Məhkəmə qərarları › İş №e-2-2(113)-4314/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4314/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4314/2024 30.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh4 qarşı 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6384.42 manat məbləğində krеdit bоrcu, 234.31 manat məbləğində faiz bоrcu və 119.26 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 6737 manat 99 qəpik məbləğində bоrcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək mübahisənin məhkəmədən kənar şəkildə öz həllini tapdığını göstərmiş və iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, ərizə hazırlıq iclasından geri qaytarılmamlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" MMC və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 87,38 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar