Məhkəmə qərarları › İş №e-2-2(113)-4354/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4354/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4354/2023 04.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh9, Cavabdeh8 və Cavabdeh7 ilə Cavabdeh2 tam ortaqlı "xxxx" Firmasına qarşı iddiaçı ilə cavabdehlər arasında mediasiya prosesi nəticəsində bağlanmış 13 may 2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddiaçı ilə cavabdehlər arasında mediasiya prosesi nəticəsində bağlanmış 13 may 2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsi: 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, hazırki tələb mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi olmaqla xüsusi icraat qaydasında ərizə ilə verilməli olduğu halda, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsi ilə iddia icraatı qaydasında məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, ərizə ilə xüsusi iddia icraatı qaydasında yenidən verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh9, Cavabdeh8 və Cavabdeh7 ilə Cavabdeh2 tam ortaqlı "xxxx" Firmasına qarşı iddiaçı ilə cavabdehlər arasında mediasiya prosesi nəticəsində bağlanmış 13 may 2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar