Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4358/2024 01.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı-nin cavabdeh "xxxx" (Uniroof Group) MMC-yə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməli olan 30000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatı ekvivalentinə uyğun olaraq, hüquqi yardım üçün ödənilmiş 400 manat, iddia üçün ödənilmiş 243 manat pulun cavabdeh "xxxx" (UNİROOF GROUP) MMC tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər:
1. Tərəflər razılaşırlar ki, cavabdeh iddiaçıya borclu olduğu 30000 ABŞ dolları puldan 10000 ABŞ dolları ödənilmişdir.
2. Tərəflər razılaşırlar ki, qalan 20000 ABŞ dolları borc pul vəsaiti hər ayın 1-3-ü arası cavabdeh tərəfindən iddiaçıya ödəniləcək.
3. Tərəflər razılaşırlar ki, ödənilməli olan borc vəsaiti ödənilmədikdə və ya gecikdirilməklə ödənilərsə cavabdeh gecikdirilmiş hər gün üçün əlavə olaraq 10 faiz artıq pul ödəyəcəkdir.
4. Tərəflər razılaşırlar ki, iddiaçı cavabdehdən əsas borcdan əlavə tələb olunan pul vəsaitindən imtina edir (əldən çıxmış fayda, dövlət rüsumu, vəkil xərci və və sair tələblərdən).
5. Tərəflər razılaşırlar ki, gələcəkdə eyni tələb üzrə bir-birilərinə qarşı məhkəmədə hər hansı tələb irəli sürməyəcəklər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlaraq qeyd etmişirdir ki, icraatında olan hazırki kommersiya mübahisəsi üzrə tərəflər arasında mübahisənin həlli ilə bağlı razılaşma əldə olunmuşdur. Bu barədə barışıq sazişi bağlanaraq hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanaraq təsdiq edilmişdir. Məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edir ki, barışıq sazişi xx.xx.2024-cü il tarixdə hər iki tərəfdən elektron məhkəmə alt sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Bildirir ki, ailə vəziyyətlə bağlı bu günki tarixə saat 16:00-a təyin edilmiş məhkəmə prosesinə gələ bilmir. Odur ki, işə iddiaçının olmadan baxılmasını, barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı-nin cavabdeh "xxxx" (Uniroof Group) MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər razılaşırlar ki, cavabdeh iddiaçıya borclu olduğu 30000 ABŞ dolları puldan 10000 ABŞ dolları ödənilmişdir.
2. Tərəflər razılaşırlar ki, qalan 20000 ABŞ dolları borc pul vəsaiti hər ayın 1-3-ü arası cavabdeh tərəfindən iddiaçıya ödəniləcək.
3. Tərəflər razılaşırlar ki, ödənilməli olan borc vəsaiti ödənilmədikdə və ya gecikdirilməklə ödənilərsə cavabdeh gecikdirilmiş hər gün üçün əlavə olaraq 10 faiz artıq pul ödəyəcəkdir.
4. Tərəflər razılaşırlar ki, iddiaçı cavabdehdən əsas borcdan əlavə tələb olunan pul vəsaitindən imtina edir (əldən çıxmış fayda, dövlət rüsumu, vəkil xərci və və sair tələblərdən).
5. Tərəflər razılaşırlar ki, gələcəkdə eyni tələb üzrə bir-birilərinə qarşı məhkəmədə hər hansı tələb irəli sürməyəcəklər. İddiaçı-nin cavabdeh "xxxx" (Uniroof Group) MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Kənan Hüseynov