Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-438/2020 27.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı 11.298,40 manat məbləğində borcun silinməsi dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı MMC (VÖEN: **********) üçün 01/28360 ödəyici kodu üzrə qazdan istifadəyə görə əsassız hesablanmış, ƏDV daxil 11.298,40 (on bir min iki yüz doxsan səkkiz manat, qırx qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə (paylayıcı) sənaye qaz qurğusu istifadəçisi kimi İddiaçı arasında xx xxx 2018-ci il tarixində qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə istifadə edilən suqızdırıcı qazan (qaz qurğusu) üçün təmin edilən qaza görə iddiaçı tərəfindən aylıq haqq bugünə qədər gecikdirilmədən ödənilmişdir. Həmçinin qaz sayğacı şirkətə aid ərazidə yerləşmir, paylayıcıya aid ərazidədir. Buna görə də, qaz sayğacında olan hər hansı nasazlıq barədə məlumatı bir qayda olaraq məhz paylayıcı vasitəsilə əldə edirlər. Sayğacın dəyişdirilməsi və ya digər hallar olduqda (açılması və s.) paylayıcı tərəfindən dəvət edilirlər. Paylayıcının nümayəndəsi tərəfindən aylıq qaz sərfiyyatına dair hesab-faktura təqdim edilir və aylıq haqq ilə bağlı elektron vergi hesab-fakturası göndərilir. 2019-cu ilin yanvar ayında keçən ilin dekabr ayı üçün olan haqq ilə bağlı elektron vergi hesab-fakturası göndərilmişdir, həmin vaxtdan sonra iddiaçıya hesab-faktura təqdim edilməmiş, yalnız xx xxx 2019-cu il tarixdə 290 nömrəli hesab-faktura göndərilmişdir. Həmin hesab-fakturada şirkətin ƏDV daxil 11.298,40 manat (xx xxxxx 2019-cu il tarixə qədər isə qalıq 11.228,85 manat qeyd olunmuşdur) borcunun olması göstərilmişdir. Elektron vergi hesab-fakturası isə xx xxxxxx 2019-cu il tarixdən sonra xx xxxx 2019- cu il tarixə qədər göndərilməmişdir. Bu borc məhz xx xxxxx 2019-cu il tarixli ******* nömrəli akta asasən hesablanmışdır, yəni qazsayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanmasına görə belə borc yaranmışdır. Aktda da 11.298,40 manat məbləğ qeyd olunmuşdur. Qaz sayğacı iddiaçıya məxsus ərazidə olmadığından sayğacın korlanması və ya nasazlığı barədə məlumatlı olmamışlar. Paylayıcı hər ay qazdan istifadəyə görə hesab-faktura təqdim edir, bu tərəflər arasında bağlanmış müqavilənin 2.1.8 və 3.3-cü maddələrində də təsbit olunmuşdur. Paylayıcı sayğacın işləməməsini dərhal və ya ən geci 1 ay ərzində (yeni göstərici ilə bağlı hesabfaktura yazarkən) aşkar edə bilərdi, lakin göründüyü kimi yanvar ayından sonra hesabfaktura təqdim edilməmiş, yalnız may ayında 4 ay üçün haqq hesablanmışdır, bu zaman da keçən il üçün istifadə edilmiş qazın həcmi analoji olaraq əsas götürülmüşdür, halbuki bu il üçün şirkət çox sifariş götürməmiş və demək olar ki, qazdan istifadə edilməmişdir. Hesablanmış borc məbləği real deyildir, paylayıcı bugünə qədər olduğu kimi aylıq hesabfaktura təqdim etməyə davam etsə idi, bu qədər məbləğ yaranmazdı, əsassız borc hesablanmazdı və sayğacdakı nasazlıq dərhal aşkar edilərdi. İddianın verildiyi günədən artıq 3 aydır ki əsassız borca görə qazın verilməsi dayandırılmışdır. Lakin buna baxmayaraq qeyd edilən müddətdə istehsalatda iş davam etməkdədir, bu da onu sübut edir ki, istehsalat qazdan asılı deyildir. Yalnız zərurət olarsa sifarişlərin yerinə yetirilməsi üçün qazdan istifadə olunur. Yəni hər il qazdan istifadə həcmi eyni olmur, buna görə də sayğacın olmadığı 4 ay üçün keçən ildəki göstəricilərin əsas götürülməsi düzgün deyildir. Yəni qazdan asılı olmadan istehsalatda sifarişlər icra edilir. Cavabdehin nümayəndəsi həmişəki kimi aylıq qazdan istifadəyə görə hesab-fakturanı vaxtında təqdim etsə idi, sayğacdakı nasazlıq vaxtında aşkar olunardı və 4 ay üçün belə əsassız borcun hesablanmasına gətirib çıxarmazdı. Cavabdehə 11.298,40 manat əsassız borcun silinməsi ilə bağlı pretenziya qaydasında müraciət edilmiş, həmin müraciət cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qəbul edilmişdir. Lakin müraciətdən bir ay keçməsinə baxmayaraq rəsmi cavab verilməmişdir. Bunu təsdiq edən poçt qəbzi və pretenziya məktubu iddia ərizəsinə əlavə olunur. Buna görə də borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddia ərizəsi və qoşma sənədlər də cavabdehə rəsmi şəkildə göndərilmiş və xx xxxxxxxx 2019-cu il tarixdə cavabdehin nümayəndəsi tərəfindən qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək , iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi onlar özləri daşıdığına görə, cəmiyyətin sayğacının işlək vəziyyətdə olmadığı müddətdə, iddiaçıya hesablanmış borcun əsası kimi iddiaçının 2018-ci ilində yanvar-aprel aylarının qaz sərfiyyatının göstəriləciləri əsas götürülərək, borc hesablanmışdır. Sonda V.Ə.Abdullayev iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərinnümayəndələrinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qisməntəmin edilməlidir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı qaz xətti üzərində quraşdırılmış G-100 markalı 75123621 nömrəli rotor tipli qaz sayğacı xx.xx.2019-cu il tarixində xətdən çıxarılmışdır. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx xxxxx 2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçı MMC-yə 2019-cu ilin yavnaraprel ayları üçün 56.492 m3 qaz sərfiyyatına görə 11.298,40 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx xxx 2019-cu il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacı yoxlanılması üçün çıxarılmışdır.xx xxxxx 2019-cu il tarixdə Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında ******* saylı akt tərtib edilərək iddiaçıya 2019-cu ilin yavnar-aprel ayları üçün 56.492 kub metr qaz sərfiyyatına görə 11.298,40 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə, iddiaçıya 2019-cu ilin aprel ayı üçün akta əsasən cəmi 11.298,40 manat borc hesablanmışdır. İş materiallarında olan abonent kodu **********00150 olan İddiaçı MMC-nin abonent saldosundan görünür ki, iddiaçının 2018-ci ilin sonuna və 2019-cu ilin aprel ayınadək, yəni son 3 ay ərzində qalıq və aktlar üzrə heç bir borcu qeydə alınmamışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 2019-cu ilin yanvar ayından aprel ayınadək, yəni 4 ay ərzində iddiaçının fəaliyyəti olduğu müddətdə, o qazdan istifadə etmiş lakin qaz sayğacının çıxarılması nəticəsində qazın dəyəri üzrə hesablaşmalar aparılması mümkün olmamışdır. “X3”nın 5.4-cü maddəsinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən həmin Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının hazırki iş üzrə mübahisəli 4 aydan əvvəlki, yəni 2018-ci ilin dekabr ayı üzrə olan 1.544 kub metr qaz sərfiyyatını əsas götürərək, həmin ayın orta gündəlik sərfi 51,46 kub metr olmaqla, 2019-cu ilin yanvaraprel ayları üçün hesablanmalıdır. Belə olan halda, qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən yəni 2019-cu il yanvar-aprel ayları üzrə, yəni 120 günün qaz sərfiyyat (120 gün x 51.46 kub metr ) 1.235,20 manat təşkil edir. Belə olan halda məhkəmə iddiaçının qaz sayğacının olmadığı dövr üçün istifadə etdiyi qaza görə haqq ödəməli olduğunu, eyni zamanda borcun hesablandığı aydan əvvəlki ayda qeyri-yaşayış sahəsində qaz sayğacı olmadığından 2019-cu ilin yanvar-aprel ayları üçün borcun 2018-ci ilin dekabr ayının göstəriclərinə əsasən hesablanması mümkün olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh İB Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx xxxx 2019-cu il tarixli ******* saylı akta əsasən 2019-cu ilin yanvar-aprel ayları üçün iddiaçıya yalnız 1.235,20 manat hissəsində borc hesablamaqda haqlı olmuş və iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.2-ci bəndinə görə isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə olan halda məhkəmə 2019-ci ilin yanvar-aprel aylarında iddiaçıya məxsus qeyriyaşayış sahəsində qaz sayğacının olmamasının iş materialları ilə təsdiq edildiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh İB həmin müddət üçün qazdan istifadə haqqını iddiaçıdan tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, qaz sayğacının olmadığı müddət üçün qaz sərfiyyatının hesablanması qaydası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X3”nın 5.4-cü bəndində müəyyən edilmişdir. Həmin bəndə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparıldığınına görə, məhkəmə hesab edir ki, Cavabdeh İB 2019-cu ilin yanvar-aprel ayları üçün hesabladığı 11.298,40 manat məbləğində borcu qeyd olunan qaydaya qismən, yəni 10.063,20 manat hissəsi üzrə uyğun deyildir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı MMC (VÖEN: **********) üçün 01/28360 ödəyici kodu üzrə qazdan istifadəyə görə əsassız hesablanmış, ƏDV daxil 10.063,20 (on min altmış üç manat, iyirmi qəpik) manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçınə Cavabdeh tərəfindən İddiaçı MMC (VÖEN: **********) üçün 01/28360 ödəyici kodu üzrə qazdan istifadəyə görə əsassız hesablanmış 10.063,20 (on min altmış üç manat, iyirmi qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-438/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-438/2020
27.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver