Məhkəmə qərarları › İş №e-2-2(113)-4411/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4411/2022

05.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4411/2022 05.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh Fövqəladə Hallar Nazirliyinin X1rşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ADY tərəfindən 2019-cu il tarixdə X4 Agentliyinə göstərilmiş stansiya və yükdaşıma xidmətlərinə görə hesablanmış 419948,74 manat və 710 manat ödənilmiş dövlət rüsumu, cəmi 420658,74 manatın cavabdeh X4 Agentliyindən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata götürülməsindən imtina edilməlidir, belə ki, Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında Fərmanına əsasən Fövqəladə Hallar Nazirliyinin Dövlət X3 əsasında “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılmış və sonuncunun “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X3 fəaliyyətinin davam etdirilməsi müəyyən edilmişdir. “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada cari ilin fevral ayında dövlət qeydiyyatına alındığına görə hazırki tələb üzrə cavabdeh mövcud deyil. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı "xxxx" QSC “xahiş edirəm” hissəsində 710 manat dövlət rüsumunun geri qaytarılmasını xahiş etsə də, “AZEMİS” elektron məhkəmə informasiya sisteminə 310 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, mövcud olmayan cavabdehə qarşı hər hansı tələbin irəli sürülə bilməyəcəyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı "xxxx" QSC-nin cavabdeh Fövqəladə Hallar Nazirliyinin X1rşı pul tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 310 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli xx.xx.2022-ci il tarixli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar