Məhkəmə qərarları › İş №e-2-2(113)-4376/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4376/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4376/2025 27.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********13102021 saylı, 13 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 6587/112 saylı, 06 mart 2023-cü il tarixli Əlavəsi üzrə 16 aprel 2025ci il tarixə 3548,64 manat (üç min beş yüz qırx səkkiz manat altmış dörd qəpik) əsas, 42,88 manat (qırx iki manat səksən səkkiz qəpik) faiz, 14,29 manat (on dörd manat iyirmi doqquz qəpik) cərimə borcu olmaqla, cəmi 3605,81 manat (üç min altı yüz beş manat səksən bir qəpik) borc və **********13102021 saylı, 13 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 10660/112 saylı, 19 sentyabr 2023-cü il tarixli Əlavəsi üzrə 16 aprel 2025-ci il tarixə 10798,93 manat (on min yeddi yüz doxsan səkkiz manat doxsan üç qəpik) əsas, 936,93 manat (doqquz yüz otuz altı manat doxsan üç qəpik) faiz, 69,33 manat (altmış doqquz manat otuz üç qəpik) cərimə borcu olmaqla, cəmi 11805,19 manat (on bir min səkkiz yüz beş manat on doqquz qəpik) borc və ödənilmiş 136,23 manat (yüz otuz altı manat iyirmi üç qəpik) dövlət rüsumunun Cavabdeh2 MMC və Qanuni nümayəndə müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcun mübahisəsiz olduğunu təsdiq edən borclu Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında bağlanmış **********13102021 saylı, 13 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 6587/112 saylı, 06 mart 2023-cü il tarixli Əlavəyə əsasən Cavabdeh2 MMC-yə 24 (iyirmi dörd) ay müddətinə illik 15% olmaqla, 30000 (otuz min) manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə Qanuni nümayəndə arasında 06 mart 2023-cü il tarixli 9286/112 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində **********13102021 saylı, 13 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 6587/112 saylı, 06 mart 2023-cü il tarixli Əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Qanuni nümayəndə borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Cavabdeh2 MMC kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda, bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmişdir. **********13102021 saylı, 13 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 6587/112 saylı, 06 mart 2023-cü il tarixli Əlavəsi üzrə 16 aprel 2025-ci il tarixə borcalanın "xxxx" ASC-yə cəmi 3605,81 (üç min altı yüz beş manat səksən bir qəpik) manat borcu yaranmışdır. Bundan başqa, borcun mübahisəsiz olduğunu təsdiq edən borclu Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında bağlanmış **********13102021 saylı, 13 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 10660/112 saylı, 19 sentyabr 2023-cü il tarixli Əlavəyə əsasən Cavabdeh2 MMC-yə 24 (iyirmi dörd) ay müddətinə illik 16% olmaqla, 20000 (iyirmi min) manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə Qanuni nümayəndə arasında 19 sentyabr 2023-cü il tarixli 13739/112 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində **********13102021 saylı, 13 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 10660/112 saylı, 19 sentyabr 2023-cü il tarixli Əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Qanuni nümayəndə borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Cavabdeh2 MMC kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda, bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmişdir. **********13102021 saylı, 13 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 10660/112 saylı, 19 sentyabr 2023-cü il tarixli Əlavəsi üzrə 16 aprel 2025-ci il tarixə borcalanın "xxxx" ASC-yə cəmi 11805,19 (on bir min səkkiz yüz beş manat on doqquz qəpik) manat borcu yaranmışdır. Cavabdehlərə borcun qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq, bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 472.1, 739, 743-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinin tələblərini nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında **********13102021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə bağlanmış və həmin müqaviləyə dair 06 mart 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 6587/112 saylı əlavəyə əsasən Cavabdeh2 MMC-yə illik 15 (on beş) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır.

8. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında **********13102021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə bağlanmış və həmin müqaviləyə dair 19 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10660/112 saylı əlavəyə əsasən Cavabdeh2 MMC-yə illik 16 (on altı) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır.

9. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanmış 9286/112 nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış **********13102021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə dair 06 mart 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 6587/112 saylı müqavilə üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

10. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanmış 13739/112 nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış **********13102021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə dair 19 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10660/112 saylı müqavilə üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

11. İddiaçı ASC tərəfindən tərtib edilmiş kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 6587/112 saylı əlavəyə əsasən İddiaçı ASC-yə ödənilməli olan məbləğ 30000 manat əsas, 4916,58 manat faiz olmaqla, ümumilikdə 34916,58 manat təşkil edir.

12. İddiaçı ASC tərəfindən tərtib edilmiş kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 10660/112 saylı əlavəyə əsasən İddiaçı ASC-yə ödənilməli olan məbləğ 20000 manat əsas, 3506,5 manat faiz olmaqla, ümumilikdə 23506,5 manat təşkil edir.

13. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 2025/199/11388 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış **********13102021 saylı bank xidmətlərinin göstərilməsi X3 kreditləşmənin xüsusi şərtlərinə dair 06 mart 2023-cü il tarixli, 6587/112 saylı əlavəyə əsasən xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə borcu 3548,64 manat əsas, 42,88 manat faiz və 14,29 manat cərimə borcu olmaqla, cəmi 3605,81 manat, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış **********13102021 saylı bank xidmətlərinin göstərilməsi X3 kreditləşmənin xüsusi şərtlərinə dair 19 sentyabr 2023-cü il tarixli, 10660/112 saylı əlavəyə əsasən xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə borcu 10798,93 manat əsas, 936,93 manat faiz və 69,33 manat cərimə olmaqla, ümumilikdə 11805,19 manat təşkil edir.

14. İddiaçı ASC tərəfindən Qanuni nümayəndə və Cavabdeh2 MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli, 2025/199/8519 nömrəli bildiriş (pretenziya) məktubundan görünür ki, borc məbləğinin qısa müddət ərizində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3480 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2023cü il tarixli, 6587/112 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2025-ci il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 7029,93 manat, faiz borcu üzrə 436,44 manat, xx.xx.2025-ci il tarixə (maliyyə arayışında qeyd edilən tarix) əsas borc üzrə 3477,04 manat, faiz borcu üzrə 14 manat, xx.xx.2025-ci il tarixə (məhkəməyə müraciət olunan tarixə) əsas borc üzrə 3477,04 manat, faiz borcu üzrə 30,91 manat təşkil edir. Qeyd edilir ki, xx.xx.2023-cü il tarixli, 6587/112 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh2 MMC-yə cərimə borcu hesablanmadı. 19 sentyabr 2023-cü il tarixli, 10660/112 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2025-ci il tarixə (maliyyə arayışında qeyd edilən tarix) əsas borc üzrə 10809,22 manat, faiz borcu üzrə 937,06 manat, xx.xx.2025-ci il tarixə (məhkəməyə müraciət olunan tarixə) əsas borc üzrə 10809,22 manat, faiz borcu üzrə 1105,21 manat, xx.xx.2025-ci il tarixə (pretenziya məktubunda qeyd edilən tarixə) əsas borc üzrə 10809,22 manat, faiz borcu üzrə 1114,82 manat təşkil edir. Qeyd edilir ki, 19 sentyabr 2023-cü il tarixli, 10660/112 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh2 MMC-yə cərimə borcu hesablanmadı. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

19. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə bağlanmış və həmin müqaviləyə dair 06 mart 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair bağlanmış 6587/112 saylı müqaviləyə əsasən Cavabdeh2 MMC-yə illik 15 (on beş) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Eyni bank xidmətlərinin göstərilməsi X3 dair 19 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10660/112 saylı müqaviləyə əsasən Cavabdeh2 MMC-yə illik 16 (on altı) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında 9286/112 və 13739/112 saylı zaminlik müqavilələrii bağlanmış və həmin müqavilələr ilə 6587/112 saylı, 06 mart 2023-cü il tarixli və 19 sentyabr 2023-cü il tarixli, 10660/112 saylı əlavələrə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Qanuni nümayəndə borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zamin) müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

20. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə müştərək qaydada **********13102021 saylı bank xidmətlərinin göstərilməsi X3 kreditləşmənin xüsusi şərtlərinə dair 6587/112 saylı, 06 mart 2023-cü il tarixli əlavəsi üzrə 16 aprel 2025-ci il tarixə 3548,64 manat əsas, 42,88 manat faiz borcunun tutulması təşkil edir.

21. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) qeyd edilən müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zamin) alınan pul vəsaitini müqavilədə müəyyən edilmiş faizlərilə birlikdə borcverənə qaytarmaq vəzifəsi daşımasını, ekspert rəyini, MPM-in 218.3cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd edilən əlavə üzrə əsas borc və faiz borcunun tutulması hissəsində qismən (ekspert rəyinə uyğun olaraq) təmin edilməli, cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada **********13102021 saylı, 13 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 6587/112 saylı, 06 mart 2023-cü il tarixli Əlavəsi üzrə 3477,04 manat (üç min dörd yüz yetmiş yeddi manat dörd qəpik) əsas borc, 14 (on dörd) manat faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalı, qalan hissədə təmin edilməməlidir. Belə ki, ekspert rəyindən görünür ki, Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, 6587/112 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə (maliyyə arayışında qeyd edilən tarix) 3477,04 manat əsas, 14 manat faiz borcu vardır.

22. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə müştərək qaydada **********13102021 saylı bank xidmətlərinin göstərilməsi X3 kreditləşmənin xüsusi şərtlərinə dair 10660/112 saylı, 19 sentyabr 2023-cü il tarixli Əlavəsi üzrə 16 aprel 2025-ci il tarixə 10798,93 manat (on min yeddi yüz doxsan səkkiz manat doxsan üç qəpik) əsas, 936,93 manat (doqquz yüz otuz altı manat doxsan üç qəpik) faiz borcunun tutulması təşkil edir.

23. Qeyd edilən əlavə üzrə işin müəyyən edilmiş hallarını, müqavilə şərtlərini, ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borc və faiz borcunun tutulması hissəsində tam təmin olunmalı (tələbə uyğun), cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada **********13102021 saylı, 13 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 10660/112 saylı, 19 sentyabr 2023-cü il tarixli Əlavəsi üzrə 10798,93 manat (on min yeddi yüz doxsan səkkiz manat doxsan üç qəpik) əsas borc, 936,93 manat (doqquz yüz otuz altı manat doxsan üç qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

24. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada **********13102021 saylı, 13 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 6587/112 saylı, 06 mart 2023-cü il tarixli Əlavəsi üzrə 14,29 manat cərimə və 10660/112 saylı, 19 sentyabr 2023-cü il tarixli Əlavə üzrə 69,33 manat cərimə borcunun tutulması təşkil edir.

25. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

26. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada **********13102021 saylı, 13 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 6587/112 saylı, 06 mart 2023-cü il tarixli Əlavəsi üzrə 14,29 manat (on dörd manat iyirmi doqquz qəpik) cərimə və 10660/112 saylı, 19 sentyabr 2023-cü il tarixli Əlavə üzrə 69,33 manat (altmış doqquz manat otuz üç qəpik) cərimə tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

27. Eləcə də, iddiaçı 136,23 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

28. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 135,34 manat (yüz otuz beş manat otuz dörd qəpik) məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

29. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 99,30 manat (doxsan doqquz manat otuz qəpik) hissəsi cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada, 0,70 manat (yetmiş qəpik) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada **********13102021 saylı, 13 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 6587/112 saylı, 06 mart 2023-cü il tarixli Əlavəsi üzrə 3477,04 manat (üç min dörd yüz yetmiş yeddi manat dörd qəpik) əsas borc, 14 (on dörd) manat faiz borcu, 14,29 manat (on dörd manat iyirmi doqquz qəpik) cərimə olmaqla, cəmi 3505,33 manat (üç min beş yüz beş manat otuz üç qəpik) manat borc və **********13102021 saylı, 13 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 10660/112 saylı, 19 sentyabr 2023-cü il tarixli Əlavəsi üzrə 10798,93 manat (on min yeddi yüz doxsan səkkiz manat doxsan üç qəpik) əsas borc, 936,93 manat (doqquz yüz otuz altı manat doxsan üç qəpik) faiz borcu, 69,33 manat (altmış doqquz manat otuz üç qəpik) cərimə olmaqla, cəmi 11805,19 manat (on bir min səkkiz yüz beş manat on doqquz qəpik) borc və ödənilmiş dövlət rüsumuna görə 135,34 manat (yüz otuz beş manat otuz dörd qəpik) olmaqla, ümumilikdə 15445,86 manat (on beş min dörd yüz qırx beş manat səksən altı qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 99,30 manat (doxsan doqquz manat otuz qəpik) hissəsi cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada, 0,70 manat (yetmiş qəpik) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar