Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4352/2021 25.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən cəmi 38917,20 manat borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 170 manat məbləğundə hüquqi xidmət göstərilməsinə görə ödənilmiş vəsaitin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirən məhkəmə, iddiaçı tərəfindən bir zərfdə eyni zamanda həm pretenziyanın həm də iddia ərizəsinin çatdırılmasını (götürməkdən imtina edilib) təsdiq edən sənədin (xəbərnamənin) əlavə edildiyini müəyyən etmiş, bu isə yolverilməzdir. Belə ki, ilk öncə tərəfə pretenziya göndərilir, daha sonra pretenziyaya verilən cavabdan (və ya imtina) asılı olaraq iddia ərizəsi tərəfə göndərilir, bu hal Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4265/2021 nömrəli, 18.08.2021-ci il tarixli qərardadında bu xüsusatlar iddiaçınn diqqətinə çatdırılmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, pretenziya məktubun özündə sözügedən borc məbləğinin 3 gün ərzində təmin edilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd edilsə də, iddiaçı həmin müddətə riayət etmədən pretenziya ilə eyni vaxtda (bir zərfdə) iddia ərizəsini cavabdehə göndərmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət etsə də, iddia ərizəsinin cavabdehə çatdırılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, 17.07.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin alınması (imtina və sair) barədə sübut (poçt qəbzi) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4352/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4352/2021
25.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver