Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4312/2023 29.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc müqaviləsi, kredit müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndə və vəkilləri X1, Nümayəndə1, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 279,403.86 manat, həmçinin 149,455 ABŞ dolları və 194,000 Avro məbləğində pulun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 1,184.30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bir neçə borc müqaviləsi bağlanmışdır. Belə ki, iddiaçı (PİC Azərbaijan MMC) ilə cavabdeh arasında bağlanmış 002/18 nömrəli, 04 iyun 2018-ci il tarixli borc müqaviləsinə əsasən, PİC Azərbaijan MMC 15,000 (on beş min) manat məbləğində faizsiz olaraq, Cavabdeh MMC-yə xx.xx.2018-xx.xx.2018-ci il tarixlər arasında hissə-hissə hesaba köçürməklə borc vermişdir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən,cavabdeh xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür.Tərəflər xx.xx.2020-ci il tarixdə həmin müqaviləyə əlavə-dəyişikliklər edərək, təsdiq etmişdirlər ki, həmin müqavilənin 2.2.1-ci maddəsində göstərilmiş tarixdə borc cavabdeh tərəfindən qaytara bilmədiyindən həmin 15,000 (on beş min) manat məbləğində borc xx.xx.2021-ci il tarixədək qaytarılsın. Bununla da,cavabdeh xx.xx.2021-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa iddiaçı (PİC Azərbaijan MMC) ilə cavabdeh arasında bağlanmış PP-15.01 nömrəli, 15 yanvar 2020-ci il tarixli borc müqaviləsinə əsasən, PİC Azərbaijan MMC 30,000 (otuz min) manat məbləğində faizsiz olaraq, Cavabdeh MMC-yə xx.xx.2020-xx.xx.2021-ci il tarixlər arasında hissə-hissə hesaba köçürməklə borc vermişdir. Qeyd olunan müqaviləyə xx.xx.2020-ci il tarixdə əlavədəyişikliklər edilərək, təsdiq etmişdirlər ki, PİC Azərbaijan MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur və İddiaçı MMC PİC Azərbaijan MMC-nin hüquqi varisidir və müqavilə üzrə “Borc verən”-nin hüquq və öhdəliklərini eyni həcmdə daşıyır. Həmçinin xx.xx.2020-ci il tarixdə əlavə-dəyişikliklər edilərək, təsdiq etmişdirlər ki, həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən, texniki səhv olaraq göstərilmiş xx.xx.2019-cu il tarix xx.xx.2021-ci il tarix kimi oxunsun. Bununla da,cavabdeh xx.xx.2021-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh MMC hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, 45,000 (qırx beş min) manatı İddiaçı MMC-yə geri qaytarmamışdır. Həmçinin "xxxx" ASC ilə Cavabdeh MMC arasında SİF 095 nömrəli, 25 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəlikləri icra etmədiyindən "xxxx" ASC tərəfindən İddiaçı MMCyə məxsus AZ78PAHA40060AZNHC********** hesablaşma hesabından əsas məbləğ 78257.93 manat, faiz məbləği olaraq isə 6145.93 manat olmaqla cəmi 84,403.86 manat pul vəsaiti xx.xx.2022-ci il tarixdə silinmişdir. Bununla bağlı İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli məktubla Cavabdeh MMC-yə müraciət edərək, bank hesabından silinmiş cəmi 84,403.86 manat pul vəsaitini 7 (yeddi) gün ərzində geri qaytarmağı tələb edilmişdir. Lakin Cavabdeh MMC bank hesabından silinmiş cəmi 84,403.86 manat pul vəsaitini İddiaçı MMC-yə geri qaytarmamışdır. Bundan başqa İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixli ödəniş tapşırığı ilə Cavabdeh MMC-nin bank hesabına borc olaraq 150,000 (bir yüz əlli min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, verilmiş borc pul vəsaitinin 7 (yeddi) gün ərzində qaytarılması xahiş olunmuşdur. Lakin cavabdeh qeyd olunan bildirişi xx.xx.2023-cü tarixdə rəsmi qaydada (bildirişin surətə imza etməklə) qəbul etsə də, bu günədək xx.xx.2018-ci il tarixdə cavabdehin hesabına köçürülməklə verilmiş 150,000 (bir yüz əlli min) manat məbləğində borc pul vəsaitini geri qaytarmamışdır. Həmçinin “PİC Caspian” LP şirkəti ilə Cavabdeh MMC arasında 01 nömrəli, 15 may 2018-ci il tarixli alqısatqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən, mayelərin və ya tozların atılması, çilənməsi və ya püskürdülməsi üçün mexaniki qurğular, pulvezatorlar və analoji qurğular olan “HİPOJET-2700-M HVOF”markalı püskürtmə sistemini “PİC Caspian” LP şirkəti 34,455 (otuz dörd min səkkiz yüz əlli beş) ABŞ dollarıməbləğində pul vəsaitinə cavabdehə satmağı öz öhdəliyinə götürmüşdür, cavabdehə isə qeyd olunan əmlakı aldıqdan sonra 60 gün müddətində malın dəyərini 100% -ni “PİC Caspian” LP şirkətinə ödəməyi öz öhdəliyinə götürmüşdür.(püskürtmə ilə metallaşdırma üçün istifadə edilən qiymətsiz metal tozunun qızdırılıb bitişdirməsi ilə alınan məftillər və çubuqlar olan “10 dəst MEC 560 FHV NİCrBS”İ powder – dəqiqləşdirmək) Satılmış “HİPOJET-2700-M HVOF”markalı püskürtmə sisteminin dəyəri cavabdeh tərəfindən ödənilmədiyindən “PİC Caspian” LP şirkəti ilə Cavabdeh MMC arasında xx.xx.2018 tarixdə yazılı razılaşma əldə olunmuşdur, həmin razılaşmaya əsasən cavabdeh malın alışından yaranmış borcu xx.xx.2021-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə 14 fevral 2023-cü il tarixli bildiriş göndərilərək, verilmiş malın dəyərini, 34,455 (otuz dörd min səkkiz yüz əlli beş) ABŞ dolları pul vəsaitinin 7 (yeddi) gün ərzində qaytarılması xahiş olunmuşdur. Lakin cavabdeh qeyd olunan bildirişi 14 fevral 2023-cü il tarixdə rəsmi qaydada (bildirişin surətə imza etməklə) qəbul etsə də, bu günədək ona verilmiş “HİPOJET-2700-M HVOF” markalı püskürtmə sisteminin dəyəri olan 34,455 (otuz dörd min səkkiz yüz əlli beş) ABŞ dolları məbləğində borc pul vəsaitini geri qaytarmamışdır. “PİC Caspian” LP şirkəti ilə Cavabdeh MMC arasında ******* nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən, “3M197” markalı Cilalayıcı Dəzgah “PİC Caspian” LP şirkəti194,000 (bir yüz doxsan dörd min) Avro məbləğində pul vəsaitinə cavabdehə satmağı öz öhdəliyinə götürmüşdür, cavabdehə isə qeyd olunan əmlak çatdırıldıqdan sonra, (60,000 Avro 60 gün ərzində, 60,000 Avro 120 gün ərzində və 74,000 Avro 180 gün ərzində) 180 gün müddətində malın dəyərini 100%-ni“PİC Caspian” LP şirkətinə ödəməyi öz öhdəliyinə götürmüşdür. Satılmış “3M197” markalı Cilalayıcı Dəzgahın dəyəricavabdeh tərəfindən ödənilmədiyindən “PİC Caspian” LP şirkəti ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə yazılı razılaşma əldə olunmuşdur, həmin razılaşmaya əsasən cavabdeh malın alışından yaranmış borcu xx.xx.2021-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, verilmiş malın dəyərini, 194,000 (bir yüz doxsan dörd min) Avro məbləğində pul vəsaitinin 7 (yeddi) gün ərzində qaytarılması xahiş olunmuşdur. Lakin cavabdeh qeyd olunan bildirişi 14 fevral 2023-cü il tarixdə rəsmi qaydada (bildirişin surətə imza etməklə) qəbul etsə də, bu günədək ona verilmiş “3M197” markalı Cilalayıcı Dəzgahın dəyəri olan 194,000 (bir yüz doxsan dörd min) Avro məbləğində borc pul vəsaitini geri qaytarmamışdır. Həmçinin “PİC Caspian” LP şirkəti ilə Cavabdeh MMC arasında 01-15/01/19 nömrəli, 15 yanvar 2019-cu il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən, “PİC Caspian” LP şirkəti Profix brendinin inkişafı üçün müqaviləyə edilmiş 1 nömrəli əlavədə 20,000 (iyirmi min) ABŞ dolları, 2 nömrəli əlavədə 45,000 (qırx beş min) ABŞ dolları və 3 nömrəli əlavədə 50,000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin 36 (otuz altı) ay müddətində qaytarmaq şərti ilə “PİC Caspian” LP şirkəti tərəfindən Cavabdeh MMC-yə təqdim edilməsi qeyd olunmuşdur. Qeyd olunan borc pul vəsaitləri cavabdehin bank hesabına xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixdə köçürülmüşdür. Lakin cavabdeh bu günədək cəmi 115,000 (bir yüz on beş min) ABŞ dolları məbləğində borc pul vəsaitini geri qaytarmamışdır. “PİC Caspian LP” ilə Cavabdeh MMC arasında bağlanmış 01 nömrəli, xx.xx.2019-cu il tarixli borc müqaviləsi və ona edilmiş əlavələr üzrə yaranmış borc məbləği cavabdeh tərəfindən ödənilmədiyindən “PİC Caspian” LP şirkəti ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə yazılı razılaşma əldə olunmuşdur, həmin razılaşmaya əsasən cavabdeh yaranmış 115,000 (bir yüz on beş min) ABŞ dolları borcu xx.xx.2021-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür və öhdəlik icra olunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, 115,000 (bir yüz on beş min) ABŞ dollarıməbləğində borc pul vəsaitinin 7 (yeddi) gün ərzində qaytarılması xahiş olunmuşdur. Lakin cavabdeh qeyd olunan bildirişi 14 fevral 2023-cü il tarixdə rəsmi qaydada (bildirişin surətə imza etməklə) qəbul etsə də, bu günədək 01 nömrəli, xx.xx.2019-cu il tarixli borc müqaviləsi və ona edilmiş əlavələr üzrə yaranmış 115,000 (bir yüz on beş min) ABŞ dolları məbləğində borc pul vəsaitini geri qaytarmamışdır. Bildirmək istəyirik ki, “PİC Caspian LP” ilə İddiaçı MMC arasında “Müqavilələr üzrə hüquq və öhdəliklərin ötürülməsi haqqında” xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən,“PİC Caspian LP” ilə PROFİX” MMC arasında bağlanmış 01 nömrəli, 15 may 2018-ci il tarixlialqı-satqımüqaviləsi üzrə yaranmış 34,455 USD (otuz dörd min səkkiz yüzəlli beş ABŞ dolları) məbləğində borcla,eyni tərəflər arasında bağlanmış ******* nömrəli, xx.xx.2019-cu il tarixlialqı-satqımüqaviləsi üzrə yaranmış 194,000 EUR (bir yüz doxsan dörd min Avro) məbləğində borcla və eyni tərəflər arasında arasında bağlanmış 01-15/01/19 nömrəli, 15 yanvar 2019-cu il tarixli borc müqaviləsi üzrə yaranmış 115,000 USD (bir yüz on beş min ABŞ dolları) borcla bağlı bütün qalıq hüquq və öhdəlikləri İddiaçı MMC-yə ötürülmüşdür.
3. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbləri tamamilə əsassız olmaqla yanaşı, hazırkı iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilələr 2018-2019-cu il tarixində bağlanmışdır. İddiaçı ötən müddət ərzində müqavilə üzrə pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulmuşdur. Bu isə onu nəzərdə tutur ki, iddiaçı müqavilə üzrə pul borcunun olmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 3 il ərzində məhkəmədə iddia qaldıra bilərdi. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. İddiaçı 2021- 2022-ci ildə iddia müddətini ötürdüyündən hazırkı sözügedən tələb üzrə mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. İddia müddətinin ötürülməsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas hesab edilə bilər.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4312/2023 saylı qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı iş icraata üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Üçüncü şəxsin nümayəndəsi E.Əliyev izahatında bildirdi ki, üçüncü şəxslə cavabdeh arasında xx.xx.2021-ci ildə kredit müqaviləsi imzalanmış, hesabdan çıxarışdan da göründüyü kimi kredit həmin tarixdə birbaşa cavabdehə köçürülmüş, kreditin bir qismini borcalan özü ödəmiş, həmin müqavilə üzrə həqiqətən də iddiaçının hesabından kredit müqaviləsi üzrə 84403,86 manat vəsait silinmiş, hazırda kredit borcu yoxdur. Kredit üzrə borc iddiaçıdan o, birgə borcalan olduğu üçün silinmişdir. İddiaçı əlavə razılaşma üzrə birgə borcalan kimi tanınmışdır.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
10. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İddiaçı və cavabdeh arasında bağlanmış 04 iyun 2018-ci il tarixli, 002/18 saylı borc müqaviləsinə əsasən, "xxxx" MMC (“borc verən”) 15000 manat məbləğində pul vəsaitini “Borc alana” qaytarılmaq şərti ilə maliyyə yardını kimi borca verir, “Borc alan” isə “Borcu” bu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür.
13. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən, cavabdeh xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürür.
14. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2018-ci il tarixli 002/18 saylı borc müqaviləsinə əlavə-dəyişiklərə əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 002/18 saylı, xx.xx.2018-ci il tarixli borc müqaviləsinin 2.2.1-ci maddəsində göstərilmiş 15000 manat borc məbləğinin geri qaytarılması müddəti uzadılaraq xx.xx.2021-ci il tarixə kimi müəyyən olunmuşdur.
15. İddiaçı və cavabdeh arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli, PP-15.01 saylı borc müqaviləsinə əsasən, “borc verən” (iddiaçı) 30000 manat məbləğində pul vəsaitini “borc alan”a (cavabdeh) qaytarılmaq şərti ilə maliyyə yardımı kimi borca verir, “borc alan” isə “borcu” bu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür.
16. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli PP-15.01 saylı borc müqaviləsinə əlavə-dəyişiklərə əsasən, xx.xx.2020-ci il tarixdə verilmiş kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən, xx.xx.2020-ci il tarixli PP-15.01 saylı borc müqaviləsi üzrə “borc verən” adlandırılan "xxxx" MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. İddiaçı MMC "xxxx" MMC-nin hüquqi varisidir və yuxarıda qeyd olunan müqavilə üzrə “borc verənin” hüquq və öhdəliklərini eyni həcmdə daşıyır.
17. xx.xx.2020-ci il tarixli PP-15.01 saylı borc müqaviləsinə tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli əlavə-dəyişiklərə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanılmış PP-15.01 saylı xx.xx.2020-ci il tarixli borc müqaviləsinin 2.2.1-ci maddəsində texniki səhv olaraq göstərilmiş “borc” məbləğinin geri qaytarılmalı olan tarix dəyişdirilərək xx.xx.2021-ci il tarixi kimi oxunması müəyyən olunmuşdur.
18. "xxxx" ASC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, SİF095 saylı kredit müqaviləsinə əsasən cavabdeh 200000 manat məbləğində illik 15% dərəcəsi ilə 12 ay müddətinə birdəfəlik kredit götürmüşdür.
19. "xxxx" ASC tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən bank tərəfindən xx.xx.2022-ci il tarixində iddiaçının AZ78PAHA40060AZNHC********** hesablaşma hesabından xx.xx.2021-ci il tarixli, SİF095 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 78257.93 manat, 6145.93 manat (4819,75 manat, 663,09 manat, 663,09 manat) olmaqla cəmi 84,403.86 manat pul vəsaiti silinmişdir.
20. İddiaçı xx.xx.2022-ci il tarixli məktubla cavabdehə müraciət edərək, bank hesabından silinmiş cəmi 84,403.86 manat pul vəsaitini 7 gün ərzində geri qaytarmağı tələb edilmişdir.
21. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı cavabdehin bank hesabına maliyyə yardımı olaraq 150,000 manat məbləğində pul vəsaiti köçürmüşdür.
22. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, verilmiş borc pul vəsaitinin 7 gün ərzində qaytarılması xahiş olunmuşdur.
23. Tərəflər arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli borcun qaytarılması ilə bağlı yazılı razılaşmaya əsasən cavabdeh ona verilmiş 150000 manat borcu xx.xx.2023cü il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür.
24. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 01 saylıq alqısatqı müqaviləsinin predmeti aksesuarları ilə birlikdə Hipojet-2700-M HVOF toz spreyi sisteminin alışından ibarətdir.
25. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin məbləği 34455 ABŞ dolları təşkil edir.
26. Müqavilənin 1 saylı əlavəsi ilə malların dəyəri 34455 ABŞ dolları məbləğində razılaşdırılmışdır.
27. 01.11.2018-ci il tarixli yük gömrük bəyannaməsindən görünür ki, PİC Caspian LP Şirkəti tərəfindən Cavabdeh MMC-yə 34455 ABŞ dolları məbləğində mal göndərilmişdir.
28. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2018-ci il tarixli razılaşmaya əsasən cavabdeh malın alışından yaranmış borcu xx.xx.2021-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür.
29. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı 14 fevral 2023-cü il tarixli bildiriş göndərilmişdir.
30. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli yazılı razılaşmaya əsasən cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 194000 avro borcu xx.xx.2021-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür.
31. İddiaçı ilə cavabdeh arasında 01-15/01/19 saylı, 15 yanvar 2019-cu il tarixli borc müqaviləsi imzalanmışdır.
32. Müqaviləyə xx.xx.2019-cu il tarixli 1 saylı Əlavədən görünür ki, kreditor borc alana 20000 ABŞ dolları məbləğində borc verir.
33. Müqaviləyə xx.xx.2019-cu il tarixli 2 saylı Əlavədən görünür ki, kreditor borc alana 45000 ABŞ dolları məbləğində borc verir.
34. Müqaviləyə xx.xx.2019-cu il tarixli, 3 saylı Əlavədən görünür ki, kreditor borc alana 50000 ABŞ dolları məbləğində borc verir.
35. “PİC Caspian LP” ilə iddiaçı arasında imzalanmış “Müqavilələr üzrə hüquq və öhdəliklərin ötürülməsi haqqında” xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “PİC Caspian LP” ilə Cavabdeh MMC arasında bağlanmış 01 nömrəli, 15 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 34,455 ABŞ dolları məbləğində borc, eyni tərəflər arasında bağlanmış ******* nömrəli, xx.xx.2019-cu il tarixl ialqı-satqı müqaviləsi üzrə yaranmış 194,000 avro məbləğində borc və eyni tərəflər arasında arasında bağlanmış 01-15/01/19 nömrəli, 15 yanvar 2019-cu il tarixli borc müqaviləsi üzrə yaranmış 115,000 ABŞ dolları borcla bağlı bütün qalıq hüquq və öhdəlikləri iddiaçıya ötürülmüşdür.
36. "xxxx" ASC ilə cavabdeh İddiaçı MMC arasında 03 iyun 2021-ci il tarixli, GL4575 saylı kredit limiti müqaviləsi imzalanmışdır.
37. Müqavilənin 1.1-ci bəndinə əsasən kredit limitinin məbləği 10000000 manat məbləğində müəyyən olunmuşdur.
38. "xxxx" ASC, Cavabdeh MMC və İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli Kredit Limiti Müqaviləsinə 1 saylı əlavə imzalanmışdır.
39. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
40. Belə ki, iddia tələbləri üç hissədən ibarətdir: birincisi, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi; ikincisi, tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə borcun qaytarılması; üçüncüsü, kredit müqaviləsi üzrə ödənilmiş vəsaitin tutulması.
41. Məhkəmə iddia tələblərini birinci hissədə əsaslı hesab edir.
42. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Pic Caspian” LP şirkəti ilə cavabdeh arasında alqı-satqı müqavilələri imzalanmış, həmin müqavilələr üzrə cavabdehin satıcıya 34455 ABŞ dolları və 194000 Avro məbləğində borcu yaranmış, həmin müqavilələr üzrə tələb hüququ yazılı razılaşma əsasında iddiaçıya ötürülmüşdür.
43. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
44. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
45. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
46. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
47. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
48. Beləliklə, həmin alqı-satqı müqavilələri üzrə öhdəliklər cavabdeh tərəfindən tam şəkildə icra edilmədiyindən iddiaçının həmin müqavilələr üzrə borcun ödənilməsi ilə bağlı irəli sürdüyü iddia tələbləri əsaslıdır və həmin hissədə iddia təmin edilməli, cavabdehdən 194000 Avro və 34455 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
49. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, materiallardan görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdə alqı-satqı müqavilələri üzrə yaranmış borcu etiraf edərək, borcu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
50. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin tələb üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməmişdir.
51. Məhkəmə iddia ərizəsini ikinci, borc müqavilələri üzrə pulun tutulması hissəsində də əsaslı hesab edir.
52. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il, xx.xx.2020-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərində borc müqavilələri imzalanmış, iddiaçı həmin müqavilələrdən irəli gələn öhdəliklərini icra etsə də, cavabdeh öz öhdəliklərini tam şəkildə icra etməmişdir.
53. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
54. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
55. Bununla yanaşı, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə ümumilikdə 115000 ABŞ dolları məbləğində borcun qaytarılmalı olduğunu iddia etsə də, məhkəməyə təqdim etdiyi ödəniş sənədlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə köçürülmüş borcun məbləği (20000 ABŞ dolları + 45000 ABŞ dolları + 49500 ABŞ dolları) 114500 ABŞ dolları təşkil edir.
56. İddiaçı qalan 500 ABŞ dolları pulun cavabdehin sərəncamına daxil olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
57. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən borc müqavilələri üzrə ümumilikdə 195000 manat və 114500 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
58. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə isə məhkəmə qeyd edir ki, materiallardan görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2018-ci il tarixli borc müqavilələrinə əlavə razılaşmalar əsasında yaranmış borcu etiraf edərək, verilmiş 30000 manat və 15000 manat borcu xx.xx.2021-ci il tarixədək, verilmiş 150000 manat borcu isə xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
59. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin tələb üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməmişdir.
60. Məhkəmə iddia ərizəsini üçüncü hissədə də əsaslı hesab edir.
61. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh ilə üçüncü şəxs arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi imzalanmış, həmin müqavilə üzrə 200000 manat məbləğində kredit üçüncü şəxs (kredit verən) tərəfindən cavabdehə (borc alan) həmin tarixdə verilmiş, kredit müqaviləsi üzrə borcun bir qismi iddiaçı tərəfindən ödənilmişdir.
62. Belə ki, materiallara əlavə edilmiş iddiaçıya məxsus bank hesabından çıxarışa əsasən həmin kredit müqaviləsi üzrə iddiaçının bank hesabından üçüncü şəxs tərəfindən xx.xx.2021-ci il tarixli, SİF095 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə ümumilikdə 84,403.86 manat pul vəsaiti silinmişdir.
63. Belə ki, Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.
64. Həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.
65. Məhkəmə cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilini əsassız hesab edir.
66. Belə ki, cavabdeh və üçüncü şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin xx.xx.2022-ci il tarixədək icra edilməli olması göstərilmişdir.
67. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddia müddəti hazırkı tələb üzrə də ötürülməmişdir.
68. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 148955 ABŞ dolları, 194000 Avro və 279403,86 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
70. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 1000 manat dövlət rüsumu cavabdehə, qalan 184,30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
71. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 148955 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), 194000 Avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 279403,86 manat məbləğində pul, ödənilmiş 1000 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş qalan 184,30 (bir yüz səksən dörd manat otuz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova