Məhkəmə qərarları › İş №e-2-2(113)-4413/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4413/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4413/2025 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə - 003R********** saylı krеdit razılaşması üzrə 4772,19 manat krеdit bоrcu, 225,64 manat faiz bоrcu və 107,35 manat cərimə olmaqla, ümumilikdə cəmi 5105,18 manat məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 71,05 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli, 03L000001177 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflərin imzaladıqları xx.xx.2013-cü il tarixli, 1177 saylı və xx.xx.2018-ci il tarixli, 03L000001177S saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 003R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.7083% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli, 003R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 25227,81 manat ödəmiş, onun 4772,19 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 133 gün üçün hesablanmış faiz borcu 225,64 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 133 gün üçün hеsablanmış cərimə 107,35 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2,467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçı QSC ilə kredit alan - Cavabdeh3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 03L000001177 saylı uzunmüddətli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh3 bank tərəfindən 60 (altmış) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.

7. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2013-cü il tarixli, 1177 saylı sazişdə qeyd edilmişdir ki, Bank ilə kredit alan arasında 03 iyul 2008-ci il tarixli, 03L000001177 saylı kredit xətti müqaviləsinin 1.1 və 1.2 bəndinə dəyişiklik edilsin və əlavələr edilməklə həmin 1.1 və 1.2 bəndi aşağıdakı redaksiyada yazılsın: 1.1. Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra kredit adlandırılacaq) kredit alana 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti müqaviləsi (bundan sonra kredit xətti müqaviləsi adlandırılacaq) açır. Kreditlər tərəflər arasında bağlanmış kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşmalar (bundan sonra kredit razılaşmaları) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir; 1.2. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 179 ay müddətinə, 03 iyun 2023-cü il tarixdən gec olmayaraq verilməlidir.

8. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2018-ci il tarixli, 03L000001177S saylı sazişdə qeyd edilmişdir ki, 1.1 Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrdə verilən kreditlər üçün (bundan sonar kredit adlandırılacaq) kredit alana 300000 (üç yüz min) ABŞ Dolları məbləğində kredit xətti müqaviləsini (bundan sonra kredit xətti müqaviləsi adlandırılacaq) açır. Kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir; 1.2. Kreditlər tərəflər arasında kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşmalar (bundan sonra -kredit razılaşması) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir; 1.3. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 237 (iki yüz otuz yeddi) ay müddətinə, 03 aprel 2028-ci iİ tarixdən gec olmayaraq verilməlidir. Verilən hər bir kredit məbləği, faiz dərəcəsi, müddəti məqsədi və digər şərtlən hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir; 1.4. Bu müqavilə əsasında verilən bütün kreditlərin toplam məbləği bu müqavilənin 1.1 bəndində göstərilən kredit xəttinin bir və ya bir neçə dəfə aşa bilər, amma bu müqavilə üzrə kreditlərin istənilən ana olan umumi məbləği heç bir halda bu müqavilənin 1.1-ci bəndində göstərilən kredit xəttini aşa bilməz.

9. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit razılaşmasından görünür ki, Cavabdeh3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,7083% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat kredit verilməsi razılaşdırılmışdır.

10. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli kreditin verilməsiköçürmə adlı sənədin məzmunundan müəyyən olunur ki, bank tərəfindən Cavabdeh3 bank hesabına 30000 manat vəsait köçürülmüşdür. Sənəd tərəflərin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı QSC ilə Cavabdeh4 arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 003S**********02 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh3 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Cavabdeh4 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

12. İddiaçı QSC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 003S**********01 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh3 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Cavabdeh2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

13. İddiaçı QSC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 003S**********01 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh3 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Cavabdeh1 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

14. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 003R**********S saylı sazişdə qeyd edilmişdir ki, 1. Kredit alan, bank ilə kredit alan arasında 03 iyul 2006-ci il tarixli, **********77 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 27 dekabr 2021-ci il tarixdə bağlanmış 003R********** kredit razılaşması (kredit razılaşması) üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nazərdə tutulduğu halda gecikdirilmə faizlərini bu sazişə əlavə olunan 13 may 2024-cü il tarixli ödəniş planına (ödəniş planı) uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir; 2. Kredit alan, bu saziş üzrə restrukturizasiyanın həyata keçirilməsi üçün banka 112,9 manat məbləğində restrukturizasiya üçün komisyon haqq ödəməlidir.

15. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 003R********** saylı, xx.xx.2021-ci il tarixli kredit razılaşmasına əsasən xx.xx.2025-ci il tarixə olan borcu 4772,19 manat əsas borc, 225,64 manat faiz borcu, 107,35 manat cərimə borcu olmaqla, ümumilikdə 5105,18 manat təşkil edir (gecikdirilmiş günlərin sayı - 133 gün).

16. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.

17. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3825 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli, 003R********** saylı kredit razılaşması və xx.xx.2024-cü il tarixli, 003R**********S saylı kredit sazişində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh3 İddiaçı QSC-yə olan borcu xx.xx.2025-ci il tarixə (sualda göstərilən tarixə) əsas borc üzrə 4689,12 manat, faiz borcu üzrə 112,15 manat; xx.xx.2025-ci il tarixə (sualda göstərilən tarixə) əsas borc üzrə 4689,12 manat, faiz borcu üzrə 112,15 manat; xx.xx.2025-ci il tarixə (sualda göstərilən tarixə) əsas borc üzrə 4689,12 manat, faiz borcu üzrə 112,15 manat müəyyən edilir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

21. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı QSC ilə kredit alan - Cavabdeh3 arasında xx.xx.2008-ci il tarixli, 03L000001177 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış və həmn müqaviləyə əsasən Cavabdeh3 bank tərəfindən 60 (altmış) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh3 arasında kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2013-cü il tarixli, 1177 saylı saziş, kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2018-ci il tarixli, 03L000001177S saylı saziş, kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 003R**********S saylı saziş bağlanmışdır. İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2021ci il tarixli, 003R********** nömrəli kredit razılaşması bağlanmış və həmin kredit razılaşmasına əsasən Cavabdeh3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,7083% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat kredit verilməsi razılaşdırılmışdır. İddiaçı QSC ilə Cavabdeh4 arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 003S**********02 nömrəli, Cavabdeh2 arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 003S**********01 nömrəli, Cavabdeh1 arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 003S**********01 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən Cavabdeh3 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də, cavabdehlər (borcalan və zaminlər) tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra olunmamış, kredit borcu və faizlər kredit sazişində müəyyən olunmuş qaydada, ödəniş planına uyğun olaraq banka tam qaytarılmamışdır.

22. İddia tələbinin bir hissəsini cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 4772,19 manat krеdit bоrcu, 225,64 manat faiz bоrcunun tutulması təşkil edir.

23. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlərin) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, cavabdehlərin alınan pul vəsaitini faizləri ilə birgə borcverənə qaytarmaq vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3825 saylı ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsas borcun və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 4689,12 manat (dörd min altı yüz səksən doqquz manat on iki qəpik) əsas borc, 112,15 manat (yüz on iki manat on beş qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, əsas borcun və faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır. Ekspert rəyində Cavabdeh3 banka olan əsas borcunun 4689,12 manat, faiz borcunun isə 112,15 manat təşkil etdiyi qeyd edilir.

24. İddia tələbinin digər hissəsini cavabdеhlərdən müştərək qaydada 003R********** saylı krеdit razılaşması üzrə 107,35 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

25. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin tutulmasını tələb etməkdə haqlıdır.

26. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada 107,35 manat (yüz yeddi manat otuz beş qəpik) cərimə iddiaçının xeyrinə tutulmalıdır.

27. Eləcə də, iddiaçı dövlət rüsumu kimi ödənilmiş 71,05 manatın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

28. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 68,31 manat (altmış səkkiz manat otuz bir qəpik) iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

29. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pulun 96,20 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 3,80 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 4689,12 manat (dörd min altı yüz səksən doqquz manat on iki qəpik) əsas borc, 112,15 manat (yüz on iki manat on beş qəpik) faiz borcu, 107,35 manat (yüz yeddi manat otuz beş qəpik) cərimə və ödənilmiş dövlət rüsumuna görə 68,31 manat (altmış səkkiz manat otuz bir qəpik) olmaqla, ümumilikdə 4976,93 manat (dörd min doqquz yüz yetmiş altı manat doxsan üç qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pulun 96,20 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 3,80 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar