Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4340/2021 02.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 12.07.2021 tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş 14295,24 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 128000 manat və 17.08.2021 tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş 9690,74 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 16000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət sosial müdafiə fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 12/07/2021-ci il tarixə yaranan borcuna görə 128000 manat və 17/08/2021-ci il tarixə yaranan borcuna görə 16000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət sosial müdafiə fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 13/07/2021-ci il tarixli və 16.09.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmiş, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 13 sentyabr 2021-ci il tarixli **********6 saylı protokola əlavədən görünür ki, Bakı şəhəri Xətai rayonu N.Rəfiyev 29 ünvanında yerləşən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 10 m2 sahəyə malik qeyri yaşayış sahəsi siyahıya alınmış, həmin obyekt 16000 manat məbləğində qiymətləndirilmişdir. Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 13 iyul 2021-ci il tarixli **********2 saylı protokola 1 nömrəli əlavədən görünür ki, Bakı şəhəri Xətai rayonu N.Rəfiyev 29 ünvanında yerləşən yaşayış binasının “A” blokunun 3-cü mərtəbəsində yerləşən 80 m2 sahəyə malik qeyri yaşayış sahəsi siyahıya alınmış, həmin obyekt 128000 manat məbləğində qiymətləndirilmişdir. Məlumatın təqdim edilməsi haqqında sənəddən görünür ki, 30.11.2021-ci il tarixə e- 2-2(113)-4340/2021 nömrəli iş üzrə 5217,78 manat, e-2-2(113)-5691/2021 nömrəli iş üzrə 9690,74 manat borcu mövcuddur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, vergi ödəyicisi olan cavabdeh "xxxx" MMC vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, dövlət sosial müdafiə fonduna olan borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh MMC-nin 12.07.2021-ci və 17.08.2021-ci il tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş müvafiq olaraq 14295,24 manat və 9690,74 manat cəmi 23985,98 manat məbləğində borcu yaranmış, lakin məhkəmə gedişatında cavabdeh tərəfindən müəyyən ödənişlər həyata keçirildiyinə görə sonuncunun dövlət sosial müdafiə fonduna 30.11.2021-ci il tarixə 14908,52 (5217,78+9690,74) manat məbləğində borcu qalmışdır. Göründüyü kimi Cavabdeh MMC-nin dövlət sosial müdafiə fonduna 30.11.2021-ci il tarixə 14908,52 manat məbləğində borcu qalsa da, iddiaçı borcunun ödənilməsini təmin edilməsi məqsədi iki qeyri-yaşayış sahəsini siyahıya almışdır. Məhkəmə hesab edir ki, bir qeyriyaşayış sahəsinin ixtisaslaşdırılmış açıq hərracda satılıb borcun ödənilməsinə kifayət etdiyinə görə iddia qismən təmin edilməli və Cavabdeh MMC-nin 30.11.2021-ci il tarixə olan dövlət sosial müdafiə fonduna ödənilməmiş 14908,52 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev 29 ünvanında yerləşən yaşayış binasının “A” blokunun 3-cü mərtəbəsində yerləşən 80 m2 qeyri-yaşayış sahəsi ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin 30.11.2021-ci il tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş 14908,52 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev 29 ünvanında yerləşən yaşayış binasının “A” blokunun 3-cü mərtəbəsində yerləşən 80 m2 qeyri-yaşayış sahəsi ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdeh MMC-dən 10 manat məbləğində dövlət rüsumu dövlət gəlirlərinə alınsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4340/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4340/2021
02.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver