Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4335/2021 03.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "X3" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 24.06.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 2994,50 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafıə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 24.06.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 24.06.2021-ci il tarixə yaranan 4778,06 manat borcuna görə 4500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 01.07.2021-ci il tarixli **********0 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 05.07.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 24.06.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna 2994,50 manat ödənilməmiş borcu qalmışdır. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh "X3" MMC-dən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 254,75 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4500 manat məbləğində siyahiya alınmış əmlakının ixtisaslaşdirilmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəmədə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-yə 2.117,20 manat məbləğində borcunun olması barədə hər hansı bir qərar, tələbnamə və bildiriş göndərilməmiş və borcun yaranma səbəbləri onlara məlum deyil. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-yə qarşı 3 iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmişdur. Qeyd etdiyi hər iki iddia ərizələri üzrə vergi borcunun hansı vergilərə görə yaranması iddia ərizələridə qeyd edilmiş və cavabdehə mübahisənin hansı vergi borcu üzrə olduğu məlumdur. Hazırkı iş üzrə hansı vergi borcunun olması məlum deyil. İddiaçı tərəfindən cavabdehin şəxsi hesab vərəqəsi tərəfindən araşdırılmışdır. Aparılmış araşdırma ilə məlum olur ki, şəxsi hesab vərəqəsinin “Muzdla işləyənləri işə götürən sığorta edənlər” qrafasında 01.06.2021-ci il tarixində X2 ilə 21.10 manat, 19.70 manat, 19.10 manat, 21.10 manat, 19.70 manat, 19.10 manat vergi hesablanmışdır, 01.07.2021-ci il tarixdə X1 ləğv edilmiş qeyd edilən məbləğlər azaldılmışdır. Şəxsi hesab vərəqəsinin “Muzdla işləyənləri işə götürən sığortaedənlər” qrafasında 01.06.2021-ci il tarixə X2 ilə 838.80 manat, 787.50 manat, 751.30 manat, 215.30 manat, 198.30 manat, 203.30 manat vergi hesablanmışdır. Vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsinin həmin bölməsində 01.07.2021-ci il tarixinə 215.30 manat, 198.30 manat, 203.30 manat, 751.30 manat, 787.50 manat, 838.80 manat azaldılmışdır. 24.06.2021-ci il tarixə 4778.06 manat borcun yaranma əsasları hər hansı bir qərarla, vergi yoxlama aktı ilə təsdiq edilməmiş, vergi ödəyicisində bu barədə məlumat olmamışdır. 01.07.2021-ci il tarixli **********0 saylı protokol tərtib edilməklə 4500 manat dəyərində olan Rentgen aparatının siyahıya alınmasını və əmalkın hərraca çıxarılmsım qanunsuz hesab edir. Cavabdeh MMC 21.10.2020-ci il tarixdə dövlət qeydiyyatından keçmiş hüquqi şəxsdir. Cəmiyyət hüquqi şəxs kimi qeydiyyatdan keçmiş "xxxx" MMC-nin VÖEN nömrəsi ilə fəaliyyət göstərmişdir. Vergi orqanı tərəfindən Cavabdeh MMC-nin "xxxx" MMC-nin hüquqi varisliyi əsasında yaranıb-yaranmadığını aydınlaşdırmamış, "xxxx" MMC-nin aktivlərinin yeni yaradılmış Cavabdeh MMC-yə verilməsi, iştirak payı müəyyənləşdirilməmişdir. Vergilər Məcəlləsinin 146.1-ci maddəsinə görə şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə, şəxs və ya şəxslər qrupu bilavasitə mübadilədən sonra hüquqi şəxsdə iştirak paylarının 100 faizinə sahib olursa aktivlərin verilməsi vergiyə cəlb olunan təqdim edilməsi sayılmır. Cavabdehin nümayəndəsi və vəkili həmçinin qeyd etdi ki, iddianın dəqiqləşdirilməsi barədə ərizədə göstərilmiş məbləğ -250 manat 27.10.2021-ci il tarixdə MMC tərəfindən Dövlət Sosial Müdafiə Fonduna köçürülmüşdür. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 10 iyun 2021-ci il tarixdə cavabdehə muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə borcunun ödənilməsinə dair **********9 saylı bildiriş göndərilərək, 10.06.2021-ci il tarixinə ümumilikdə 5.155,67 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 4.026,64 manat, faizlər üzrə 1,129,03 manat məbləğində borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Vergi orqanının 24.06.2021-ci il tarixli sərəncamı ilə sosial sığorta haqları üzrə borclarının ödənilməsini təmin etmək məqsədi ilə cavabdehin "xxxx" ASC-də olan bank hesabları məxaric əməliyyatları üzrə dondurulmuşdur. 23.06.2021-ci il tarixdə iddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********0 nömrəli qərarı ilə Cavabdeh MMC-nin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. 01.07.2021-ci il tarixdə Cavabdeh MMC-yə məxsus əmlak siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol və akt tərtib edilmişdir. 05.07.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-yə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, 23.06.2021-ci il tarixli qərara əsasən 01.07.2021-ci il tarixdə 4.500 manat dəyərində olan əmlak siyahıya alınmışdır. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, vergi ödəyicisi olan Cavabdeh MMC məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, məcburi dövlət sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borclarının ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən 01.07.2021-ci il tarixdə Cavabdeh MMC-nin 24.06.2021-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4.500 manat dəyərində əmlakı siyahıya alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 1.4-ci maddəsinə görə Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə görə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin dövlət sosial sığorta haqlarını tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində məcburi dövlət sosial müdafiə haqları üzrə borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcun cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. İddiaya etirazına əsas kimi cavabdehin istinad etdiyi - iddianın dəqiqləşdirilməsi barədə ərizədə göstərilmiş Sosial Müdafiə Fonduna olan 254 manat məbləğində borcun tərəflərindən ödənilməsi barədə dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, elektron sistemə əlavə edilmiş 03.11.2021-ci il tarixli şəxsi hesab vərəqəsindən göründüyü kimi Cavabdeh MMC tərəfindən 28.10.2021-ci il tarixdə 250 manat məbləğində pul vəsaiti ödənildikdən sonra cavabdehin 24.06.2021-ci il tarixə mövcud olmuş muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlərə dair məcburi dövlət sosial haqları üzrə borcundan 148,8 manat əsas borcu və 864,11 manat faiz borcu ödənilməmiş qalmışdır. Odur ki, cavabdehin istinad etdiyi dəlillər iddianın rədd edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-nin 24.06.2021-ci il tarixə olan 254,75 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 4500 manat dəyərində olan əmlakları ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 254,75 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı borcu tutulmalı, satışdan artıq qalan məbləğ Cavabdeh MMC-yə qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 24.06.2021-ci il tarixə olan Dövlət Sosial Müdafiə Fonduna 254,75 manat (iki yüz əlli dörd manat yetmiş beş qəpik) məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 4.500 (dörd min beş yüz) manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 254,75 manat (iki yüz əlli dörd manat yetmiş beş qəpik) məbləğində borc tutularaq Dövlət Sosial Müdafiə Fonduna və 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdehnə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4335/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4335/2021
03.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver