Məhkəmə qərarları › İş №e-2-2(113)-4335/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4335/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4335/2022 29.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X2 qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3 MMC-yə, Cavabdeh5 MMC-yə və Cavabdeh4 qarşı pul və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh2 MMC-dən, “Ecofruit “MMC-dən, “D.X1 “MMC-dən və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/1 №li kredit müqaviləsi üzrə banka 387984,3 ABŞ dolları əsas, 29400,62 ABŞ dolları faiz, 759,5 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 418144,42 ABŞ dolları məbləğində borcun və 2018-ci il 15 noyabr tarixli 6-BİZ-1-0-217-18/2 №li kredit müqaviləsi üzrə banka 755099,85 ABŞ dolları əsas, 157028,27 ABŞ dolları faiz, 5121,66 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 917249,78 ABŞ dolları məbləğində borcun və 1725,09 manat ödənilmiş dövlət rüsumunun, 200 manat ödənilmiş mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 65 manat dövlət rüsumunun və 270 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 MMCyə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1,10 ha sahədən ibarət torpaq sahəsinə və “Ecofruit “MMC-yə məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9,127 ha sahədən ibarət torpaq sahəsinə Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7,5083 ha sahədən ibarət torpaq sahəsinə, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6,9207 ha sahədən ibarət torpaq sahəsinə, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11,908 ha sahədən ibarət torpaq sahəsinə və Sabfruit” MMC-nin mülkiyyətindəki Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19,5788 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Cavabdeh2 MMC-yə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1,10 ha sahədən ibarət torpaq sahəsinin və “Ecofruit “MMC-yə məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9,127 ha sahədən ibarət torpaq sahəsinin, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7,5083 ha sahədən ibarət torpaq sahəsinin, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6,9207 ha sahədən ibarət torpaq sahəsinin, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11,908 ha sahədən ibarət torpaq sahəsinin və Sabfruit” MMCnin mülkiyyətindəki Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19,5788 ha sahədən ibarət torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsini, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsini, Cavabdeh2 MMC-yə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1,10 ha sahədən ibarət torpaq sahəsinə və “Ecofruit “MMC-yə məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9,127 ha sahədən ibarət torpaq sahəsinə, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7,5083 ha sahədən ibarət torpaq sahəsinə, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6,9207 ha sahədən ibarət torpaq sahəsinə, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11,908 ha sahədən ibarət torpaq sahəsinə və Sabfruit” MMC-nin mülkiyyətindəki Sabirabad rayonu , Məmişlər kəndində yerləşən 19,5788 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 MMC-yə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1,10 ha sahədən ibarət torpaq sahəsinə və “Ecofruit “MMC-yə məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9,127 ha sahədən ibarət torpaq sahəsi, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7,5083 ha sahədən ibarət torpaq sahəsi , Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6,9207 ha sahədən ibarət torpaq sahəsi , Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11,908 ha sahədən ibarət torpaq sahəsinə və Sabfruit” MMC-nin mülkiyyətindəki Sabirabad rayonu , Məmişlər kəndində yerləşən 19,5788 ha sahədən ibarət torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahələrinin boşaldılması və Banka təhvil verilməsini, "xxxx" İKB ASC ilə birgə borcalan Cavabdeh2 MMC və Cavabdeh5 MMC arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. 150.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.4 və 152.1.6-ci maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən pretenziya, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlərə Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3 MMC-yə, Cavabdeh5 MMC-yə və Cavabdeh4 qarşı pul və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 1725,09 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. İddiaçı ASC-yə izah edilsin ki, pretenziya, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlərə Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamışdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar