Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4364/2022 22.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X13 qızının katibliyi, iddiaçı X2 nümayəndəsi Vəkil və Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X2 Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hal-hazırda X6 mülkiyyətində olan ünvan 2, 1-ci giriş, 1-ci mərtəbə qapı-1, 2-ci mərtəbə qapı 1A ünvanında yerləşən 1115,2 m2 sahədən ibarət qeyri-yaşayış sahəsi (“Otel Eqosit”) ilə bağlı əvvəlki mülkiyyətçi X4 hesablanmış 14100,6 manat borcun silinməsi vəzifəsinin Cavabdeh ASC-nə həvalə edilməsi və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, fərdi sahibkar X5 28 yanvar 2019-cu il tarixdə ünvan 1A, 1-ci giriş, 1-ci mərtəbə, qapı 1, 2-ci mərtəbə qapı 1A ünvanında yerləşən 1115,2 m2 sahədən ibarət qeyri-yaşayış sahəsini X1. Bir müddət sonra cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları həmin qeyri-yaşayış sahəsinə görə əvvəlki mülkiyyətçi X2 2011-2014-cü illər üzrə 14100,6 manat borcunun qaldığını bildirərək, suyun verilməsini kəsmişlər. X12 tərəfindən 1200 manat ödəniş edildikdən sonra suyun verilişi bərpa olunmuş və 12900,6 manat borcunun olduğu bildirilmişdir. Halbuki, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-(81)-299/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X4 məxsus ünvan 1 ünvanında yerləşən “Otel Eqosit” adlı obyektə hesablanmış 1568 manat məbləğində borcun iddiaçının hesabından silinməsinin cavabdehə həvalə edilməsi və Cavabdeh ASC-dən iddiaçının xeyrinə 8604 manat məbləğin və 15 manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Ali Məhkəmənin 27 oktyabr 2016-cı il tarixli, 2-2(102)-310/16 saylı Qərarı ilə, yuxarıda göstərilən qətnamə qüvvədə saxlanılmışdır. 27 yanvar 2020-ci il tarixdə isə "Azərsu” ASC tərəfindən 8619 manat məbləğində pul vəsaiti M.Qibləliyevaya ödənilmişdir. Belə olan halda hansı borc məbləğindən söhbət getdiyi anlaşılan deyildir. Digər tərəfdən Mülki Məcəllənin 551.2.1-ci maddəsinin tələbinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Beləliklə şərh edilənlərdən də göründüyü kimi ünvan 2, 1-ci giriş, 1-ci mərtəbə qapı – 1,2-ci mərtəbə qapı 1A ünvanında yerləşən 1115,2 kv. metr sahədən ibarət qeyri-yaşayış sahəsinə (Otel Eqosit) dair X4 hesablanmış 14100,6 manat məbləğində borc qanunsuz və əsassızdır. Eyni zamanda borc öhdəliklərinə müddətin keçməsi səbəbi ilə xitam verilməlidir. Qeyd edək ki, ünvan 1 A, 1-ci giriş, 1-ci mərtəbə, qapı 1, 2-cimərtəbə qapı 1A ünvanında yerləşən 1115,2 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinin (Otel Eqosit) hazırki mülkiyyətçisi X9 müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci və apellyasiya instansiyaları məhkəmələrində borcun silinməsinə nail olmuşdur. Lakin, Ali Məhkəmənin 2(102)-1900/2022 saylı, 26 aprel 2022-ci il tarixli Qərarı ilə borc məbləği X4 yazıldığından və Aygün Məmmədovanın həmin borcun silinməsini tələb etməyə subyektiv hüququ olmadığından qətnamələr ləğv edilərək, Aygün Məmmədovanın iddiası təmin edilməmişdir. Bu səbəbdən M.Qibləliyeva hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirək ki, cavabdehə pretenziya ilə müraciət edilsə də, pretenziyaya cavab verilməmiş və hətta cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. X14 Qanunun 8.1.3-cü və 8.4 maddələrinin tələbinə əsasən bu növ iddia üçün 132,3 manat və müvəqqəti təminat tədbiri üçün 13 manat, ümumilikdə 145,2 manat rüsum ödənilməlidir. Həmin Qanunun 9.1-1-ci maddəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan da göründüyü kimi tərəfimizdən 200 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2014-cü ilin noyabr ayından X4 məxsus obyektdə smart kart tipli sayğac quraşdırılmış, həmin vaxta qədər smart kart tipli sayğac quraşdırılmamış, borcun ödənilməsi üçün Cavabdeh ASC tərəfindən hesab-faktura göndərilmiş və həmin dövr ərzində Cavabdeh ASC tərəfindən istifadə edilmiş su sərfiyyatına görə artıq borc yazıldığı müəyyən edilmiş və bununla bağlı Ali Məhkəmənin 27 oktyabr 2016-cı il tarixli, 2-2(102)-310/16 saylı Qərarı ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-(81)-299/2015 saylı qətnaməsi qanuni qüvvəsini alaraq, X2 1568 manat məbləğində borcun iddiaçının hesabından silinməsinin cavabdehə həvalə edilməsi və Cavabdeh ASC-dən iddiaçının xeyrinə 8604 manat məbləğin və 15 manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Həmçinin izahatında bildirmişdir ki, 2014-cü ilin noyabr ayından X4 əvvəllər məxsus olan obyektinə quraşdırılmış smart kart tipli sayğacın işləmə üsuluna görə hər hansı borc yarana bilməz, belə ki, həmin sayğaca yüklənən pul vəsaitinə uyğun həcmdə su verilir, pul vəsaiti olmadığı halda sayğac suyun verilişini dayandırılır. Odur ki, məhkəmədən 2014-cü ilin noyabr ayından abonent X2 Cavabdeh ASC-yə hər hansı borcun yaranmasının mümkün olmadığını nəzərə alaraq, əsassız hesablanmış 14100,60 manat məbləğində borcun silinməsi və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında iddiaçının hazırki tələblə müraciət etmənin subyektiv hüququnun olmamasını bildirərək məhkəmədən əsassız iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Cavabdeh ASC tərəfindən tərtib olunmuş abonent haqqında məlumatdan görünür ki, X4 məxsus abonent kodu 053768 olan Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, ev 35-də yerləşən mehmanxanaya 14100,60 manat məbləğində borc yazılmışdır. xx.xx.2022-ci il tarixli MŞB/5-02315 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X5 ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı X2 iddiası əsaslı olduğundan təmin edilməlidir, belə ki, Cavabdeh ASC 14100,60 manat məbləğində borcun yaranmasının səbəbləri və dövrü ilə bağlı heç bir sübut təqdim etməməklə yanaşı, məhkəmə qeyd edir ki, yeni nəsil smart kart tipli sayğaclara əvvəl pul yüklənir, daha sonra həmin vəsaitə uyğun həcmdə su abonentə verilir, həmin sayğacda pul balansı “0” olduğu təqdirdə suyun verilməsi dayandırılır, yalnız əlavə vəsait yüklənəndən sonra suyun verilişi bərpa edilir, bu isə o, deməkdir ki, bu qayda ilə işləyən sayğacda 2014-cü ilin noyabr ayından (sayğacın quraşdırıldığı vaxt) sonra hər hansı borcun yaranması mümkün deyil. Həmçinin məhkəmə qeyd edir ki, hətta sözügedən borc 2014-cü ilin noyabr ayından qabağ yaransa belə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər üçün nəzərdə tutulan beş il müddət keçdiyindən Cavabdeh ASC-nin sözügedən borc məbləği ilə bağlı tələb təmin edilə bilməz. İddiaçının hazırki tələbi irəli sürməkdə subyektiv hüququnun olmaması ilə bağlı cavabdehin istinad etdiklərinə məhkəmə qeyd edir ki, 053768 nömrəli abonent kodu üzrə suyun alıcısı qismində məhz X5 rəsmiləşdirilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və cavabdeh Azərsu” ASC tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid 053768 nömrəli abonent koduna yazılmış 14100,60 manat məbləğində borc silinməli və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq iddiaçı X4 ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Azərsu” ASC tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid 053768 nömrəli abonent koduna yazılmış 14100,60 manat məbləğində borc silinsin. Mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pul vəsaiti Cavabdeh ASCdən tutularaq iddiaçı X4 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4364/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4364/2022
22.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver