Məhkəmə qərarları › İş №e-2-2(113)-44/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-44/2022

14.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-44/2022 14.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavabdeh "X2" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddiaçının “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında" xx.xx.2019-cu il tarixli Göstərişinin 2-ci bəndi ilə maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2015-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 9192570,51 manat məbləğində mənfəətin, iddiaçının “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında" xx.xx.2019-cu il tarixli Göstərişinin 3-cü bəndi ilə maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2019-cu il tarixindən maye qazın topdansatış tarifini (qiymətini) “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymat) Şurasının xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğunlaşdırdığı tarixə kimi olan dövr ərzində təsdiq olunmuş tariflə (qiymətlə) faktiki topdansatış tarifi (qiyməti) arasında fərq yaratmaq şəklində qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi gəliri (əlavə dəyər vergisi çıxılmaqla) hesablayaraq həmin məbləğə bərabər mənfəətin 30 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavabdeh "X2" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddiaçının “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında" xx.xx.2019-cu il tarixli Göstərişinin 2-ci bəndi ilə maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2015-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 9192570,51 manat məbləğində mənfəətin, iddiaçının “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında" xx.xx.2019-cu il tarixli Göstərişinin 3-cü bəndi ilə maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2019-cu il tarixindən maye qazın topdansatış tarifini (qiymətini) “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymat) Şurasının xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğunlaşdırdığı tarixə kimi olan dövr ərzində təsdiq olunmuş tariflə (qiymətlə) faktiki topdansatış tarifi (qiyməti) arasında fərq yaratmaq şəklində qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi gəliri (əlavə dəyər vergisi çıxılmaqla) hesablayaraq həmin məbləğə bərabər mənfəətin 30 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar