Məhkəmə qərarları › İş №e-2-2(113)-4380/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4380/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4380/2025 23.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2968,88 manat məbləğində əsas borcun, 439.39 manat məbləğində cərimənin, ödənilmiş 60 manat məbləğində mediasiya rüsumunun, ümumilikdə 3468,27 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış İ003/23 saylı, 21 oktyabr 2023-cü il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Heydər Əliyev prospekti 95 B ünvanında yerləşən 9 mərtəbəli qeyriyaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74 m olan sahəni cavabdehin icarəsinə verməyi, cavabdeh isə bunun müqabilində müqavilənin 2.2-ci bəndində qeyd edildiyi kimi ƏDV daxil olmaqla aylıq 1484.44 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, icarə obyektinin istismarı ilə bağlı kommunal xərclərin (su, qaz, elektrik enerjisi, kanalizasiya və s), o cümlədən daimi təmizlik, 24\7 ərazinin mühafizəsi, 24\7 cari təmir xidmətləri, avtodayanacaq, kondisionerlərə, havalandırma və lift sistemlərinə qulluq, giriş-çıxış kartlarının təqdim edilməsi, həmçinin elektrik və sanitar qovşaqların, sanitexnik avadanlıqların istifadəsi də daxil edilmişdir. Müqavilənin 2.3.-cü bəndinə əsasən, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icarə tarixi də, həmin tarixdən başlanılmaqla xx.xx.2024-cü il tarixədək 1 (bir) il müddətində qüvvədə qalır. İcarə müddətinin bitməsinə 10 (on) iş günü qalmış tərəflərdən heç biri yazılı qaydada müqavilənin ləğv edilməsi təşəbbüsü ilə çıxış etmədikdə icarə hər dəfə 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 3.2-ci bəndinin “c” yarımbəndinə əsasən, cavabdeh icarə haqqını vaxtında ödəməzsə, icarə haqqının gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün gecikdirilən icarə haqqının 0.1% dəyərində cərimə ödəyir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən 2024-cü ilin avqust və sentyabr 2 Dövlət rüsumunun ödənilməsi haqqında məlumat X3 Azaddır - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən -mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf Ərizəni imzalayan şəxs haqqında məlumat: ayları üzrə icarə haqqı ödənilməmişdir. İddiaçı MMC (icarəyə verən) və cavabdeh "xxxx" MMC (icarəyə götürən) arasında bağlanmış 21 oktyabr 2023-cü il tarixli, İ003/23 nömrəli icarə müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli razılaşma ilə həmin icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. 21 oktyabr 2023-cü il tarixli, İ003/23 nömrəli icarə müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli razılaşmanın 2-ci bəndinə əsasən, iddaçı ilə cavabdeh arasında hesablaşmanın son günü kimi xx.xx.2024-cü il müəyyən edilmiş və cavabdeh icarə haqqı borcunu həmin tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə cavabdeh tərəfindən müqavilənin 3.2-ci bəndinin “c” yarımbəndi yerinə yetirilmədiyi üçün iddiaçı tərəfindən öhdəliyin icra edilməməsi və icarə haqqının gecikdirilməsinə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək (2968.88*0.1%*148gün)= 439.39 manat məbləğində cərimə hesablanmışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehə yazılı müraciət olunmasına, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Həmçinin cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli, REF\2131\24 saylı Pretenziya məktubu da cavabsız qalmışdır. Əlavə olaraq bildiririk ki, tərəfimizdən qanunvericiliyin və müqavilənin tələblərinə uyğun olaraq borcun tutulması ilə bağlı mediasiya təşkilatına müraciət edilmiş, mediasiya prosesi baş tutmamış və mediasiya orqanı tərəfindən bu barədə xx.xx.2025-ci il tarixli Arayış verilmişdir. Hazırda öhdəliyin icra edilməməsi nəticəsində cavabdehin iddaçıya 2968,88 manat məbləğində əsas və 439.39 manat məbləğində cərimə, ümumilikdə isə 3408,27 manat məbləğində borcu yaranmışdır.

3. Cavabdeh xx.xx.2025-ci ildə iddia ərizəsinə yazılı etiraz ərizə təqdim etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, qarşı tərəfin verdiyi iddianin bir qismi yanlış məlumatdır. Belə ki, icarəçi cavabdehi məcburi olaraq ofisdən çıxardığı üçün bir aylıq qarşılıqlı güzəşt verilib və cəmi bir ay ödəniş ediləcəyi razılaşdırılmışdır. Qeyd edilən iddia ərizəsində qarşı tərəfin cavabdehə qarşı göstərdiyi 2968 manat borc deyil, cəmi 1484.44 manat təşkil edir. Qeyd olunan məbləği şirkətin İnzibati şöbəsinin rəisi Elnarə Tahirzadə dəfələrlə mail və whatsapp üzərindən təsdiq etmişdir. Hal-hazırda iddianın doğru qalıq 1484.44 AZN (ədv daxil) kimi qərar çıxarılması xahiş olunur. Qeyd edilən qalıq borc məbləği ilə bağlı maliyyə problemləri səbəbindən şirkət uzun zamandır ticarət fəaliyyətini dondurduğu üçün ödəniş etmək qabiliyyəti mövcud deyildir. Maliyyə imkanları düzəldiyi zaman qalıq borc 1484.44 AZN (ədv daxil) ödəniləcəkdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Fərəcov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə müqaviləsinə qarşılıqlı razılıq əsasında xx.xx.2024-cü il tarixdə xitam verilmiş, razılaşmada son hesablaşma gününün xx.xx.2024cü il olması razılaşdırılmışdır. Cavabdeh icarə sahəsini xx.xx.2024-cü il tarixdə təhvil vermiş, lakin 2024-cü ilin sentyabr və oktyabr aylarının icarə haqlarını ödəməmişdir. İddiaçı cavabdehə sentyabr ayı üzrə borc ödəniləcəyi halda oktyabr ayının ödənişinin güzəşt ediləcəyini vəd etmiş, lakin ödəniş olmadığı üçün hazırda hər iki ayın borcu tələb edilir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. DƏDRX-dən verilmiş xx.xx.2012-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, H.Əliyev prospekti 95B ünvanında yerləşən 9 mərtəbəli ofis binası və 3 mərtəbəli mehmanxana binası iddiaçının xüsusi mülkiyyətindədir.

9. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 001/23 nömrəli icarə müqaviləsinə görə icarəyəverən Bakı şəhəri, H.Əliyev prospekti 95B ünvanında yerləşən və mülkiyyət hüququ ilə icarəyə verənə məxsus olan 9 mərtəbəli, qeyri-yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74 m2 olan icarə sahəsini müqavilədə nəzərdə tutulmuş qaydada icarəyə verir, icarəyəgötürən isə icarə haqqını vaxtında ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən icarəyəgötürən icarə haqqını hər icarə ayının ilk 7 (yeddi) təqvim günü ərzində qabaqcadan bank köçürülməsi yolu ilə ödəyir.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən görə icarə obyekti üzrə aylıq icarə haqqı ƏDV daxil olmaqla 1484,44 manat təşkil edir.

12. Müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqının gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün gecikdirilən icarə haqqının 0,1 % dəyərində cərimə tələb etmək icarəyə verənin hüququdur.

13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2408 10540389 nömrəli 1484,44 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 10414621 nömrəli 1484,44 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

14. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli İ001/23 nömrəli icarə müqaviləsinə xitam verilməsi barədə razılaşmaya əsasən xx.xx.2023-cü il tarixli, 001/23 nömrəli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş, tərəflər arasında müqavilə üzrə aparılacaq hesablaşmanın son günü isə xx.xx.2024-cü il tarixi razılaşdırılmışdır.

15. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

18. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə xx.xx.2024-cü il tarixli razılaşma əsasında xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

20. İddiaçı hazırda 2024-cü ilin avqust və sentyabr aylarının icarə haqlarının cavabdehdən tutulmasını tələb edir.

21. Cavabdeh iddiaya qarşı etirazında ona 2024-cü ilin sentyabr ayı üzrə ödənilməli olan borcun güzəşt edildiyini bildirsə də, məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır.

22. Belə ki, icarə müqaviləsinə xx.xx.2024-cü il tarixli xitam razılaşmasında cavabdeh müqavilə üzrə aparılacaq hesablaşmanın son gününün xx.xx.2024-cü il tarix olmasına razılıq vermiş, icarə sahəsi həmin tarixə qədər onun sahiblik və istifadəsində olmuşdur.

23. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 2968,88 manat icarə haqqının tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

24. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.2-ci bəndinə əsasən hesablanmış 439,39 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

25. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

26. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

27. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

28. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat müəyyən edilməlidir.

29. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2968,88 manat əsas borc və 100 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat mediasiyaya dair xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2968,88 manat əsas borc, 100 manat dəbbə pulu, 60 manat mediasiyaya dair xərc, ümumilikdə 3128,88 (üç min bir yüz iyirmi səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar