Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4364/2021 08.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndələri X1 və X9 iştirakı ilə, İddiaçı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı hesabatın etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı SC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən hazırlanmış 12 aprel 2021-ci il tarixli A 64-385/21 saylı qanunsuz tərtib edilmiş hesabatin etibarsız hesab edilməsi və İddiaçı QSC-nin işgüzar nüfuzuna xələl gətirdiyi və mülkiyyətə yersiz müdaxilə törədildiyi üçün cavabdehdən 8000 manat mənəvi ziyanın tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Səhmdar Cəmiyyətinin 2009-2013-cü ildə icarədarı olmuş X7 Cavabdeh MMC ilə 12.04.2021-ci il tarixdə ƏEM/A 64-385/21 saylı müqavilə bağlayaraq İddiaçı SC-nin mülkiyyətində olan Sumqayıt şəhəri dənizkənarı istirahət zonasındakı obyektində qanunsuz olaraq qiymətləndirmə aparıb saxta hesabat tərtib etmişdir. Bu saxta hesabat İddiaçı SC-nin mənafeyinə xələl gətirir. Çünki hesabatda İddiaçı SC-nə məxsus olan obyekt X2 obyekti kimi qiymətləndirilib. X7 həmin hesabatdan istifadə edərək, Sumqayıt Kommersiya Məhkəməsində İddiaçı SC-nə qarşı onun xeyrinə ******* manat məbləğində pulun tutulmasını tələb etmişdir. İddiaçı bu hesabatı Sumqayıt Kommersiya Məhkəməsinin elektron məhkəmə portalında görmüş və hesabatın saxtakarlıqla tərtib olunduğunu, ancaq burada nə imza, nə də möhür olmadığı məlum olmuşdur. Həmin obyekt İddiaçı SC-nin mülkiyyətidir. Məmmədov Ehtibar isə orada icarəçi olmuş və onun icarə müqaviləsinə 01.01.2013-cü ildə xitam verilmişdir. 01.01.2013-cü ildən həmin obyekt İddiaçı SC-i tərəfindən X8 icarəyə verilmişdir. Məmmədov Ehtibar isə onun yanında müqavilə əsasında inzibatçı işləmişdir. Eyni zamanda onların obyektdən məcburi çıxarılması üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Hesabatın 4-cü səhifəsində “Ümumi məlumatlar” blokunda - Tədqiqat obyektinin mülkiyyətçisi qrafasında Məmmədov Ehtibarın adı və hüquq təsdiqedici sənəd qrafasında isə icarə müqaviləsi qeyd olunmuşdur. Lakin icarə müqaviləsində obyektin mülkiyyətçisi İddiaçı Səhmdar Cəmiyyəti olduğu aydın şəkildə göstərilmişdir. Hesabatın 5-ci səhifəsində “Ehtimal və məhdudiyyət şərtləri” blokunda 2-ci qrafada yazılmişdir ki, obyektin mülkiyyət hüquqları etibarlı hesab edilir. Buna görə də hesabat ləğv ləğv edilməli və İddiaçı SC-nin işgüzar nüfuzuna xələl gətirdiyi və mülkiyyətə yersiz müdaxilə törədildiyi üçün cavabdehdən 8000 manat məbləğində mənəvi ziyan tutulmalıdır. İddiaçının nümayəndəsi X5 və X12 izahatlarında iddianı müdafiə etdiklərini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 02.11.2009-cu il tarixli 158 saylı icarə müqaviləsinə əsasən Xəzər SC Dənizkənarı İstirahət zonası X3 icarəsinə verilmişdir. - X10 icarə müqaviləsinə xitam verilməsi barədə Xəzər SC-yə 01.01.2013-cü il tarixli ərizə ünvanlamışdır. - 01.01.2013-cü il tarixli 15 saylı icarə müqaviləsinə əsasən Dənizkənarı İstirahət zənasında 5 nömrəli sahəsi təsnifat üzrə müəyyən olunan hüdudlarda X6 icarəsinə verilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı 06.03.2018-ci il çıxarışına əsasən Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüquqları İddiaçı QSC-nin adına hüquqi qeydiyyata alınmışdır. - Cavabdeh MMC-nin 2021-ci il tarixli hesabatında Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfindən yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi X7 qeyd olunmuş və sonuncuya məxsus qeyri – yaşayış sahəsinin tikililər və avadanlıqlarının 12 aprel 2021-ci il tarixə olan dəyəri ******* manat müəyyən edilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin məzmunundan görünür ki, qiymətləndirmənin nəticələri haqqında hesabat məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır və məhkəmə tərəfindən mübahisələrə baxılarkən nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, mübahisə predmeti olan hesabat hüquqi nəticələr yaratdığından həmin hesabatın qanunun tələbləinə uyğun tərtib edilib – edilməməsi məhkəmə qaydasında araşdırılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - “Mülkiyyətçilərin öz əmlakını qiymətləndirmək hüquqları” adlandırılan 4-cü maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakını qiymətləndirmək hüququ vardır. - “Məcburi qiymətləndirmə halları” adlandırılan 5-ci maddəsində də əmlakın qiymətləndirilməsinin məcburi aparılması icarəçinin sifarişi xüsusi bənd kimi qeyd olunmamışdır. - 10-cu maddəsinə əsasən qiymətləndiricinin vəzifələri aşağıdakılardır: qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək; qiymətləndirməni həyata keçirərkən sifarişçi və ya üçüncü şəxslərdən alınmış sənədlərin saxlanılmasını təmin etmək; obyektin qiymətləndirilməsinə mane olan səbəblər barədə dərhal sifarişçini xəbərdar etmək; sifarişçinin xahişi ilə Azərbaycan Respublikasında qiymətləndirmə haqqında qanunvericilik və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlar, müvafiq peşə birliklərinin nizamnaməsi barədə ona məlumat vermək, sifarişçinin tələbi ilə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün zəruri təhsil alınmasını təsdiqləyən sənədləri təqdim etmək; qiymətləndirmə prosesində sifarişçidən alınmış məxfi məlumatı açıqlamamaq; məhkəmənin tələbi ilə özünün hesabatından, müvafiq informasiya və məlumatları təqdim etmək; sifarişçinin məlumat verməkdən imtina etməsi qiymətləndirməyə əsaslı təsir göstərərsə, bunu hesabatında əks etdirmək; qiymətləndirmənin obyektivliyinə mane olan hallar meydana çıxdıqda, qiymətləndirmədə iştirakının qeyri-mümkünlüyü haqqında sifarişçiyə məlumat vermək. İşin hallarından görünür ki, qiymətləndirmə obyekti aparılan əmlakın mülkiyyətçisi İddiaçı QSC olsa da, hesabatda daşınmaz əmlakın X4 məxsus olması qeyd olunmuş və hesabat sonuncu tərəfindən verilmiş məlumatlarla əsaslandırılmışdır. Hesabat tərtib olunarkən əmlakların dəyəri oxşar əmlaklar üzrə aparılmış qiymətlərlə müəyyən olunmuşdur. Halbuki, əmlakın mülkiyyətçisi olan İddiaçı QSC tərəfindən qiymətləndiriciyə əmlakların həqiqi dəyəri ilə bağlı rəsmi sənədlər də təqdim oluna bilərdi. Buna görə də məhkəmə hesab edir ki, qiymətləndirmənin aparılması üçün əsaslar mövcud olmadığına və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən əmlakın mülkiyyətçisi İddiaçı QSC olduğu halda, hesabatda əmlakın X4 məxsus olması qeyd edildiyindən iddia hesabatin etibarsız hesab edilməsi hissəsində təmin olunmalıdır. İddianın “işgüzar nüfuza xələl gətirdiyi və mülkiyyətə yersiz müdaxilə törədildiyi üçün cavabdehdən 8000 manat mənəvi ziyanın tutularaq cəmiyyətə ödənilməsi” hissəsi iddiaçı tərəfindən ümumiyyətlə əsaslandırılmamışdır və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İddianın bu hissəsində mənəvi zərərin tutulması tələb edildiyindən qeyd olunmalıdır ki, bu hüquq mülki qanunvericilikdə yalnız fiziki şəxslərə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. İddia qismən təmin olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı hesabatın etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi barədə iddiası qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 12 aprel 2021-ci il tarixli, ƏEM/A-285/21 №-li hesabat etibarsız hesab edilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 10 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4364/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4364/2021
08.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver