Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4344/2022 05.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin hüquqi ünvanı olan ünvan 1əyyən təmir-bərpa işlərinin həyata keçirilməsi üçün tərəfimizdən xx.xx.2020-ci il tarixdə, avans qismində ödənilmiş 10620 manat məbləğində pul vəsaiti və ödənilmiş 200 manat mediasiya xərcinin, ümumilikdə 10820 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınıb İddiaçı ММC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən 27100 manat həcmində əsas borc, 5691 manat həcmində faiz borcu, 188,30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 32979,30 manat həcmində pul məbləğinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin kommersiya mübahisəsi ilə bağlı e-2-2(113)-3764/2022 nömrəli iş hakim Fərrux Qasımovun icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-4344/2022 nömrəli kommersiya mübahisəsi ilə bağlı iş, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-3764/2022 nömrəli kommersiya işi ilə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-ci maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)- 4344/2022 nömrəli kommersiya mübahisəsi ilə bağlı iş, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-3764/2022 nömrəli kommersiya işinə birləşdirilsin. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4344/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4344/2022
05.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver