Məhkəmə qərarları › İş №e-2-2(113)-4339/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4339/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4339/2025 13.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 027R********** saylı krеdit razılaşması üzrə 57478.38 manat məbləğində krеdit bоrcu, 4032.82 manat məbləğində faiz bоrcu və 1475.07 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 62986 (altmış iki min doqquz yüz səksən altı) manat 27 (iyirmi yeddi) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 278.96 manat məbləğində dövlət rüsumunun tutulması; - Tutmanın Cavabdeh2 məxsus olan qeydiyyat nişanı 99HU154 olan, SHACMAN SX3314DT366 YÜK ÖZÜBOŞALDAN tipli, 2012-ci il buraxılış illi və qeydiyyat nişanı 99VH747 olan, DAF FTXF 105.460T YÜK YƏHƏRLİ DARTİCİ tipli, 2009-cu il buraxılış illi nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılması və ümumilikdə cəmi 62986 (altmış iki min doqquz yüz səksən altı) manat 27 (iyirmi yeddi) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 278.96 manat dövlət rüsumunun qeydiyyat nişanı 99HU154 olan, SHACMAN SX3314DT366 YÜK ÖZÜBOŞALDAN tipli, 2012-ci il buraxılış illi və qeydiyyat nişanı 99VH747 olan, DAF FTXF 105.460T YÜK YƏHƏRLİ DARTİCİ tipli, 2009-cu il buraxılış illi nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin asımov Babək Babaşirin oğlundan, Cavabdeh1 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 027L**********81 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хəttiaçılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 027R********** saylı krеdit razılaşmasıəsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 90000 (doxsan min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 027R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qeyd edilən dəyişikliklə zamin Cavabdeh1 tanış olmuş və özimzası ilə təsdiq etmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 32521.62 manat ödəmiş, onun 57478.38 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 150 gün üçün hesablanmış faiz borcu 4032.82 manat təşkiledir. Krеdit razılaşmasının 4.1.3-cü bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 150 gün üçün hеsablanmış cərimə 1475.07 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Uzunmüddətli kreditmüqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh2ilə Bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 027M**********01 saylıipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilib) əsasında qeydiyyat nişanı 99HU154 olan, SHACMAN SX3314DT366 YÜK ÖZÜBOŞALDAN tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş № 143488 saylı çıxarışlara əsasənCavabdeh2 məxsus olan qeydiyyat nişanı 99HU154 olan, SHACMAN SX3314DT366 YÜK ÖZÜBOŞALDAN tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasiQtəasisımov Babək Babaşirin oğlunun kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsianı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2- cimaddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə AR DİN BDYPİ-nin QİŞ-ə xx.xx.2025-ci il tarixində təqdim olunmuş və ərizə qeydə alınmışdır. İpoteka qoyanCavabdeh2 həyat yoldaşı Maraqlı şəxs xx.xx.2021-ci il tarixində Bakı şəhəri 45 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, Cavabdeh2 məxsus olan qeydiyyat nişanı 99HU154 olan, SHACMAN SX3314DT366 YÜK ÖZÜBOŞALDAN tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir (Razılıq ərizəsinin surətiərizəyə əlavə olunur). Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh2ilə Bank arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 027M**********01 saylıipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilib) əsasında qeydiyyat nişanı 99VH747 olan, DAF FTXF 105.460T YÜK YƏHƏRLİ DARTİCİ tipli, 2009-ci il buraxılış illi nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş № 147150 saylı çıxarışlara əsasənCavabdeh2 məxsus olan qeydiyyat nişanı 99VH747 olan, DAF FTXF 105.460T YÜK YƏHƏRLİ DARTİCİ tipli, 2009-cu il buraxılış illi nəqliyyat vasitQəsaisımov Babək Babaşirin oğlunun kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Əliyeva iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər tərəfindən məhkəmə icraatı dövründə hər hansı ödəniş edilməmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər.

5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

7. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 027L**********81 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır.

9. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 027L**********81 saylı uzunmüddətli kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 027S**********01 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. 10.İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 027R********** saylı krеdit razılaşması əsasında ona 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 90000 (doxsan min) manat məbləğində krеdit verilmişdir.

11. İddiaçı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2024-cü il tarixli 027R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qeyd edilən dəyişikliklə zamin Cavabdeh1 tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. 12.İddiaçı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 027M**********01 saylı ipoteka müqaviləsinə əsasən qeydiyyat nişanı 99HU154 olan, Shacman SX3314DT366 Yük Özüboşaldan tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 13.İpoteka qoyan Cavabdeh2 həyat yoldaşı Maraqlı şəxs xx.xx.2021-ci il tarixində Bakı şəhəri 45 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, Cavabdeh2 məxsus olan qeydiyyat nişanı 99HU154 olan, Shacman SX3314DT366 Yük Özüboşaldan tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir. 14.Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş № 143488 saylı çıxarışlara əsasən Cavabdeh2 məxsus olan qeydiyyat nişanı 99HU154 olan, Shacman SX3314DT366 Yük Özüboşaldan tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsi Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 15.İddiaçı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli 027M**********01 saylı ipoteka müqaviləsinə əsasən qeydiyyat nişanı 99VH747 olan X8 tipli, 2009-cu il istehsal tarixli nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 16.Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş № 147150 saylı çıxarışlara əsasən Cavabdeh2 məxsus olan qeydiyyat nişanı 99VH747 olan, DAF FTXF 105.460T X8 tipli, 2009-cu il buraxılış illi nəqliyyat vasitəsi Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 17.İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 027S**********01 saylı zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 18.Krеdit razılaşmasının 4.1.3-cü bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 19.İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 027R********** saylı, xx.xx.2022-ci il tarixli krеdit razılaşması üzrə xx.xx.2025-ci il tarixə olan borcu 57478,38 manat məbləğində krеdit bоrcu, 4032,82 manat məbləğində faiz bоrcu və 1475,07 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 62986,27 (altmış iki min doqquz yüz səksən altı manat iyirmi yeddi qəpik) manat təşkil edir. 20.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/3560 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli 027L**********81 saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2022-ci il tarixli 027R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı QSC-yə xx.xx.2025-ci il tarixə (maliyyə arayışında göstərilən, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin çatdırıldığı tarix) əsas borcu 57109,24 manat, faiz borcu 4221,91 manat təşkil edir.

21. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/O 12-376/25 saylı rəydən görünür ki, ipoteka qoyan Cavabdeh2 məxsus olan qeydiyyat nişanı 99HU154 olan, SHACMAN SX3314DT366 Yük özüboşaldan tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsinin 10 oktyabr 2025-ci il tarixinə bazar dəyəri 22000 (iyirmi iki min) manat, likvid dəyəri 20000 (iyirmi min) manat təşkil edir. İpoteka qoyan Cavabdeh2 məxsus olan qeydiyyat nişanı 99VH747 olan, DAF FTXF 105.460T X8 tipli, 2009-cu il buraxılış illi nəqliyyat vasitəsinin 10 oktyabr 2025-ci il tarixinə bazar dəyəri 25000 (iyirmi beş min) manat, likvid dəyəri 22500 (iyirmi iki min beş yüz) manat təşkil edir.

22. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

26. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

29. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

30. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

31. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

32. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

33. 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

34. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

35. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

36. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

37. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

38. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 027L**********81 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 027R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 90000 (doxsan min) manat məbləğində krеdit verilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə iddiaçı ilə cavabdеh Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2024-cü il tarixli 027R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qeyd edilən dəyişikliklə zamin Cavabdeh1 tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 027M**********01 saylı ipoteka müqaviləsinə əsasən qeydiyyat nişanı 99HU154 olan, Shacman SX3314DT366 Yük Özüboşaldan tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli 027M**********01 saylı ipoteka müqaviləsinə əsasən qeydiyyat nişanı 99VH747 olan X8 tipli, 2009-cu il istehsal tarixli nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 krеdit razılaşmalarının tələblərini pоzaraq krеdit razılaşmaları üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.

39. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən (əsas borclu və zamin) yaranmış kredit borcu məbləğləri tutulmalı, 027R********** saylı kredit razılaşması üzrə cavabdehlərdən tutulacaq əsas borc məbləği xx.xx.2025-ci il tarixli, 9/3560 saylı ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir.

40. Belə ki, xx.xx.2025-ci il tarixli tarixli ekspert rəyində cavabdehlərin xx.xx.2022-ci il tarixli 027R********** saylı kredit razılaşması üzrə faiz borcu iddia tələbində göstərilən məbləğdən çox müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 41.Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, 027R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 57109,24 manat əsas borc, 4032,82 manat faiz borcu cavabdehlərdən (əsas borclu və zamin) birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

42. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış 008R********** saylı kredit razılaşmasına əsasən hesablanmış 1475,07 manat cərimənin tutulması tələbini də irəli sürmüşdür.

43. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

44. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

45. İddia ərizəsində ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

46. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya yaranmış 027R********** saylı krеdit razılaşması üzrə 57109,24 manat əsas borc, 4032,82 manat faiz borcu, 1475,07 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetlərinin açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiyməti məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmiş likvid qiymətə uyğun müyyən edilməli, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılmalıdır. 47.Məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/O 12-376/25 saylı mütəxəssis rəyinə uyğun müəyyən edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada 027R********** saylı krеdit razılaşması üzrə 57109,24 manat əsas borc, 4032,82 manat faiz borcu, 1475,07 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus olan qeydiyyat nişanı 99HU154 olan, SHACMAN SX3314DT366 Yük özüboşaldan tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsinə ilkin satış qiyməti 20000 manat olmaqla və qeydiyyat nişanı 99VH747 olan, DAF FTXF 105.460T X8 tipli, 2009-cu il buraxılış illi nəqliyyat vasitəsinə ilkin satış qiyməti 22500 manat manat olmaqla yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 277,85 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu, cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 1,11 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 51.İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-qiymətləndirici ekspertizalarının xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 400 manat (100 manat və 300 manat) təşkil edir.

52. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehlərdən birgə qaydada 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, 300 (üç yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 027R********** saylı krеdit razılaşması üzrə 57109,24 manat əsas borc, 4032,82 manat faiz borcu, 1475,07 manat cərimə, 277,85 manat dövlət rüsumu, ümumilikdə 62894,98 (altmış iki min səkkiz yüz doxsan dörd manat doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus qeydiyyat nişanı 99HU154 olan, SHACMAN SX3314DT366 Yük özüboşaldan tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsinə - ilkin satış qiyməti 20000 manat olmaqla və qeydiyyat nişanı 99VH747 olan, DAF FTXF 105.460T X8 tipli, 2009-cu il buraxılış illi nəqliyyat vasitəsinə - ilkin satış qiyməti 22500 (iyirmi iki min beş yüz) manat olmaqla yönəldilsin. Göstərilən əmlaklar açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 62894,98 (altmış iki min səkkiz yüz doxsan dörd manat doxsan səkkiz qəpik) manat məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş qalan 1,11 (bir manat on bir qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22), 300 (üç yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar