Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4298/2024 07.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi) X3 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC -nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçıMMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 41.151.50 manat, dövlət rüsumu olaraq ödənilmiş 216 manat və vəkil xidmət haqqı olaraq ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“icarəyə verən”) ilə Cavabdeh MMC (“icarədar”) arasında xx.xx.2023-001 №-li xx.xx.2023-cü il tarixli “X1” imzalanmışdır. Həmin müqaviləyə əsasən “icarəyə verən” mülkiyyətində və etibarnamə əsasında istifadəsində olan xüsusi texnika və nəqliyyat vasitələrini “icarədarın” istifadəsinə icarəyə verməyi, “icarədar” isə xidmət haqqını müqavilədə razılaşdırılmış qaydada ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin icrası tərəfimizdən tam şəkildə həyata keçirilmiş və müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında “Təhvil-təslim Aktları” tərtib olunmaqla təsdiq olunmuşdur. Belə ki, xx.xx.2023-001 №-li, xx.xx.2023-cü il tarixli Müqavilə cərçivəsindəki xidmətlərin göstərilməsi haqqında tərəflər arasında təsdiq olunmuş xx.xx.2023-cü il tarixli “Təhvil-təslim” aktında tərəfimizdən 2023-cü ilin dekabr ayının xidməti EBDW 218855 qaimə üzrə ƏDV daxil 19.470,00 manat olmuşdur, bu qaimə üzrə ƏDV daxil qalıq borc 1484.24 manatdır. 2024-cü ilin yanvar ayının xidməti EBDY 956021 qaimə üzrə ƏDV daxil 29.023,46 manat ol muşdur, bu qaimə üzrə ƏDV daxil qalıq borc 9520.62manatdır. 2024-cü ilin fevral ayının xidməti EBEA 138978 qaimə üzrə ƏDV daxil borc 30.146,64 manat olmuşdur, bu qaimə üzrə ƏDV daxil qalıq borc 30.146,64 manat olmuşdur. Ümumilikdə 41.151,50 manat məbləğində qalıq borc qalmışdır. Tərəflər arasında bağlıanılmış müqavilənin 3.1 bəndinə əsasən təsdiq edilmiş “Təhvil-təslim” Aktlarında göstərilmiş xidmət haqqı və 18 % ƏDV 10 təqvim günü ərzində “İcarədar” tərəfindən “İcarəyə verənin” bank hesabına ödənilməli olduğu halda, bu günədək Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri icra etməmiş və görülən işlərin dəyərini İddiaçı MMC-yə ödəməmişdir. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir..
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı MMC (“icarəyə verən”) cavabdeh "xxxx" MMC (“icarədar”) arasında imzalanmış 27 noyabr 2023-cü il tarixdə xx.xx.2023-001 saylı icarə müqaviləsi imzalanmışdır.
10. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icarəyəverənin mülkiyyətində olan və ya etibarnamə əsasında istifadəsində olan xüsusi texnika və nəqliyy at vasitələrini İcarədarın Sifarişi əsasında göstərilən sahədə istifadə edilmək üçün İcarədarın istifadəsinə icarəyə verməyi, və İcarədar tərəfindən tələb edilərsə, operator və ya sürücü ilə təmin etməyi öhdəsinə götürür, icarədar isə xidmət haqqını bu müqaviləyə və Protokol №l-də razılaşdırılmış qaydada ödəməyi öhdəsinə götürür. - 3.1 -ci bəndinə əsasən müqaviləyə əsasən hər ay ərzində göstərilmiş xidmət üçün təhvil-təslim aktı tərtib olunur, ‘İcarədar"-ın səlahiyyətli nümayəndəsi və İcarəyəverən tərəfindən təsdiq edilmiş akta əsasən ay ərzində faktiki göstərilən vergilər daxil xidmət haqqı növbəti 10 (on) təqvim günü ərzində İcarədar tərəfindən İcarəyə verənin bank hesabına köçürmə yolu ilə ödənilir.
11. 15 dekabr 2023-cü il tarixli icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023cü il tarixli 01 nömrəli qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə texnikanın (Buldozer Komatsu 155D) aylıq icarə haqqısının (2970 manat ƏDV daxil) ümumilikdə 19470 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. 15.12.2023-cü il tarixli müqavilə çərçivəsindəki xidmətlərin göstərilməsi haqqında təhvil-təslim aktına əsasən tərəflər 27 noyabr 2023-cü il tarixli Müqavilə ilə nəzərdə tutulan “icarəyə verən” tərəfindən xx.xx.2023-cü – xx.xx.2023-cü il tarixlərində həyata keçirilən xidmət və öhdəliklərin dəyərinin 1747,33 manat məbləğində olmasını təsdiq etmişlər.
13. 10.01.2024-cü il tarixli müqavilə çərçivəsindəki xidmətlərin göstərilməsi haqqında təhvil-təslim aktına əsasən tərəflər 27 noyabr 2023-cü il tarixli Müqavilə ilə nəzərdə tutulan “icarəyə verən” tərəfindən xx.xx.2023-cü – xx.xx.2023-cü il tarixlərində həyata keçirilən xidmət və öhdəliklərin dəyərinin 19470 manat məbləğində olmasını təsdiq etmişlər.
14. 13.02.2024-cü il tarixli müqavilə çərçivəsindəki xidmətlərin göstərilməsi haqqında təhvil-təslim aktına əsasən tərəflər 27 noyabr 2023-cü il tarixli Müqavilə ilə nəzərdə tutulan “icarəyə verən” tərəfindən xx.xx.2024-cü – xx.xx.2024-cü il tarixlərində həyata keçirilən xidmət və öhdəliklərin dəyərinin 29023,45 manat məbləğində olmasını təsdiq etmişlər.
15. 04.03.2024-cü il tarixli müqavilə çərçivəsindəki xidmətlərin göstərilməsi haqqında təhvil-təslim aktına əsasən tərəflər 27 noyabr 2023-cü il tarixli Müqavilə ilə nəzərdə tutulan “icarəyə verən” tərəfindən xx.xx.2024-cü – xx.xx.2024-cü il tarixlərində həyata keçirilən xidmət və öhdəliklərin dəyərinin 30146,64 manat məbləğində olmasını təsdiq etmişlər.
V. Tətbiq edilən hüquq:
16. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
17. AR MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
18. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Vİ.Məhkəmənin mövqeyi:
19. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
20. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə Əlavədə göstərilmiş texnikanı cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda "xxxx" MMC-nin 27 noyabr 2023-cü il tarixdə xx.xx.2023-001 nömrəli icarə müqaviləsi üzrə İddiaçı MMC -yə olan cəmi borcu 41151,50 manat təşkil edir.
21. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş nəqliyyat vasitələrinə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən ümumilikdə 41151,50 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.
22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 216 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
23. Odur ki, iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 216 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
24. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 41.151.50 (qırx bir min yüz əlli bir manat əlli qəpik) manat, dövlət rüsumu olaraq ödənilmiş 216 (iki yüz on altı) manat və vəkil xidmət haqqı olaraq ödənilmiş 300 (üç yüz) manat pul vəsaiti tutularaq iddiaçı "X2 Equipment" MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova