Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4349/2021 01.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 26.04.2021 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 11.838,02 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 40.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafıə Fondunaborcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. O n a görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 26.04.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 26/04/2021 tarixə yaranan 11838.02 manat borcuna görə 40.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 27.04.2021-ci il tarixli **********3 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinintələblərinə uyğun olaraq cavabdehə 30.04.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 26.04.2021 tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna 11.838,02 manat ödənilməmiş borcu qalmışdır. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin 26.04.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 5166,18 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 40.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan " Əzizbəy-KM” MMC AR Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakincavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. O n a görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərininyerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 26.04.2021 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 26.04.2021-ci il tarixə yaranan 5166,18 manat borcuna görə 40.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 27.04.2021-ci il tarixli **********6 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 30.04.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 26/04/2021 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 5166,18 manat ödənilməmiş borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, e-2-2(113)- 4361/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair e-2-2(113)- 4361/21 saylı kommersiya mübahisəsinə dair iş həmin məhkəmənin icraatında olan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair e-2-2(113)- 4349/2021 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, siyahıya alınmış qeyri-yaşayış sahəsinin onun mülkiyyətində deyil, həmin sahəni icarə müqaviləsi əsasında icarəyə götürmüşdür. Əmlak X1 mülkiyyətindədir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 izahatında bildirmişdir ki, siyahıya alınmış qeyri-yaşayış sahəsini 2015-ci ildə almış və icarə müqaviləsinə əsasən Cavabdeh MMC-yə icarəyə vermişdir. İş materiallarında olan: -Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdehnə ünvanlanmış 18 dekabr 2019-cu il tarixli, **********222500 saylı bildirişdən görünür ki, vergi borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; -Vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 23.04.2021-ci il tarixli, **********3 nömrəli qərardan görünür ki, Cavabdeh vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. -27 aprel 2021-ci il tarixli əmlakın siyahıya alınması haqqında protokoldan və əlavə olunmuş siyahıdan görünür ki, siyahıya alınmış əmlak Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın altında yerləşən 40 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsidir (zirzəmidir). Siyahıda zirzəminin Cavabdeh MMC-nin mülkiyyətində olmasını təsdiq edən sənəd kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının 20 may 2005-ci il tarixli, 126 nömrəli sərəncamına istinad edilmişdir. Siyahıya alınmış əmlakın dəyəri 40.000 manat məbləğində müəyyən edilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti başçısının 20 may 2005-ci il tarixli, 126 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdehnə Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsindəki 2347-48 saylı məhəllədə 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. - X3 (payçı) ilə Cavabdeh MMC (cəmiyyət) arasında bağlanılmış 02 dekabr 2015-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh MMC ümumi dəyəri 25.000 manat müəyyən edilən ünvan 2 ünvanında yerləşən 2-ci girişin zirzəmi sahəsində 42,5 m2 olan qeyri-yaşayış sahəsini (zirzəmi) payçıya verməyi, payçı isə qeyri-yaşyışs sahəsini qəbul etməyi və qabaqcadan müəyyən edilımiş haqqı ödəməyi öhdəsiinə götürmüşdür. -X3 (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanılmış 19.03.2019-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən ünvan 2 ünvanında yerləşən 2-ci girişin zirzəmi sahəsində 42.5 m2 olan qeyri-yaşayış sahəsini 02 №-li aktda qeyd olunan avadanlıqlarla birlikdə müvəqqəti istifadə üçün icarəyə vermiş, icarəçi isə onu qəbul etmişdir. Cavabdeh MMC tərəfindən X2 verilmiş arayışdan görünür ki, Ə.Heydərova 02.12.2015-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 2-ci girişin zirzəmi sahəsində 42,5 m2 olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir və cəmiyyətə heç bir borcu yoxdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: - 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. - 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. - 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. - 90.1 maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İşin halları ilə təsdiq olunur ki, iddia ərizəsi üzrə Cavabdeh Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 11838,02 manat məbləğində ödənilməmiş borcu qalmışdır və bu borcun ödənilməsi üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın altında yerləşən 40 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi siyahıya alınmışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 14.02.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbai tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair Qaydalar”ın 6.19-cu bəndinə əsasən daşınmaz əmlak və nəqliyyat vasitəsi siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir. Həmin qaydaların 6.40-ci bəndinə əsasən siyahıya alınma zamanı borcların alınması prosesində borclu olan vergi ödəyicisinə məxsus olmayan (3-cü şəxslərin mülkiyyətində olan) əmlakların siyahıya alınmasına yol verilmir. Hazırkı iş üzrə siyahıya alınmış əmlak daşınmaz əmlak olsa da, qeyd olunan qaydaların tələbinə zidd olaraq həmin qeyri – yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd əlavə olunmamışdır. Əlavə olunan Bakı şəhər İcra Hakimiyyəti başçısının 20 may 2005-ci il tarixli, 126 nömrəli sərəncamına gəldikdə məhkəmə qeyd edir ki, həmin sərəncam yalnız qeyriyaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli binanın inşa edilməsi üçün torpaq sahəsinin Cavabdeh MMC-yə ayrılmasını təsdiq etməklə cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun olmasının məhkəm tərəfindən müəyyən edilməsi üçün kifayət etmir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinə siyahıya alınmış əmlakın cavabdehin mülkiyyətində olmasını təsdiq edən sənəd əlavə olunmadığından iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4349/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4349/2021
01.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver