Məhkəmə qərarları › İş №e-2-2(113)-4345/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4345/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4345/2022 15.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X7 qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 7176 manat əsas borc, 50 manat mediasiya haqqı və 200 manat vəkil xərci olmaqla tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 Avqust 2019-cu il tarixli AVS-012/0819 nömrəli "xxxx" MMC ilə arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə görə, Salyan rayonunun Noxutlu ərazisində yerləşən "xxxx" MMC-yə məxsus beton zavoda yuk avtomobilləri ilə betonluq qum daşıyıb həmin zavoda təhvil verilməli idi. Həmin müəsissəyə 954 M keyfiyyətli qum daşınıb təhvil verilmişdir. Hər qumun daşınma xərci daxil 1 M qiyməti 19 manat təşkil etmişdir. Beləliklə 954x19=18126 manat təşkil edir. Bununda dövlətə köçürməli olan ƏDV-si 18126x18%=3268 manat 68 qəpik təşkil etmişdir. Borcun əsas məbləğinin 10950 manatını və 3268 manat 68 qəpik ƏDV-si tam ödənilmişdir. 7176 manat əsas dəyərdən borc bu günə qədər ödənilməmişdir. İddiaçı X6 məhkəmə iclasına gəlməmiş, lakin “AZEMİS” elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X5 iddia tələbini qismən qəbul edərək, izahatında Cavabdeh MMC-nin X4 7176 manat borcun olduğunu, digər tələbləri qəbul etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 Avqust 2019-cu il tarixli AVS-012/0819 nömrəli "xxxx" MMC ilə iddiaçı X6 arasında bağlanmış alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC X6 tərəfindən təqdim olunacaq hesab-fakturada göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan çınqıldaşı X2 alır və malın müqabilində X4 bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. xx.xx.2019-cu il tarixli EBAB seriyalı 614459 nömrəli və xx.xx.2019-cu il tarixli EBAA seriyalı 095610 nömrəli elektron qaimələrdən görünür ki, X6 "xxxx" MMC-yə ümumilikdə 33719,68 manat məbləğində mallar satmışdır. xx.xx.2022-ci il tarixli MŞB/9-00058 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə biməməsi barədə arayışdan görünür ki, iddiaçı X6 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi iddiaçı X6 ilə cavabdeh "xxxx" MMC arasında alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə borcunu tam olaraq ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının 7176 manat əsas borc və 50 manat məbləğində mediasiya xərci hissəsində tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə 200 manat məbləğində vəkil xərci hissəsində isə hesab edir ki, həmin tələb təmin edilə bilməz, belə ki, iddiaçı tərəfindən vəkil xidmətinin göstərilməsi və göstərilən xidmətə görə hər hansı haqqın ödənilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 7176 manat əsas borc və 50 manat məbləğində mediasiya xərci, ümumilikdə 7226 manat məbləğində pul tutularaq iddiaçı X4 ödənilməlidir. İddia digər hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 7176 manat əsas borc və 50 manat məbləğində mediasiya xərci, ümumilikdə 7226 manat məbləğində pul tutularaq iddiaçı X4 ödənilsin. İddia digər hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar