Məhkəmə qərarları › İş №e-2-2(113)-4371/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4371/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4371/2025 21.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1 İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “pul” tələbinə dair iş materiallarını nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı1 satılıb dəyərinin ödənilməsi məqsədi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 verilmiş quş ətinin dəyərinin ödənilməməsi səbəbindən İddiaçı1 vurulmuş maddi ziyan hesabına 47568 (qırx yeddi min beş yüz altmış səkkiz) manat, əldən çıxmış faydaya görə 15000 manat (on beş min) ödənilmiş dövlət rüsumu hesabına 277,7 (iki yüz yetmiş yeddi) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş xidmət haqqı hesabına 340 manat, cəmi 62568 (altmış iki min beş yüz altmış səkkiz) manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3alınaraq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Fəaliyyət sahəsi quş ətinin və quş yeminin istehsalı və satışıdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı1 özlərini “FF” qrupunun nümayəndələri, şokolad məmulatlarının hazırlanması və satışını həyata keçirən şəxslər kimi özlərini qələmə verərək, eyni zamanda quş ətinin satışını həyata keçirə biləcəklərini bildirmişlər. Nəticədə İddiaçı1 onlara nisyə olaraq quş əti verəcəyini onlar isə pərakəndə şəkildə quş ətinin satışını həyata keçirərək pulunu ödəyəcəkləri barədə razılığa gəlmişlər. Eyni zamanda götürdükləri quş ətinin pulunu ödədikdən sonra yenidən onlara verdikləri sifarişə uyğun olaraq quş əti verilməli olduğu barədə razılığa gəlmişlər. Beləliklə 2023-cü ilin noyabr ayından 2024-cü ilin mart ayınadək 200-250 min AZN dəyərində olan məhsulu satış məqsədilə cavabdehlər İddiaçı1 götürmüş və satışını həyata keçirmişlər. Sonuncu dəfə 2024-cü ilin mart ayında haq-hesab zamanı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada iddiaçıya 47568 AZN borcunun olduğu müəyən olunmuşdur. İddiaçı və cavabdehlər arasında dəfələrlə söhbətlər aparılmasına (viedoçəkiliş mövcuddur), vaxt verilməsinə baxmayaraq cavabdehlər müxtəlif bəhanələrlə borclarını ödəməkdən boyun qaçırmışlar. Bununla bağlı Abşeron rayon polis idarəsinə rəsmi qaydada müraciət olunmuş, lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən borclu olduqları 47568 AZN pulun vaxtında ödənilməməsi səbəbindən İddiaçı1 təxminən 15000 AZN zərər (əldən çıxmış fayda) dəymişdir. Belə ki, bir ədəd quşun satışa hazır olması üçün maksimum 2 ay müddət lazımdır. Cavabdehlərin borclu olduğu 47568 AZN qarşılığında 2 ay ərzində təxminən 2500 AZN, bir il ərzində isə 15000 AZN gəlir əldə etmək mümkündür. Nəzərə alsaq ki, cavabdehlərin borclarını gecikməsində bir ildən (12 ay) çox müddət keçmiş, bu səbəbdən həmin məbləğə uyğun olaraq təxminən 6 (altı) dəfə gəlir əldə etmək imkanı qaçırılmışdır.. EMİS-dən əladə olunan məlumata görə,Cavabdeh1 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 43, mənzil 36, Cavabdeh2 Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 1, mənzil 61, Cavabdeh3 isə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə müstəsna aidiyyətlə bağlı normalar tətbiq edilə bilməz, və hazırki tələbə cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə yurisdiksiyasında baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Cavabdeh3 qeydiyyatda olduğu “Ağdam şəhəri” Gəncə Kommersiya Məhkəməsinin, Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olduğu “Sumqayıt şəhəri” isə Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı, iddiaçıya ərizədə qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32, 263-264-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** qəbz üzrə ödənilmiş 277 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar