) bank günü ərzində köçürmə yolu ilə My Brokerin hesabına ödəyir. Ödənişin hər gecikdirilmiş gününə görə Sifarişçi mübahisəsiz ödənilməmiş məbləğin 1% həcmində dəbbə pulu ödəyir.

25. **********-E-GB tərtibi və **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün 299,60 manat xx.xx.2022 tarixli Seriya: EBBT Nömrə: 824373; **********-E-GB tərtibi üçün - 47,20 manat xx.xx.2022-ci il tarixli Seriya: EBBU Nömrə: 706834; **********-E-GB tərtibi və **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün128 manat xx.xx.2022 tarixli Seriya: EBBY Nömrə: 577272; **********-E-GB tərtibi və **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün 266 manat xx.xx.2022-ci il tarixli Seriya: EBBZ Nömrə: 466293; **********-E-GB tərtibi və **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün151,60 manat xx.xx.2022-ci il tarixli Seriya: EBCB Nömrə: 400029; **********-E-GB tərtibi, **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün 138 manat xx.xx.2022-ci il tarixli Seriya: EBCC Nömrə: 410998; **********-E-GB tərtibi, **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün 138 manat xx.xx.2022-ci il tarixli Seriya: EBCD Nömrə: 063693; **********-E-GB tərtibi, **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün 279,60 manat xx.xx.2022-ci il tarixli Seriya: EBCE Nömrə: 114567; **********- CMR sənədinin tərtib olunması, **********-E-GB tərtibi, **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün158 manat xx.xx.2022-ci il tarixli Seriya: EBBV Nömrə: 710079; **********-E-GB tərtibi, **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün -151,60 manat xx.xx.2022-ci il tarixli, Seriya: EBCG Nömrə: 463922; **********-E-GB tərtibi üçün - 236 manat xx.xx.2022-ci il tarixli Seriya: EBCK Nömrə: 713085; **********-E-GB tərtibi və **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün175,20 manat xx.xx.2022-ci il tarixli Seriya: EBCİ Nömrə: 446856; **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün - 10 manat xx.xx.2023-cü il tarixli Seriya: EBDC Nömrə: 945507; **********-E-GB tərtibi, **********-E-GB tərtibi, **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün 222,40 manat xx.xx.2023- cü il tarixli Seriya: EBCO Nömrə: 353701; **********-E-GB tərtibi üçün -141,60 manat tarix xx.xx.2023-cü il tarixli Seriya: EBDB Nömrə: 001672; elektron qaimələr təqdim olunmuşdur.

26. Elektron qaimələrin siyahısından görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilən bütün qaimələr cavabdeh şirkətin özü və bəziləri sistem tərəfindən təsdiq edilmişdir.

27. Hesab üzrə çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən iddiaçı xx.xx.2022-ci il tarixindən beş e-qaimələr üzrə 216,96 manat, xx.xx.2022-ci il tarixində bir e-qaimə üzrə 3325,20 manat ödəniş edilmişdir.

28. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

29. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə broker xidmətlərinə görə cavabdehin ona 2542,8 manat məbləğində borcunun olmasını iddia edir və həmin borcun ödənilməsini tələb edir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

31. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

32. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. 787.1-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir.

35. 787.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir.

36. 788.1-ci maddəsinə əsasən brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər.

37. 788.2-ci maddəsinə əsasən brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara da tətbiq edilir.

38. İddiaçı tərəf müqavilə üzrə göstərilmiş xidmətlərə dair sübutları, o cümlədən göstərilmiş xidmətlərin təsdiq olunmasına dair qaimələr və qismən ödənişləri təsdiq edən hesabdan çıxarışı sübut qismində məhkəməyə təqdim etmişdir.

39. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

41. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

42. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

43. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

44. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

45. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

46. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmət göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətin qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

48. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə hesablanmış məbləğlərə dair də e-qaimələr vermişdir və cavabdeh tərəfindən edilmiş qismən ödənişlərin təyinatı da məhz e-qaimələr göstərilmişdir. Yəni, tərəflər arasında yaranmış işgüzar münasibətlər e-qaimələrin təqdim edilməsi və qaimələr üzrə ödənişlərin həyata keçirilməsi qaydasında formalaşdışdır.

49. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 2542,8 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

50. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 45,72 manat məbləğində dövlət rüsumu xərci və 30 manat məbləğində hüquqi xidmətə görə iddiaçı tərəfindən ödəniş edilmişdir.

51. MPM-in:

52. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

53. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

54. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

56. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün ə dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 45,72 manat məbləğində pul vəsaiti və 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh ASC-dən 2542,8 manat əsas borc məbləği, hüquqi xidmət xərcinin əvəzi olaraq 30 manat və dövlət rüsumunun əvəzi olaraq 45,72 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar