Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4360/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: yüklərin daşınması,pul) X3 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən öhdəlikdən kənar ödənilmiş qanunsuz saxlanılan 2,211.42 manat əsas , 398.06 manat ƏDV məbləğinin, dövlət rüsumu və bank xərci olaraq 48 manat məbləğində xərcin və ödənişin həyata keçirildiyi tarixin bank uçot dərəcəsi üzrə faizin hesablanaraq müvafiq pul vəsaitinin Cavabdehdən xeyrimizə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aramızda ECO-WMS-LVS-227 saylı, xx.xx.2023- cü il tarixli “tullantıların yığılması,daşınması və zərərsizləşdirilməsi xidmətlərinə dair” müqavilə imzalanmışdır. Sözügedən müqavilə üzrə sifarişçi kimi çıxış edən şirkətimiz cavabdehə müəyyən xidmətlər sifariş vermiş və ödənişlərini də vaxtlı-vaxtında həaya keçirmişdir. Şirkətlər arasındakı hesablaşma çərçivəsində tərəfimizdən xx.xx.2023-cü il tarixində EBCM 918712 saylıe-qaimə üzrə Cavabdehə 2,211.42 manat əsas məbləğ və xx.xx.2023-cü il tarixində isə 398.06 (üç yüz doxsan səkkiz manat 6 qəpik) manat ƏDVməbləği ödənilib. Bundan əlavə, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində isə müvafiq olaraq 2,000.00 manat, 2,000.00 manat, və 6,686.00 manat məbləğlərində tərəfimizdən Cavabdehə ödənişlər edilib. Həmçinin xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində isə müvafiq olaraq 360.00 (üç yüz atmış manat) manat, 1,203.48 manat və 360.00 manat ƏDVödənişləri tərəfimizdən Cavabdehə ödənilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, 2,211.42 manat əsas , 398.06 manat ƏDVməbləği tərəfimizdən Cavabdehə artıq ödənilmişdir. Edilmiş artıq ödənişin geri qaytarılması ilə əlaqədar xx.xx.2024-cü il tarixində Cavabdehə pretenziya məktubu ünvanlanmışdır. Cavabdehsözügedən məktuba cavabında 2.609,48 manat məbləğin artıq ödənilmiş olduğunu qəbul etmiş və xx.xx.2024-cü ilədək qeyd edilən məbləğin geri ödənəcəyi bildirilmişdir. Lakin bu günədək Cavabdeh tərəfindən şirkətimizə heç bir geri ödəniş olunmamışdır.
3. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh "xxxx" MMC tərəfindən öhdəlikdən kənar ödənilmiş qanunsuz saxlanılan 2,211.42 manat əsas , 398.06 manat ƏDV məbləğinin, dövlət rüsumu və bank xərci olaraq 48 manat məbləğində xərcin cavabdehdən xeyrimizə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.Daha sonra iddiaçının nümayəndəsi EMİS vasitəsilə ərizə verərək iş üzrə qiyabi qətnamə qəbul edilməsi və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişlər.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
8. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
IV. Sübutların tədqiqi:
9. İddiaçı "xxxx" MMC (hazırki "xxxx" MMC) (“sifarişçi”) ilə Cavabdeh MMC (“podratçı”) arasında imzalanmış xx.xx.2023-cü il tarixli, ECO-WMS-LVS-277 tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi xidməti barədə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - İ bəndin 1.1-ci yarımbəndinə əsasən podratçı, bu Müqavilənin şərtlərinə əsasən sifarişçiyə tullantıların yığılması, atılması, zərərsizləşdirilməsi, eləcə də təkrar emalı və müqaviləyə əlavədə qeyd olunmuş digər xidmətləri (xidmətlər) göstərir və malmaterialları (Mallar) satır, sifarişçi isə görülmüş işlən qəbul edib onların qiymətini müqaviləyə əlavə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Podraıçıya ödəməyi öz öhdəsinə götürür.Müqavilə çərçivəsində qiymətlər Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 24 noyabr 2011-ci ii tsixli, 5 nömrəli ‘ Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə Qərar” və 25 dekabr 2007-ci il tarixli, 26 nömrəli ‘Təhlükəli Tullantıların daşınması, saxlanması və basdırılması üzrə pullu xidmətlərin tarifləri barədə Qərarı' əsasında tənzimlənir. - İİ bəndin 1.1-ci yarımbəndinə əsasən ödənişlər podratçıya yuxarıdakı xidmətlərin yerinə yetirilməsini təsdiq edən iş vərəgələri əsasında aylıq ödəniləcək. Bu vərəqlər (qəbul aktı) Sifarişçi tərəfindən imzalanır Ən geci hər ayın scnunda aylıq vergi hesab-fakturası hazırlanıb təqdim edilməlidir.
Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
10. "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış ECO-WMS-LVS-277-li, 05 Yanvar 2023-cü il tarixli Müqaviləyə 05 Yanvar 2023-cü il tarixli 01 saylı Əlavədə cavabdeh tərəfindən iddiaçıya göstəriləcək xidmətin adı,vahidi və qiyməti razılaşdırılmışdır. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
11. "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) xx.xx.2023-cü il tarixli,AZ0011078 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına (EBCM 918712 saylı,xx.xx.2023-cü il tarixli elektron qimə üzrə) 2000 manat köçürülmüşdür.
12. "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) xx.xx.2023-cü il tarixli,AZ0011083 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına (EBCM 918712 saylı,xx.xx.2023-cü il tarixli elektron qimə üzrə) 2000 manat köçürülmüşdür.
13. "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) xx.xx.2023-cü il tarixli,AZ0011158 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına (EBCM 918712 saylı,xx.xx.2023-cü il tarixli elektron qimə üzrə) 6686 manat köçürülmüşdür.
14. "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) xx.xx.2023-cü il tarixli,AZ00110863 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına (EBCM 918712 saylı,xx.xx.2023-cü il tarixli elektron qimə üzrə) 2211,42 manat köçürülmüşdür.
15. "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) xx.xx.2023-cü il tarixli,XV0010112 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına (EBCM 918712 saylı,xx.xx.2023-cü il tarixli elektron qimə üzrə) 398,06 manat köçürülmüşdür.
16. xx.xx.2023-cü il tarixli köçürmənin aparılması barədə bildiriş (İddiaçı MMC-yə aid) ilə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesanında Cavabdeh MMC-nin hesabına (xx.xx.2023-cü il tarixli EBCM 918712 saylı qaiməyə əsasən) 360 manat ƏDV ödənişi köçürülmüşdür.
17. xx.xx.2023-cü il tarixli köçürmənin aparılması barədə bildiriş (İddiaçı MMC-yə aid) ilə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesanında Cavabdeh MMC-nin hesabına (xx.xx.2023-cü il tarixli EBCM 918712 saylı qaiməyə əsasən) 1203,48 manat ƏDV ödənişi köçürülmüşdür.
18. xx.xx.2023-cü il tarixli köçürmənin aparılması barədə bildiriş (İddiaçı MMC-yə aid) ilə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesanında Cavabdeh MMC-nin hesabına (xx.xx.2023-cü il tarixli EBCM 918712 saylı qaiməyə əsasən) 360 manat ƏDV ödənişi köçürülmüşdür.
19. Cavabdeh MMC məktubunda təsdiq etmişdir ki, 2.609,48 manat (ƏDV daxil) məbləğin aralarında olan hesablaşmalar çərçivəsində iddiaçının şirkəti tərəfindən cavabdehə artıq ödənilməsini qəbul etmiş və iddiaçıya təminat vermişdir ki, həmin məbləği xx.xx.2024-cü il tarixinədək sizin şirkətin hesabına geri ödəyəcəyini bildirmiş və xx.xx.2024-cü il tarixinədək qeyd edilmiş ödənişinin edilməsinə möhlət verəsiniz.
20. İş materiallarına əlavə edilmiş 30 iyul 2024-cü il tarixli tərəflər arasında imzalanmış və möhürlənmiş barışıq sazişindən görünür ki, cavabdeh iddiaçıya 2259,42 qəpik borcun olduğunu qəbul etmişdir.
21. İş materiallarında olan pretenziya məktubundan görünür ki, artıq ödənilmiş məbləğin 10 gün ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. V. Tətbiq edilən hüquq:
22. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
25. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
26. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
27. Qeyd olunan qanunvericilik normalarını işin müəyyən olunan hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsas olmadan iddiaçının (məhrum olanın) hesabına əmlak, yəni pul vəsaiti əldə etdiyindən, mübahisə predmeti olan 2609,48 manat (ƏDV daxil) pul vəsaiti üzərində iddiaçının mülkiyyət hüququ olduğundan və mülkiyyətçinin özgəsinin, yəni hazırkı halda cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ olduğundan iddiaçı qeyd olunan məbləğdə pul vəsaitinin ona qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 48 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
29. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə 48 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 2609,48 manat (iki min altı yüz doqquz manat qırx səkkiz qəpik) manat pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 48 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər
Hakim Günay Həşimova