Məhkəmə qərarları › İş №e-2-2(113)-44/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-44/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-44/2021 30.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdeh “Beton-İnşaatçı” firmasının nümayəndəsi Vəkil1, Cavabdeh3, Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “Beton-İnşaatçı” firmasına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, ipoteka predmetlərinə yönəldilməsi barədə ilkin, “Beton-İnşaatçı” firmasının ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipoteka müqavilələrinə xitam verilməsi barədə qarşılıqlı iddialarına dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Beton-İnşaatçı” firmasından 55615 manat əsas, 52429,70 manat faiz, müqavilənin bitdiyi tarixdən 15.08.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 8152,32 manat borc, ümumilikdə 116197,02 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və tutmanın “Beton-İnşaatçı” firmasına məxsus olan 06 noyabr 2009-cu il tarixli, 21/09 saylı ipoteka müqaviləsinə əsasən ** AJ *** qeydiyyat nişanlı, betennasos tipli, HYUNDAİHS16-C markalı, 06 noyabr 2009-cu il tarixli, 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betenqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 06 noyabr 2009-cu il tarixli, 25/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betenqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 06 noyabr 2009-cu il tarixli, 24/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betenqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 06 noyabr 2009-cu il tarixli, 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** AG *** qeydiyyat nişanlı, betenqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı nəqliyyat vasitələrinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “Beton- İnşaatçı” firması arasında bağlanmış 09.11.2009-cu il tarixli 187/09 nömrəli təminatlı Kredit müqaviləsinə əsasən borcalana 6 ay müddətinə illik 20 % dərəcəsi ilə 270000 manat məbləğində kredit verilmişdir. 31 may 2010-cu il tarixli 09.11.2009-cu il tarixli 187/09 nömrəli təminatlı Kredit müqaviləsinə əlavəyə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında kredit vəsaitindən istifadə müddəti 30 noyabr 2010-cu il tarixədək uzadılmışdır. Eyni zamanda 09.09.2013-cü il tarixində tərəflər arasında razılığa əsasən qeyd olunan tarixə cari gün üçün mövcud olan 205000 manat gecikdirilmiş məbləğ üçün gecikdirilməmək şərti ilə 36 aylıq, faizsiz ödəniş cədvəli tərtib olunması, həmçinin borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən, gecikdirilən məbləğə, hər gecikdirilən gün üçün 0.1 % miqdarında borcverənə dəbbə pulu ödəməsi görüş protokolunda qərara alınmışdır. Kredit müqaviləsinə əsasən borcalan müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə, həmçinin müqaviləyə əlavələrdə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borc alan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu kimi ipoteka saxlayan -İddiaçı ASC ilə İpoteka qoyan – “Beton-İnşaatçı” firması arasında ipoteka müqavilələri bağlanmış və sadalanan nəqliyyat vasitələri ipoteka ilə yüklü edilmiş, AR DİN BDYPİ-də qeydiyyata alınmış və bu barədə AG № 193815 saylı, 06.11.2009-cu il tarixli şəhadətnamə verilmişdir. 06 noyabr 2009-cu il tarixli, 21/09 saylı ipoteka müqaviləsinə əsasən ** AJ *** qeydiyyat nişanlı, betennasos tipli, HYUNDAİHS16-C markalı; 06 noyabr 2009-cu il tarixli, 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betenqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı; 06 noyabr 2009-cu il tarixli, 25/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betenqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı; 06 noyabr 2009-cu il tarixli, 24/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betenqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı; 06 noyabr 2009-cu il tarixli, 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** AG *** qeydiyyat nişanlı, betenqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı nəqliyyat vasitələri yüklü edilmişdir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borc alan “Beton- İnşaatçı” firmasının 15.08.2019-cu il tarixinədək LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməmiş 55615 manat əsas, 52429,70 manat faiz, müqavilənin bitdiyi tarixdən 15.08.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 8152,32 manat borc, ümumilikdə 116197,02 manat məbləğində kredit borcu vardır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə cavabdeh “Beton-İnşaatçı” firmasından 02.02.2021-ci il tarixədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 108044,70 manat əsas borc və kredit müqaviləsi bitəndən sonra 02.02.2021-ci il tarixə kimi AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 23760,83 manat faiz, ümumilikdə 131805,53 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və tutmanın “Beton-İnşaatçı” firmasına məxsus olan, 06 noyabr 2009-cu il tarixli, 21/09 saylı ipoteka müqaviləsinə əsasən ** AJ *** qeydiyyat nişanlı, betonnasos tipli, HYUNDAİ HS16-C markalı, 06 noyabr 2009-cu il tarixli, 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 06 noyabr 2009-cu il tarixli, 25/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 06 noyabr 2009-cu il tarixli, 24/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 06 noyabr 2009-cu il tarixli, 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** AG *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait “Beton-İnşaatçı” firmasının borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin “Beton-İnşaatçı” firmasının təsisçiləri olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mənsub əmlaklarına yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, “Beton-İnşaatçı” firması qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 09.11.2009-cu il tarixli, 187/09 nömrəli “Təminatlı Kredit” müqaviləsinə, həmin müqavilənin tərkib hissəsi olan 31.05.2010-cu il tarixli əlavəyə, həmçinin tərəflər arasında bağlanmış 06 noyabr 2009-cu il tarixli, 21/09 saylı ipoteka müqaviləsinə, 06 noyabr 2009-cu il tarixli, 22/09 saylı ipoteka müqaviləsinə, 06 noyabr 2009-cu il tarixli. 25/09 saylı ipoteka müqaviləsinə, 06 noyabr 2009-cu il tarixli, 24/09 saylı ipoteka müqaviləsinə, 06 noyabr 2009-cu il tarixli, 22/09 saylı ipoteka müqaviləsinə xitam verilməsinə, ipoteka predmeti olan əmlakların **-AJ-*** qeydiyyat nişanlı, Betennasos tipli, Hyundai HS 16-C marlaı. ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, ** AG *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı nəqliyyat vasitələrinin girovdan çıxarılmasına dair qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “Beton-İnşaatçı” firması arasında bağlanmış 09.11.2009-cu il tarixli, 187/09 nömrəli “Təminatlı Kredit” müqaviləsinə əsasən kreditor borcalana 6 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 270000 manat məbləğində kredit vermişdir. Tərəflər arasında 09.11.2009-cu il tarixli, 187/09 nömrəli “Təminatlı Kredit” müqaviləsinə 31.05.2010-cu il tarixli əlavə imzalanmış və tərəflərin qarşılıqlı razılığı ilə kredit vəsaitindən istifadə müddəti 30 noyabr 2010-cu il tarixədək uzadılmışdır. Bundan sonra, 09.09.2013-cü il tarixdə tərəflər arasında ödəniş cədvəli tərtib olunmuşdur: İddiaçı ASC ilə borc alan “Beton-İnşaatçı” firması arasında bağlanmış 09.11.2009-cu il tarixli, 187/09 nömrəli “Təminatlı Kredit” müqaviləsinin 5.4-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti 10 may 2010-cu il tarixdə bitmişdir. Həmin müqavilənin 7.1 -ci bəndinə əsasən müqavilənin 5.4-cü bəndi ilə nəzərdə tutulmuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir. “Təminatlı Kredit” müqaviləsinin tərkib hissəsi olan 31.05.2010-cu il tarixli əlavəyə görə müqavilənin 5.3 və 5.4-cü bəndləri aşağıdakı resaksiyada yazılmışdır: 5.3 Borc alana verilən kredit vəsaitindən istifadə müddəti 30 noyabr 2010-cu il tarixədək uzadılsın. 5.4 Kredit vəsaitindən istifadə müddəti 30 noyabr 2010-cu il tarixdə bitir. Göründüyü kimi borc öhdəliyinin tam həcmdə icra edilməsinin son müddəti 30 noyabr 2010-cu il tarix müəyyən edilib. Tərəflər arasında 09.09.2013-cü il tarixdə keçirilmiş görüş, həmin görüşə dair tərtib olunmuş görüş protokolu və ödəniş cədvəli isə müqavilə deyil, tərəflərin hüquq və vəzifələrini müəyyən edən əqd kimi qəbul edilə bilməz. İş materiallarından görünür ki, cavabdeh son ödənişi 15 may 2015-ci il tarixdə icra etmişdir. Odur ki, həmin tarixdən iddia müddətinin axımı başlayır və 15 may 2018-ci il tarixdə bitir. İddiaçı isə iddia ərizəsini iddia müddəti keçdikdən sonra vermişdir. Bu baxımdan İddiaçı ASC-nin iddia tələbinə iddia müddəti təbiq edilməklə iddia tələbi rədd edilməlidir. Əgər iddi tələbi rədd edilirsə təmintalı kredit müqaviləsi və ipoteka müqavilələrinə də xitam verilməlidir. Bundan başqa, “Beton- İnşaatçı” firmasının Nizamnaməsinin 1.8-ci bəndinə əsasən, müəssisənin təsisçisinin ixtiyarı yoxdur ki, qalan təsisçilərin razılığı olmadan öz adından öz mənafeləri və ya üçüncü şəxslərin mənafeləri üçün müəssisənin fəaliyyət predmetini təşkil edən əqdlərlə eyni xarakterli əqdlər bağlasın. İddiaçı ilə təminatlı kredit müqaviləsini, müqaviləyə əlavəni, ipoteka müqavilələrini təsisçilərdən yalnız biri Cavabdeh2 bağlamışdır, həmin müqavilələrin bağlanmasına digər təsisçilərin Cavabdeh3 və Cavabdeh1 razılığı olmamışdır. Bu da “Beton-İnşaatçı” firmasının nizamnaməsinə ziddir. Bu baxımdan da təminatlı kredit müqaviləsi və ipoteka müqavilələri hüquqazidd formada bağlanmışdır. Odur ki, ilk iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedieisi Əmanətlərin Sığortalanamsı Fondunun cavabdeh “Beton-İnşaatçı” firmasına qarşı borcun tutulması tələbinə dair iddia tələbi rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Beton İnşaatçı firmasının cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı müqavilələrə xitam verilməsi tələbi təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini bildirərək ilkin iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, cavabdeh qarşılıqlı iddia ərizəsində görüş protokolunu əqd kimi qəbul etmədiyini bildirsə də, həmin protokol əsasında tərtib olunmuş ödəniş cədvəli əsasında ödənişlər aparılmışdır. Həmin razılaşmaya əsasən müqavilənin müddəti 09 sentyabr 2016-cı il tarixdə bitmiş, iddiaçı tərəfindən isə məhkəmyə 06 sentyabr 2019-cu il tarixdə, yəni, iddia müddəti ötürülmədən müraciət olunmuşdur. Bundan başqa, qarşılıqlı iddia da Cavabdeh2 digər oqtaqların razılığı olmadan əqd bağlamaq hüququnun olmadığı göstərilsə də, nizamnamənin 10.10-cu bəndində direktorun səlahiyyətlərinə etibarnamə almadan müxtəlif səlahiyyətlər, o cümlədən müqavilə və başqa hüquqi xaraktekrli sənədlərin imzalamağa hüququnun olması qeyd olunmuşdur. Həmçinin, digər təsisçilərin əqddən məlumatının olmaması barədə gətirilən dəlillər də əsassızdır. Belə ki, iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət olunarkən məhkəmə aidiyyatı bütün təsisçilərin imzası ilə şikayətlər verilərək mübahisələndirilmişdir. Buna görə də qarşılıqlı iddiada nəzərdə tutulan əqdin etibarsızlığı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan 1 illik kəsici müddət də ötürülmüşdür. İddiaçının nümayəndəsi göstərilənlərə əsasən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Beton-İnşaatçı” firmasının nümayəndəsi Vəkil1 ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı isə müdafiə etdiyini bildirərək qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi. Cavabdeh3 ilkin iddianı qəbul etmədiyini bildirərək cavabdehin nümayəndəsi T.Vəkil1 izahatında göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və məhkəmədən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 vəkili Vəkil2 izahatında göstərdi ki, Cavabdeh1 ümumiyyətlə “Beton- İnşaatçı” firmasına aidiyyatı yoxdur, təsis sənədlərində olan imza da ona məxsus deyildir və bu məsələ ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaqdır. Buna görə də iddia Cavabdeh1 aid hissədə rədd edilməlidir. İş materiallarında olan: - 06 noyabr 2009-cu il tarixli 21/09, 22/09, 23/09, 24/09 və 25/09 saylı ipoteka müqavilələrinə əsasən kredit müqaviləsinə əsasən 270000 manat məbləğində 6 ay müddətinə verilən kreditin və ona hesbalanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər və tərəflərin razılığı olmadan girov qoyulmuş avtomobillərin satılmasına, girov qoyulmasına və digər əməliyyatların aparılmasına icazə verilmir. İpoteka predmeti kimi betonnasos,betonqarışdırıcı yüklü edilmişdir. - 09 noyabr 2009-cu il arixli 187/09 saylı təminatlə kredit müqaviləsinə əsasən malborc verən İddiaçı ASC material alınması məqsədilə “Beton İnşaatçı” firmasının direktoru Cavabdeh2 270000 manat məbləğində kredit verməyi və borc alanda müqaviləyə əsasən krediti qəbul eyməti və müqavilədə göstərilən qayda krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. - 23 aprel 2013-cü il tarixli arayışa əsasən Beton İnşaatçı firmasına 09.11.2009-cu ildən 30.11.2010-cu ilə kimi 270000 manat kredit məbləği 20 faizlə verilmişdir. 22 aprel 2013-cü il tarixinə istifadə olunan 270000 manat bordan ödənilmiş əsas borc 32000 manat, ödənilməmiş əsas borc 238000 manat, ödənilmiş faizlər 133031 manat, ödənilməmiş faizlər 49946,78 manat, dəbbə pulu 251955,56 manat və cəmi kreditlər üzrə borc 539902,33 manat qeyd olunmuşdur. - “xxxx” ASC problemli aktivlərlə iş departamentinin 09.09.2013-cü il tarixli problemli aktivlərlə iş departamentinin görüş protokoluna əsasən 10.11.2009-cu il tarixli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh2 270000 manat təminatlı kredit məbləğindən qalıq borcu 146815 manat, faiz borcu 58130 manat cəmi 204945 manat olam cəmi gecikmə 205000 manat təşkil etmişdir. - 09.11.2009-cu il tarixli 187/09 saylı kredit müqaviləsinə əlavə əsasən Beton İnşaatçı firması 205000 manat kredit məbləğinin 36 ay müddətinə 11.09.2013-cü il tarixində götürmüşdür. - 16.08.2019-cu il tarixli, **********242 saylı məktuba əsasən 09.11.2009-cu il tarixli 187/09 saylı kredit müqaviləsi üzrə 15 avqust 2019-cu il tarixinə yaranmış tələb müqavilə üzrə əsas borc 55615 manat, müqavilənin müddəti 09 noyabr 2009-09 sentyabr 2016-cı il tarixə kimi hesablanmış və tələb olunan faiz 52429,70 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 8152,32 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 116197,02 manat qeyd olunmuşdur. - 15.11.2019-cu il tarixli, **********396 saylı məktuba əsasən 09.11.2009-cu il tarixli 187/09 saylı kredit müqaviləsi üzrə 12 noyabr 2019-cu il tarixinə yaranmış tələb müqavilə üzrə əsas borc 108044,70 manat, günlük faiz məbləği və gecikdirilmiş gün sayı15,01 manat və 1143 gün, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 17156,43 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 125201,13 manat qeyd olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 02.09.2020-ci il tarixli 9/2524 saylı ekspert rəyinə əsasənekspertia tədqiqatı zamanı İddiaçı ASC ilə “Beton İnşaatçı” firması arasında bağlanmış 09.11.2009-cu il tarixli 187/09 saylı “Təminatlı kredit xətti müqaviləsi” üzrə kredit müqaviləsi, həmin müqaviləyə 31 may 2010-cu il tarixli əlavə və 09 sentyabr 2013-cü il tarixi razılaşma üzrə borcalanın banka oln borcunu müəyyən etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 11.11.2020-ci il tarixli, 9/4848 saylı ekpert rəyinə əsasən “Beton İnşaatçı” firmasının 09.11.2009-cu il tarixli 187/09 saylı “Təminatlı kredit xətti müqaviləsi”, həmin müqaviləyə 31 may 2010-cu il tarixli əlavə və 09 sentyabr 2013-cü il tarixli razılaşmanın şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 09.09.2016-cı il tarixə İddiaçı ASC-yə olan borcu 108045 manat təşkil edir, o cümlədən əsas borc üzrə 108045 manat, 09.09.2016-cı il tarixdən 09.09.2019-cu il tarixədək olan dövr üzrə illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 16206,75 manat təşkil edir. “Beton İnşaatçı” firmasının 09.09.2016-cı il tarixə İddiaçı ASC-yə olan borcu 124251,75 manat təşkil edir və əsas borc üzrə 108045 manat və faiz borcu üzrə 16206,75 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin faktiki halları ilə təsdiq olunur ki, “Beton-İnşaatçı” firması kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Cavabdeh “Beton-İnşaatçı” firmasının ilkin iddiaya etirazının əsasını təşkil edən hallardan biri iddia müddətinin ötürülməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 09.09.2013-cü il tarixli görüş protokoluna əsasən ödəniş cədvəli tərtib olunmuş, və həmin ödəniş cədvəlinə əsasən son ödəmə tarixi 09 sentyabr 2016-cı il tarix müəyyən olunmuşdur. İddiaçı tərəfindən isə məhkəməyə 06 sentyabr 2019-cu il tarixcdə müraciət olunmuş, yəni, iddia müddəti ötürülməmişdir. İşin hallarından göründüyü kimi 06 noyabr 2009-cu il tarixli 21/09, 22/09, 23/09, 24/09 və 25/09 saylı ipoteka müqavilələrinə əsasən kredit müqaviləsinə əsasən 270000 manat məbləğində 6 ay müddətinə verilən kreditin və ona hesbalanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər və tərəflərin razılığı olmadan girov qoyulmuş avtomobillərin satılmasına, girov qoyulmasına və digər əməliyyatların aparılmasına icazə verilmir. İpoteka predmeti kimi betonnasos, betonqarışdırıcı yüklü edilmiş və 09 noyabr 2009-cu il arixli 187/09 saylı təminatlə kredit müqaviləsinə əsasən mal-borc verən İddiaçı ASC material alınması məqsədilə “Beton İnşaatçı” firmasının direktoru Cavabdeh2 270000 manat məbləğində kredit verməyi və borc alanda müqaviləyə əsasən krediti qəbul eyməti və müqavilədə göstərilən qayda krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə faiz və cərimə borcunun müqavilə bitən tarixə nə qədər təşkil edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspert rəyinə əsasən “Beton İnşaatçı” firmasının 09.11.2009-cu il tarixli 187/09 saylı “Təminatlı kredit xətti müqaviləsi”, həmin müqaviləyə 31 may 2010-cu il tarixli əlavə və 09 sentyabr 2013-cü il tarixli razılaşmanın şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 09.09.2016-cı il tarixə İddiaçı ASC-yə olan borcu 108045 manat təşkil edir, o cümlədən əsas borc üzrə 108045 manat, 09.09.2016-cı il tarixdən 09.09.2019-cu il tarixədək olan dövr üzrə illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 16206,75 manat təşkil edir. “Beton İnşaatçı” firmasının 09.09.2016-cı il tarixə İddiaçı ASC-yə olan borcu 124251,75 manat təşkil edir və əsas borc üzrə 108045 manat və faiz borcu üzrə 16206,75 manat təşkil etmişdir. Buna görə məhkəmə hesab edir ki, əsas borca münasibətdə iddia tələbi təmin edilərkən ekspert rəyi əsas götürülməli, 5 faiz dərəcisi ilə iddia tələbinin verildiyi tarixə uyğun olaraq 23760,82 manat nəzərə alaraq təmin edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin məhkəmə kredit borcuna görə tutmanın cavabdehə məsus əmlaklara yönəldilməsi ilə bağlı bir sıra məqamları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülkihüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 06 noyabr 2009-cu il tarixli 21/09, 22/09, 23/09, 24/09 və 25/09 saylı ipoteka müqavilələrinə əsasən kredit müqaviləsinə əsasən 270000 manat məbləğində 6 ay müddətinə verilən kreditin və ona hesbalanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər və tərəflərin razılığı olmadan girov qoyulmuş avtomobillərin satılmasına, girov qoyulmasına və digər əməliyyatların aparılmasına icazə verilmir. İpoteka predmeti kimi betonnasos, betonqarışdırıcı yüklü edildiyindən ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma nəqliyyat vasitələrinə yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 108044,70 manat məbləğində əsas borc və iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınraq 23760,82 manat olmaqla ümumilikdə 131805,52 manat pul vəsaiti cavabdeh “Beton-İnşaatçı” firmasından tutularaq iddiaçıya ödənilməli və tutma ipoteka predmeti olan əmlaklara yönəldilməlidir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavbdehlər mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Halbuki, hazırkı mübahisənin predmetini müqavilə öhdəlikləri üzrə yaranmış borc məbləği təşkil edir, hazırkı mübahisə üzrə cavabdeh olan fiziki şəxslər müqavilə tərəfi deyildir və onların özlərinə məxsus olan əmlakla məsuliyyət daşıması icra prosesində həll olunmalı məsələdir. Həmçinin, bu hissə ilə bağlı məhkəmə onu qeyd edir ki, iddia tələbində ipoteka predmetinin satışından əldə olunan vəsaitin “Beton-İnşaatçı” firmasının borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin “Beton-İnşaatçı” firmasının təsisçiləri olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mənsub əmlaklarına yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş olunmuşdur. İddia tələbinin bu qaydada təmin olunması məhkəmə qətnaməsinin şərtlə qəbul edilməsi ilə nəticələnir ki, bu da mülki prosessual qanunvericiliyin mahiyyəti ilə ziddiyyət təşkil edir. Yuxarıda qeyd olunduğu kimi ipoteka predmetinin satışından əldə olunan vəsait “Beton-İnşaatçı” firmasının borcunun tam ödənilməsinə kifayət etmədiyi halda borcun ortaqlığın iştirakçılarına məxsus əmlaka yönəldilməsi icra prosesini həyata keçirən orqan tərəfindən aparılmalı prosesdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Qarşılıqlı iddianın digər əsasını o təşkil edir ki, «“Beton-İnşaatçı” firmasının Nizamnaməsinin 1.8-ci bəndinə əsasən, müəssisənin təsisçisinin ixtiyarı yoxdur ki, qalan təsisçilərin razılığı olmadan öz adından öz mənafeləri və ya üçüncü şəxslərin mənafeləri üçün müəssisənin fəaliyyət predmetini təşkil edən əqdlərlə eyni xarakterli əqdlər bağlaması, iddiaçı ilə təminatlı kredit müqaviləsini, müqaviləyə əlavəni, ipoteka müqavilələrini təsisçilərdən yalnız biri Cavabdeh2 bağlamışdır, həmin müqavilələrin bağlanmasına digər təsisçilərin Cavabdeh3 və Cavabdeh1 razılığı olmamışdır» tələbinnə hüquqi qiymət verərək hesab edir ki, tələb bu hissədə də qanunsuz və əsassızdır. İşin hallarından göründüyü kimi Cavabdeh2 iddiaçı bankla kredit müqaviləsi imzalayarkən direktor qismində iştirak etmişdir. Yəni “Beton-İnşaatçı” firmasının 2002-ci il tarixli Nizamnaməsinin 10.10-cu maddəsinin 2-ci bəndinə əsasən direktor əmrlər verir, vəzifə təlimatlarını təsdiq edir, müəssisəsnin adından müqavilə bə başqa hüquq xarakterli sənədləri imzalayır. Həmçinin 25.10.2002-ci il tarixli 1 saylı protokol ilə “Beton-İnşaatçı” firmasının bütün sahədə rəhbərliyi Cavabdeh2 həvalə edilməsi qərara alınmışdır. Sadalan dəlillərdən göründüyü kimi həm firmanın bütün sahədə rəhbərliyi, həm də direktoru kimi Cavabdeh2 kredit müqaviləsinin tərəfi kimi həmin müqaviləni imzalaması ilə hər hanqı hüququ pozuntusuna yol verməmiş və müqaviləni imzalamaqda səlahiyyətli olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunsa da, “Beton-İnşaatçı” firmasına qarşı tam olundğundan iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti sonuncudan iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti də “Beton-İnşaatçı” firmasından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “Beton-İnşaatçı” firmasına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, ipoteka predmetlərinə yönəldilməsi barədə ilkin iddiası qismən təmin edilsin. 108044,70 manat məbləğində əsas borc və iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınraq 23760,82 manat olmaqla ümumilikdə 131805,52 manat pul vəsaiti “Beton-İnşaatçı” firmasından tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Tutma “BETON-İNŞAATÇİ” firmasına məxsus olan, 06 noyabr 2009-cu il tarixli, 21/09 saylı ipoteka müqaviləsinə əsasən ** AJ *** qeydiyyat nişanlı, betonnasos tipli, HYUNDAİ HS16-C markalı, 06 noyabr 2009-cu il tarixli, 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 06 noyabr 2009-cu il tarixli, 25/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 06 noyabr 2009-cu il tarixli, 24/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 06 noyabr 2009-cu il tarixli, 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** AG *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı nəqliyyat vasitələrinə yönəldilsin, həmin nəqliyyat vasitələri açıq hərracdan satılmaqla satışdan əldə olunan vəsait 131805,52 manat məbləğində kredit borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti “Beton-İnşaatçı” firmasından tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. “Beton-İnşaatçı” firmasının ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipoteka müqavilələrinə xitam verilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti “Beton-İnşaatçı” firmasından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar