Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4315/2025 28.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı xxxxnın Cavabdeh Fərrux oğluna qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı xxxx iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli DKM/001N17S00811021/İM nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 4B nömrəli, 2 mərtəbəli, 226.5 kv.m ümumi, 121.6 kv.m yaşayış, 104.9 kv.m köməkçi sahədən ibarət, 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2021-ci il tarixli DKM/001N17S00811021 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh onlar qarşısında 105666,30 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 3518,24 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1350,18 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2025-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 31% dərəcəsi ilə hesablanmış 9887,44 manat məbləğində penya, cəmi 120422,16 manat və xx.xx.2025-cü il tarixindən əsas borcun tam şəkildə ödənildiyi tarixə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan əldən çıxmış fayda şəklində zərər və qətnamənin qəbuledildiyi tarixə qədər illik 31% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 51 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən onun xeyrinə tutulması, həmçinin iddia ərizəsinin verilməsinə görə 410,42 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər Cavabdeh onun xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək ipoteka müqaviləsində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC,"xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı "xx.xx.2021-ci il tarixli DKM/001N17S00811021 №o-li Kredit müqaviləsi üzrə iddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında" xx.xx.2025-ci il tarixli iddia ərizəsi (xx.xx.2025-ci il tarixli iddiaya dəyişiklik ərizəsi də daxil olmaqla) üzrə qiymətləndirmə rəyi verilmədən "xxxx" MMC-dən geri çağrılmasını, iddia ərizəsinin ona əlavə edilmiş sənədlər ilə birlikdə Banka qaytarılmasını və həmin iddia ərizəsi əsasında Bakı Kommersiya Məhkəməsində başlanılmış 2-2(113)-4315/2025 N-li mülki işin baxılmamış saxlanılmasını; 2) İddia ərizəsinin verilməsinə görə ödənilmiş 410,42 (dörd yüz on manat 42 qəpik) manat məbləğində dövlət rüsumunun banka qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti nəzərdən keçirib, məhkəmənin hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılması üçün cavabdehin razılığının tələb olunmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalı deyil, geri qaytarılmalıdır. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı xxxxnın Cavabdeh Fərrux oğluna qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı xxxx tərəfindən ödənilmiş 410 (dörd yüz on) manat 42 (qırx iki) qəpik məbləğində dövlət rüsumu (qəbz № **********) ona geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4315/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4315/2025
28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver