Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4359/2023 11.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və zaminlik müqavilələri, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdeh2 iştirakı ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5508.93 manat məbləğində əsas bоrcu və 614.41 manat faiz borcu оlmaqla, ümumilikdə 6123.34 manat kredit borcunun və dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2arasında bağlanmış 30 sentyabr 2022 il tariхli, 109875-859283/5 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 29 ay müddətinə, illik 20% dərəcəsi ilə 5972 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh1 arasında 30 sentyabr 2022 il tariхli, 109875-859283/5 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 05 iyul 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5508.93 manat məbləğində əsas bоrcu və 614.41 manat faiz borcu оlmaqla, ümumilikdə 6123.34 manat məbləğində kredit bоrcu yaranmışdır. Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya prosesində Bankın nümayəndəsi və cavabdehlər iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Bunun nəticəsi olaraq, mediasiya təşkilatı tərəfindən 14 iyul 2023-cü il tarixli, MŞB/18-00988 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayış verilmişdir. (arayış ərizəyə əlavə edilmişdir). Bank tərəfindən mediasiya xərci olaraq, 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 30 sentyabr 2022 il tariхli, 109875-859283/5 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E. Səmədov iddia ərizəsi müdafiə edərək tələbin təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, həmin borc məbləğini qəbul edir. Bankla hər ay 250 manat məbləğin ödənilməsinə dair razılıq əldə olunmuşdur. Lakin sonradan məhkəməyə müraciət edəcəklərini bildiriblər.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, təhsil mərkəzi fəaliyyəti ilə məşğul idilər. Sentyabr ayından sonra müəyyən məbləğ ödəyə biliblər. Daha sonra pandemiya ilə əlaqədar ödənişləri həyata keçirilməli idi. Qızıllarını satdıqdan sonra kiçik bir məbləğ ödəyə biliblər. Onlara deyiblər ki, faiz gəlməyəcəkdir. Əvvəllər 26 faizlə kredit məbləğini vermişdirlər, daha sonra isə 13 faiz olacağını bildirdilər. Biznes kredtii götürdükləri zaman Kaspian Plazada altıya yaxın ofisləri var idi. 03 mart tarixində sərəncam gəldi ki, təhsil mərkəzləri bağlanmalıdır. Bank onları arxayın edib borc məbləğində güzəşt edəcəklərini bildiriblər. Daha sonra isə məcbur edib borcu bağlamaq üçün qızılları satdırdılar. Həmin borc məbləğini qəbul edirlər. Banka hər ay 250 manat məbləğin ödənilməsinə dair razılaşılmışdır. Lakin sonradan məhkəməyə müraciət edəcəklərini bildirdilər.
III. Məhkəmə baxışının hədləri:
Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı ASC-nin Əhmədli filialı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 109875-859283/5 saylı kredit müqaviləsinə əsasən:
7. 1. Müqavilənin predmeti
8. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə görə bank borcalana 5972 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 saylı əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 20 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit 29 ay müddətinə verilir.
10. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit restrukturizasiya məqsədi üçün verilir.
11. 3. Kreditin qaytarılması, faizlərin hesablanması və ödənilməsi
12. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə əsas borc və fazilər ödəniş cədvəlinə əsasən bankdakı AZ98AZEN**********3944109001 nömrəli cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tam həcmdə qaytarılır.
13. Müqavilənin 3.3-cü bəndinə əsasən kredit müddətinin axımı borcalanın cari hesabına köçürüldüyü təvqim tarixindən başlanır və müddətin sonuncu günü, əgər bu tarix qeyri-iş gününə düşərsə, növbəti iş günü qurtarır.
14. Müqavilənin 3.4-cü bəndinə əsasən faizlərkreditin verilmə tarixindən etibarən kredit tam həcmdə qaytarılan günədək müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30 illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır.
15. Müqavilənin 4.4-cü bədndinə əsasən: - 4.4.1. Kredit öhdəliyini bu müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada və şərtlərlə vaxtından əvvəl icra etmək; - 4.4.2. Müqavilə ilə nəzərdə tutulmuş komisyon haqları tam həcmdə ödəyir; - 4.4.3. Bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə əsas borcu və faizləri banka ödəyir.
16. İddiaçı ASC-nin Əhmədli filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 109875-859283/5 saylı zaminlik müqaviləsinə əsasən:
17. 1. Müqavilənin predmeti
18. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə zamin, borc alanın xx.xx.2022-ci il tarixli, 109875-859283/5 saylı kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür.
19. 2. Zaminlik ilə təmin olunan kredit müqaviləsinin predmeti
20. Müqavilənin 2.1-ci bəndinə əsasən bankla borc alan arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 109875-859283/5 saylı kredit müqaviləsinə əsasən bank borc alana restruktusizasiya məqsədi ilə illik 20 faiz dərəcəsi ilə 29 ay müddətinə 5972 manat məbləğində kredit verir.
21. Müqavilənin 3.6-cı bəndinə əsasən: - 3.6.1. Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Bankın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi 3 iş günü ərzində tam həcmdə icra edir.
22. 4. Tərəflərin məsuliyyəti
23. Müqavilənin 4.1-ci bəndinə əsasən zamin və borc alan bank qarşısında birgə məsuliyyət daşıyır.
24. Müqavilənin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin borc alan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borc alana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borc alanla eyni həcmdə məsuliyyət daşıyır.
25. Müqavilənin 4.3-cü bəndinə əsasən bu maddədə nəzərdə tutulmuş cərimələrin və digər xərclərin ödənilməsi zamini kredit müqaviləsi üzrə əsas öhdəliklərin icrasından azad etmir.
26. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 Bank ilə bağlanmış 30 sentyabr 2022-ci il tarixli 109875-859283/5 nömrəli Kredit müqaviləsinə əsasən 20 faiz dərəcəsinə, 29 ay müddətinə 5972 manat məbləğində kredit götürmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixə borcalanın Banka 5508,93 əsas borc və 614,41 manat faiz borcu olmaqla, cəmi 6123,34 manat borcu mövcud olduğu və kredit müqaviləsi üzrə gecikmə 187 gün təşkil etdiyi qeyd olunmuşdur.
27. xx.xx.2023-cü il tarixdə cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubunda "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5972 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəli ilə nəzərdə tutulmuş tarixə ödəməli olunan aylıq ödənş ödənilməyərək kredit müqaviləsinin şərti pozulmuşdur. xx.xx.2023-cü il tarixə borcu olunan 5508,93 manat əsas borc və 614,41 manat faiz borcu olmaq, cəmi 6123,34 manat məbləğində vəsaiti xəbərdalıq alındığı gündən növbəti iş günündən başlayarq 7 gün müddətindən gec olmayaraq banka ödənilməsi tələb olunmuşdur.
28. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
30. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
32. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
34. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
35. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
36. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
37. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
38. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
39. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
40. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilərinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 5508,93 manat əsas borc, 614,41 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 5508,93 manat əsas borc, 614,41 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
43. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 100 manat mediasiya xərci ödəmişdir.
44. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehlərə aid edilməlidir.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 30 sentyabr 2022 il tariхli, 109875- 859283/5 nömrəli krеdit müqaviləsi üzrə 5508,93 manat məbləğində əsas bоrc, 614,41 manat məbləğində faiz bоrcu olmaqla cəmi 6123,34 manat və mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova