Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-43/2023 06.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “kənar auditin cəlb olunması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kənar audit, nizamnamə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Neşve Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kənar auditin cəlb edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağının keçirilməsi, 2019-cu ilin yanvar ayından 2021-ci ilin yanvar ayına qədər olan dövr üçün mənfəət və zərərin bölüşdürülməsi, həmin dövr üzrə illik maliyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün kənar auditin cəlb olunması, həmin dövr üzrə illik maliyə hesabatlarının və mühasibat balanslarının təsdiq olunması, Cavabdeh MMC-nin iştirakçıları əlavə pay qoyuluşu ilə cəmiyyətin nizamnamə kapitalının artırılması məsələsinin yığıncağın gündəliyinə daxil edilməsi öhdəliyinin "xxxx" MMC-nin üəzrinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, "xxxx" MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağının keçirilməsi ilə MMC-nin 2019-cu ilin yanvar ayından 2022-ci ilin yanvar ayına qədər olan dövr üçün mənfəət və zərərin bölüşdürülməsi, Cavabdeh MMC-nin təsisçisi İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən restoranın təmirinə və fəaliyyətin qurulmasına sərf etdiyi 327750 manat vəsaitin onun nizamnamə kapitalına pay qoyuluşu kimi nəzərə alınması barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən rəsmi olaraq Cavabdeh MMC-nin 49 faiz payla təsisçilərindən biridir. Lakin 2019-cu ilin mart ayından etibarən Cəmiyyətin idarə edilməsindən və fəaliyyətindən tam olaraq kənarlaşdırılmışdır. Cavabdeh MMC-nin Nizamnaməsinin 4.2-ci maddəsinə əsasən hər bir təsisci Cəmiyyətin Ümumi Yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə şəxsən iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən Neşvə restoranının təmiri, dizaynı, yenidən qurulması və fəaliyyətinin təşkilinə 231 810,00 manat məbləğində maya qoyuluşu etmiş və bu günə qədər həmin MMC-nin göstərilən restoranla bağlı fəaliyyəti üzrə yaranmış borc öhdəliklərini 95 940.00 manat məbləğində icra etmişdir. Bundan başqa bugünədək Cəmiyyətin iştirakçılarının heç bir il üçün növbəti ümumi yığıncağı keçirilməmiş, illik maliyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün kənar audit cəlb olunmamış, cəmiyyətin illik hesabat və mühasibat balansları təsdiq edilməmiş, mənfəət və zərər bölüşdürülməmişdir. Qanunun tələbinə əsasən cəmiyətin 49 faiz paylı iştirakçısı olaraq onun MMC-nin fəaliyyəti nəticəsinə əldə edilmiş mənfəətdən payına uyğun mənfəət almaq hüququ vardır. Lakin bu günə qədər xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi barədə Cəmiyyətin Ümumi Yığıncağı tərəfindən qərar qəbul edilməmişdir. Bu məsələlərlə bağlı olaraq Cəmiyyətin ümumi yığıncağının keçirilməsi üçün Cavabdeh MMC-nin digər iştirakçısı, cavabdeh X1 dəfələrlə müraciət etmiş, xx.xx.2021-ci il tarixli pretenziya məktubunu həm Cavabdeh MMC-nin hüquqi ünvanına, həm də Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən “Neşve” restoranına ünvanlamış, lakin qarşı tərəf bu məktubu qəbul etməkdən imtina etmişdir.
4. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. "xxxx" MMC 21.12. 2018-ci ildə yaradılmışdır. 14.12. 2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 857 kv.m.-dən ibarət olan qeyri yaşayış sahəsini icarəyə götürmüşdür. İcarə müqaviləsi üzrə aylıq ödənişlər vergi ödənişləri də daxil olmaqla 4500 manat müəyyən olunmuşdur. Yəni 3947,37 manat icarə haqqı, 552,63 manat ödənilməli idi və ödənilmişdir. Cəmiyyət fəaliyyətinə 2018-cu ildə başlasa da həmin il üçün heç bir mənfəət əldə etməmiş və vergi ödəməmişdir. Bu halı Vergi Xidmətindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli sənəd də təsdiq edir. Həmin sənədgən görünür ki 2019-cu il üçün cəmi 8034,22 manat vergi, 2020-ci il üçün 5371,18 manat, 2021-ci il üçün 7815,81 manat, xx.xx.2022-xx.xx.2022-ci ilə kimi 2679,45 manat, ümumiliklə 2018-2022-ci illərdə cəmi 23900,66 manat vergi ödənilmişdir. Bu onu göstərir ki, cəmiyyət zərərlə işləmiş və heç bir mənfəət əldə etməmişdir. Bunun səbəbi bütün dünyada olduğu kimi Respublikada COVİD- 19 infeksiyasının yayılması, dəfələrlə karantin elan olunması və bu səbəbdən Cəmiyyətin xarici əlaqələrinin kəsilməsi olmuşdur. Cəmiyyət faktiki olaraq fəaliyyət göstərməmişdir Hal-hazırda Cəmiyyət demək olar ki, iflasa uğramışdır. İddiaçı ərizəsində qeyd edir ki, o, Cəmiyyətin xalis mənfəətinfən onun nizamnamə kapitalındakı payına uyğun mənfəət əldə etməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli e-2-2(113)-43/2023 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “ümumi yığıncağın keçirilməsi, mənfəət və zərərin bölüşdürülməsi, kənar auditin cəlb olunması, maliyyə hesabatlarının və mühasibat balanslarının təsdiq olunması” tələbinə dair iş üzrə icraata xitam verilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-830/2023 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-43/2023 nömrəli qərardadının qismən, yəni 2019-cu ilin yanvar ayından 2021-ci ilin yanvar ayına qədər olan dövr üzrə illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün kənar auditin cəlb olunması barədə iddia tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə baxılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir.
10. Sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, AZ1012, ünvan 3 ünvanında yerləşən Cavabdeh MMC xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, nizamnamə kapitalı 10 manat, təsisçiləri X3 – 51% və İddiaçıdur – 49 %.
13. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyatı İdarəsi tərəfindən 21 fevral 2018-ci il tarixdə qeydə alınmış cavabdehin nizamnaməsindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı 10 manat həcmindədir və hə biri 5 manat olmaqla 2 paydan ibarətdir.
14. Nizamnamənin 2.2-ci bəndinə əsasən cəmiyyətin təsisçisi 2 pay 10 manat olmaqla X2r.
15. Nizamnamənin 4.1-ci bəndinə əsasən cəmiyyətin ali orqanı onun iştirakçılarının Ümumi Yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri təsisçi tərəfindən təkbaşına həyata keçiririr.
16. Nizamnamənin 4.2-ci bəndinə əsasən ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. X5 icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi cəmiyyətin Ümumi Yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır.
17. Nizamnamənin 4.3-cü bəndinə əsasən ümumi yığıncağın müstəsna səlahiyyətlərinə: cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişiklər edilməsi, onun nizamnamə kapitalının miqdarının dəyişdirilməsi; cəmiyyətin nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi, cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağrılması hallarının və qaydasının müəyyən edilməsi; cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi; cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi haqqında qərarın qəbul edilməsi; cəmiyyətin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən icra orqanının üzvlərinin (rəhbərinin) təyin edilməsi və geri çağırılması; cəmiyyətin müşahidə şurası və təftiş komissiyasını (müfəttişini) seçmək; cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasını müəyyən etmək aiddir.
18. Nizamnamənin 4.4-cü bəndinə əsasən ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payların 75 %-ə malik olan iştirakçıların təmsil olunduğu Ümumi Yığıncaq səlahiyyətli sayılır. Cəmiyyətin ləğv edilməsi və ya yenidən təşkili barədə qərarların qəbul olunması üçün cəmiyyətin nizamnamə kapitalındakı payların 100 %-ə malik olan iştirakçılar Ümumi Yığıncaqda təmsil olunmalıdırlar.
19. Nizamnamənin 4.5-ci bəndinə əsasən ümumi yığıncaqda nizamnamənin və nizamnaməyə edilən əlavə və dəyişikliklərin nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi. Cəmiyyətin yenidən təşkil və ya ləğv edilməsi barədə qərarlar bütün təsisçilərin yekdil qərarı ilə, digər məsələlər isə sadə səs çoxluğu ilə qəbul edilir.
20. İddiaçı tərəfindən cavabdehə göndərilmiş məktubdan görünür ki, iddiaçı cavabdehə 10 gün müddətində "xxxx" MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağının keçirilməsi tələbi ilə müraciət etmişdir.
21. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
22. 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
23. 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər.
24. 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır.
25. 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.
26. Materiallardan görünür ki, iddiaçı cavabdeh Cəmiyyətin nizamnamə kapitalında 49 % paya malikdir. İddiaçı cavabdehə MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağının keçirilməsi tələbi ilə müraciət etmiş və növbəti ümumi yığıncağın gündəliyinə həm də Cavabdeh MMC-nin 2019-cu ilin yanvar ayından 2021-ci ilin yanvar ayına qədər olan dövr üçün illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün kənar auditin cəlb olunması məsələsinin də daxil edilməsini xahiş etsə də, cavabdeh tərəfindən onun bu hüququ təmin edilməmişdir.
27. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə MMC-nin ümumi yığıncaqlarının keçirilmədiyini təsdiq etmiş, habelə MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən (cild 1, i.v. 53) koronovirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejimi ilə bağlı MMC-nin iclaslarının keçirilməsinə ehtiyac olmadığı göstərilmişdir.
28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Neşve Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2019-cu ilin yanvar ayından 2021-ci ilin yanvar ayına qədər olan dövr üzrə illik maliyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün kənar auditin cəlb edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 31 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Neşve Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2019-cu ilin yanvar ayından 2021-ci ilin yanvar ayına qədər olan dövr üzrə illik maliyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün kənar auditin cəlb edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova